Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3472/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, tərcüməçi X3 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh4, Şamaxı rayon notariat kontoruna və Şamaxı rayon İcra Hakimiyyətinə qarşı qeydiyyat vəsiqəsinin, Şamaxı rayon AİK-nın qərarının, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə dair X7 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X7 və oğlu X23 mülkiyyətinə ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının, 0,13 ha torpaq sahəsi üzərində X7 və X23 mülkiyyət hüququna dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin fərdi yaşayış evinə dair X16 ilə X27 və Cavabdeh4 arasında Şamaxı rayon notariat kontorunda bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evi mərhum atası X8 ana babası X17 məxsus olmuşdur. X14 ölümündən sonra həmin fərdi yaşayış evi qızı və onun nənəsi olan X4 keçmişdir. Sonralar nənəsinin bacısı qızı X16 ərindən boşandığına və yaşamağa yeri olmadığına görə iki oğlu ilə onun nənəsinin evində məskunlaşmış və orada yaşamışdır. Nənəsi X10 1987-ci ildə vəfat etdikdən sonra X16 həmin evi ələ keçirmiş, öz adına rəsmiləşdirərək evin 0,13 ha olan həyətyanı torpaq sahəsinə də yiyələnmişdir. Qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi X7, onun ölümündən sonra isə vərəsəlik qaydasında oğlu Cavabdeh4 mülkiyyətinə keçmişdir. Yaranmış mübahisə ilə bağlı cavabdehlə aralarında bir neçə məhkəmə prosesi olmuş və məhkəmələr evin və torpağın cavabdehlərə ayrılmasına dair müvafiq hüquq müəyyənedici sənədlərin olduğuna və həmin sənədlər mübahisələndirilmədiyinə istinad edərək iddia tələblərini təmin etməmişlər. Belə ki, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 0,13 ha olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X11 ayrılmış və bu torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A, kod 41017018 saylı şəhadətnamə tərtib olunmuşdur. Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı isə X7 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında qəbul edilmişdir. Həmin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evi X7 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X16 ilə X27 və Cavabdeh4 arasında bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti X7 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evindən ibarətdir. Başqa sözlə, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X4 ayrılmış və bu torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-210A, kod 41017018 saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0,13 ha olan torpaq sahəsi (faktiki olaraq 0,129 ha) tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin predmeti olmamışdır. X7 adına 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olaraq isə həmin fərdi yaşayış evinin X12 adına qeydiyyata alınması barədə Şamaxı rayon X18 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeydiyyata alınmış qərarı göstərilmişdir. Məhz həmin inzibati akt tərəfindən mübahisələndirilmədiyindən onun Cavabdeh4 qarşı Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən evin X12 adına rəsmiləşdirilməsi barədə qeydiyyat vəsiqəsinin və X16 tərəfindən verilmiş Cavabdeh4 və Oleq Olkovun adına rəsmiləşdirilməsi üçün əsas olmuş 28 aprel 2008-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab olunması barədə iddia tələbləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli, 2(105)-1695/2016 saylı qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə bu qərarını onun fərdi yaşayış evinin və torpaq sahəsinin X7 adına ayrılması barədə inzibati aktları mübahisələndirməməsi ilə əsaslandırmışdır. Bundan sonra yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati aktı, yəni fərdi yaşayış evinin X7 adına qeydiyyata alınması barədə Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş qərarını mübahisələndirmişdir. Lakin məhkəmənin gedişində belə bir inzibati aktın olmadığı müəyyən edilmişdir. Bu hal həmin inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı 27 mart 2018-ci il tarixli, 2-1(105)-79/2018 saylı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1264/18 saylı, 11 iyul 2018-ci il tarixli qərarlarında öz əksini tapmışdır. Nəticədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1264/18 saylı, 11 iyul 2018-ci il tarixli qərarında göstərildiyi kimi, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati akt, ümumiyyətlə, qəbul edilmədiyinə, yəni belə bir inzibati akt olmadığına görə onun həmin inzibati aktın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisələndirilən fərdi yaşayış evi tamamilə qanunsuz olaraq sənədlərin saxtalaşdırılması yolu ilə X7 adına qeydiyyata alınmışdır. Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati akt, ümumiyyətlə, qəbul edilmədiyinə görə həmin qərar əsasında sonuncunun adına verilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi də etibarlı sayıla bilməz. Eyni zamanda, məhz fərdi yaşayış evi X7 adına qeydiyyata alındığı üçün Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə sahəsi 0,13 ha olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi də X11 ayrılmış və torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A saylı, kodu 41017018 olan şəhadətnamə tərtib olunmuşdur. Göründüyü kimi, mərhum atasının ana babasına məxsus olmuş, sonradan isə nənəsinin istifadəsində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi qanunsuz olaraq X16 tərəfindən öz mülkiyyətinə keçirilmiş, sonradan da əsassız şəkildə cavabdeh tərəfindən mənimsənilmişdir. Məhkəmə müəyyən olunmuş bu hallara görə onun iddia tələblərinə yenidən baxaraq yol verilmiş qanunsuzluqları aradan qaldırmalıdır. Belə ki, onun bu tələblərinin bir qisminə daha öncə məhkəmələr tərəfindən baxılaraq qiymət verilsə də, onun hazırki iddia tələbləri yeni əsaslarladır və bu hallar onun yeni əsaslarla yenidən eyni və ya oxşar iddia tələbləri ilə çıxış etməyinə hüquqi zəmin yaradır. Həmçinin bağışlama müqaviləsinin predmeti olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evinə dair X1 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin mötəbərliyi sübuta yetirilsə belə, həmin fərdi yaşayış evinin 0,13 ha həyətyanı torpaq sahəsinin X1 adına ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının mövcudluğunun özü ciddi şübhələr yaradır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2- 1(102)-1264/18 saylı qərarında qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş inzibati akt kimi göstərilmiş Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli qərarının mövcud olmadığı müəyyən olunsa da, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı tərəfindən mübahisələndirilmədiyinə görə, həmin qərara məhkəmə qiymət verə bilməmişdir. Lakin sonradan bu qərarı da mübahisələndirmək qərarına gəlsə də, 0,13 ha torpaq sahəsinin X11 və oğluna verilməsi barədə belə bir qərarı bu günədək əldə edə bilməmişdir. Həmin tarixdə verilmiş qərarda adı çəkilən şəxslərə torpaq sahəsinin ayrılması barədə hər hansı bənd mövcud deyildir. Həmçinin məlumdur ki, aqrar-islahat komissiyaları aqrar islahatının keçirilməsi, yəni hər bir konkret kənd yaşayış məntəqəsində mövcud olmuş sovxoz və kolxozların ləğv edilməsi ilə bağlı həmin sovxoz və kolxozların kənd təsərrüfatı təyinatlı torpaqlarının kənd əhalisi arasında bərabər şəkildə bölüşdürülməsi üçün yaradılmış və bununla bağlı səlahiyyətlərə malik olmuşdur. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X7 və oğlunun adına ayrılması barədə guya Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı qəbul edilmişdir. Halbuki, bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmadığından, Şamaxı rayon AİK-nın bu torpaq sahəsi üzərində hər hansı şəkildə sərəncam vermək səlahiyyət olmamışdır. Şamaxı rayon AİK-nın bu qərarı ilə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrini ayırmaq səlahiyyətinə malik olan Şamaxı rayon XDS İcraiyyə Komitəsinin və onun hüquqi varisi olan yerli icra hakimiyyətinin səlahiyyətləri mənimsənilmişdir. Bu halın özü də yuxarıda sadalananlarla yanaşı qiymətləndirildikdə, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının mövcudluğunu ciddi şübhə altına alır. Məhkəmə aktları ilə mövcud olmadığı sübuta yetirilmiş fərdi yaşayış evinin X7 adına qeydə alınması barədə Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edildiyi iddia olunan inzibati akt və həmin akta əsaslanaraq evin 0,13 ha olan həyətyanı torpaq sahəsinin X11 verildiyi bildirilən Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı mövcud olmadığından, mövcud olmayan inzibati akt əsasında verilmiş sonrakı sənədlər qanuni sayıla bilməz və saxta olduğunu güman etməyə əsas verən sənədlər əsasında bağlanılmış bağışlama müqaviləsi və digər hüquq müəyyənedici sənədlər də etibarlı sayıla bilməz. Mübahisələndirilən fərdi yaşayış evinə və torpaq sahəsinə dair sənədlərin saxtalaşdırılması nəticəsində həmin əmlaklar üzərində mərhum atasının qanunla müəyyən edilmiş qaydada yaranmış mülkiyyət hüququ və eyni zamanda onun vərəsəsi kimi hüququ pozulmuş, həmin yaşayış evinə və torpaq sahəsinə dair qanunsuz olaraq vərəsəlik hüququ barədə şəhadətnamələr və digər hüquq müəyyənedici sənədlər verilməklə kobud qanun pozuntusuna yol verilmişdir. Bu səbəbdən yol verilmiş qanun pozuntuları aradan qaldırılmalı, iddia tələbləri təmin olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evi mərhum atası X8 ana babası X17 məxsus olmuşdur. X14 ölümündən sonra həmin fərdi yaşayış evi qızı və onun nənəsi olan X4 keçmişdir. Sonralar nənəsinin bacısı qızı X16 ərindən boşandığına və yaşamağa yeri olmadığına görə iki oğlu ilə onun nənəsinin evində məskunlaşmış və orada yaşamışdır. Nənəsi X10 1987-ci ildə vəfat etdikdən sonra X16 həmin evi ələ keçirmiş, öz adına rəsmiləşdirərək evin 0,13 ha olan həyətyanı torpaq sahəsinə də yiyələnmişdir. Qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi X7, onun ölümündən sonra isə vərəsəlik qaydasında oğlu Cavabdeh4 mülkiyyətinə keçmişdir. Yaranmış mübahisə ilə bağlı cavabdehlə aralarında bir neçə məhkəmə prosesi olmuş və məhkəmələr evin və torpağın cavabdehlərə ayrılmasına dair müvafiq hüquq müəyyənedici sənədlərin olduğuna və həmin sənədlər mübahisələndirilmədiyinə istinad edərək iddia tələblərini təmin etməmişlər. Belə ki, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə sahəsi 0,13 ha olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X11 ayrılmış və bu torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A, kod 41017018 saylı şəhadətnamə tərtib olunmuşdur. Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı isə X7 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında qəbul edilmişdir. Həmin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evi X7 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X16 ilə X27 və Cavabdeh4 arasında bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti X7 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evindən ibarətdir. Başqa sözlə, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X4 ayrılmış və bu torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-210A, kod 41017018 saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0,13 ha olan torpaq sahəsi (faktiki olaraq 0,129 ha) tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin predmeti olmamışdır. X7 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olaraq isə həmin fərdi yaşayış evinin X7 adına qeydiyyata alınması barədə Şamaxı rayon X18 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeydiyyata alınmış qərarı göstərilmişdir. Məhz həmin inzibati akt tərəfindən mübahisələndirilmədiyindən onun Cavabdeh4 qarşı Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən evin X12 adına rəsmiləşdirilməsi barədə qeydiyyat vəsiqəsinin və X16 tərəfindən verilmiş Cavabdeh4 və Oleq Olkovun adına rəsmiləşdirilməsi üçün əsas olmuş 28 aprel 2008-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab olunması barədə iddia tələbləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli, 2(105)-1695/2016 saylı qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə bu qərarını onun fərdi yaşayış evinin və torpaq sahəsinin X7 adına ayrılması barədə inzibati aktları mübahisələndirməməsi ilə əsaslandırmışdır. Bundan sonra yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati aktı, yəni fərdi yaşayış evinin X7 adına qeydiyyata alınması barədə Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş qərarını mübahisələndirmişdir. Lakin məhkəmənin gedişində belə bir inzibati aktın olmadığı müəyyən edilmişdir. Bu hal həmin inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı 27 mart 2018-ci il tarixli, 2- 1(105)-79/2018 saylı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1264/18 saylı, 11 iyul 2018-ci il tarixli qərarlarında öz əksini tapmışdır. Nəticədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1264/18 saylı, 11 iyul 2018-ci il tarixli qərarında göstərildiyi kimi, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati akt, ümumiyyətlə, qəbul edilmədiyinə, yəni belə bir inzibati akt olmadığına görə onun həmin inzibati aktın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisələndirilən fərdi yaşayış evi tamamilə qanunsuz olaraq sənədlərin saxtalaşdırılması yolu ilə X7 adına qeydiyyata alınmışdır. Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati akt, ümumiyyətlə, qəbul edilmədiyinə görə həmin qərar əsasında sonuncunun adına verilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi də etibarlı sayıla bilməz. Eyni zamanda, məhz fərdi yaşayış evi X7 adına qeydiyyata alındığı üçün Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə sahəsi 0,13 ha olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi də X11 ayrılmış və torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A saylı, kodu 41017018 olan şəhadətnamə tərtib olunmuşdur. Göründüyü kimi, mərhum atasının ana babasına məxsus olmuş, sonradan isə nənəsinin istifadəsində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi qanunsuz olaraq X16 tərəfindən öz mülkiyyətinə keçirilmiş, sonradan da əsassız şəkildə cavabdeh tərəfindən mənimsənilmişdir. Məhkəmə müəyyən olunmuş bu hallara görə onun iddia tələblərinə yenidən baxaraq yol verilmiş qanunsuzluqları aradan qaldırmalıdır. Belə ki, onun bu tələblərinin bir qisminə daha öncə məhkəmələr tərəfindən baxılaraq qiymət verilsə də, onun hazırki iddia tələbləri yeni əsaslarladır və bu hallar onun yeni əsaslarla yenidən eyni və ya oxşar iddia tələbləri ilə çıxış etməyinə hüquqi zəmin yaradır. Həmçinin bağışlama müqaviləsinin predmeti olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evinə dair X1 adına verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin mötəbərliyi sübuta yetirilsə belə, həmin fərdi yaşayış evinin 0,13 ha həyətyanı torpaq sahəsinin X1 adına ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının mövcudluğunun özü ciddi şübhələr yaradır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2- 1(102)-1264/18 saylı qərarında qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş inzibati akt kimi göstərilmiş Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli qərarının mövcud olmadığı müəyyən olunsa da, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı tərəfindən mübahisələndirilmədiyinə görə, həmin qərara məhkəmə qiymət verə bilməmişdir. Lakin sonradan bu qərarı da mübahisələndirmək qərarına gəlsə də, 0,13 ha torpaq sahəsinin X4 və oğluna verilməsi barədə belə bir qərarı bu günədək əldə edə bilməmişdir. Həmin tarixdə verilmiş qərarda adı çəkilən şəxslərə torpaq sahəsinin ayrılması barədə hər hansı bənd mövcud deyildir. Həmçinin məlumdur ki, aqrar-islahat komissiyaları aqrar islahatının keçirilməsi, yəni hər bir konkret kənd yaşayış məntəqəsində mövcud olmuş sovxoz və kolxozların ləğv edilməsi ilə bağlı həmin sovxoz və kolxozların kənd təsərrüfatı təyinatlı torpaqlarının kənd əhalisi arasında bərabər şəkildə bölüşdürülməsi üçün yaradılmış və bununla bağlı səlahiyyətlərə malik olmuşdur. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X1 və oğlunun adına ayrılması barədə guya Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı qəbul edilmişdir. Halbuki, bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmadığından, Şamaxı rayon AİK-nın bu torpaq sahəsi üzərində hər hansı şəkildə sərəncam vermək səlahiyyət olmamışdır. Şamaxı rayon AİK-nın bu qərarı ilə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrini ayırmaq səlahiyyətinə malik olan Şamaxı rayon Şamaxı rayon XDS İcraiyyə Komitəsinin və onun hüquqi varisi olan yerli icra hakimiyyətinin səlahiyyətləri mənimsənilmişdir. Bu halın özü də yuxarıda sadalananlarla yanaşı qiymətləndirildikdə, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının mövcudluğunu ciddi şübhə altına alır. Məhkəmə aktları ilə mövcud olmadığı sübuta yeritirilmiş fərdi yaşayış evinin X7 adına qeydə alınması barədə Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edildiyi iddia olunan inzibati akt və həmin akta əsaslanaraq evin 0,13 ha olan həyətyanı torpaq sahəsinin X11 veridiyi bildirilən Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı mövcud olmadığından, mövcud olmayan inzibati akt əsasında verilmiş sonrakı sənədlər qanuni və saxta olduğuna güman etməyə əsas verən sənədlər əsasında bağlanılmış bağışlama müqaviləsi və digər hüquq müəyyənedici sənədlər də etibarlı sayıla bilməz. Məhkəmə əsassız olaraq onun guya mübahisələndirilən qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş hüququn dövlət qeydiyyatını mübahisələndirmədiyini, həmçinin bu cür tələblərlə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyünü əsas gətirərək iddiasını təmin etməmişdir. Halbuki qeydiyyat vəsiqəsi mövcud olmayan inzibati akt əsasında verildiyindən həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olduğu iddia edilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması da istisna olunur. Həmçinin iş materiallarında belə bir qeydiyyatın həqiqətən də aparılmasını təsdiq edən hər hansı bir məlumat və ya digər sübut mövcud deyildir. Bu səbəbdən aparılması sübuta yetirilməyən qeydiyyatın mübahisələndirilməməsi saxta sənədlər əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsinin qeydiyyat vəsiqəsinin mübahisələndirməsi üçün maneə və belə bir tələbin rədd edilməsi üçün əsas ola bilməz. O, mübahisələndirilən qeydiyyat vəsiqəsinin saxta sənəd əsasında, yəni mövcud olmayan inzibati akt əsasında verildiyi barədə məlumata malik olmamış, bunu bir müddət əvvəl aparılmış məhkəmə araşdırmaları və çıxarılmış məhkəmə aktları əsasında öyrənmişdir. Həmçinin o, özünün qəsb edilmiş mülkiyyət hüququnu müdafiə etmək üçün iddia ilə məhkəməyə müraciət etmişdir və bu cür tələblərə iddia müddəti tətbiq edilə bilməz. Ona görə də iddia müddətini ötürməyi barədə məhkəmənin gəldiyi nəticənin hər hansı hüquqi əsası yoxdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Şamaxı rayon notariat kontoru və Şamaxı rayon İcra Hakimiyyəti nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərin, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən 3 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında 12 dekabr 1990-cı il tarixdə X7 adına qeydə alınmışdır. İş materiallarında olan JN-210A saylı, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X9 və X23 mülkiyyətinə 0,13 ha fərdi yaşayış evi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X19 nikahlarını 16 avqust 2005-ci il tarixdə bağlamışlar. İş materiallarından görünür ki, X27 01.08.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,129 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına 26.08.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2855/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qərarı ilə iddiaçı X8 cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon X18 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati aktın X7 adının qeydə alınması hissəsində mövcud olmamasına dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-79/2018 saylı, 27 mart 2018-ci il tarixli qərarının surətindən görünür ki, X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-2855/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı X8 cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon X18 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati aktın Korneva Nadejda Yakovlevnanın adının qeydə alınması hissəsində mövcud olmamasına dair iddia tələbi təmin edilmiş, Şamaxı rayon X18 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati aktln Korneva Nadejda Yakovlevnanın adının qeydə alınması hissəsində mövcud olmamış hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1264/18 saylı, 11 iyul 2018-ci il tarixli qərarlarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh4 Vasilyevicin və X20 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2018ci il tarixli, 2-1(105)-79/2018 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən mübahisəli evi X16 29 aprel 2006-cı il tarixdə notarial qaydada oğullarına bağışlamışdır. Bağışlama müqaviləsi əsasında ev 26 aprel 2011-ci il tarixdə Cavabdeh4 və X23 adlarına paylı mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan evin bağışlama müqaviləsi və onun əsasında aparılmış qeydiyyat Şamaxı Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(074)-50/2013 nömrəli qətnaməsi əsasında ləğv edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 2(074)-805/2013 saylı qətnaməsinə əsasən mübahisəli evin üzərində X8 mərhum anası X1 sahiblik, istifadə və sərəncam vermək faktı müəyyən olunmuşdur. Həmin qətnamə əsasında mübahisəli ev 24.12.2013-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Evin üzərində mülkiyyət hüququ X1 adına qeydiyyata alındıqdan sonra Şamaxı rayon DNK-da 26 dekabr 2013-cü il tarixdə təsdiq olunmuş 2V-211 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ev 29 dekabr 2013-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Bundan sonra sözügedən evi X15 Şamaxı rayon DNK-da 21 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-19 nömrəli bağışlama müqaviləsinə əsasən oğlu İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyət hüququ 16 may 2015-ci il tarixdə qeydiyyata alınmışdır. 09 dekabr 2016-cı il tarixdə Şamaxı rayon DNK-da 21 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-19 nömrəli bağışlama müqaviləsi 3M-234 nömrəli saziş əsasında ləğv edilmişdir və evin üzərində 17 dekabr 2016-cı il tarixdə yenidən X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh4 apellyasiya şikayəti verdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli, 2(105)- 1695/2016 saylı qətnaməsi əsasında Şamaxı Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(074)-50/2013 nömrəli qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(105)- 1695/2016 saylı qətnaməsi qüvvəsini aldığı üçün Cavabdeh4 Şamaxı Rayon Məhkəməsinə yenidən müraciət edərək, mübahisəli evin üzərində aparılmış bütün notarial əməliyyatların və reyestrdən çıxarışların ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2019-ci il tarixli, 2(074)- 854/2019 saylı qətnaməsi ilə onun iddiası təmin olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2019-ci il tarixli, 2(074)-854/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığına görə mübahisələndirilən fərdi yaşayış evi 06.04.2021-ci il tarixdə Cavabdeh4 və X24 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-50/2013 saylı, 28 iyun 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdehlər Cavabdeh4 və Şamaxı rayon notariat kontoruna qarşı qeydiyyat vəsiqəsinin, bağışlama müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X7 adına Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən evə Şamaxı rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi, Nadejda Korneva tərəfindən verilmiş Cavabdeh4 və Oleq Olkovun adına rəsmiləşdirilməsi üçün əsas olmuş 28 aprel 2008-ci il tarixli bağışlama müqaviləsi və onun əsasında Cavabdeh4 və X23 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA ******* nömrəli çıxarış etibarsız hesab olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli, 2(105)-1695/2016 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-50/2013 saylı, 28 iyun 2013-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli, 2(102)-692/2017 saylı qərarının surətindən görünür ki, iddiaçı X8 kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli, 2(105)-1695/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 28 aprel 2006-cı il tarixdə Şamaxı rayon dövlət notariat kontorunda bağlanılaraq 4ə-348 sayla reyestrdə qeydə alınmış müqavilənin surətindən görünür ki, X16 özünə məxsus olan Şamaxı rayonunun Çuxuryurd kəndində 1935-ci ildə tikilmiş, ümumi sahəsi 144,5 kv.metr, yaşayış sahəsi 55,2 kv.metr olan 3 otaqdan ibarət yaşayış evini X27 və Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 2(074)-805/2013 saylı qətnaməsinin surətindən görünür ki, Kornev Aleksandr Yakovleviçin mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən X14 adına olmuş ev və həyətyanı torpaq sahəsi üzərində X1 sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli 2(105)-3241/2018 saylı qərardadı ilə maraqlı şəxs Cavabdeh4 və X20 apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2013cü il tarixli, 2(074)-805/2013 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçi X8 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxurdyurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 89,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X1 adına 24.12.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 26 dekabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 28 iyul 1987-ci ildə vəfat etmiş X1 vərəsəsi oğlu X2, şəhadətnamə verilən miras əmlak DƏDR-dən 24.12.2013-cü il tarixli, ********** qeydiyyat, seriya RX, ******* nömrəli çıxarışa əsasən Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,1199 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 89,8 kv.m, əsas yaşayış sahəsi 43,7 kv.m, köməkçi sahəsi 46,1 kv.m olan 3 otaqlı yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 89,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına 29.12.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 09.12.2016-cı il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsinə dair sazişin surətindən görünür ki, X15 və İddiaçı Şamaxı rayon Dövlət Notariat Kontorunun 21.01.2014-cü il tarixli, 4Ə-18 nömrəli reyestrlə qeyd edilmiş yaşayış evinin bağışlanmasına dair müqaviləni ləğv etmişlər. İş materiallarında olan 21 yanvar 2019-cu il yaşayış evinin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X13 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.12.2013-cü il tarixli ********** qeydiyyat, seriya RX, ******* nömrəli çıxarışa və DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 16.01.2014-cü il tarixli 50 saylı arayışına əsasən Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,13 hektar torpaq sahəsini və onun üzərində yerləşən 1935-ci ildə tikilmiş, ümumi sahəsi 89.8 kv.m, əsas yaşayış sahəsi 43.7 kv.m., yardımçı sahəsi 46.1 kv.m. sahəsi olan 3 otaqdan ibarət yaşayış evini oğlu İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 89,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 və Olkov Oleq Vasilyeviçin adlarına 06.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən 3 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında 12 dekabr 1990-cı il tarixdə X7 adına qeydə alınmışdır. Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə həmin fərdi yaşayış evinin 0,13 ha həyətyanı torpaq sahəsi X7 və X23 mülkiyyətinə verilmişdir. 28 aprel 2006-cı il tarixli müqaviləyə əsasən X16 həmin evi X27 və Cavabdeh4 bağışlamışdır. “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitrac və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Şamaxı rayon AİK-nın mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsini qanuni istifadəsində olan evdə yaşayan şəxslərə ayırmaqda haqlı olduğundan, eləcə də iddiaçı həmin və 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinə dair tələblər üzrə iddia müddətini keçirdiyindən, iddia tələbinin həmin hissələrdə təmin edilə bilməməsi nəticəsinə gəlmişdir. Həmçinin qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli, 2(105)-1695/2016 saylı qətnaməsi ilə müəyyən olunur ki, qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-50/2013 saylı, 28 iyun 2013-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı X8 cavabdehlər Cavabdeh4 və Şamaxı rayon notariat kontoruna qarşı qeydiyyat vəsiqəsinin, bağışlama müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən görünür ki, İddiaçı iddia tələblərini Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası X8 ana babası X17 məxsus olması, X14 ölümündən sonra həmin fərdi yaşayış evinin qızı və onun nənəsi olan X4 keçməsi, nənəsi X10 1987-ci ildə vəfat etməsi və nənəsinin vərəsəsi olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin adları çəkilən şəxslərin mülkiyyətində olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3472/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3472/2021
28.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver