Məhkəmə qərarları › İş №2(105)-333/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-333/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-333/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Vahabov Ramı̇ n Mustafa oğlunun Cavabdeḣ qızına qarşı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Vahabov Ramı̇ n Mustafa oğlunun Cavabdeḣ qızına qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(031)-59/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və ona məxsus olan 0,10 ha torpaq sahəsinin 40 kv.m. hissəsindən çıxarılmasını və həmin torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsində hazırda icraatda olan 2-1(118)-37/2024 saylı iş üzrə yekun qərar qəbul edilənədək Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-1096/2024 saylı işin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Şabran Rayon Məhkəməsinin e-2(031)-1096/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardada əsasən (hakim Könül Mirzəfərova) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-37/2024 saylı işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.

4. İddiaçı Şabran Rayon Məhkəməsinin e-2(031)- 1096/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadından şikayətlə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, e-2(031)-1096/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şabran Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(031)-59/2025 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin e-2(031)-1096/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadından həmin iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, AR İPM-də işə baxılmasının konkret müddətləri nəzərdə tutulmamışdır və işə mahiyyəti üzrə baxılıb qurtarması, bütün instansiya məhkəmələrində gedən icraat nəzərə alındıqda illərlə davam edə bilər. Bir çox işlərdə birinci instansiya məhkəmələrində də icraatın 1 il və daha artıq vaxt ərzində davam etməsi hallarına rast gəlinir. Bununla yanaşı AR Mülki Prosessual Məcəlləsinin 254 və 255-ci maddələrində iş üzrə icraatın dayandırılması əsasları nəzərdə tutulmuşdur və yalnız Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadığı halda işin icraatının dayandırılması nəzərdə tutulmuş, 9 iyul 2021-ci il tarixli 363- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə AR Mülki-Prosessual Məcəlləsinin 254.2-ci maddəsi (məhkəmə qanunla nəzərdə tutulmuş digər hallarda da işin icraatını dayandırır) ləğv edilmişdir. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin icraatında baxılan mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisələr istisna olmaqla digər məhkəmələrdə, o cümlədən inzibati məhkəmədə baxılan başqa işin yekunlaşması ilə əlaqədar iş üzrə icraatın dayandırılması nəzərdə tutulmamışdır. Cavabdeh özü də iş üzrə icraatın dayandırılmasını xahiş etsə də, AR Mülki-Prosessual Məcəlləsinin hansı maddəsinin tələblərinə əsasən icraatın dayandırılmalı olduğunu göstərməmişdir. Lakin, məhkəmə AR Mülki-Prosessual Məcəlləsinin 254 və 255-ci maddələrində olan normaları düzgün tətbiq etməmiş və cavabdehin vəsatətində göstərdiyi mübahisənin Konstitusiya Məhkəməsinin icraatında olmamasına baxmayaraq, əsassız olaraq iş üzrə icraatı dayandırmışdır. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüquqlarını pozmuşdur. Belə ki, Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən məhkəmənin iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticənin işin cavabdehin vəsatətində göstərilən mübahisənin Konstitusiya Məhkəməsinin icraatında olmaması halına uyğun olmadığını hesab edir.

Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

9. Şikayətdən görünür ki, apellyator Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(031)-59/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(031)-59/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Maddə 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(031)-59/2025 nömrəli və bununla bağlı 08 yanvar 2025-ci il tarixli, e-2(031)-59/2025 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(031)- 59/2025 nömrəli qərardadı ilə araşdırılan mülki iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad etməklə, hər iki iş arasında asılılıq və bağlılığın olması, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minməyincə, hazırkı işin mahiyyəti üzrə baxılması və ədalətli həllinin mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçı Vahabov Ramı̇ n Mustafa oğlu Şabran Rayon Məhkəməsinin yuxarıda göstərilən qərardadından şikayət verərək, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verməmiş, vəsatəti təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş xx.xx.2013-cü il tarixli, RX 292693 nömrəli çıxarış cavabdeh tərəfindən inzibati icraatı qaydasında mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan işlə araşdırılan mülki iş arasında bağlılğın (aslılığın) olması aşkar olmaqla, məhkəmə prosesinin davam etdirilməsini qeyri-mümkün edən hal kimi müəyyən edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasnsiya məhkəməsi mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas deyil. Odur ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024cü il tarixli, e-2(031)-59/2025 nömrəli və bununla bağlı 08 yanvar 2025-ci il tarixli, e-2(031)- 59/2025 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Vahabov Ramı̇ n Mustafa oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(031)-59/2025 nömrəli və bununla bağlı 08 yanvar 2025-ci il tarixli, e-2(031)-59/2025 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar