Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3290/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(034)-76/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(034)-76/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Cavabdeh qarşı yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 2550 (iki min beş yüz əlli) manat borcun tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə (hesab: adı X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE**********0********) köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(034)-76/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 2550 manat məbləğində maddi zərərin və 31 manat ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18.02.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi «İVECO TRAKKER AD34QT38B» yük markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomaşınla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, onun idarə etdiyi «Opel Zafira» minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi zərər vurmuşdur. Hadisə zamanı ona məxsus olan «Opel Zafira» minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomaşına 2550 manat məbləğində zərər dəymişdir. Cavabdeh könüllü olaraq avtomaşına vurduğu zərəri ödəmək istəmir. O, dəfələrlə cavadehdən pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 08 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hadisə 2019-cu ildə baş vermişdir. Hadisə baş verən günü sığorta gəlməmiş, bildiyinə görə sığota sonradan gəlmişdir. Hadisə baş verən zaman günah onda deyil, iddiaçıda olmuşdur. Çünki hadisə iddiaçının onun yoluna çıxması nəticəsində baş vermişdir. Toqquşma zamanı iddiaçının maşının buferinə və arxa stopuna ziyan dəymişdir. Dəymiş ziyanla bağlı aralarında danışıq olmuş, iddiaçı maşını ustaya aparmış, usta maşına baxış keçirdikdən sonra maşının ziyan dəymiş detallarının yenidən təmiri üçün 400-500 manat pul istəmişdir. İddiaçı isə ondan maşının ziyan dəymiş detallarını təmiri üçün 230 manat pul istəmiş və həmin pulu iddiaçıya vermişdir. İddiaçı sonra ona «artıq səninlə heç bir işim yoxdur, aramızda olan məsələni artıq həll etdik» demişdir. Sığorta şirkətini məhkəməyə verəcəyini bildirsə də, sonradan onu məhkəməyə vermişdir. İddiaçının maşını köhnə maşındır, onun maşınına iddia etdiyi kim 2550 manat məbləğində maddi ziyan dəyə bilməz. Hadisə zamanı dəymiş ziyanı iddiaçının özünün istədiyi məbləğdə tam olaraq ödəmişdir. Bundan əlavə ekspertizanın rəyi ilə də razı deyildir. Ekspert həmin rəyi maşına baxış keçirmədən, iddiaçı tərəfindən hansısa servis şirkəti tərəfindən verilmiş arayışa əsasən vermişdir. İddiaçı idarə etdiyi maşınla ola bilər ki, ibaşqa bir hadisə törədibdir. Məhkəmə işlə bağlı heç bir obyektiv və düzün araşdırma aparmamış, yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlara əsaslanaraq iddiaçının tələbini təmin etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 022784 saylı arayışdan məlum olur ki, Cavabdeh 18.02.2019-cu il tarixdə Bakı-Quba yolunda idarə etdiyi İVEKO **-KC-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sağ hissəsi əzilmiş, İddiaçı isə idarə etdiyi OPEL **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının isə arxa sol stop arxa sol qanat, ön bufer ön kapot, ön sağ və sol qanad, faralar əzilmişdir. İnzibati xəta haqqında 18.02.2019-cu il tarixli İXP ******* saylı protokolun sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan 09.09.2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məktubundan məlum olur ki, 18.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran Cavabdeh məxsus İVEKO markalı ** KC *** dövlət nömrə nişanlı avtomobilin «Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətdən icbari» sığortasından müqaviləsi mövcud olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 18 fevral 2019-cu il tarixdə verilmiş 022784 saylı arayışdan görünür ki, OPEL Zafira **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sağ hissəsi, arxa sol stop, arxa sol qanad, ön bufer, ön kapot, ön sağ və sol qanad, faralar və s. hissəsi zədələnmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də məlum olur ki, OPEL Zafira **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol stop arxa sol qanat, ön bufer, ön kapot, ön sağ və sol qanad, faralarına ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021-cu il tarixli 9/1273 saylı rəyindən görünür ki, nəzəri hesablama qusur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “OPEL Zafira” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 3185.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin, o cümlədən də nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Cavabdeh tərəfindən OPEL Zafira **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının yararsız vəziyyətə düşməsi halı onun tərəfindən qəbul edilir, hətta ziyan məbləği ilə bağlı aralarında razılıq yarandığını və iddiaçıya məxsus avtomobilin dəyərinin aşağı olması səbəbindən iddia ərizəsində tələb edilən 2550 manat məbləği ilə razılaşmır və həmin məbləğin şişirdildiyinə istinad edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021-cu il tarixli 9/1273 saylı rəyinə əsasən 1 ədəd qabaq kapot 250 manat, qabaq faralar 2 ədəd 180 manat, qabaq bufer 1 ədəd 220 manat, su radiatoru 1 ədəd 90 manat, kondisioner radiatoru 1 ədəd 50 manat, karobka 1 ədəd 500 manat, arxa krel 1 ədəd 50 manat, arxa stop 1 ədəd 75 manat, qabaq kranşteyn 1 ədəd 70 manat olmaqla, ümumilikdə 1485 manat və təmir bərpa işləri çilingər 200 manat, rəngsaz 500 manat, armaturçu 200 manat, mühərriyin sökülüb yığılması 800 manat olmaqla, ümumilikdə 1700 manat müəyyən edilmişdir. İddia tələbinin 1 ədəd qabaq kapot 250 manat, qabaq faralar 2 ədəd 180 manat, qabaq bufer 1 ədəd 220 manat, su radiatoru 1 ədəd 90 manat, kondisioner radiatoru 1 ədəd 50 manat, arxa krel 1 ədəd 50 manat, arxa stop 1 ədəd 75 manat, qabaq kranşteyn 1 ədəd 70 manat və təmir bərpa işləri çilingər 200 manat, rəngsaz 500 manat olmaqla, ümumilikdə 1635 manat məbləğində müəyyən edilməsi işin araşdırılan halları ilə öz təsdiqini tapır və vurulmuş ziyan məbləği həmin həcmdə müəyyən edilməli, avtoqəza nəticəsində avtomaşının karobka, mühərriyin sökülüb yığılması və digər hissələrin zədələnməsi halı inandırıcı olmayıb,digər sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğundan və iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün qeyd olunan hissədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə araşdıraraq hesab edir ki, “OPEL Zafira” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız halı düşməsi nəticəsində dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə vurulmuş ziyan məbləği 1635 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, iddia qismən təmin edilərək Cavabdeh 1635 (min altı yüz otuz beş) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 35 (otuz beş) manat 89 (səksən doqquz) qəpik hissəsi İddiaçı və 64 (altmış dörd) manat 11 (on bir) qəpik hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməli və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun 10 (on) manat 77 (yetmiş yeddi) qəpik hissəsi iddiaçının özünə aid edilməli və 19 (on doqquz) manat 23 (iyirmi üç) qəpik hissəsi Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 387.2, 387.2.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(034)-76/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1635 (min altı yüz otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 35 (otuz beş) manat 89 (səksən doqquz) qəpik hissəsi İddiaçı və 64 (altmış dörd) manat 11 (on bir) qəpik hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun 10 (on) manat 77 (yetmiş yeddi) qəpik hissəsi iddiaçının özünə aid edilsin və 19 (on doqquz) manat 23 (iyirmi üç) qəpik hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3290/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3290/2021
24.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver