Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-38/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və cavabdeh X11 qanunsuz sahibliyindən 0,30 ha torpaq sahəsinin qaytarılmaqla mülkiyyətində olan torpaq sahəsinin tamlığının bərpa olunması və torpaq sahəsində əkilmiş fındıq ağaclarından fındığı və otu yığmaqla ona vurulmuş 3000 manat maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində 1.76 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan torpaq sahəsindən istifadə edirlər. Bu yaxınlarda torpaq sahəsi üzrə qonşuları X13 onlara qarşı guya onun istifadəsində olan torpaq sahəsinin onlar tərəfindən istifadə edilməsi barədə iddia qaldırmışdır. Cavabdehin bu iddiası Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra onlar torpaq sahəsinin ərazisini və tamlığını müəyyən etmək üçün Dövlət Reyestr Xidmətinin əməkdaşına torpağın ərazisini ölçdürdükdə onlara ayrılmış torpağın 0.30 ha sahəsinin onların istifadəsində olmadığı müəyyən edilmişdir. Onların torpaq sahəsi üzrə qonşu olan X13 qanunsuz olaraq torpaq sahəsini zəbt etmiş, bağda olan otu çalır və fındığı yığır. O, zəbt olunmuş sahənin boşaldılması üçün cavabdehə, Polis İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etsə də, həmin idarənin əməkdaşları gəlib torpaq sahəsini ölçdükdə cavabdeh gəlməkdən imtina etmişdir.
3. İddiaçı nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdeh X11 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin protokol qərardadı ilə cavabdeh X13 əsl Cavabdeh ilə əvəz edilmişdir.
4. İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcmini azaldaraq, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş, 0.18 ha torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
6. Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan cəmi 100 manat pulun İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SFİFT BİK CTREAZ.22 hesabına köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməyə subyektiv hüququn olmamasını əsas gətirərək, iddia tələbini rədd etmişdir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.2, 152.3, 157.2, 178.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim etdiyi ona məxsus olan torpaq sahəsinə dair dövlət aktinda olan soyadında hərf səhvinə istinad edərək, iddia tələbinin rədd edilməsi qanunsuzdur. Cavabdehin ələ keçirərərək, zəbt etdiyi torpaq sahəsi dövlət tərəfindən Xacmaz rayonu Gödəkli kəndində əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş və həmin hüququ rəsmiləşdirmiş, qeyd edilən mübahisəli torpaq sahəsi onun mülkiyyəti hesab edilməli və dövlət tərəfindən qorunmalıdır. Məhkəmə təqdim etdiyi sübutlarla cavabdehi əsl cavabdehlə əvəz etdikdən sonra təkrar ekspertiza kecirməli, araşdırma aparmalı sonda ədalətli qərar qəbul etməli idi. Cavabdeh tərəfindən onun torpağının uzun illərdi zəbt edilməsinə birinci instansiya məhkəməsi düzgün qiymət verməmiş, uzun illər onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunaraq, məhsulun yiqilması nəticəsində ağır maddi vəziyyətə düşə bilməyinə diqqət yetirməmişdir. Məhkəmə mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı və onun ailə üzvlərinə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində 1.76 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan torpaq sahəsindən istifadə edirlər. Bu yaxınlarda torpaq sahəsi üzrə qonşuları X13 onlara qarşı guya onun istifadəsində olan torpaq sahəsinin onlar tərəfindən istifadə edilməsi barədə iddia qaldırmışdır. Cavabdehin bu iddiası Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra onlar torpaq sahəsinin ərazisini və tamlığını müəyyən etmək üçün Dövlət Reyestr Xidmətinin əməkdaşına torpağın ərazisini ölçdürdükdə onlara ayrılmış torpağın 0.30 ha sahəsinin onların istifadəsində olmadığı müəyyən edilmişdir. Onların torpaq sahəsi üzrə qonşu olan X13 qanunsuz olaraq torpaq sahəsini zəbt etmişdir, bağda olan otu çalır və fındığı yığır. Sonradan məlum olmuşdur ki, torpaq sahəsi Cavabdeh adına keçirilmişdir. Buna görə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Cavabdeh tərəf eksprtizanın keçirilməsinə da şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi ekspert rəylərinə münasibət bildirməmiş, hansı rəyin daha doğru olmasını bildirməmişdir. Təkrar ekspertiza keçirilməsini xahiş etsələr də vəstətləri təmin edilməmişdir. Mübahisəli torpaq sahəsi 1998ci ildən onun mülkiyyətindədir. Dövlət aktında hərf səhvinin olması iddianın təmin edilməməsi üçün əsas deyildir. Məhkəmə işin hallarını tam araşdırmamışdır. Odur ki, işin araşdırılması üçün iş üzrə ekspertiza keçirilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, tərəflərindən edilmiş hər hansı zəbtdən söhbət gedə bilməz. Torpaq sahəsinə dair çıxarışları var. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ekspert rəyi ilə razıdır. İddia tələbi əsassızdır. İlk olaraq 0,30 ha torpaq tələb edirdi, sonradan isə 0,18 ha torpaq tələb etməyə başladı. İddiaçı tərəf əvvəlki işlərdə torpaq sahəsinin gilas bağı hissəsinə iddia edirdi, 15 gün bundan əvvəl findiq yığımı zamanı isə gələrək fındıq bağına iddia etməyə başladı. Ekspert rəyi ilə torpağın zəbt olunması təsdiqini tapmır. Onlara məxsus fındıq bağının qonşu torpağı iddiaçılarına ailəsinə məxsus fındıq bağı yerləşir. Digər qonşu torpaq isə iddiaçının oğludur. Ailə arasında məhkəmə mübahisələri var. Ola bilsin ki, torpaq sahəsini oğlu zəbt edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İddiaçı nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, işləri ilə bağlı məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasına gəlməməsinin konkret olaraq üzürlü səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
16. Torpağın mülkiyyətə verilməsinə dair JN 157, KOD 30204028 saylı aktdan müəyyən olunur ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə 1.76 ha torpaq sahəsi ayrılmışdır.
17. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh X12 məxsusdur.
18. 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyətində olan 0,57 ha torpaq sahəsini Cavabdeh satmışdır.
19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
20. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2020-ci il tarixli 10/3717 nömrəli rəyinə əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsindən cavabdeh X13 tərəfindən istifadə edilirmir və Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X12 məxsus olan 0.57 ha torpaq sahələri üst-üstə düşmür.
21. Ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Xaçmaz Rayon Məhkəməsinin icraatında olmuş 2(067)-51-/2021nömrəli mülki işin qərardadındakı sualların cavablandırılması zamanı məlum oldu ki, mübahisəli torpaq sahəsi cavabdeh X13 tərəfindən istifadə olunmur və mübahisə predmeti olan həmin torpaq sahəsinin mülkiyyət və istifadə hüququ başqa şəxsə aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Xaçmaz Rayon Məhkəməsinin icraatında 2(067)-51/2021 nömrəli mülki işin qərardadındakı sualda qoyulmuş X1 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə ƏMDX elektron baza materiallarındakı məlumatlara əsasən iddiaçının torpaq sahəsinin ölçüləri arasında fərq yarandığından və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışın mülkiyyətçisi X13 deyil, digər mülkiyyətçi olduğundan bu sualın cavablandırılması mümkün olmamışdır.
23. Ekspertiza xərclərinə dair xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizas 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-10-3308 nömrəli ekspert rəyindən görünür ki, Torpaq mülkiyyətinə verilməsinə dair JN-157 ,KOD 30204208 saylı akta əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində X2 və ailə üzvlərinə 1.76 ha torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən JN-157 torpaq sahəsi iki planşetdən ibarətdi , JN-157 planşetdə 0.46 ha və JN-157C planşetində isə 1.53 ha torpaq sahəsi təşkil edir. Lakin dövlət aktında isə JN-157 planşetdə 0.23 ha torpaq və JN-157C planşetində isə 1.53 ha torpaq sahəsi kimi göstərilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çixarışa əsasən X8 mülkiyyətində olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri, torpaqların elektron uçotu informasiya (TEKUİS) sistəminə əsasən həmin torpaq sahəsinin planına uyğundur. Torpaq mülkiyyətinə verilməsinə dair JN-157, KOD 30204028 saylı akta əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissuyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə Xaçmaz rayonunu Gödəkli kəndi ərazisində X2 və ailə üzvlərinə verilmiş 1.76 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı X3 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə X9m mülkiyyətində oian 0.57 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)- 15/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iddiaçının zəbt edilməsini iddia etməklə cavabdehin qanunsuz sahibliyindən geri tələb etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsi, edildiyyyi təqdirdə hansı hissəsində zəbt etməsinin aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.
31. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3- 16-16/2-10-3308 nömrəli ekspert rəyindən görünür ki, X8 mülkiyyətində olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri, torpaqların elektron uçotu informasiya sisteminə (TEKUİS) əsasən həmin torpaq sahəsinin planına uyğundur. İddiaçı X3 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə X8 mülkiyyətində oian 0.57 ha torpaq sahəsi üst-üstə düşmür. Xaçmaz rayonunu Gödəkli kəndi ərazisində X2 və ailə üzvlərinə verilmiş 1.76 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur.
32. Bununla da iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi ekspert rəyi ilə təkzib edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi sübut olunmadığından iddia tələbi, həmçinin apellyasiya şikayətinin dəlilləri də əsassız hesab olmuşdur.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əldə etdiyi ekspert rəyinə, Mülki Məcəllənin 157.2-ci maddəsinə və müvafiq olaraq dolayısı ilə iddianın sübut olunmamasına istinad edərək iddianı rədd etməklə yanaşı, qətnamənin əsaslandırıcı hissəsində iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində iddiaçının adının İddiaçı, Torpağın mülkiyyətə verilməsinə dair JN 157, KOD 30204028 saylı aktda isə X4 adının qeyd olunmasını, yəni soyadlardakı “d” və “t” hərf fərqinə görə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədin mövcud olmaması qənaətinə gəlmişdir ki, birinci instansiya məhkəməsinin həmin qənaəti əsassız olmuşdur. Belə ki, hər hansı bir sənəddəki texniki səhv iddianın rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsinin qeyd olunan formal mülahizəyə görə ləğv edilməklə, iddianın yenidən rədd edilməsi barədə qətnamə çıxarılmasını məqbul hesab etməmişdir.
34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(067)-15/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.