Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3438/2020 24.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X10 və X7 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X5 iştirakı ilə, X1 cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı xx xxxxxx 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştampelin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə X1 Şabran rayon məhkəməsinə etdiyi etiraz ərizəsinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia qaldıraraq xx xxxxxx 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möher və ştempelin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X2 etirazla məhkəməyə müraciət edərək mülki işin hakim Çingiz İsgəndərovun icraatından alınaraq digər rayon məhkəməsinin hakiminin icraatına verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər Şabran rayon Pirəbədil Bələdiyyəsinin və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şabran rayon məhkəməsinə müraciət edərək xx xxxxxx 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Respublika qazetinə yalan elan verməklə, rəsmi dövlət orqanlarını və əməkdaşlarını aldadaraq saxta icra protokolu, möhür və ştempel hazırlatdığına və onlardan istifadə etməsinə görə Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla araşdırılması üçün Şabran rayon Prokurorluğuna göndərilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarılanadək saxta yolla alınmış möhür və ştempeldən istifadənin Cavabdeh2 qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir, iddia tələbinin nəticə hissəsinin 3-cü xahişi məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadı təmin edilməmişdir. Yəni, hakim Cavabdeh2 saxta yolla əldə etdiyi möhür və ştempeldən istfadəni qadağan etmişdir. Lakin, hansısa səbəbdən xx xxxxxxxx 2020-ci il tarixdə hakim qərardaddan vermiş şikayətə baxılaraq onu ləğv etmişdir. Bundan belə nəticəyə gəlmək olur ki, hakim artıq işin baxılmasında maraqlı şəxsdir. Belə ki, ilkin olaraq iş materiallarında olan qanunsuzluqlar barədə məlumatlar əsasında hakim Cavabdeh2 möhür və ştempeldən istifadə edilməsini qadağan edir, 13 gün sonra isə qadağanı ləğv edərək qeyd edir ki, qanunsuz yolla alınmış olsa belə həmin möhür və ştempeldən istifadə oluna bilər. Cavabdeh2 arxasında rayon İH-nin başçısı dayanır və o, Atabalanın qanunsuz yolla olsa belə qalib gəlməsi üçün hakimə təsir edir. Yoxsa hakim özbaşına öz verdiyi qanuni qərardadı elə-belə ləğv etməzdi. Belə olan vəziyyətdə hakimə etiraz olunması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin qərarın 2.2-ci maddəsində qeyd edilir ki, “hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3. maddəsinə görə o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 21.2. maddəsinə əsasən, etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1. maddəsi). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, mülki iş üzrə tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi mülki iş üzrə obyektiv həqiqəti müəyyən edilməsindən ötrü hər bir tərəfin izahatının dinlənilməsini təmin edir. İddiaçının etirazının əsası kimi istinad etdiyi hallar formal mülahizə olmaqla mülki iş üzrə tam, hərtərəfli araşdırılma aparılmasının obyektivliyinə şübhə edilməsi üçün əsas oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6. maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 19.2.3, 21.2, və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: X1 cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı xx xxxxxx 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştampelin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə X2 tərəfindən verilmiş Şabran rayon məhkəməsinin hakimi X8 etiraz etmə barədə ərizəsi rədd edilsin. Mülki iş baxılması üçün Şabran rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Vidadi Cəfərov
Məhkəmə qərarları › İş №2(105)-3438/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3438/2020
24.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver