Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3590/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, e-2(060)-7228/2021 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-5301/2021 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması qərara alınmışdır. İddiaçı ASC qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASCnin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7228/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mikrorayon, bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, qızının Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mikrorayon, bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil ərizə təqdim edərək İddiaçı ASCnin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə işin icraatının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-5301/2021 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması barədə qərardad çıxarılmasını xahiş etdi. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh işin mahiyyəti ilə həllini uzatmaq və banka olan borcunu ödəməkdən yayınmaq məqsədilə müxtəlif iddia tələbləri ilə məhkəmələrə müraciət edərək tutma yönəldilmiş ipoteka predmetinin boşaldılmasına süni maneələr yaradır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə cavabdehə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2 maddələrinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli və onunla bağlı 01 oktyabr 2021-ci il tarixli qərardadları ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır (Mülki Prosessual Məcəllənin 254.1.4. maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göründüyü kimi Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatını dayandırarkən qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. İşdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və sonuncu mülkiyyət hüququndan irəli gələn hüquqlarını reallaşdırmaq məqsədilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdeh işin mahiyyəti üzrə baxılmasını uzatmaq və süni maneələr yaratmaq məqsədilə hazırkı işin baxılmasının dayandırılmasına nail olmağa çalışır. Odur ki, məhkəmə kollegiyası cavabdehin iş üzrə icraatın dayandırılması barədə ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli və onunla bağlı 01 oktyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ASC-nin şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli və onunla bağlı 01 oktyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin və ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3590/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3590/2021
27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver