Məhkəmə qərarları › İş №2(105)-3406/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3406/2021

21.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3406/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı və onun vəkili XN iştirakı ilə, İddiaçı Cavabdeh Qeybalı qızına qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin N0 avqust N0N1-ci il tarixli, N(067)-759/N0N1 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin N0 avqust N0N1-ci il tarixli, N(067)-759/N0N1 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz rayonu, Xudat şəhəri, N-ci şöbə ünvanında yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə çəkilmiş xərcin (vəsaitin) yarısı, yəni 36513,80 manat məbləğində pulun Cavabdeh Qeybalı qızından alınaraq Rəşidova (Əzizova) Samirə Gülbala qızına verilməsi qət olunmuşdur. (hakim A.Sadıqov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin N0 avqust N0N1-ci il tarixli, N(067)-759/N0N1 saylı qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 80000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.1N.N009-cu il ildə rəsmi nikah bağlamaqla XN1 ilə ailə qurmuş və həmin tarixdə ərinin valideynlərinə məxsus Xudat şəhərindəki N-ci şöbə ərazisində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan N uşaqları vardır: X18 -08.11.N010-cu il təvəllüdlü, XNN 13.07.N01N-ci il təvəllüdlü. X11 N001-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətdə olarkən N003-cü ilin fevral ayında Azərbaycan Respublikasının TTM-də gizir hazırlıq məktəbinə daxil olmuş, aprel N003-cü ildə xüsusi təyinatlı qüvvəllər kursunu keçmək üçün N saylı hərbi hissəyə ezam olunmuş, avqust N003-cü il tarixdə TTM-ni tağım komandirinin müavini ixtisası üzrə bitirmişdir. Oktyabr N003-cü ildə XTQ kursunu bitirdikdən sonra, Azərbaycan Respublikası Müdafiə Nazirinin N1.11.N003-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlamış və N7.09.N0N0-ci il tarixdə X8 şəhid olmuşdur. N009-cu ildə ərinin valideynlərinə məxsus evə gəlin köçəndə həmin evdə qaynatası Tahir, cavabdeh olan qaynanası Gülsənəm, baldızları Həlimə və Tahirə, subay qaynı Mənsur yaşayırdılar. Ailədə belə razılaşmışlar ki, 1993-cü ildə qaynanası Cavabdeh adına alınmış və yaşadıqları evlə üzbə-üz yerləşən 0,08 ha torpaq sahəsində əri İlhamla birlikdə özlərinə yaşayış evi tikib həmin evə köçsünlər. O, ərə getməzdən əvvəldən Xudat şəhəri 1 saylı orta məktəbdə müəllimə işləmiş, nikahdan sonra da işini davam etdirmişdir. Bundan əlavə o, 3-cü qrup əlilliyə görə hər ay pensiya alır. Əmək haqqı ilə pensiya üstüstə 700 manat təşkil edir. X11 da ayda təxminən 3000 manat məvacib almışdır. N010-cu ilin əvvəllərindən başlayaraq, onlar həmin 0,08 ha torpaq sahəsində yaşayış evi tikməyə başlamışlar və N016-cı ildə evi tam tikib qurtardıqdan sonra ailə həmin evə köçərək yaşamağa başlamıdır. Hazırki gündə də o, N uşağı ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh olan qaynanası Gülsənəmlə belə razılaşmışlar ki, ev tikdikləri torpaq sahəsi onun adına olduğundan evi tikib qurtardıqdan sonra o, evi adına rəsmiləşdirib, sonradan əri İlhamın, yaxud da onun adına keçirəcəkdir. X11 N7.09.N0N0-ci il tarixdə X8 şəhid olmuş, bundan sonra o, cavabdehdən xahiş etmişdir ki, evi onun adına keçirsin, lakin cavabdeh heç bir səbəb göstərmədən bundan imtina etmişdir. Beləliklə də, cavabdeh olan qaynanası Gülsənəm ərilə birlikdə öz vəsaitləri ilə tikdikləri evi öz adına rəsmiləşdirməklə əsassız varlanmışdır. O, əri şəhid olandan sonra N uşaqla tək qalmışdır, bundan sonra onun ev tikməyə nə gücü, nə də imkanı vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında şahidlər də təsdiq etmişlər ki, mübahisəli evin tikintisində mərhum İ.Rəşidov iştirak etmiş, bunun üçün vəsaiti o ödəmiş, ev məhz onun və ailəsi üçün tikilmişdir. Ekspertiza tədqiqatı ilə mübahisəli evin ümumi dəyəri 730N7,6 manat müəyyən edilmişdir. Hazırkı mübahisə birgə nikah zamanı əldə edilmiş əmlakın bölünməsi barədə deyil, cavabdeh tərəfindən əsassız olaraq əldə etdiyi vəsaitin (evin dəyərinin) geri qaytarılması barədədir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehin (7 nəfər ailə üzvünün paylı) mülkiyyətində olsa da, onların heç biri bu evin inşa edilməsində nə iştirak etmiş, nə də vəsait sərf etmişlər. Məhkəmə qətnaməsində isə haqlı iddianın qismən təmin edilməsinin əsasları göstərilməmişdir. İş materiallarında mərhum İ.Rəşidovdan miras qalmış əmlakın onun və azyaşlı uşaqlarının qəbul etməsi barədə müvafiq çıxarış vardır. Bütün bu hallara isə məhkəmə düzgün qiymət verməmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia tamamilə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X1N apellyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, mərhum ərinin şəhid olması ilə bağlı ödənilən təqaüdün 300 manatı ona və uşaqlarına, N00 manatı isə onun atası və anasına verilir. 11000 manatlıq sığorta ödənişi isə vərəsələr arasında mübahisə olduğundan hələ ödənilməmişdir. İş üzrə Cavabdeh Qeybalı qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildirişlər göndərilmiş, lakin cavabdeh həmin bildirişləri almaqdan imtina etdiyinə görə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 137.N-ci maddəsinə görə ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Yenə həmin Məcəllənin 376.N-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi 01.03.N019-cu il olan **********30-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Xudat şəhərindəki Nci şöbə ünvanında 0,08 ha torpaq sahəsində yerləşən 101,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Qeybalı qızının, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X9, X13, X10, X4, X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə işdə olan N1.1N.N0N0-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin N saylı regional ərazi filialından 3-cü dərəcə əlilliyə görə ömürlük N33,N0 manat əmək pensiyası alır. Yenə də işdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi N saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin N1.1N.N0N0-ci il tarixli, 155 nömrəli arayışından görünür ki, İddiaçı Xudat şəhərindəki 1 saylı tam orta məktəbdə N004-cü ildən müəllim işləyir. DSMF və vergi xərcləri çıxıldıqdan sonra onun aylıq əmək haqqı 476,56 manat təşkil edir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, XN1 ilə X14 arasında nikah 01.1N.N009-cu ildə bağlanmışdır. Nikahdan sonra arvad Rəşidova soyadını qəbul etmişdir. Yenə işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, XN1 ilə X3 birgə nikahlarından 08.11.N010-cu il təvəllüdlü X18 və 13.07.N01N-ci il təvəllüdlü XNN anadan olmuşdur. Yenə də işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, XN1 hərbi əməliyyatlar nəticəsində N7.09.N0N0-ci ildə ölmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin N1 iyun N0N1-ci il tarixli, 10/1N85 saylı rəyindən görünür ki, Xaçmaz rayonu, Xudat şəhərinin N-ci şöbə ərazisində yerləşən fərdi yaşayış evində aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 730N7,6 manat məbləğində müəyyən olunur. Məhkəmə iclasında şahid XN6 ifadəsində göstərmişdir ki, o, tikinti materialları mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçının əri mərhum İlham N016- N018-ci illərdə ondan tikinti materialları alıb, pulunu da özü ödəyib. İlhamın aldığı tikinti materiallarının ümumilikdə dəyəri təxminən N5000-30000 manat olub. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, döşəmə ustasıdır və iddiaçının yaşadığı evdə işləmişdir. İddiaçının mərhum əri İlhamın tikdirdiyi həmin evdə döşəmə vurmuşdur. Ona zəhmət haqqı olaraq 700 manat pulu İlham vermişdir. İlham şəhid olandan sonra da həmin evdə laminat döşəməsi vurmuşdur, zəhmət haqqını İlhamın qardaşı vermişdir. Həmin evdə usta kimi işləyəndə tikinti zamanı İlhamdan başqa heç kim gəlib tikinti ilə maraqlanmamışdır. İşlədiyi iş üzrə mübahisəli evdə N016-cı ildə işləmiş, həmin ev Xudat şəhəri N-ci şöbədə yerləşir, ikimərtəbəli evdir. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, iddiaçının mərhum əri İlham qardaşı olmuşdur, cavabdeh Gülsənəm anasıdır. O, uşaqlıqdan ayrı ailədə yaşamışdır. Qardaşı İlham ailə qurandan sonra atası özünə aid olan torpaq sahəsindən İlhama torpaq sahəsi ayırmışdır ki, İlham özünə həmin torpaq sahəsində ev tiksin. İlham həmin evi öz vəsaiti hesabına tikdi. Lakin valideynləri həmin evi öz adlarına qeydə aldırıblar. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq münasibəti yoxdur. O, dəfələrlə Amidin mağazasından İlhamın evinə sürücü kimi tikinti materialları daşımışdır. Pulu İlham ödəyirdi, özü evdə olmayanda pulu mağazadan verirdilər. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 37N.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 37N.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 37N.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin N0 avqust N0N1-ci il tarixli, N(067)- 759/N0N1 saylı qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər qohumdurlar, yəni cavabdeh iddiaçının qayınanasıdır. Cavabdehin övladı XN1 ilə iddiaçı 01.1N.N009-cu ildə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların bu nikahlarından 08.11.N010-cu ildə Dərya, 13.07.N01N-ci ildə isə İlhan adlı uşaqları doğulmuşdur. Xaçmaz rayonu, Xudat şəhərinin N-ci şöbə ərazisində yerləşən 0,08 ha torpaq sahəsi cavabdehin, o cümlədən iddiaçının mərhum əri və digər 5 nəfərin (ümumilikdə 7 nəfər) paylı mülkiyyətində olmuş, lakin iddiaçı və onun əri İ.Rəşidov bu torpaq sahəsində yaşayış evi inşa etmişlər. Bu fakt iş də olan mötəbər sübutlarla, o cümlədən şahid ifadələrilə təsdiq olunur. Evin inşa edilməsinə ümumilikdə 730N7,6 manat məbləğində vəsait sərf olunduğu ekspert rəyi ilə müəyyən edilmişdir. İşdən görünür ki, XN1 ikinci Qarabağ savaşında hərbi əməliyyatlar nəticəsində N7.09.N0N0-ci ildə ölmüşdür(şəhid olmuşdur). İşdəki reyestrdən çıxarışdan görünür ki, mübahisəli 191,8 kv.metrlik yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qeybalı qızından mübahisəli evin inşa edilməsi üçün xərclənmiş 80000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, cavabdehin və digər 6 nəfərin, o cümlədən iddiaçının mərhum ərinin mülkiyyətində 0,08 ha torpaq sahəsi olmuş, iddiaçı və əri tərəfindən orada fərdi yaşayış evi inşa edilmişdir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, evin tikintisi üçün bütün xərclər iddiaçı və onun mərhum əri tərəfindən çəkilmişdir. Yaşayış evi hazır olandan sonra tam olaraq cavabdehin adına qeydə alınmışdır. Hazırda həmin ev cavabdehin mülkiyyətindədir. Başqa sözlə, o, iddiaçı və onun mərhum əri hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yenə həmin Məcəllənin 1091.N-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 109N.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 109N.N-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh hazırki mübahisəli iş üzrə əsassız varlanmış şəxsdir və daha öncə istinad olunan maddi hüquq normalarına görə əsassız əldə etdiyi evin dəyərini iddiaçıya ödəməlidir. İddia tələbindən görünür ki, onun predmetini mübahisəli yaşayış sahəsinin inşa edilməsi üçün iddiaçının və onun mərhum əri İlham Rəşidovun sərf etdiyi vəsait təşkil edir və ekspert rəyi ilə bu vəsait 730N7,6 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəlləni 135.N-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İş materiallarından görünür ki, İddiaçı və onun mərhum əri İ.Rəşidov birgə nikahda olan zaman, yəni N016-N018-ci illərdə mübahisəli yaşayış evini inşa etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin NN5.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 3N.N-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 3N.N.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 3N.N.N). Ailə Məcəlləsinin 3N.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yenə həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, nikah dövründə əldə olunmuş əmlak (o cümlədən pul) ər-arvadın ümumi əmlakı hesab olunur və ümumi əmlak qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlar arasında bərabər paylarda bölünür. İşin tədqiq edilən hallarından görünür ki, mübahisəli yaşayış evinin inşa edilməsi üçün xərclənən vəsait İddiaçı ilə mərhum İ.Rəşidovun birgə nikahı zamanı xərclənmişdir və bu əmlakda (pulda) onların bərabər payları vardır. Qeyd olundğu kimi, ekspert rəyi ilə bu vəsait 730N7,60 manat müəyyən edilmişdir. Beləliklə də, işdən görünür ki, mübahisəli evin tikintisinə 730N7,60 manat vəsait xərclənmişdir. Mübahisəli evin hazırkı mülkiyyətçisinin cavabdeh olması nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, evin inşası üçün xərclənmiş vəsaitin yarısı (36513,80 manat) İddiaçı, yarısı isə mərhum İlham Rəşidova məxsusdur. Bununla belə, işdən görünür ki, XN1 hərbi əməliyyatlar nəticəsində N7.09.N0N0-ci ildə ölmüşdür, yəni onun 36513,80 manatdan ibarət əmlakı miras qalmışdır. Belə ki, Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Yenə həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericiliyə görə pul da əşya, yəni əmlak hesab edildiyindən, mübahisəli evin inşa edilməsi üçün İ.Rəşidov tərəfindən xərclənmiş 36513,80 manat ondan miras qalan əmlak hesab edilməlidir. Onun hazırda 5 nəfər birinci növbəli vərəsəsi olduğundan (arvadı, iki uşağı və valideynləri) qeyd edilən pul vəsaiti vərəsələr arasında bərabər payda bölünməlidir. Birgə nikahdan doğulmuş uşaqların azyaşlı olmaları və analarının himayəsində qalmaları nəzərə alınarsa, iddiaçının vərəsə kimi almalı olduğu məbləğin N1908,N8 manat təşkil etdiyi müəyyən olunur. Beləliklə də, iş materiallarından görünür ki, inşa edilmiş evə xərclənən pul vəsaitinin 584NN,08 manat hissəsində iddiaçının tələbi əsaslıdır bu vəsait isə evin hazırkı mülkiyyətçisi Cavabdeh tələb edilməlidir. Mübahisəli evin inşa edilməsinə xərclənən bütün vəsaitin ona verilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır, çünki mərhum İ.Rəşidovun payına düşən pul vəsaitindən miras əmlak kimi, valideynlərinin də vərəsə payları vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, evin inşasına çəkilmiş xərc hesabına əsassız varlanmış şəxsdən geri tələb edilən pulun bölgüsündə səhvə yol vermiş, düzgün nəticəyə gəlməmişdir. Bu da Azərbaycan Respublikası MPM-nin 384.0.N-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə cəmi 584NN,08 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 38N, 384.0.N, 384.0.3, 393, 40N və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin N0 avqust N0N1-ci il tarixli, N(067)- 759/N0N1 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Xaçmaz rayonu, Xudat şəhəri, N-ci şöbə ünvanında yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə çəkilmiş xərcin (vəsaitin) 584NN,08 manat hissəsi Cavabdeh Qeybalı qızından alınaraq Rəşidova (Əzizova) Samirə Gülbala qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar