Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-40/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı1, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı1 və İddiaçı2 Cavabdeh3 və qeyrilərinə qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddia tələbinin təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X6 tərəfindən zəbt edilmiş və onlara məxsus olan torpaq sahəsinə gedişgəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara qanuni əsaslarla ayrılmış torpaq sahələrinə gediş-gəliş yolu olmadığı üçün onlar ərazi üzrə Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinə müraciət etmişlər, lakin onlara ünvanlanan cavab məktubundan sonra məlum olmuşdur ki, bələdiyyəyə məxsus xəritədə onlara məxsus həyətyanı torpaq sahələri ilə pay torpaqları arasında gediş-gəliş yolunun olmasına baxmayaraq həmin yol pay torpaq sahələrinin sahibləri tərəfindən tutulmuş və bu səbəbdən də həmin yolun verilməsi mümkünsüz hesab edilmişdir. Həmin yolun tutulması isə qeyd edilən ərazidən pay torpaqları almış cavabdehlər tərəfindən zəbt edilmişdir. Dəfələrlə cavabdehlərdən həmin yolu açmaları xahiş edilsə də onlar buna əhəmiyyət verməmiş, yolu açmaqdan imtina etmişlər, bu da onlara öz həyətyanı torpaq sahələrindən istifadə etmək sahəsində bir sıra çətinliklər yaratmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçi İddiaçı1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 münasibətdə iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən bir sıra maddi normalara istinad etmişdir, halbuki həmin normalar onun əsaslı olan iddia tələbinin təmin edilməsinə xidmət edən normalardır. Məhkəmə və ekspertiza iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə mütəxəssis rəyinə istinad etmiş və belə bir qənaətə gəlmişlər ki, guya onlara məxsus olan torpaq sahəsindən istifadə etməyə cavabdehlər tərəfindən hər hansı bir maneə yoxdur, halbuki gediş-gəliş yolunun olmaması üzündən öz torpaq sahəsinə gedə bilmir və bu da mülkiyyətdə olan torpaq sahəsindən məhrum olmağına xidmət etmişdir. Məhkəmə istinad etdiyi maddi normaları düzgün təfsir etməmiş və mülkiyyət hüquqlarına təminat verməmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı2 və cavabdeh X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini ekspertiza rəyi ilə iddiaçının qeyd etdiyi halların öz təsdiqini tapmaması ilə əsaslandırmış, gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-152.3, 157.2, Torpaq Məcəlləsinin 84.1, 111.1-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X13rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X10 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi yaradılmış gediş-gəliş yolunun açılması barədədir. Bu cür iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Xaçmaz rayonu Çılqır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınması, torpağın mülkiyyətə verilməsinə dair JN 003A seriyalı 30206088 kodlu şəhadətnaməyə əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayon AİK-nın xx.xx.1998- ci il tarixli 12 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi verilməsi işin mübahisəsiz halıdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4-cü maddəsi). Qanunun mənasından da göründüyü kimi bu maddədə əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu da nəzərdə tutulmuşdur. Bu iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında mülkiyyətçinin tələbidir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin belə hərəkətlərə son qoyulmazsa, mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün əşya özündə olan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyini sübut etməlidir. Hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/9026 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Əraz İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı1 torpağın mülkiyyətə verilməsinə dair JN 003A seriyalı 30206088 kodlu şəhadətnaməyə əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Çılqır kəndi ərazisində İddiaçı2 mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu yoxdur və elektron baza məlumatlarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Əraz İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılara məxsus olan torpaq sahələri digər şəxslər tərəfindən istifadə olunmur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların ərizəsində qeyd etdiyi hallar ekspertiza rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçılar cavabdehlər tərəfindən onların mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyi sübut olunmadığından, öz əmlakından istifadəsinə maneə olmadığından, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı, həmçinin apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50+100=150 (yüz əlli) manat İddiaçı1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Cavabdeh3 qarşı gediş-gəliş yolunun açılması barədə iddia tələbi rədd edilsin. İddiaçı1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-40/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-40/2024
06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver