Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-334/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğvi və ev üzərində mülkiyyət hüququnun tanınmasına dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(074)-11/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğvi və ev üzərində mülkiyyət hüququnun tanınmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı Cavabdeh1 adına verilmiş JN-27A saylı ******* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən 200 kv.m tikinti altı hissəsində ləğv olunması və həmin evin 200 kv.m hissəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(074)-11/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir (hakim Etibar Hümbətov). İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(074)-11/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil. Belə ki, o, 2 il əvvəl məhkəməyə iddia ilə müraciət edərək göstərmişdir ki, Şamaxı rayon XDS-nin İK-nin qərarı ilə ona 1971-ci ildə Quşçu kəndindən 0,18 ha torpaq sahəsi verilmişdir .1973-cü ildə orada ikimərtəbəli ev tikmişdir. Sonra ata evinin yenidən tikilməsi ilə əlaqədar atasi və bacısı Sahab köçüb onun yanında yaşamağa başlamışlar. Həmin ev tikilib hazır olandan sonra da bacısı onun evində qaldı .Sonradan digər qardaşı da ailə qurub bacısının yanına köçdü və birlikdə evin 6 otağını tutdular dəfələrlə deməyinə baxmayaraq qardaşı evdən çıxmaq istəmirdi. Amma bu yaxınlarda evinin sənədlərini düzəltdirib Çıxarış almaq istəyəndə ona məlum oldu ki, onun şəhadətnaməsində tikinti altında cəmi 67 kv torpaq sahəsi göstərilib, eyni ilə bacısı Sahabın adına olan JN-27A saylı 41012018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də tikinti altı torpaq sahəsi kimi 200 kv.m. torpaq sahəsi qeyd olunmuşdur. Bacısı Cavabdeh1 adına verilmiş JN-27A saylı 41012018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ,200 kv.m.tikinti altı hissəsində ləğv olunması və həmin evin 200 kv.m. hissəsi üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qət olunmasını xahiş etmişdir. İş üzrə mühəndis tikinti-texniki ekspertizasının təyin olunmasını və orada digər suallarla yanaşı hər iki şəhadətnamədə göstərilən evin bir tikili olub olmaması nə vaxt tikilməsi yəni eyni vaxtda və ya fərqli vaxtlarda tikilməməsinin müəyyən olunmasını xahiş etib. Ona məlum olmayan səbəblərdən ekspertlərin gəlməsi 2 il çəkdi. İş bir dəfə baxılmamış saxlandı. Sonra yenidən vəsatətinə əsasən təzələndi. Artıq həmin vaxt cavabdeh evlərinin arasında əvvəllər mövcud olmuş qapını söküb çıxararaq arakəsməni bütöv hala gətirirdi. Əslində bu ekspertizanı səhv mövqeyə gətirmək üçün olan hərəkətlər idi. O. tikinti işlərinin dayandırılması üçün müvəqqəti təminat tədbirlərinin görülməsi barədə vəsatət verdi. Lakin vəsatət təmin olunmadı. Nəticədə cavabdeh tərəf evlərin arasındakı divarı hörüb bağladı ,ekspert bundan sonra gəlib baxaraq rəy verdi ki, bina bir örtük altında olsa da bir birindən təcrid olunmuş mənzillərdir. Rəydə bu tikililərin eyni vaxtda tikilib tikilməməsi barədə heç nə göstərilməmişdir. Məsələ burasındadır ki, ona torpaq sahəsi 1971-ci ildə verilib. İlkin sənədlərdə 200 kv.m sahədə evinin olması və bu evin 1973-cü ildə tikildiyi göstərilir. Bacısı Sahaba isə torpaq sahəsinin nə vaxt ayrılması, həmin sahədə olan evin nə vaxt tikilməsi barədə heç bir sübut yoxdur. Birdən birə 1990- 2000-ci illərə dair təsərrüfatbaşına kitabda onun 0.12 ha torpaq sahəsi olması və bu torpaq üzərində 200 kv.m. tikinti olması göstərilir. Tikinti cəmisi 200 kv.m-dir. Ona da 200 kv.m. göstərilib, bacısı Sahaba da. Sənədlərdən belə görünür ki, hər ikisinin tikinti altında 200 kv.m. torpaq sahsəz var. Amma tikinti cəmisi bir tikintidir, o da 200 kv.m-dir. Məlum olan odur ki, burada bir səhvlik var. Bu da bacısı Sahabın sənədləri ilə o, məhkəmədə nə qədər tələb etsə də ki, bacısı ona torpaq sahəsi ayrılması barədə qərarı məhkəməyə təqdim etmədi. Məhkəmədə bu tələbdə israrlı olmadı. Bu evin ona məxsus olması aydın olsa da məhkəmə əsassız olaraq iddiasını rədd etdi. Belə hesab edir ki, bu iddia təkrar, ətraflı olaraq araşdırılmalı, təkrar ekspertiza keçirilməsi, hər iki tərəfdəki tikililərin eyni vaxtda tikilib tikməməsi. Arakəsmənin yeni tikilməsi araşdırılmalı, cavabdehdən torpağın verilməsi barədə ilkin sənədlər tələb olunaraq alınmalıdır. .Bunun əhəmiyyəti ondadır ki, tikinti bütöv bir tikintidirsə və 1973-cü ildə tikilmişdirsə bu o deməkdir ki, bu ona məxsusdur. Yox,Sahaba öz dediyi kimi, torpaq sahəsi 1985-ci ildə ayrılmışsa ,onun evi həmin vaxtdan sonra tikilmiş olmalıdır. Məhkəmə proseslərində cavabdeh bir dəfə də olsun evin onun tərəfindən tikildiyini deməmiş, evin guya atası tərəfindən tikildiyini göstərmişdir. Ata evi atası tərəfindən tiklilib. Bu tamamilə başqa bir evdir və mübahisə predmeti deyil. Bu ev Sahab özü tərəfindən tikilmədiyi halda necə olur ki,onun mülkiyyətinə verilir. Belə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(-74)-11/2022 saylı qətnaməsi ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, atası evin yarısını ona, yarısını da iddiaçıya verib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(074)-11/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qətnamə ləğv edilməli, iddia tələbi üzrə də icraata xitam verilməlidir. İş materiallarında olan JN-034A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı, X7, X8, X6, X2 Şamaxı rayon AİKnın 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi verilmişdir, tikinti altı 67,5 kv metrdir. İş materiallarında olan JN-027A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1 Şamaxı rayon AİK-nın 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir, tikinti altı 55,6 kv metrdir. İş materiallarında olan X15 filialının 05 iyun 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Quşçu kənd sakini X3 Quşçu kənd XDS İcraiyyə Komitəsinin 1991-1995-ci illərin təssərüfatbaşına kitablarında 0,12 ha həyətyanı torpaq sahəsi o cümlədən 0,02 ha tikili altında olması qeyd edilmişdir. İş materiallarında olan X15 filialının 27 noyabr 2014-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Quşçu kənd sakini İddiaçı Quşçu kənd XDS İcraiyyə Komitəsinin 1991-1995-ci illərin təssərüfatbaşına kitablarında 0,18 ha həyətyanı torpaq sahəsi o cümlədən 0,02 ha tikili altında olması qeyd edilmişdir. İş materiallarında olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı və X4 Şamaxı rayonu Quşçu kəndində tikinti altı 276,6ha, 2873,4 torpaq sahəsi olmaqla ümumi 3150,0 faktiki sahə üzrə fərdi yaşayev evinə texniki pasport tərtib olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 24 may 2022-ci il tarixli rəyindən görünür ki, JN-034A KOD 41012018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya uyğunsuzluğu vardır. JN-027A KOD 41012018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçı ilə Cavabdeh1 yaşadıqları fərdi yaşayış evləri faktiki olaraq bir dam örtüyü altıda yerləşir və arakəsmə ilə bir-birindən təcrid olunmuşdur. Eyni zamanda hər birinin ayrı-ayrılıqda girişi mövcuddur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2022-ci il tarixli, 10/1458 saylı ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, JN034A KOD 41012018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin sahə və konfiqurasiya uyğunsuzluğu olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, JN027A KOD 41012018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin sahə və konfiqurasiya uyğunsuzluğu olduğu müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 yaşadıqları fərdi yaşayış evləri faktiki olaraq bir dam örtüyü altıda yerləşir və arakəsmə ilə bir-birindən təcrid olunmuşdur. Eyni zamanda hər birinin ayrıayrılıqda girişi mövcuddur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-034A KOD 41012018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, JN-027A KOD 41012018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir. İddiaçı ilə Cavabdeh1 yaşadıqları fərdi yaşayış evləri faktiki olaraq bir dam örtüyü altında yerləşir və arakəsmə ilə bir-birindən təcrid olunmuşdur. Eyni zamanda hər birinin ayrı-ayrılıqda girişi mövcuddur. Həmin evlər bir dam örtüyü altında olsa da ayrı-ayrı fərdi yaşayış evləridir və Quşçu kənd XDS İcraiyyə Komitəsinin 1991-1995-ci illərin təssərüfatbaşına kitablarında da ayrı-ayrı təsərrüfatlar kimi keçmişdir. İddiaçı JN-034A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində tikinti altında cəmi 67 kv torpaq sahəsi göstərildiyini, cavabdehin şəhadətnaməsində isə 200 kv.m torpaq sahəsi tikinti altı kimi göstərildiyini iddia etsə də bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh1 adına verilmiş JN-027A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1 Şamaxı rayon AİK-nın 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmiş, tikinti altı-yaşayış evi 55,6 kv metr təşkil edir. Birinci instansiya məhkəməsi Cavabdeh1 adına verilmiş JN-27A saylı ******* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilə bilməməsi nəticəsinə gələrək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı bacısı Cavabdeh1 adına verilmiş JN-27A saylı ******* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən 200 kv.m tikinti altı hissəsində ləğv olunması və həmin evin 200 kv.m hissəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmiş. Gündüyü kimi, hazırki tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İş materiallarından görünür ki, iddiaçının ləğv olunmasını tələb etdiyi torpağən mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını Şamaxı rayon AİK-nın 05 iyun 1997ci il tarixli 108 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın və onun əsasında verilmiş şəhadətnamənin n ləğv edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və şəhadətnamənin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Şamaxı rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həmin evin 200 kv.m hissəsi üzərində mülkiyyət hüququnun tanınmasıa hissəsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb ilkintələbdən yarandığından və ilkin tələb təmin edilmədiyindən həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddia tələbi üzrə aidiyyəti üzrə səlahiyyətli (inzibati) məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(074)-11/2022 saylı qətnaməsi qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(074)-11/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğvi və ev üzərində mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi üzrə icraatına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-334/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-334/2023
15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver