Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3422/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 saylı qətnaməsindən İddiaçı2 verdiyi apelyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-na qarşı «emissiya prospektinin, 2010-2019- cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada təqdim edilməsi» tələbinə dair iddia qismən təmin edilib, cavabdeh "xxxx" ASC tərəfindən 2015-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilməsi qət edilmişdir. İddiaçı2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 saylı qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, iş materiallarında olan İddiaçı2 apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə 03 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən «Kapital Bank» vasitəsi ilə 15 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı iddia ərizəsinin verilməsi üçün və xidmətin istifadəçisi kimi Bakı Apellyasiya Məhkəməsi qeyd edilmişdir. (i/v-84) Göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun təyinatı apelyasiya şikayətinin verilməsi üçün olsa da ödənişin təyinatı Bakı Apellyasiya Məhkəməsi deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödədiyi 15 manat dövlət rüsumu hazırki apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayəti üçün dövlət rüsumunun təyinatı üzrə ödənib-ödənilmədiyini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-na qarşı «emissiya prospektinin, 2010-2019- cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada təqdim edilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 saylı qətnaməsindən İddiaçı2 verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, apelyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3422/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3422/2021
04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver