Məhkəmə qərarları › İş №2(105)-3810/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3810/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3810/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1955/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat miqdarında və mənəvi zərərin əvəzi olaraq 150000 manat miqdarında pulun ona ödənilməsi barədə, 30 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1955/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir (hakim Vüqar Seyidov). Qətnamədən iddiaçı İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1955/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, İddiaçı öldüyündən mülki işin icraatına xitam verilməlidir. İşə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, iddiaçı ölmüşdür. Belə ki, Elektron məhkəmə İnformasiya sistemindən əldə edilmiş vətəndaşın şəxsi mlumatlarından görünür ki, 25.11.1958-ci il tarixdə doğulmuş İddiaçı Adimoviş 19 noyabr 2021-ci il tarixdə ölmüşdür. AR Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddələrinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermirsə hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, tərəflər arasındakı mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinin yaranmasına yol vermir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264, 306, 384.0.4 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1955/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar