Məhkəmə qərarları › İş №2(105)-3892/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3892/2021

06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3892/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadından iddiaçı Cavabdeh iştirakçısı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) iddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2 və Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh iştirakçısı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı Cavabdeh iştirakçısı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadının ləğv edilərək hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehlər tərəfindən Cavabdeh MMC-nin fəaliyyətindən əldə edilən bütün gəlirlərin Cəmiyyətin hesablaşma hesabına mədaxil edilməsinin, əmək haqqı daxil bütün xərclərin hesablaşma hesabından kənar nağd qaydada aparılmamasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdehnə, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdehndən, Cavabdeh direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh iştirakçısı Nümayəndə2 və Cavabdeh iştirakçısı Nümayəndə3 müştərək qaydada 1 097 232 manat dividendin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh iştirakçısı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehlər tərəfindən Cavabdeh MMC-nin fəaliyyətindən əldə edilən bütün gəlirlərin Cəmiyyətin hesablaşma hesabına mədaxil edilməsinin, əmək haqqı daxil bütün xərclərin hesablaşma hesabından kənar nağd qaydada aparılmamasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Cavabdeh iştirakçısı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 16 sentyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edib, işə mahiyyəti üzrə baxarkən iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəni icraata qəbul edərkən prosessual qanunvericiliyin tətbiqində və təfsiridə səhvə yol vermiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışı ilə müəyyən olunur ki, Cavabdeh 06.10.2010-cu ildə, ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun 12.06.2017ci il tarixli Dövlət Reyestrindən Çıxarışı ilə müəyyən olunur ki, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Nümayəndə2 – 10 pay, X2 – 10 pay və Nümayəndə3 – 10 paya malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddia tələbindən görünür ki, iddia- cavabdehlər Cavabdehndən, Cavabdeh direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh iştirakçısı Nümayəndə2 və Cavabdeh iştirakçısı Nümayəndə3 müştərək qaydada 1 097 232 manat dividendin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən iddiaçı Cavabdeh iştirakçısı İddiaçı sahibkar kimi dövlət qeydiyyatına alınması müəyyən edilmişdir. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların iştirak edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də şikayət qismən təmin edilib, birinci instansiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadı ləğv edilməli, iddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2 və Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbi barədə mülki iş üzrə verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Cavabdeh iştirakçısı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-5460/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2 və Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbi barədə mülki iş üzrə verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar