Məhkəmə qərarları › İş №2(105)-374/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-374/2022

02.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-374/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsindən və 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnaməsindən İddiaçı apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması, bu mümkün olmadığı təqdirdə payın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki ½ hissə payının dəyəri, yəni 1250 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Siyəzən Rayon Məhkəməsinin (sədrlik edən, hakim Bəylər Ələkbərov) 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmiş, İddiaçı qətnamədən və əlavə qətnamədən apellyasiya şikayətləri vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətlərində olan Siyəzən şəhəri Xətai küçəsində yerləşən evin və torpağın ona düşən payının naturada bölünməsi mümkün olmadığı təqdirdə, onun payının dəyəri müəyyən edilməklə, cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(059)-06/2013 saylı qətnaməsi əsasən birgə nikah dövründə əldə edilmiş, ümumi mülkiyyətdə olan Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, keçmiş əri Cavabdeh adına sənədləşdirilmiş 500 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş birmərtəbəli, üç otaqlı fərdi yaşayış evinin ½ hissələrinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2013-cü il tarixli, 2(105)-1015/2013 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2015-ci il tarixli, 2(102)-715/2015 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. O, azyaşlı uşaqları ilə kirayədə qalır. Siyəzən şəhəri, Xətai küçəsindəki evə yaşayış hüququnun olmasına baxmayaraq, cavabdehlə aralarında olan münasibətlərə görə orada yaşaya bilmir. Belə ki, cavabdeh yenidən ailə qurmuş, həmin nikahdan övladları vardır. Onların bir yerdə yaşamaları qeyri mümkündür. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə və əlavə qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsindən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işin nəticəsinə təsir edən hallar araşdırılmamışdır. Belə ki, məhkəmənin 26.08.2020-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Tədqiqatın nəticəsinə əsasən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin hazırki bazar dəyərinin məbləği 2500 manat və bu torpaq sahəsində birgə nikah dövründə əldə etdikləri vəsait hesabına inşa edilmiş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evinin hazırki bazar dəyəri 17000 manat olmaqla, birlikdə 19500 manat təşkil edir. O, azyaşlı uşaqları ilə kirayədə qalır. Siyəzən şəhəri, Xətai küçəsindəki evə yaşayış hüququnun olmasına baxmayaraq, cavabdehlə aralarında olan münasibətlərə görə orada yaşaya bilmir. Belə ki, cavabdeh yenidən ailə qurmuş, həmin nikahdan övladları vardır. Onların bir yerdə yaşamaları qeyri mümkündür. Onun Cavabdeh qarşı iddia tələbi payların naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi olmasına baxmayaraq, məhkəmə evin bazar qiyməti ekspert rəyinə əsasən ümumilikdə 19500 manat təşkil etdiyi halda, həmin dəyərin 50 faizini, yəni 9750 manatının ona ödənilməsi barədə qətnamə çıxarmalı olduğu halda, torpaq sahəsinin bazar dəyərinin yarısının, yəni 1250 manatın ona ödənilməsi barədə qətnamə qət etmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnamədən də eyni məzmunlu apellyasiya şikayəti vermiş və iş üzrə birinci instansiya məhkəməsinin əlavə qətnaməsinin ləğv edilərək ekspertizanın rəyində göstərilən ümumi qiymətin 9750 manatının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətlərində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qətnamə və əlavə qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi və əlavə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin və əlavə qətnamənin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin və əlavə qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(059)-06/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən olunmasına dair ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Siyəzən rayon VVADQ şöbəsində bağlanmış 04 oktyabr 2007-ci il tarixli, 201 saylı nikahın pozulması, 27 iyul 2007-ci il təvəllüdlü Həsənov Araz Səxavət oğlunun atası Cavabdeh, 20 mart 2010-cu il təvəllüdlü Həsənova Aygün Səxavət qızının anası İddiaçı yanında saxlanılması, İddiaçı Cavabdeh qarşı alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş, birgə mülkiyyət hesab edilən daşınmaz əmlakın bölgüsü tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, 20 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyul 2012-ci il tarixdən başlayaraq atası Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, Cavabdeh adına sənədləşdirilmiş, 500 kv.metr torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, Cavabdeh adına sənədləşdirilmiş, 500 kv.metr torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2013-cü il tarixli, 2(105)-1015/2013 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli qətnaməsi azyaşlı Aygünün cavabdehin himayəsinə verilməsi, alimentin tutulması, evin bölünməsi, habelə dövlət reyestrindən çıxarışın verilməsi hissələrində ləğv olunmuş, Cavabdeh İddiaçı qarşı tərəflərin birgə nikahından doğulmuş uşaqların alınaraq onun himayəsinə verilməsi barədə iddiası tam təmin olunmuş, 27 iyul 2008-ci il tarixdə doğulmuş Araz adlı və 20 mart 2010cu il tarixdə doğulmuş Aygün adlı uşaqların İddiaçı alınaraq Cavabdeh himayəsinə verilmələri, İddiaçı Cavabdeh qarşı birgə nikahından doğulmuş iki uşağa görə cavabdehdən hər ay onun aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, habelə yaşayış evinin bölünməsi barədə qarşılıqlı iddiasının təmin olunmaması, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 500 kv.metr torpaq sahəsinin ½ hissəsinin İddiaçı verilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 500 kv.metr torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi hissəsində qətnamənin ləğv edilməsi, Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, X5 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-850/2014 nömrəli iş üzrə 27 fevral 2014-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2013-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı qarşı tərəflərin birgə nikahından doğulmuş uşaqların alınaraq onun himayəsinə verilməsi barədə iddiasının tam təmin olunaraq 27 iyul 2008-ci il tarixdə doğulmuş Araz adlı və 20 mart 2010-cu il tarixdə doğulmuş Aygün adlı uşaqların İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməsi və İddiaçı Cavabdeh aliment tələbi barədə qarşılıqlı iddiasının təmin olunmaması hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2014-cü il tarixli, 2(105)-843/2014 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(059)- 06/2013 saylı qətnaməsi ilk iddianın 27 iyul 2008-ci il təvəllüdlü Həsənov Araz Səxavət oğlunun Cavabdeh yanında qalması və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, boşanmadan sonra 27 iyul 2008-ci il təvəllüdlü Həsənov Araz Səxavət oğlunun İddiaçı yanında qalması, 27 iyul 2008-ci il təvəllüdlü Həsənov Araz Səxavət oğlu və 20 mart 2010-cu il təvəllüdlü Həsənova Aygün Səxavət qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11 iyul 2012-ci il tarixdən başlayaraq Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) üçdə bir hissəsində aliment tutulması, ilk iddia üzrə iddiaçı Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(059)-06/2013 saylı qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsinin ləğv edilərək ilk iddianın tam təmin edilməsi barədə apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 2015-ci il tarixli, 2(102)-715/2015 saylı qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-843/2014 nömrəli iş üzrə 24 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Siyəzən rayon İcra və probasiya şöbəsinin 24 avqust 2020-ci il tarixli, 2405/20-64-4 saylı məktubunun surətindən görünür ki, 13 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 500 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sorğu edilsə də, sorğuya cavab şöbəyə daxil olmamışdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(059)-110/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşıtorpaq sahəsinin və üzərindəki tikilidəki payının naturada bölgüsünün həyata keçirilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin və birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payının tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan ekspertizanın 21 may 2018-ci il tarixli, 6704 saylı rəyinin surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin tərəflər arasında naturada, təcrid sahələr (mənzillər) şəklində bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2020-ci il tarixli, 455 saylı rəyindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin hazırki bazar dəyərinin məbləği 2500 manat və bu torpaq sahəsinin üzərində inşa olunmuş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evinin hazırki bazar dəyərinin məbləği 17000 manat olmaqla, birlikdə 19500 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 02 avqust 2021-ci il tarixli, 10/2729 saylı rəyindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissədə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nın 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cu maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə kollegiyası İddiaçı Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsində inşa edilmiş evin bazar dəyərinin yarısının ona ödənilməsinə dair apellyasiya şikayətinin dəlili bağlı aşağıdakıları qeyd edir. İşin mübahisə edilməyən hallarından görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərdən hər hansı birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Daşınmaz əmlakın mülkiyyət hesab edilməsi özündə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını ehtiva edir və bu hüquqlar dövlət tərəfindən tanınmalıdır. Mülkiyyət hüququ isə əmlak dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Deməli, yalnız pay hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmış şəxs daşınmaz əmlakdakı payın dəyərini digər mülkiyyətçidən tələb edə bilər. İddiaçı isə iddia tələbində mübahisəli evin ümumi birgə mülkiyyətdə olması əsası ilə payının dəyərini tələb edir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin və əlavə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi və əlavə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsi və 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar