Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3507/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Hüseynov Hüsəməddı̇ n Abbasəlı̇ oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Kuzı̇ n Marı̇ f Abduladı̇ novı̇ çə, Hüseynov Hüsəməddı̇ n Abbasəlı̇ oğluna, Hüseynov Abuləddı̇ n Abbasəlı̇ oğluna, Əlı̇ yev Tahı̇ r Dı̇ lman oğluna kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-1427/2021-007 nömrəli qətnaməsindən cavabdeh Hüseynov Abuləddı̇ n Abbasəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.405,89 manat kredit borcu, 5.801,34 manat faiz borcu, 580 manat cərimə borcu, ödənilmiş dövlət rüsumu üçün 40 manat, cəmi 21827,23 manat tutulub İddiaçı QSC-yə verilməsi, tələb ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, əmlak hərracdan satılandan bir ay sonra Cavabdeh4 həmin torpaq sahəsindən çıxarılması, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri 40.000 (qırx min) manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 30 manatı İddiaçı QSC-dən, 70 manatı isə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, iddiaçı tərəfindən ekspertiza tədqiqatının qiymətləndiricinin tədqiqatının dəyəri üçün ödənilmiş 250 manat məbləğində pulun 75 manatı iddiaçıya aid edilməsi, 175 manatı isə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Hüseynov Abuləddı̇ n Abbasəli oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 15.406,17 manat məbləğində kredit borcu, 6.575,43 manat məbləğində faiz borcu və 11.276,31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33.257,91 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Abşeron rayonu, Məmmədli kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı məqsədli 0.10 ha torpaq sahəsinin açıq hərracdan satılması, 33.257,91 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Abşeron rayonu, Məmmədli kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı məqsədli 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə İddiaçı QSC ilə arasında bağlanmış 13.11.2012-ci il tarixli 10L000003636 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə arasında bağlanmış 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23.500 manat kredit götürmüşdür. Tərəflər arasında imzalanmış 05.01.2016-cı il tarixli 010R**********SA saylı, 13.01.2017-ci il tarixli 010R**********SC saylı, 15.01.2018-ci il tarixli 010R**********SD saylı və 20.06.2018-ci il tarixli 010R**********SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh4 müqavilənin şərtlərini pozaraq ödənişləri dəfələrlə yubatmış və 02.05.2019-cu il tarixdən kredit və faiz borclarını qaytarmamışdır. O, kredit borcundan 8.093,83 manat ödəniş etmiş və iddiaçıya 15.406,17 manat məbləğində kredit borcu qalmışdır. Müqavilə ilə müəyyən edilmiş faiz hesablamalarına əsasən cavabdeh kredit və faiz borcunu iddiaçıya qaytarmadığı üçün onun 06.10.2020-ci il tarixə 523 gün üçün hesablanmış faiz borcu 6.575,43 manat təşkil edir. Eləcə də müqavilə ilə müəyyən edilmiş cərimə hesablamalarına əsasən həmin tarixə cavabdehin 523 gün üçün müqavilə üzrə hesablanmış cərimə borcu 11.276,31 manat təşkil edir. Qeyd edilən kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələri imzalayaraq bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Bu səbəbdən onlar da Cavabdeh4 ilə birgə məsuliyyət daşıyırlar və onun öhdəliklərini birgə icra etməlidirlər. Cavabdeh4 öhdəliklərini icra etmək məqsədi ilə onunla bank arasında bağlanmış 26.12.2014-cü il tarixli 010M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Məmmədli kəndində 0.10 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka ilə yüklü edilməsi çıxarışla qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Hüseynov Abuləddı̇ n Abbasəli oğlu Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyildir. Abşeron rayonu, Məmmədli kəndində yerləşən ona məxsus 0,10 ha torpaq sahəsinin üzərində tam təmirli ev inşa edilmiş və həmin evdə ailəsi birlikdə yaşayır. Ona məxsus torpaq sahəsinin satış qiyməti həddindən artıq aşağı qiymətə qiymətləndirilmişdir. Ona məxsus torpaq sahəsinin və evin dəyəri ümumilikdə 180.000 manatdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Hüseynov Hüsəməddı̇ n Abbasəlı̇ oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər Kuzı̇ n Marı̇ f Abduladı̇ novı̇ çə, Hüseynov Abuləddı̇ n Abbasəlı̇ oğluna, Əlı̇ yev Tahı̇ r Dı̇ lman oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçı qarşısında götürdükləri öhdəliklərini icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh Hüseynov Abuləddı̇ n Abbasəlı̇ oğlu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən Cavabdeh4 tərəfindən ipoteka predmetinin satış qiyməti hissəsində mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Məmmədli kəndində 0.10 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili ipoteka predmetinin satış qiymətinin aşağı müəyyən olunmasıdır. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından ipoteka predmetinin likvid qiyməti müəyyən edilməli olduğundan, birinci instansiya məhkəməsi bu tələbə əməl etmiş və ipoteka predmetinin likvid qiymətinin müəyyən olunması üçün ekspertiza keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, 224/E №-li ekspert rəyinə əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin hazırki likvid dəyəri 40.000 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olduğundan, qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3507/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3507/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver