Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3601/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı qeyrı-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin LPO İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(067)- 2425/2021 saylı qərardadından iddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.02.2019-cu il tarixli, RX ******* nömrəli çıxarışına əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (torpaq sahəsi ilə birlikdə) boşaldılması, Cavabdeh həmin qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasının və torpaq sahəsinin LPO "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (torpaq sahəsi ilə birlikdə) cavabdeh və üçüncü şəxslər tərəfindən istifadə edilməsinə, ictimai iaşə obyekti kimi işlədilməsinə və bu əmlakdan gəlir əldə edilməsinə müvəqqəti olaraq qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(067)-2425/2021 saylı qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə rədd edilmişdir. (hakim İ.Xəlilov) Qərardaddan narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ondan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(067)-2425/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan verdiyi şikayət ərizəsini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə) bankın mülkiyyətindədir və cavabdehin həmin əmlakdan çayxana kimi istifadə etməsi və oradan gəlir əldə etməsi iddiaçı bankın əmlak üzərində mülkiyyət hüquqlarını pozur. Buna görə də qərardad ləğv edilməli və iddianın təmini tədbiri barədə ərizə təmin olunmalıdır. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(067)- 2425/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan 01.02.2019-cu il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 96.3 kvadrat metr olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il il tarixli qətnaməsinə əsasən, Cavabdeh məxsus olan və kreditin təminatı üçün iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0074 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 20 a nömrəli 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilmiş və bank qarşısında olan öhdəliyin müqabilində həmin ipoteka predmeti banka təklif edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin əmlakı açıq hərracdan alqı-satqı yolu ilə əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlaka mülkiyyət hüququna dair çıxarış alınmışdır. Hazırkı iddia ilə bank məhkəməyə müraciət etmiş və məhkəmənin 20.09.2021-ci il tarixli qətnaməsilə iddia təmin edilmişdir. İşdən göründüyü kimi, mübahisəli əmlak əvvəllər cavabdehin mülkiyyətində olsa da, kredit öhdəliklərinin təminatı qismində borc ödənilmədiyi üçün son nəticədə hərrac vasitəsilə bankın mülkiyyətinə keçmişdir və bankın iddiası təmin edilərək cavabdehin bu əmlakdan çıxarılması qət olunmuşdur. Belə olan halda, həmin əmlakdan istifadə edilməsinə müvəqqəti qadağa qoyulmasına heç bir zərurət yoxdur, çünki əmlak son nəticədə, yəni qətnamənin icra edilməsi nəticəsində iddiaçıya təhvil veriləcəkdir. Başqa sözlə, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etmə barədə ərizəsini Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kifayət qədər əsaslandırmamışdır və buna görə də həmin ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq hesab edir ki, hazırki iddianı təmin tədbirinə zərurət yoxdur. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası hazırkı iddianın məhkəmənin 20.09.2021-ci il tarixli qətnaməsilə təmin edildiyini də nəzərə alır. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmini tədbiri barədə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsini təmin etməmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(067)-2425/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(067)- 2425/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3601/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3601/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver