Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3403/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)- 2907/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2907/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Habil Əhmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2907/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5400 manat maddi ziyan, 5000 manat mənəvi zərər olmaqla cəmi 10.400 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi işin faktiki hallarını ətraflı və əsaslı araşdırmaq əvəzinə Avropa hüquq normalarının nəzəri və polemika doğura bilən normalarınına istinad edir. Halbuki daxili və milli qanunvericiliyin qeyd edilən iddia prdmetini təsbit edə bilən kifayət qədər normaları mövcuddur ki, iddia tələbinin predmetini və mahiyyətini tam təsvir etməklə təsdiqini tapdırır. Qətnamə nəzərdən keçirilərkən tam aydın şəkildə nəzərə çarpır ki, məhkəmə iddiaçı tərəfdən irəli sürülən sübut, dəlil və əsasları araşdırmaqdan yayınır, bundan əvvəl qəbul edilən qətnamələri iddianın predmetinə uyğun olmayan əsassız təsbitlərlə rədd edir. Məhkəmə əsassız olaraq qeyd edir ki, iddiaçı iddia tələbində 18 ay ərzində hər ay 300 manat olmaqla, cəmi 5400 manat kirayə pulundan məhrum olduğunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və yalnış mülahizələrə əsaslanmışdır. Məhkəmə iddiaçının həmin evi cavabdehə guya könüllü olaraq verməsini əsas gətirmişdir. Lakin məhkəmə iddiaçının gəlini ilə münasibətlərinin pozulmasından sonrakı dövrdə sonuncu tərəfindən onun mənzilini zəbt edərək mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozmasını və bu əsnada neçə illər məhkəmə və hüquq mühafizə orqanlarının qapılarında qalması kimi və qanunsuz hərəkətlərini və bu kimi bir sıra işin digər faktiki hallarını nəzərə almır və bütün bunları mülahizələr adlandırır. İddiaçıya vurulmuş mənəvi ziyan ilə isə bağlı birinci instansiya məhkəməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunveriviliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı Qərarına istnad edir, lakin hazırki iddia tələbindəki işin faktiki halları ilə həmin Qərarda təsbit edilmiş normaların uyğunsuzluğunu tam səhv şərh edir. Məhkəmə bildirir ki, Azərbaycan Rrespublikası Ali Məhkəməsini hazırki Plenumunun qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və istirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və sair hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsi bütün bu hüquq normalarını əsas gətirdikdən sonra hansılar ki, iddia tələbinin faktiki halları ilə tam uyğunlaşır, dərhal ona məlum olmayan məna və məzmunda qərnamədə qeyd edir ki, tərəflərin öz hüquqlarını qorumaq üçün müxtəlif orqanlara və eləcə də məhkəmələrə müraciət etmək hüququ vardır və bu halda tərəflər, o cümlədən cavabdeh də məhkəmələrə müraciət etmək hüququndan istifadə etmişlər. Məhkəmə bu halda əsas halları, bilavasitə cavabdehin qanunsuz olaraq iddiaçıya məxsus mənzili zəbt etməsi kimi qanuna zidd hərəkətə ümumiyyətlə göz yumur. Məhkəmə bütün bu məhkəmə çəkişmələrinin yeganə səbəbi kimi iddiaçının qanunzuz olaraq mənzili zəbt etməsi və iddiaçı mülkyyətçinin mənzili boşatması tələbinin qanunsuz olaraq cavabdeh tərəfindən yerinə yetirməməsinin olması kimi işin faktiki hallarını kənara qoyur. Qeyd edilən qanunsuz hərəkət və ya hərəkətsizlik ilə nəticə arasındakı səbəbli əlaqəni müşahidə etmir. Həmçinin nəzərə almaq lazımdır ki, mənəvi zərərin vurulub-vurulmaması məsələsinin tamlıqla müəyyənləşdirilməsi kənar şəxs tərəfindən deyil, bilavasitə zərərçəkən - iddiaçının tərəfindən müəyyənləşdirilməsi qəbuledicidir. Belə zərərin vurulmasını iddiaçı hamıdan dərin duyur və daxilən keçirir. O, 19.04.2010-cu il tarixdə «X15» MMC ilə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 2(iki) otaqlı mənzili əldə etmişdir. Daha sonra iddiaçının oğlu X11 2012-ci ildə Gürcüstan vətəndaşlığı olan X7 (daha sonra həyat yoldaşı Cüvarov Musanın soyadını qəbul edərək Cuvarova olmuşdur) ilə nikaha daxil olmuş və bu 2014-cu ildən 2018-ci ilin avqust ayına kimi iddiaçının xüsusi mülkiyyətində olan və onların ailə münasibətlərinə daxil olmasından əvvəl əldə edilmiş qeyd edilən mənzildə yaşamışlar. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli, e- 2(003)-1665/2019 saylı qətnaməsinə əsasən oğlu ilə Cuvarova (Əliyeva) Nabad Seirab qızı arasında nigaha xitam verilmişdir. Təxminən bir ay sonra Cavabdeh Seirab qızı ona məxsus mənzilə soxularaq ondan xəbərsiz qapının açarlarını dəyişmişdir. Ancaq Cavabdeh elə həmin vaxtdan xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 iki otaqlı mənzildən dəfələrlə tələblərinə baxmayaraq çıxmaqadan imtina etmişdir. Beləlilklə də o, cavabdehin qeyri-qanuni əməlləri nəticəsində özünə məxsus əmlaka dair istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək ilə bağlı hüquqularını həyata keçirə bilməmişdir. 24.12.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh Seirab qızı 17.02.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə azyaşlı uşağı ilə birlikdə yaşayış evinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda bütün bu vaxtlar ərzində cavabdeh qeyri-qanuni olaraq ona məxsus mənzildə yaşamaqda davam etmişdir. Hətta qanunsuz olaraq onun razılığı və icazəsi olmadan ona məxsus mənzilə tanımadığı və mülkiyyətində olan mənzilə heç bir aidiyyatı olmayan Tağıyev Maarif adlı şəxsin fıksasiyyası edilməklə saxtakarlıq edilərək mənzilinə müvvəqqəti qeydiyyata alınmışdır. Bu kimi cinayət xarakterli əməllərin qarşısını alımaq və müvafiq araşdırma aparılması üçün tərəfindən prokurorluq və digər hüquq mühafizə orqanlarına da ərizə ilə müraciət etmişdir. Bilavasitə həmin bildiriş iddia ərizəsinə əlavə edilir. Bildirişdən göründüyü kimi X8 tərəfindən sonuncu dəfə cavabdeh ona məxsus ünvan 1 ünvanına müvəqqəti qeydiyyata düşmüşdür. 16.03.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-747/2020 saylı qərardadı ilə Xəzər Rayon Məhkəməsində iddiaçı X12 (qərardadda soyadı Əliyeva qeyd edilmişdir) qızının cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnu tanınması barədə iddia tələbinə baxılıb qurtaranadək onun tərəfdən qaldırılmış Abşeron Rayon Məhkəməsindəki mülki işin icraatı dayandırılmışdır. 31.08.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 1367/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı - onun və himayəsində olan azyaşlı qızı X6 ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. 14.10.2020-ci il tarixdə Cavabdeh Seirab qızı Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.11.20-ci il tarixli, 2(103)-8443/2220 saylı qətnaməsi ilə Cavabdeh Seirab qızının apellyasiya şikayəti təmin edilməmiş və 1-ci İnstansiya məhkəməsinin 2(003)-1367/2020 saylı, 31 avqust 2020-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2019-cu ilin sentyabr ayınnın 23-dən bu günə kimi ona məxsus mənzildən çıxmaqdan imtina edir. Məhkəmə instansiyalarına müraciət etməklə onun qanuni tələblərini yerinə yetirməsini bilə-bilə uzatmaqla məşğuldur. 2020-ci ilin sentyabr-oktyabr ayına kimi müddətdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan mənzilindən istifadə etmək və sərəncam vermək hüququndan məhrum olmağı ilə bağlı, bilavasitə həmin mənzildən gəlir əldə etmək kimi sərəncam vermək hüququndan da məhrum olmuşdur. Belə ki, mənzilini kirayə verərək, oradan hər ay 300 ( üç yüz) manat, (24x300= 7200) ümumən 24 ay ərzində 7200 (yeddi min iki yüz) manat əldə etmək imkanı olduğu halda bu pul vəsaiti əldən çıxmış fayda kimi dəyərləndirilməlidir. Bu məbləğ onun əmlakının əvəzi kimi və mülki dövriyyədən əldə etdiyi gəlir kimi ona ödənilməlidir. Onun razılığı alınmadan cavabdehin icazəsiz mənzili zəbt etməyi, müxtəlif instansiyalara şikayət etmələri, keçirdiyi əsəb, iztirablar və sarsıntı keçirməyi ilə müşahidə olunmuş, bunun nəticəsində iddiaçı olaraq ona mənəvi ziyan dəymişdir. İddiaçı olaraq açıq ürək əməliyyatı keçirib və 2007-ci ildən şəkərli diabet xəstəsidir. İddiaçı tərəfə bilavasitə ona dəyən mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir. İddaçı olaraq ona dəymiş mənəvi ziyanı 5000 (beş min) manat qiymətləndirir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2907/2021 saylı, 12.07.2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 20.05.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, 14 saylı evin 28 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 236 saylı reyestr kitabının 13 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli, **********441-05335-093017 saylı texniki pasportun surətindən müəyyən olunur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi 14 saylı evin 28 saylı mənzili İddiaçı mülkiyyətindədir. İcraçı «X15» MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 19.04.2010-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarının 14 korpusundakı ümumi sahəsi 63.71 kv.m olan 28 saylı mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili almağı və qabaqcadan müəyyənləşdirilmiş qaydada mənzilin dəyəri olan 25.484 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. «X15» MMC ilə İddiaçı arasında bağlanmış öhdəlik müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 otaqlı mənzilin tikintisinə görə «X15» MMC-yə 5097 manat məbləğində 20% ilkin haqq ödədikdən sonra qalan məbləği hər ay 485 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, mənzilin hər kv.m üçün 400 manat hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(003)-1367/2020 saylı qətnaməsinə əsasən iddiaçı Nabad Juvarovanın (Cuvarova) cavabdeh İddiaçı qarşı - onun və himayəsində olan azyaşlı qızı X6 ünvan 3 ünvanına istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25.11.2020-ci il tarixli, 2(103)-8443/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(012)-133/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, X4 ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılması, 20 manat dövlət rüsumuna görə pulun X3 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarıqnda olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.10.2019-cu il tarixli məktubundan görünür ki, Gürcüstan vətəndaşı Juvarova Nabadın Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin ləğv edilməsi ilə bağlı 25.09.2019-cu ildə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş və C-6137/7166/ə daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş ərizəyə aidiyyəti üzrə baxılmışdır. Gürcüstan vətəndaşı N.Juvarova ilə nikahının pozulması və bununla əlaqədar onun daimi yaşamaq üçün icazə vəsiqəsinin ləğv edilməsi tam əsassızdır. Miqrasiya Məcəlləsinin 55.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün əsaslardan biri aradan qalxsa da (nikahın pozulması), digər əsas üzrə (övladının Azərbaycan Respublikasının vətəndaşı olması Miqrasiya Məcəlləsinin 3.0.12-ci) hüquqi münasibəti davam edir. Lakin N.Juvarovanın Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduğundan, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 17.05.2021-ci il tarixli 05/1223 saylı məktubundan görünür ki, Gürcüstan vətəndaşı 08.03.1992-ci il təvəllüdlü Nabad Juvarovanın (pasport № 10BB93166) müvəqqəti olma müddəti 11.06.2020-ci il tarixədək uzadılmış və ünvan 5 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Əzizbəyov RPŞ tərəfindən verilmiş 01.05.2009cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Qala qəsəbəsi, Hərbi şəhərcik, 31 saylı evdə qeydiyyatdadır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 13.06.2020-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Masazır ərazi dairəsi Masazır kəndi Yeni Bakı yaşayış kompleksi 14 saylı evin 28 saylı mənzili İddiaçı mülkiyyətindədir və qeydiyyatda heç bir şəxs yoxdur. Müəyyən olunmuşdur ki, İddiaçı oğlu Musa Cuvarov Cavabdeh Seirab qızı ilə nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi Şəhərcik, 31 saylı evdə yaşamağa başlamış, sonradan əldə olunmuş razılığa əsasən iddiaçının oğlu, cavabdeh və tərəflərin birgə nikahından doğulmuş X2 rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış Kompleksi, 14 saylı evin iki otaqlı, 28 saylı mənzilinə köçüb yaşamağa başlamışlar. İddiaçının bildirdiyinə görə, həmin mənzili o, kirayə vermək niyyətində olmuş, lakin oğlu ailəsi ilə orada yaşamağa başladığından o, kirayə verib gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Lakin iddiaçının oğlu və cavabdehin nikahı pozulduqdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməklə, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olmuşdur. Ona görə də İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5400 manat maddi ziyan, 5000 manat mənəvi zərər olmaqla cəmi 10400 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin tələblərinə görə iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X5 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı iddia tələbində 18 ay ərzində hər ay 300 manat olmaqla cəmi 5400 manat kirayə pulundan məhrum olduğunu, həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də iddia tələbində irəli sürdüyü halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və yalnız mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan evindən cavabdehin çıxmaması nəticəsində gəlirdən məhrum olmasını bildirsə də işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı evini oğluna ailəsi ilə birlikdə qalması üçün könüllü olaraq vermiş, onların həmin mənzilə köçərək yaşamasına razı olmuşdur. Sonradan onlar arasında münasibətlər pozulmuş və cavabdehlə iddiaçının oğlu arasında nikah ləğv edilmiş, bundan sonra iddiaçı cavabdehdən evin boşaldılması tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən kirayə pulu ilə maddi ziyan tələb etməsi əsaslı deyildir. Bu səbəbdən də məhkəmə haqlı olaraq iddia tələbinin 5400 manat maddi ziyan tutulmasına dair iddia tələbini bu hissədə təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Müəyyən edilmişdir ki, iddiaçı iddia tələbini mənəvi ziyan hissəsində cavabdehin müxtəlif instansiyalara şikayət etməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, hər bir şəxsin öz hüquqlarının müdafiəsi üçün müxtəlif orqanlara və eləcə də məhkəməyə müraciət etmək hüquqları vardır. Bununla belə işin araşdırılan hallarından göründüyü kimi tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmişlər. Məhkəmə müdafiə hüquqlarından istifadə etmək hər kəsin əsas hüquqları olmaqla konstitusion hüququdur. İddiaçı məhkəmə araşdırılmaları zamanı keçən vaxtın onun səhhətinə ziyan vurmasını, bununla əlaqədar sarsıntı, istirablar, ürək əməliyyatı keçirməsini ərizəsində və izahatında göstərsə də bunların bilavasitə cavabdehin təqsirli hərəkəti nəticəsində olması barədə hər hansı sübutları məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə iddianın təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşır. İş materiallaryndın görünür ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etsə də buna dair hər hansı bir sübüt təqndim etməmişd ir. Onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər iddia ərizəsi ilə eynilik təşkil edir ki, həmin dəlillər də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə ki, apelyant apellyasiya şikayətində cavabdehin əməlləri nəticəsində ona 5400 manat maddi zərər dəyməsini qeyd etmişdir. Bunu da onunla əsaslandırmışdır ki, cavabdehin təqsiri ucbatından, yəni mübahisəli mənzili boşaltmaması səbəbindən həmin mənzili kirayə verməmişdr ki, bununla da ona maddli zərər dəymişdir. Lakin bunu təsdiq edən hər hansı bir sübutu, məsələn kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir. Bundan başqa apelyant cavabdehin təqsirindən, yəni məhkəmələrə müraciət etməsi səbəbindən mənəvi zərər çəkdiyin, izhtirab keçirdiyini, əməliyyat olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası apelyantın bu dəlillərini əsassız hesab edir. Belə ki, məhkəməyə müraciət etmək iddiaçının olduğu kimi cavabdehin də konstitusion hüququdur və heç kim onu bu hüququndan məhrum edə bilməz. Məhz cavabdehin hərəkətləri nəticəsində iztirab çəkməsi, stress keçirməsi, eləcə də əməliyyat olunmasını qeyd edən iddiaçı buna dair də hər hansı bir sübut təqdim edə bilməmiş, dəlillərini əsaslandırmamışdır. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. AR Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3403/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3403/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver