Məhkəmə qərarları › İş №2(105)-3516/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3516/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3516/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-589/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-589/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia təmin edilib, Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9900 (doqquz min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 9930.40 manat (doqquz min doqquz yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat pulun Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************) saylı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili X12 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-589/2021 saylı qətnaməsinin qismən ləğv edilərək Cavabdeh 4069 manat vəsaitin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 9900 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla cəmi 9930.40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 27.04.2016-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi «BMW 3231» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət edərkən yerdəyişmə zamanı manevretmə qaydasını pozaraq X10 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Kia Sorento» markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 3(011)-353/2020 saylı inzibati xəta haqqında qərarında öz əksini tapmışdır. 10.06.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, «Kia Sorento» markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 18230 manat ziyan dəymişdir. 10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən sığortalanmış avtomobilə dəyən zərərin miqdarı sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çoxdur. İddiaçı Sığorta Şirkəti ASC-nin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə avtomobilin sığorta məbləği 23500 manatdan (10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) avtomobilin yol nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 8500 manat manat (10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 14900 manata bərabərdir. **********962 saylı sığorta müqaviləsinin 027858 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 14900 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh İcbari sığorta Şirkəti İddiaçı Sığorta Şirkəti ASC-də olduğundan subroqasiya qaydasında dəymiş zərər 5000 manat iddiaçı tərəfindən tənzimlənmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili X12 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 385, 931, 936.2-ci maddələrinin və “İcbari Sığortalar haqqında” Qanunun 20.5, 20.6, 20.7-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, avtomovbilin hadisədən əvvəl qiyməti 23500 manat, hadisədən sonra isə dəyən zərərlə əlaqədar avtomobilin qiyməti 8500 manat müəyyən edilmişdir. Belə olan halda avtomobilə 15000 manat dəyərində ziyan dəymiş olur. Həmin ziyan sığorta ödənişini əhatə edir və bu zaman 100 manat franşiza üçün məbləğ ümumi ziyan məbləğindən çıxılır, nəticədə sığorta ödənişi qismində iddiaçı tərəfindən zərərçəkənə 14900 manat pul ödənilmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehin avtomobili də iddiaçıda sığortalı olduğuna görə icbari sığorta ödənişləri üzrə 5000 manat dəyərində məbləğ sığorta şirkəti eyni şirkət olduğu üçün kompensasiya olunmuşdur və nəticə etibarilə cavabdehin iddiaçıya 9900 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddiaçının iddiasında qeyd etdiyi nüanslara əsaslanaraq iddianı tam təmin etmiş, heç bir əlavə araşdırma aparmadan iddiaçının qeyd etdiyi məbləğdə qətnamə qəbul etmişdir. Halbuki məhkəmə araşdırmalı idi ki, bu iş üzrə artıq qüvvəyə minmiş və icra edilmiş məhkəmə qərarı mövcuddur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi üzrə zərərçəkənlər Çiçək- Şahsuvarlı, Mürsəl Eduardoviç və X14 nəhkəməyə müraciət edərək iddiaçıdan dəymiş zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(012)-2108/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilib, Cavabdeh ümumilikdə 5800 manat məbləğin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin iş üzrə Abşeron Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. Bu apellyasiya şikayətinə əlavə olunan sənədlərdən aydın olur ki, icra vərəqəsi icra edilmiş, X2 5131 manat, X14 isə 700 manat pul məbləği Cavabdeh almışlar. Bundan sonra Abşeron rayon icra şöbəsinin 12.12.2017-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)2108/2018 saylı, 17.02.201-ci il tarixli qətnaməsi müəyyən edilmiş 5831 manat məbləğin Cavabdeh alınması səbəbi ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, sözügedən iş üzrə zərər məbləği 14900 manat təşkil edir. Bu 14900 manatın 5831 manatı Cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin 5000 manat məbləğ də Cavabdeh nəqliyyat vasitəsini icbari qaydada sığortalayan sığorta şirkəti tərəfindən ödənilməli olan məbləğdir. Belə olan halda könüllü sığorta növü, yəni kasko sığorta ödənişi ilə əlaqədar İddiaçı Sığorta Şirkəti tərəfindən zərərçmiş şəxslərlə 4069 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AC № 056088 saylı, 08.07.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı «Kia Sorento» markalı ** SA *** qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. 08.07.2013-cü il tarixli, 969974 saylı etibarnamənin surətindən görünür ki, ÇiçəkX11 mülkiyyətində olan «Kia Sorento» markalı ** SA *** qeydiyyat nişanlı avtomobili idarə etməyi 14.04.2020-ci il tarixinə kimi X10 etibar etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 16.06.2016-cı il tarixli, 027858 saylı sığorta aktından görünür ki, X11 mülkiyyətində olan «Kia Sorento» markalı, ** SA *** qeydiyyat nişanlı avtomobil 16.07.2015-ci il tarixdən 15.0.2016-cı il tarixədək sığorta məbləği 23500 manat, avtonəqliyyət vasitəsinə dəyən zərər üzrə franşiza – azadolma məbləği 100 manat olmaqla sığortalanmış, 27.04.2016-cı il tarixdə Bakı şəhəri Nobel prospektində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində «BMW 3231» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobilə dəymiş 10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən sığortalanmış avtomobilə dəyən ziyanın miqdarı sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çoxdur, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 01.12.2010-cu il tarixində təsdiq edilmiş «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Qaydaları»na əsasən hadisə nəticəsində avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan pul vəsaiti onun bazar dəyərinin 75 faizini və ya ondan daha artıq məbləği təşkil etməsi halında, avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır; sığorta ödənişi olaraq İddiaçı Sığorta Şirkətinin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, avtomobilin sığorta məbləği 23500 AZN-dən (10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) avtomobilin yol-nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 8500 AZN (10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 14 900 manata bərabərdir, nağd şəkildə X21 Eduardoviçə ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 16.06.2016-cı il tarixli məxaric xəzinə orderinin surətindən görünür ki, 16.06.2016-cı il tarixli, 027858 saylı sığorta aktına əsasən sığorta ödənişi olaraq X21 Eduardoviçə 14900 manat ödəniş edilmişdir. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 10.06.2016-cı il tarixli, 045098 saylı aktdan görünür ki, «Kia Sorento» markalı, ** SA *** qeydiyyat nişanlı avtomobilin qiymətləndirilmə nəticəsində sığorta məbləği 23500 manat, hadisədən sonra avtomobilin qalıq dəyəri 8500 manat müəyyən edilmişdir. AB № 474632 saylı 02.08.2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1998-ci il buraxılışlı «BMW 3231» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil X13 mülkiyyətindədir. 05.10.2015-ci il tarixli, ƏN-V 080977 saylı etibarnamənin surətindən görünür ki, X17 mülkiyyətində olan BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi 05.10.2016-cı il tarixinə kimi Cavabdeh etibar etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.05.2016-cı il tarixli, 101-14969-016 saylı arayışdan görünür ki, 27.04.2016-cı il tarixdə Bakı şəhəri Nobel prospekti ərazisində X13 mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh idarə etdiyi «BMW 3231» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma nəticəsində X21 Eduardoviçin mülkiyyətində olan hadisə baş verən zaman etibarnamə əsasında X7 idarə etdiyi «Kia Sorento» markalı ** SA *** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli, 3(011)-353/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Xətai RPİ-nin arayışından görünür ki, 27.04.2016-cı il tarixdə Xətai rayonu, Nobel prospektində baş vermiş YNH zamanı X6 xəsarət alması faktı üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş lakin hadisə zamanı xəsarət alan S.Qasımovanın MTE-na təkrar müayinəyə getmək zərurəti yarandığından onun almış olduğu bədən xəsarətlərinin dərəcələri tam verilməmişdir. İlkin araşdırılma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh 27.04.2016-cı il tarixdə Xətai rayonu, Nobel prospektində X20 pozaraq sol zolaqda hərəkət edən sürücü X8 idarə etdiyi «Kia Sorento» markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomaşının hərəkət yoluna çıxaraq YNH-ni törətmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 22.06.2016-cı il tarixli 1254/16 saylı pretenziyadan görünür ki, Cavabdeh 14900 manat sığorta ödənişi 7 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Atəşgah Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair AR Dövlət Neft Şirkəti 10 faiz, Ran-Eksim MMC 27 faiz, İ.S.R Holding Limited 63 faiz olmaqla 05.10.2017-ci il tarixli, **********103900 nömrə ilə çıxarış verilmiş, Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən “Atəşgah Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 05.10.2017-ci il tarixdə qeydə alınmış və 05.10.2017-ci il tarixli, **********103900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X16 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2021-ci il tarixli, 9/5850 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 10.06.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü buraxılışlı “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16470.0 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Cavabdeh 27.04.2016-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət edərkən yerdəyişmə zamanı manevretmə qaydasını pozaraq X10 məxsus və Atəşgah Sığorta Şirkətində sığortalanmış “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-353/2020 saylı inzibati xəta haqqında qərarı ilə təsdiq olunmuşdur. 10.06.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 18230 manat ziyan dəymişdir. 10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən, sığortalanmış avtomobilə dəyən zərərin miqdarı sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çox olduğundan Atəşgah Sığorta Şirkəti ASC-nin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, qalıq dəyəri olan 8500 manat məbləği avtomobilin sığorta məbləği olan 23500 manat məbləğindən çıxmaqla və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza (azadolma məbləği) nəzərə alınmaqla sığorta ödənişi 14900 manat manat müəyyən edilmiş, **********962 saylı sığorta müqaviləsinin 027858 saylı sığorta aktına əsasən Atəşgah Sığorta Şirkəti sığortalıya 14900 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığortası Atəşgah Sığorta Şirkəti ASC-də olduğundan subroqasiya qaydasında dəymiş zərərin 5000 manat məbləği iddiaçı tənzimləmiş, iddiaçının qalıq olan 9900 manat məbləğində sığorta ödənişinin cavabdehdən tələb etmə hüququ yaranmışdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki - hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Apellyasiya şikayətinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(012)-2108/2017 saylı qətnaməsi ilə Cavabdeh “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4600 manat, vəkilin hüquqi yardımına görə ödənilmiş 200 manat məbləğində pul, 300 manat mənəvi zərər və 31 manat ödənilmiş dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olur ki, iddiaçılar X2 və X14 Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiyası məhkəməsi həmin qətnamə ilə belə bir nəticəyə gəlmişdir ki, “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan əvvəlki orta bazar qiyməti 28.000 manat müəyyən edilməklə, həmin məbləğdən avtomobilə dəymiş zərərin əvəzi- 14900 manat sığorta ödənişi, avtomobilin yol-nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 8500 manat olmaqla, ümumilikdə 23400 manat çıxılmaqla, Cavabdeh “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4600 manat məbləğində zərər pulu iddiaçı X1 xeyrinə tutulmalıdır. Həmin faktla iddia tələbinin qanuni və əsaslı olması bir daha təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh nümayəndəsi və vəkili X12 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın qismən təmin edilməsinə dair apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili X5 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-589/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar