Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-336/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili: X9, 3-cü şəxsin nümayəndəsi və vəkili: X5 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X8 və Cavabdeh2 Ağakərim qızına qarşı dövlət reyestrindən verilmiş çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən üçüncü şəxs Cavabdeh2 (Hacıyeva) nümayəndəsi və vəkili A.H.Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Əhmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh2 Ağakərim qızının adına Quba rayonu, İİ Nügədi kəndi ərazisində 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarış və fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 və üçüncü şəxs Cavabdeh2 Ağakərim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Ağakərim qızının adına Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın, fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonun İİ Nügədi kəndində 1996-cı ildən istifadəsində və sahibliyində olan 0,08 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı 1997-ci ilin fevral ayında ərizə ilə yerli X3 müraciət etmiş, Quba rayon X2 xx xxxx 1997-ci il tarixli qərarı ilə yaşadığı İİ Nügədi kənd ərazisindən halhazırda ev tikərək, yaşadığı 0.08 ha həyətyanı torpaq sahəsinə dair mülkiyət hüququnu təsdiq edən JN3565 A, KOD 30320018 saylı şəhadətnamə almış və kənd inzibati ərazi üzrə dairə nümayəndəliyinə məlumat verməklə, həmin torpaq sahəsində öz vəsaiti hesabına üç otaqdan ibarət iki mərtəbəli ev inşa etmişdir. Həmin ev 2002-ci ildə tam hazır olduqdan sonra, hazırkı günə qədər ailəsi ilə sözü gedən evdə yaşamaqla yanaşı, evin kommunal xərcləri tərəfindən ödənilir. Ona məxsus torpaq sahəsinin yanından cavabdeh bacısı Cavabdeh2 da (Hacıyeva) 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həyətində evin təməlini qoyan zaman bacısı Cavabdeh2 ona xeyir-duasını vermiş və sağ-salamat xoşbəxt yaşamağı arzu etmişdir. Faktiki olaraq tərəfindən İİ Nügədi kənd inzibati ərazi üzrə dairə nümayəndəsinin göstərdiyi 0,08 ha həyətyanı torpaq sahəsində ev inşa etmiş və həmin vaxtdan torpaq sahəsi ilə əlaqədar olaraq cavabdehlə aralarında heç bir mübahisə olmamışdır. Mübahisələndirdiyi evin onun tərəfindən inşa edilməsi faktı xx xxxxxxxx 2015-ci il tarixdə tərtib edilmiş aktla da tam sübuta yetir. Aktın mənasına görə tərəfindən Quba rayonun İİ Nügədi kənd ərazisində iki mərtəbəli üç otaqdan ibarət ev inşa edilmiş və evə çəkilən bütün xərclər özü tərəfindən ödənilmişdir. Evin tikintisinə 1996-cı ildə başlanmış və 2000-ci ildə tikintini, təmiri isə 2002-ci ildə başa çatdırmışdır. Bu müddət ərzində ondan başqa heç kəs evin tikintisi ilə maraqlanmamışdır. 2002-ci ildən hal-hazıra kimi ailəsi ilə birlikdə həmin evdə yaşayır. İnşa etdiyi və yaşadığı evə hüquqverici sənədlərin alınması ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi İdarəsinə müraciət edəndə ona bildirdilər ki, evi bacısı iş üzrə Cavabdeh2 adına sənədləşdirilib. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: 3-cü şəxsin nümayəndəsi və vəkili A.H.Vəliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsi JN 1817F Kod 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2012-ci il tarixli Seriya RX 005412 saylı hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən Çıxarışa əsasən yaşayış evi ilə birlikdə Cavabdeh2 məxsusdur. Həmin torpaq sahəsində cavabdeh subay olarkən atası, qardaşlarının pul köməkliyi ilə Cavabdeh2 üçün yaşayış evi tikmişdir. Məhkəmənin qətnaməsində qeyd edilir ki, İddiaçı1 məxsus 0,08 ha torpaq sahəsi cavabdehin torpaq sahəsinə bitişikdir və Cavabdeh2 məxsus yaşayış evinin 43 kv.m sahəsi iddiaçının torpaq sahəsinin üzərinə düşür. Cavabdeh2 məxsus yaşayış evi tam özünə məxsus torpaq sahəsində inşa edilmişdir və evinin hansısa bir hissəsi İddiaçı1 torpaq sahəsinə deyil, olsa-olsa bələdiyyəyə məxsus torpaq sahəsinin üzərinə düşə bilər. İddiaçı1 güya Cavabdeh2 məxsus torpaq sahəsində Cavabdeh2 tərəfindən yaşayış evinin tikilməsinə gəldikdə isə bu barədə Quba Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2016-cı il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnamələri mövcuddur və bu qətnamə ilə İddiaçı1 iddiası rədd edilmiş, Cavabdeh2 ona qarşı olan evdən çıxarılma və evin boşaldılmasına dair iddiası isə təmin edilmişdir. Hakim istinad etdiyi rəsmi sənədlərin sırasında güya İddiaçı1 qeyd edilən evin tikməsi barədə Quba rayonu İİ Nügədi İƏV-nin nümayəndəsi tərəfindən verilmiş arayışa istinad edir. Mövcud qətnamə olduğu halda hakim tərəfindən belə arayışa istinad etməsi qanunun tələblərinə cavab vermir və son nəticə də əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası MM-nin 149.2-ci maddəsinin məzmunundan göründüyü kimi İddiaçı1 cavabdehə məxsus Reyestr çıxarışına və Texniki pasporta qeydiyyatın dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Lakin iddiaçı bunun əvəzinə cavabdehin reyestr Çıxarışının tam həcmdə etibarsız hesab edilməsi barədə iddia qaldırmış və məhkəmə də qanunun mahiyyətinə varmadan iddianı tam həcmdə təmin etmişdir ki, bu da son nəticədə Cavabdeh2 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Ekspertiza qarşısında düzgün suallar qoyulmadığı üçün ekspert düzgün rəy verməmişdir. Məhkəmə Cavabdeh2 məxsus sənədlərin yoxlanılmasına əhatə edən hərəkətləri etməsinə baxmayaraq, iddiaçıya məxsus torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədlərini tələb etməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(027)-94/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili A.H.Vəliyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 və vəkili A.Ə.Orucov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı X6 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehə məxsus olan yaşayış evinin mövcüd vəziyyətinin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşməməsinə və həmin yaşayış evinin bir hissəsinin iddiaçıya məxsus olan torpaqla üst-üstə düşməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxsin nümayəndəsi A.H.Vəliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə torpağın mülkiyyətə verilməsinə dair JN-3565B seriyalı, KOD 30320018 olan şəhadətnamənin surətindən görünür ki, Quba rayon X2 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi Quba rayonu, İİ Nügədi kənd sakini İddiaçı1 mülkiyyətinə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-1817F seriyalı, KOD 30319018 olan şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Quba rayon X2 xx xxxx 1997ci il tarixli, 14 saylı qərarı ilə 0,07 ha torpaq sahəsi Quba rayonu, İİ Nügədi kənd sakini G.A.Hacıyevanın mülkiyyətinə verilmişdir. İşə əlavə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən, ümumi sahəsi 288 kv.m. olan, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində xx xxxxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti X10 tərəfindən Cavabdeh2 adına Quba rayonu, İİ Nügədi kəndində yerləşən ümumi sahəsi 288 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. İş üzrə Bakı torpaq layihə smeta bürosu tərəfindən İddiaçı1 adına Quba rayonu, İİ Nügədi kəndində yerləşən mübahisəli evə dair Eskiz Layihə hazırlanmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-103/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə ilk İddiaçı1 pul tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək İddiaçı1 və ailə üzvlərinin Cavabdeh2 (Hacıyeva) mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması qət edilmişdir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 23010 nömrəli, xx xxxxxx 2017-cı il tarixli mühəndistexniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin mütəxəssisi Ə.Novruzəliyev tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********28 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Quba rayon X2 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayonu, İİ Nüqədi kənd sakini İddiaçı1 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin mütəxəssisi Ə.Novruzəliyev tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********28 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Quba rayon X2 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayonu, İİ Nüqədi kənd sakini G.A.Hacıyevanın mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin mütəxəssisi Ə.Novruzəliyev tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********28 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh2 Quba rayonu, İİ Nügədi kəndində yerləşən, ümumi sahəsi 288 kv.m. olan, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ümumilikdə Quba rayon X2 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayonu, İİ Nügədi kənd sakini G.A.Hacıyevanın mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsində tikilsədə həmin yaşayış evinin 43 kv.m. hissəsi şəhadətnaməyə əsasən mülkiyyətdən kənara düşür. DƏDRX tərəfindən verilmiş həmin evin texniki pasportu evin hazırkı ölçüləri, koordinatları ilə eynidir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 32088 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin rəisi A.İbadov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********33 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,07 ha torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN1817F seriyalı, KOD 30319018 olan şəhadətnamədə göstərilən, Quba rayon X4 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,07 ha torpaq sahəsi əksər hissədə üst-üstə düşür, üst-üstə düşmıyən torpaq sahəsi 177 kv.metrdir. RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən ümumi sahəsi 288 kv.m olan fərdi yaşayış evi 0,07 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh2 faktiki istifadəsində olan 0,063 ha torpaq sahəsi mövcuddur. RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,07 ha torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi 0,013 ha hissədə üst-üstə düşür. Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin 0,0241 ha hissəsi G.A.Hacıyevin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh2 faktiki istifadəsində olan 288 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşən 43 kv.m torpaq sahəsinin İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Beləliklə, iş materiallarından göründüyü kimi, Quba rayon X2 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayonu, İİ Nügədi kəndinin ərazisində 0,08 ha torpaq sahəsi İddiaçı1, qonşu sahədə 0,07 ha torpaq sahəsi isə G.A.Hacıyevanın mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd olunan ümumi sahə 288 kv.m olan fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə Cavabdeh2 adına mülkiyyət hüququna dair xx xxxxxxxx 2012-ci il tarixdə çıxarış verilmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyinə görə isə G.Hacıyevanın mülkiyyətindəki ümumi sahəsi 288 kv.m olan yaşayış evinin 43 kv.m hissəsi İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə düşür. Həmçinin, həmin şəxslərə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr ilə faktiki istifadə arasında konfiqurasiya uyğunsuzlugu mövcuddur. İşdə olan Azərbayycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1453 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli **********71 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh2 məxsus 0,07 ha torpaq sahəsi JN-1817F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən şimal tərəfdən 19.20 metr uzunluqda, şərq tərəfdən 36.86 metr uzunluqda, cənub tərəfdən 19.63 metr uzunluqda, qərb tərəfdən 37.72 metr uzunluqda olduğu və İddiaçı1 məxsus 0,08 ha torpaq sahəsi JN3565B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən şimal tərəfdən 20.54 metr uzunluqda, şərq tərəfdən 34.58 metr uzunluqda, cənub tərəfdən 22.33 metr uzunluqda, qərb tərəfdən 36.86 metr uzunluqda olduğu müəyyən olunur, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDXnin xx xxxx 2020-ci il tarixli **********1 saylı mütəxəssis rəyinə əsasən, faktiki bitişik olan torpaq sahələri JN-1817F saylı və JN-3565B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən 1480 kv.m-dir. Naturada isə hər iki torpaq sahəsinin təqdim olunan daxilində 1475 kv.m olduğu müəyyən olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏSDX-nin xx xxxx 2020-ci il tarixli **********1 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan və İddiaçı1 faktiki istifadəsində olan 218 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 43 kv.m hissəsi İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımıqdan şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli qərarında şərh edilmişdir ki, MPM-nin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılıgını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Həmin Məcəllənin 372.1 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiya məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Təqdim edilməsini xahiş etdiyi G.A.Hacıyevanın adına olan 0,07 ha torpaq sahəsinə dair verilmiş ******* nömrəli Dövlət Reyestrindən çıxarışın nömrəsini düzgün göstərsə də, həmin çıxarış xx xxxxxxxx 2012-ci il tarixdə olmasına baxmayaraq səhvə yol verilərək qeyd olunan nömrəli çıxarışın tarixini «xx xxxxxx 2012-ci il tarixli» kimi göstərmişdir. İş materiallarında olan DƏDRX-i HDQ-ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təstiq edilmiş surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən ümumi sahəsi 288 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının vərəqində xx xxxxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı 0,07 ha torpaq sahəsinə dair verilmiş çıxarışı mübahisələndirilməsinə baxmayaraq qeyd olunan ******* nömrəli çıxarışı bütövlükdə yəni, ümumi sahəsi 228 kv.m evin Cavabdeh2 xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması hissəsində etibarsız hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 adına verilmiş Çıxarış tərtib edilmiş texniki pasport əsasında yazılmışdır. Məhkəmə kollegiyası iclası zamanı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 adına işlənilmiş texniki pasport düzgün tərtib edilməmiş və onun tərəfindən inşa edilmiş mübahisəli evin 43 kv.m İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşmüşdür. Odur ki, iddiaçı həmin texniki pasportun etibarsızlığının tələb edilməsində haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı deyil, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Üçüncü şəxs X1 nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2017-ci il tarixli 2(027)-94/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X8 və Cavabdeh2 Ağakərim qızına qarşı dövlət reyestrindən verilmiş çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X6 Cavabdeh2 Ağakərim qızının adına işlənmiş fərdi yaşayış evinin texniki pasport və xx xxxxxxxx 2012-ci il tarixdə 0.07 ha həyətyanı torpaq sahəsinə dair verilmiş ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində 218 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 43 kv.m hissəsində etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Elman Rəhimov
Məhkəmə qərarları › İş №2(105)-336/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-336/2020
16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver