Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3514/2021 18.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadı ilə (hakim E.M.Kazımov) İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon MənzilKommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanındakı ona məxsus olan mənzilin aşağısındakı qeyri-yaşayış sahəsi olan zirzəmidə Cavabdeh işlətdiyi “Kafe Bistro” adlı yeməkxananın fəaliyyətinin dayandırılaraq ona belə fəaliyyətin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 21 sentyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, bundan əvvəl Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 02.09.2021-ci il tarixli, 2(004)- 5565/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda isə əsas kimi cavabdehin Abşeron rayonu, Digah qəsəbəsi ərazi dairəsi, mənzil 7-də yaşaması götürülmüş və Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə istinad edilərək iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olması qeyd edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 39.1, 152.1.3, 152.2 və 152.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, fəaliyyəti qadağan edilərək dayandırılması tələb edilən mübahisə predmeti olan əmlak Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyi üçün, mübahisəyə həmin əmlakın yerləşdiyi ərazi üzrə məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 03 avqust 2021-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi, Cabir Növruz küçəsi, ev 3, mənzil 7-də qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(004)- 5565/2021 saylı qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçıya hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan hallarla yanaşı məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyata dair 39.1-ci maddəsinin tələbini qeyd etməyi zəruri hesab edir ki, həmin maddəyə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə predmeti mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə bağlı deyildir və hzırki tələb Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyata dair 39.1-ci maddəsinin tələbinin təsiri altına düşmür. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 27 sentyabr 2021ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadı ləğv edilib, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 27 sentyabr 2021-ci il tarixli, 2(012)-5734/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3514/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3514/2021
18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver