Məhkəmə qərarları › İş №2(105)-387/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-387/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-387/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(031)-61/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(031)-61/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov). Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 3800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun da cavabdehlərə aid edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, maşın alqı-satqısı ilə məşğuldur. xx.xx.2020-ci ildə Cavabdeh1 3800 manata VAZ-21099 markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobilin mülkiyyətçisi digər Cavabdeh2dur. Onun verdiyi baş etibarnamə ilə o, həmin avtomobili almışdır. Sonradan təcili şəkildə pul lazım olduğundan avtomobili 4000 manata X2 və ona notariat kontorunda onun adına etibarnamə vermişdir. Daha sonra X14 da həmin avtomobili X1. Sonradan ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi Cavabdeh2 etibarnaməni ləğv etdirib. Etibarnamənin ləğv olunmasından onun xəbəri və bunda təqsiri yoxdur. Daha sonra R.Quliyev N.Qədirova və Cavabdeh2 qarşı alqı-satqı faktının təsdiq olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia irəli sürmüş, eyni zamanda Cavabdeh2 də Romik Quliyevə qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmiş, avtomobilin X11 alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Bundan sonra R.Quliyev N.Qədirova qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X5 5100 manat məbləğində pulun alınaraq X15 verilməsi qət edilmişdir. Hazırda onun X10, Neman Qədirovun isə X3 avtomobil Cavabdeh2dır və X5 X13 xeyrinə 5100 manat pulun, ondan isə X8 xeyrinə 4000 manat pulun alınıb verilməsi barədə qətnamə var. O, hazırda 3800 manat ziyana düşmüşdür. Belə ki, yuxarıda qeyd etdiyi kimi, maşını Cavabdeh1 3800 manata almışdır. Ona görə də hesab edir ki, avtomobilin alınması üçün ödədiyi 3800 manat pul cavabdehlərdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən dövlət rüsumu kimi ödədiyi 58 manat məbləğində pul da cavabdehlərə aid olunmalıdır. Xahiş edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 3800 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılsın. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında avtomobil alğı-satqısı qanuna uyğun olaraq, könüllü şəkildə, iddiaçının iradəsinə təsir və təzyiq göstərilmədən, tamamilə işgüzar adətlər və alğı-satqı qaydaları çərçivəsində reallaşdırılmışdır. İddiaçı özü etiraf edir ki, onunla alğı-satqıdan sonra qazanc əldə etmişdir. İddiaçı heç bir aldatmaya və məcburi əqd bağlamağa məruz qalmamışdır. Əksinə, iddiaçı məhkəmədə verdiyi izahatında qeyd edir ki, pulu ona vermiş və maşını da ondan almış, sonra həmin maşını X2 və sonuncunun adına notariat kontorunda etibarnamə vermişdir. O, iddiaçıya keyfiyyətsiz mal satmamış, aralarındakı alğı-satqı zamanı satıcı olaraq üzərinə düşən vəzifələri lazımınca icra etmişdir. Həmin avtomobilin sonrakı alğı-satqısı zamanı ortaya çıxmış problemlərə görə o cavabdehlik daşımamalıdır. Bundan başqa, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulub, onun məhkəmə iclaslarında axıradək iştirakı təmin olunmayıb... Həmçinin, ididaçı ilə aralarındakı alğı-satqı etibarnamə əsasında reallaşmış, etibaranamə isə əqddir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. İddiaçı həmin müddəti ötürməklə ona qarşı iddia qaldırmışdır. Görürdüyü kimi, onun məhkəmə müdafiəsi hüququnun təmin edilməməsi iddiaçının əsassız və müddət keçdikdən sonra verdiyi iddiasının qanunsuz olaraq təmin edilməsi ilə nəticələnmişdir. Digər tərəfdən, işin hallarından belə görünür ki, iddiaçı, məhkəmənin ifadəsi ilə deyilsə, “əsassız varlanma” ilə məğul olan şəxs olduğunu təsdiqləyir. Belə ki, şahid qismində dindirilən X17 bildirmişdir ki, İddiaçı (iddiaçını) tanıyır, birlikdə maşın alıb-satmışlar. MPM-in 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür... O, avtomobili iddiaçıya xx.xx.2020-ci ildə satmış, iddiaçı isə ondan pulu geri tələb etmək üçün qanunla müəyyən olunmuş 2 illik iddia müddətini ötürəndən sonra (2023-cü ilin sentyabr ayında) ona qarşı iddia qaldırmışdır. Bundan başqa, baxmayaraq ki, iddiaçı həm də Cavabdeh2 onunla müştərək qaydada pul tutulmasını tələb etmişdir, birinci instansiya məhkəməsi yalnız ona münasibətdə iddia tələbini təmin etmiş və qətnamənin əsaslandırıcı hissəsində digər Cavabdeh2 münasibətdə niyə iddianın təmin olunmamasının əsaslarını göstərməmişdir... Bu səbəblərdən ona qarşı irəli sürülmüş iddianın əsassızlığını bir daha qeyd edərək, birinci instansiya məhkəməsinin ona qarşı pul tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticələri qanuni və əsaslı hesab etmir. Odur ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(031)-61/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına təkrar gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hazırkı apellyasiya baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, eyni zamanda apellyasiya icraatında vəkilin (onun) iştirakı üçün ödənilmiş 325 manat məbləğdə xidmət haqqının Cavabdeh1 İddiaçı xeyrinə tutulmasının qət edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(031)-61/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Birlikdə maşın alıb-satmışlar. Maşını Arzumandan 3800 manata almışlar, İddiaçı tərəfindən 1500 manat pul və şəxsiyyət vəsiqəsi verilmiş, Arzuman da Orxan üçün baş etibarnamə alıb gətirmişdir. Arzuman qalan 2300 manat pulun maşını satdıqdan sonra verilməsinə razılaşmışdır. Maşını Neman adlı şəxsə 4000 manata satmışlar, onun yanında Orxan Arzumana 2300 manat pul vermişdir. Maşını satdıqları adam da bir müddət sonra onları məhkəməyə vermiş, məhkəmədə onlardan 4000 manat pul tələb olunmuş, onlar da həmin pulu ödəmişlər. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)5459/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X6 iddiaçı X13 xeyrinə avtomobilə görə ödənilmiş 5100 manat, habelə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğlərdə pul vəsaitinin tutulması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X9 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli 2(060)-5459/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3028/2022 nömrəli qətnaməsinə əsasən, cavabdeh İddiaçı VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilə görə verilmiş 4000 manat məbləğdə pulun alınıb iddiaçı X10 qaytarılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 1966/2022 nömrəli qətanaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3028/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan ƏN-Vİİ 184399 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə İddiaçı etibarnamə vermişdir. Etibarnamə 11 ay 30 gün müddətinə, xx.xx.2021-ci il tarixədək verilmişdir. İşdə olan ƏN-Vİİ 218113 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə X12 etibarnamə vermişdir. Etibarnamə 11 ay 25 gün müddətinə, xx.xx.2021-ci il tarixədək verilmişdir. İşdə olan məhkəmə qətnamələrindəki məlumatlardan görünür ki, X16 VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə X15 etibarnamə vermişdir. Etibarnamə 9 ay 1 gün müddətinə, xx.xx.2021-ci il tarixədək verilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh1 digər Cavabdeh2 mülkiyyətində olan VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobili sonuncunun ona verdiyi baş etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə 3800 manat pul müqabilində İddiaçı sərəncamına vermişdir (faktiki satmışdır). İddiaçı həmin avtomobili Cavabdeh1 qəbul etmiş (almış), avtomobilə görə 3800 manat pulu da sonuncuya vermiş, habelə ona avtomobilə dair etibarnaməni Cavabdeh1 (avtomobilin mülkiyyətçisi Cavabdeh2 baş etibarnamə üzrə təmsil edən şəxs qismində) vermişdir. Bundan sonra sözügedən avtomobil eyni qayda ilə (etibarnamə əsasında) xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən 4000 manat müqabilində Neman Qədirov adlı şəxsə və xx.xx.2020-ci ildə sonuncu tərəfindən 5100 manat müqabilində Romik Quliyev adlı şəxsə satılmışdır. Daha sonra Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Cavabdeh1 vermiş olduğu baş etibarnaməni ləğv etmiş, nəticədə həmin etibarnamə əsasında verilmiş digər etibarnamələr də qüvvəsini itirmişdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilin X11 alınaraq mülkiyyətçisi Cavabdeh2 verilməsi, X6 isə 5100 manat pulun alınıb X15 verilməsi, həmçinin İddiaçı 4000 manat pulun alınıb X12 verilməsi qət edilmişdir. Hazırkı işdə də mübahisəli avtomobilin birinci alıcısı olan İddiaçı həmin avtomobilə görə vermiş olduğu 3800 manat pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni Cavabdeh1 münasibətdə təmin edərək ondan avtomobilə görə verilmiş 3800 manat məbləğdə pulun alınıb İddiaçı verilməsini (qaytarılmasını) qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, qanunvericiliyin (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsi) tələbinə görə dövlət qeydiyyatından keçməli olan əmlakın, o cümlədən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanması və s.) notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İstinad edilən normaların tələbləri baxımından avtomobilin alqı-satqısı zamanı satıcı ilə alıcı arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalıdır; nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə əsasında avtomobilin alqısatqısı barədə razılaşma isə mübahisələndirilən halda etibarsız əqd sayılır. Qeyd edildiyi kimi, mübahisəli avtomobilin mülkiyyətçisi Cavabdeh2 olsa da, lakin İddiaçı həmin avtomobili Cavabdeh1 qəbul etmiş (almış), avtomobilə görə 3800 manat pulu da sonuncuya vermiş, habelə ona avtomobilə dair etibarnaməni Cavabdeh1 vermişdir. Sonradan Cavabdeh2 ona məxsus avtomobilin alqı-satqısına dair sövdələşmələri mübahisələndirməsi və avtomobilə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnaməni ləğv etməsi nəticəsində İddiaçı ilə Cavabdeh1 arasında həmin avtomobilin alqı-satqısına dair bağlanmış əqdin də etibarsızlığı ortaya gəlmişdir. Hazırda məhkəmə yolu ilə Cavabdeh2 mübahisəli avtomobili öz mülkiyyətinə qaytarmış, İddiaçı isə həmin avtomobilə görə Neman Qədirovdan aldığı 4000 manat pulu sonuncuya geri qaytarmışdır. Halbuki, İddiaçı da sözügedən avtomobili almaq üçün Cavabdeh1 3800 manat pul vermiş və bu fakt işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əvəzedilən əşyalar (o cümlədən pul vəsaiti) mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz (etibarsız) əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu normanın və Konstitusiya Məhkəməsinin istinad edilən hüquqi mövqeyinin tətbiqi baxımından Cavabdeh1 İddiaçı almış olduğu 3800 manat məbləğdə pul hesabına əsassız varlanmışdır, çünki həmin pulun verilməsini şərtləndirmiş əsas (mübahisəli avtomobilin alqı-satqısı barədə əqd) sonralar aradan qalxmışdır. Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göründüyü kimi, işin faktiki halları baxımından İddiaçı mübahisəli avtomobilə görə vermiş olduğu 3800 manat məbləğdə pulu geri tələb etməkdə haqlıdır. Eyni zamanda birinci instansiya məhkəməsi həmin pulun təkcə Cavabdeh1 tutulmalı olması barədə də düzgün nəticəyə gəlmişdir. Ona görə ki, artıq qeyd edildiyi kimi, mübahisəli avtomobilin mülkiyyətçisi Cavabdeh2 olsa da, lakin İddiaçı həmin avtomobili Cavabdeh1 qəbul etmiş (almış), avtomobilə görə 3800 manat pulu da sonuncuya vermiş, habelə ona avtomobilə dair etibarnaməni Cavabdeh1 vermişdir. Belə halda pulun digər Cavabdeh2 də (müştərək qaydada) tələb edilməsi üçün əsas yoxdur. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası həmin dəlilləri əsassız və qəbulolunmaz hesab edir. Avtomobilin sonrakı alıcısı Neman Qədirov həmin avtomobilə görə verdiyi pulu İddiaçı geri tələb edəndən və bununla bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra İddiaçı da eyni əsasla Cavabdeh1 mübahisəli avtomobilə görə özü tərəfindən verilmiş pulu geri tələb etmək kimi subyektiv hüququ yaranmışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdehin apellyasiya şikayətində onun iddiaçıya keyfiyyətsiz mal satmaması, aralarındakı alğı-satqı zamanı satıcı olaraq üzərinə düşən vəzifələri lazımınca icra etməsi barədə qeyd etdiyi dəlilləri heç də həmin alqı-satqının qanuna uyğun olmasına dəlalət etmir. Tərəflər arasında avtomobilin alğı-satqısı barədə əqd lazımi qaydada, yəni notarial alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilməmiş, iddiaçı avtomobil üzərində mülkiyyət hüququ əldə etməmişdir. Tərəflər arasındakı əqd qanunun tələblərinə uyğun bağlanmadığından etibarsız əqd olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(031)-61/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, e-2(031)-61/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatında vəkilin iştirakına görə iddiaçı tərəfindən ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğdə xidmət haqqının əvəzi Cavabdeh1 alınaraq İddiaçı verilsin. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar