Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-370/2023 12.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(012)-2497/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, «Samsung Led» markalı televizor üçün 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Zeta-Yumşaq-Künc-Sağ, Chento-Qonaq-Komod və Chento-Qonaq- Komod markalı mebel əşyaları üçün 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat olmaqla, ümumilikdə 1876 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,76 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, “Samsung Led” markalı televizor və Zeta-Yumşaq-Künc-Sağ, Chento-Qonaq-Komod və Chento-Qonaq-Komod markalı mebel əşyaları almış və nəticədə 1876 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1199 manat olan “Samsung Led” markalı televizor üçün 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2472 manat olan Zeta-Yumşaq-Künc-Sağ, Chento-Qonaq-Komod və Chento-Qonaq-Komod markalı mebel əşyaları üçün 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat cərimə borc yaranmışdır. Həmçinin “Samsung Led” markalı televizor cavabdeh tərəfindən istifadə edilmiş, lakin cavabdeh televizora görə ödəniş etmədiyindən, onlar televizoru cavabdehdən təhvil almışlar. Müştəriyə qiymətləndirmə barədə məlumat verilmişdir. Sonra isə televizor outlet şöbəsində istifadə olunmuş məhsul kimi 568 manata satılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 341 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 580 manat, ümumilikdə 921 manat təşkil edir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 1043,60 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(012)-2497/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqaviləyə əsasən, Zeta-Yumşaq-Künc-Sağ, Chento-Qonaq-Komod və Chento- Qonaq-Komod markalı mebel əşyaları üçün 1428,40 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 1438,40 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29,50 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqaviləyə əsasən, “Samsung Led” markalı televizor üçün tələb olunan 278 manat ödənilməmiş hissə, 27 manat cərimə hissəsində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2497/2022 saylı qətnaməsini qismən ləğv edərək, xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqaviləyə əsasən Cavabdeh 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 305 manat və 38,76 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh “Samsung Led” markalı televizor almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Zeta-Yumşaq-Künc-Sağ Chento-Qonaq- Komod və Chento-Qonaq-Komod markalı mebel əşyaları almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat cərimə olmaqla, ümumilikdə 1876 manat borcu vardır. Birinci instansiyanın gəldiyi nəticəyə əsasən, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab etmişdir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlmiş və hesab etmişdir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqaviləyə əsasən hesablanmış 142,60 manat cərimə 10 manat məbləğində olmalıdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilə üzrə “Samsung Led” markalı televizor tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh tərəfindən 36 gündən sonra "xxxx" MMC-yə qaytarılmış, televizor qaytarılan zaman tərəflər arasında televizorun dəyəri ilə bağlı mübahisənin olması barədə məhkəmədə sübut müəyyən edilməmişdir. İddiaçı təşkilat məhkəməyə təqdim etdiyi 28 sentyabr 2022-ci il tarixli qiymətləndirmə aktına istinad edərək “Samsung Led” markalı televizora görə 278 manat ödənilməmiş hissə, 27 manat cərimə pulunu cavabdehdən tələb etmiş, lakin həmin aktın mötəbərliyi kifayət qədər şübhələr yaratmış və həmin şübhələri aradan qaldıran digər sübutlar məhkəmədə müəyyən edilməmişdir. Belə ki, sözügedən aktdan “Samsung Led” markalı televizorun kim tərfindən, hansı əsaslarla qiymətləndirilməsini və belə qiymətləndirilmənin aparılmasına səlahiyyətlərin olmasını müəyyən etmək mümkün deyildir. Ona görə də, yuxarıda qeyd olunan şübhə və anlaşılmazlıqıların aradan qaldırılması ilə bağlı "xxxx" MMC tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə iddianın bu hissədə rədd edilməsi nəticəsinə gəlmişdir. Lakin xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilənin 3.10-cu bəndinə əsasən “Müştəri” ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman “Mal” ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22326861 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən sözügedən “Samsung Led” markalı televizor X3 568 manata satılmışdır. Məhkəmənin hazırki qənaətə gəlməsi üçün bu iki hal mütləq şəkildə araşdırılmalı idi, məhkəmənin hazırki yekun qənaətə gəlməsi ədalətli və düzgün deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh “Samsung Led” markalı televizor almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh Zeta- Yumşaq-Künc-Sağ, Chento Qonaq-Komod və Chento-Qonaq-Komod markalı mebel əşyaları almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdehnun 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat cərimə olmaqla, ümumilikdə 1876 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək cərimə məbləğini azaltmaqla iddianı həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Həmçinin birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilə üzrə “Samsung Led” markalı televizor tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh tərəfindən 36 gündən sonra "xxxx" MMC-yə qaytarılmış, televizor qaytarılan zaman tərəflər arasında televizor dəyəri ilə bağlı mübahisənin olması barədə məhkəmədə sübut müəyyən edilməmişdir. İddiaçı təşkilat məhkəməyə təqdim etdiyi 28 sentyabr 2022-ci il tarixli qiymətləndirmə aktına istinad edərək “Samsung Led” markalı televizora görə 278 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu cavabdehdən tələb etmiş, lakin həmin aktın mötəbərliyi kifayət qədər şübhələr yaratmış və həmin şübhələri aradan qaldıran digər sübutlar məhkəmədə müəyyən edilməmişdir. Belə ki, sözügedən aktdan “Samsung Led” markalı televizorun kim tərfindən, hansı əsaslarla qiymətləndirilməsini və belə qiymətləndirilmənin aparılmasına səlahiyyətlərin olmasını müəyyən etmək mümkün deyildir. Ona görə də, yuxarıda qeyd olunan şübhə və anlaşılmazlıqıların aradan qaldırılması ilə bağlı "xxxx" MMC tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianın bu hissədə rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayətində 28 sentyabr 2022-ci il tarixli qiymətləndirmə aktına istinad edərək “Samsung Led” markalı televizora görə 278 manat ödənilməmiş hissə, 27 manat cərimə pulunu cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə kollegiyası qətnamənin apellyasiya şikayəti ilə mübahisələndirilən hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki, sözügedən aktdan “Samsung Led” markalı televizorun kim tərəfindən, hansı əsaslarla qiymətləndirilməsini və belə qiymətləndirilmənin aparılmasına səlahiyyətlərin olmasını, qiymətləndirmə aparılan zaman cavabdehin iştirakının təmin edilib-edilməməsini, qiymətləndirmənin nəticəsindən onun razılığının olub-olmamasını, eləcə də tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edilən zaman cavabdehin razılığının olub-olmamasını müəyyən etmək mümkün deyildir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində yuxarıda qeyd olunan dəlillər öz təsdiqini tapmamış, televizorun qaytarılması ilə əlaqədar müqavilənin ləğv edilmə formasına əməl edilməmiş, bununla əlaqədar iddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(012)-2497/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-370/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-370/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver