Məhkəmə qərarları › İş №2(105)-401/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-401/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-401/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyan- subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı MMC-nin direktoru Nümayəndə, vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-3055/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. 19 avqust 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Nümayəndə ilə “icarəçi” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə və mülki məsuliyyət haqqında Müqavilələrə əsasən icarəçi özünə məxsus “X11 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçinin müraciəti əsasında icarə haqqı ödənişlərinin həyata keçirilməsi müqabilində, Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq 3 il müddətinə icarəyə təqdim emişdir.

2. Müqavilənin şərtlərinə görə icarə müqaviləsi müddəti ərzində daşınar əmlaka mülkiyyət hüququ icarəyəverəndə saxlanılmışdır.

3. “X11 1844 LS yük” markalı, yəhərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair “İcarədar” Nümayəndə ilə “İcarəçi” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Mülki Məsuliyyət haqqında” müqavilə bağlanmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, №9/4549 saylı ekspert rəyindən görünür ki, 2010-cu il buraxılışlı “X12 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 50600 manat müəyyən edilir.

5. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərərin təyin olunması üçün tərtib olunmuş ziyan aktından görünür ki, İddiaçı MMC-yə məxsus ** BN *** (dartıcı) ** ZA *** (yarımqoşqu) nişanlı avtonəqliyyat vasitəsinə Gürcüstan Respublikası ərazisində qəza nəticəsində ümumilikdə 54460 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı şahid kimi dindirilmiş;

6. X6 bildirmişdir ki, cavabdeh onlarla bərabər 1 il sürücü kimi iddiaçı təşkilatda çalışmışdır. Qəza törədilən yük maşını ona məxsusdur. X7 yük aparan zaman Gürcüstan Respublikasında baş vermişdir. Onlar hadisənin baş verməsində kimin günahkar olması ilə cavabdehdən maraqlandıqda hadisənin baş verməsində onun günahının olmadığını bildirmişdir. Sonradan ona zəng olunaraq onun maşını ilə baş verən hadisənin səbəbkarı cavabdeh olduğu müəyyən olunmuşdur.

7. X5 bildirmişdir ki, o, hazırda iddiaçı təşkilatda çalışır. Mübariz Gürcüstan Respublikasında qəza törətdikdən sonra qəzalı vəziyyətdə həmin maşını qoşqu yolu ilə ölkəyə gətirmişdir. Maşın tam yararsız vəziyyətdə idi. Həmin yük maşının gətirilməsi ona rəhbərlik tərəfindən göstəriş verilmişdir.

Apellyasiya icraatı zamanı əldə edilmiş:

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 4/310 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mülki işin 137- 139-cu vərəqələrində olan 19 avqust 2021-ci il tarixli mülki məsuliyyət haqqında müqavilənin 3-cü vərəqinin aşağı hissəsində “Cavabdeh. Müqavilənin şərtləri ilə razıyam yazısının qarşısındakı imza, mülki işin 140-141-ci vərəqlərində olan 19 avqust 2021-ci il tarixli “İcarə müqaviləsinin 2-ci vərəqinin aşağı hissəsində Cavabdeh–Müqavilənin şərtləri ilə razıyam yazıları və “razıyam” yazısının qarşısındakı imza, əksi mülki işin 71-72-ci vərəqlərində olan 03 avqust 2021-ci il tarixli kontraktın kserosurətinin 2-ci vərəqinin sağ hissəsində “Boдител” qrafasında olan imza, əksi mülki işin 73-74-ci vərəqlərində olan 10 yanvar 2022-ci il tarixli kontraktın kserosurətinin 2-ci vərəqinin sağ hissəsində “Boдител” qrafasında olan imza, mülki işin 130-cu vərəqində olan 03 avqust 2021-ci il tarixli kontraktın kserosurətinin 1-ci vərəqinin arxa tərəfində “Boдител” qrafasında olan imza Cavabdeh tərəfindən icra edilmişdir.

9. “Azemis” –dən çıxarış edilmiş sənəddən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMCdə sürücü işləyir, aylıq əmək haqqısı 400 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, “54.460 (əlli dörd min dörd yüz altımış) manatın, 1.000 (min) manat mənəvi zərərin və iddia ərizəsi verilərkən ödənilmiş 257 (iki yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmış və nizamnamə əsasında fəaliyyət göstərən (əsasən beynəlxalq yükdaşımalar) icarəyəverən qismində İddiaçı MMC-nin direktoru Nümayəndə ilə icarəçi qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə və mülki məsuliyyət haqqında Müqavilələrə əsasən icarəçi özünə məxsus “X11 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçinin müraciəti əsasında icarə haqqı ödənişlərinin həyata keçirilməsi müqabilində, Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq 3 il müddətinə icarəyə vermişdir. Müqavilənin şərtlərinə görə müqavilə müddəti ərzində daşınar əmlaka mülkiyyət hüququ icarəyəverəndə saxlanılmışdır. Bu müddət ərzində icarəçi daşınar obyekt üzərində müvəqqəti sahiblik və ondan istifadə hüquqlarına malik olmuşdur. İcarə ödənişlərinin həyata keçirilməsi icarəçinin daşınar obyekt üzərində mülkiyyət hüququna malik olmasını ifadə etməmişdir. İcarəçi avtomobilin və yarımqoşqunun saxlanmasına görə tam məsuliyyət daşımaqla, itirilmənin və ya zədələnmənin qarşısını almaq üçün öz hesabına tədbirlər görməli, həmçinin obyekti işlək vəziyyətdə saxlamalı olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdeh Qəribov X4 Respublikasına yük aparmaq məqsədi ilə Gürcüstan Respublikasından keçərkən Sarp deyilən ərazidə təxminən günorta saat 12-13 radələrində magistral şossedə hərəkətdə olduğu zaman sürət həddini aşmaqla qarşıdan gələn minik avtomobilinin yoluna çıxaraq toqquşmaqla ağır yol qəzası törətmişdir. Hadisə nəticəsində MMC-yə məxsus avtomobilə çox ciddi maddi ziyan dəymiş, minik avtomobilində olan 2 nəfər isə dünyasını dəyişmişdir. Bu barədə cavabdeh iddiaçıya şəxsən özü məlumat verməmişdir. Hadisə yerinə gəlmiş şəxslər sonradan telefon vasitəsi ilə belə bir qəzanın baş verməsini bildirmişlər. Bir müddət cavabdeh ilə əlaqə saxlamaq mümkün olmamış və hadisənin təfərrüatları iddiaçıya məlum olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı təyin edilmiş bir çox ekspert rəyləri və digər hallarla Cavabdeh bu hadisənin törədilməsində təqsirli olduğu tam sübuta yetirilmişdir. Cavabdeh icarə obyektini tam yararsız vəziyyətə salmış və 2022ci ilin dekabr ayında avtomobil Gürcüstan Respublikasından gətirilərək müvəqqəti duracağa yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş akta əsasən avtomobilə 54.460 manat məbləgində ziyan dəymişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində cavabdeh MMC-yə vurulmuş ziyandan heç bir ödəniş etməmişdir. Sonradan müəyyən olunmuşdur ki, cavabdeh avtomobili idarə etdiyi dövrdə xeyli məbləğə yığılıb qalmış cərimələri belə ödəməmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Onun qanunsuz əməlləri nəticəsində MMC-yə ziyan vurulduğundan, pozulmuş hüquqlarınının bərpası məqsədi ilə hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya vurulmuş mənəvi zərər isə qeyriəmlak xarakterli olduğundan bu məbləği 1.000 manat dəyərində müəyyən edilməsini xahiş edir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-3055/2023 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia qismən təmin edilmiş, Cavabdeh 50.600 (əlli min altı yüz) manat məbləğində pulun və 257 (iki yüz əlli yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi təmin edilmiş, iddia tələbinin mənəvi zərər hissəsində təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına keçirilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının mülkiyyətində olan “X11 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentlifurqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli icarə və mülki məsuliyyət haqqında Müqavilələrə əsasən icarəyə götürmüş və yol nəqliyyat hadisəsi törədərək, avtomobilə ziyan vurmuşdur. Məhkəmə Cavabdeh avtomobilin təkərlərinin nasaz olduğu üçün yol-nəqliyyat vasitəsinə səbəb olması barədə gətirdiyi dəlili sübut növü kimi qəbul etmir. Belə ki, bu barədə onun tərəfindən məhkəməyə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Məhkəmə ekspertiza rəyini nəzərə alaraq, hesab edib ki, cavabdehdən 50600 (əlli min altı yüz) manat məbləğində pul alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edib ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin təqsiri üzündən keçən müddət ərzində iddiaçının avtonəqliyyat vasitəsini vaxtında saz vəziyyətdə təhvil ala bilməməsi və bununlada ümid etdiklərindən məhrum edilməsinin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı həmin hissədə istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir . Ona görə də məhkəmə mənəvi zərərə aid hissədə iddia tələbini təmin etməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 329.2, 406.1, 421.1, 421.2, 700.3, 700.1, 700.2, 739.1-ci maddələri, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 77.1, 80, 106.1, 119, 217-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işə birtərəfli qaydada baxaraq, işi hərtərəfli araşdırmamış, yalnız İddiaçı MMC-nin maraqlarına uyğun qətnamə qəbul etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sənədləri işə əlavə etsə də, qətnamədə həmin sübutlara hüquqi qiymət verilməmiş və 13 noyabr 2023-cü il tarixli məhkəmə iclasının protokolunda cavabdehin fikirləri təhrif olunmaqla qeyd edilmişdir. Belə ki, məhkəmə iclas protokolunda cavabdehin “əmək müqaviləsi olmadığı üçün məsuliyyət daşımıram.” “MMC ilə icarə müqaviləsi olub, mən imza etmişəm, rəsmi işçi olmamışam.” kimi ifadə işlətməsi qeyd olunmuşdur. Bunlar həqiqəti əks etdirmir. Cavabdehla işçi kimi bağlanmış 10 yanvar 2022-ci il tarixli konrtakt məhkəməyə təqdim edilmişdir və həmin müqavilədə tərəflərin hüquq və vəzifələri öz əksini tapmışdır. İşəgötürən işçiyə əmək haqqı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərir ki, “məhkəmə cavabdehin avtomobilin təkərlərinin nasaz olduğu üçün yol-nəqliyyat hadisəsinə səbəb olması barədə gətirdiyi dəlili sübut növü kimi qəbul etmir. Belə ki, bu barədə onun tərəfindən məhkəməyə heç bir rəsmi sənəd təqdim edilməmişdir.” Cavabdehin dəlillərinə tənqidi yanaşan məhkəmə iddiaçının biri digərini təkzib edən və heç birinin əsli məhkəməyə təqdim edilmədiyi halda icarə və mülki məsuliyyət haqqında müqavilələrə istinad edərək hadisə nəticəsində icarə obyekti olan əmlaka maddi ziyan dəyməsini və buna cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlib. Lakin məhkəmə İddiaçı MMC-nin direktoru Nümayəndə sürücü Cavabdehla MMC-adından deyil şəxsən öz adından müqavilə bağlamasına, İddiaçı MMC ilə Cavabdeh arasında işçi və işəgötürən münasibətlərini tənzimləyən kontrakt bağlanmasına və bu kontrak üzrə, hətta bundan əvvəl və sonra da mütəmadi olaraq İddiaçı MMC tərəfindən, onun adından çıxış edən şəxslər tərəfindən Cavabdeh məxsus bank kartına müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vəsaitlərinin köçürülməsinə, bir dəfə də olsa Cavabdeh nə İddiaçı MMC-yə, nə də İddiaçı MMC –nin direktoru Nümayəndə heç bir məbləğdə pul ödənilmədiyinə hər hansı hüquqi qiymət verməmişdir. Əgər tərəflər arasında icarə münasibətləri mövcud olsa idi, onda Cavabdeh müqavilə üzrə müəyyən edilmiş qaydada iddiaçıya icarə haqqı ödəməli idi. Lakin bu barədə hər hansı sübut növü iş materiallarında mövcud deyil. Çünki tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır. Cavabdeh iddiaçı MMC-nin işçisi olmuş və aylıq əməkhaqqı almışdır. Məhkəməyə bu halları təsdiq edən sübutlar təqdim olunsa da, işə birtərəfli baxan məhkəmə həmin hallara münasibət bildirmədən yalnız iddiaçının mənafeyini təmin edən əsassız qətnamə qəbul etmişdir. Göstərilənlətə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmənin kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş materiallarına əsasən hazırkı iş üzrə tərəflər arasında ilk öncə əmək müqaviləsi, sonra isə icarə müqaviləsi bağlanmışdır. Cavabdeh həmin icarə müqaviləsini mübahisələndirərək müqavilədəki imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. İş üzrə əldə edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyində əsasən müvafiq sənədlərdəki imzaların cavabdeh tərəfindən icra edildiyi göstərilsə də, cavabdeh hazırda da iddiaçı ilə əmək müqaviləsi bağladığını, icarə müqaviləsi bağlamadığını bildirir. Qarşı tərəf bu halın cavabdeh tərəfindən sübut edilməli olduğunu bildirir, halbuki bu hal iddiaçı tərəfindən sübut edilməlidir. Cavabdeh tərəfindən qeyd olunan icarə münasibəti üzrə iddiaçıya 2 il ərzində heç bir pul ödənilməyib, əksinə cavabdehə iddiaçı tərəfindən müvafiq ödənişlər ödənilib. Mümkün olan hal deyil ki, nəqliyyat vasitəsi 2 il ərzində icarəyə verilsin, amma icarəyə verən tərəfindən icarəçidən icarə haqqı alınmasın. Bu onu sübut edir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır. İcarə müqaviləsi qanunvericiliyin tələblərinə zidd tərtib olunmuşdur. Belə ki, icarə müqaviləsində icarə haqqı müəyyən edilməmişdir, icarə müqaviləsi formal xarakter daşıyır. Bundan başqa, icarə müqaviləsi Nümayəndə tərəfindən bağlanılmasına baxmayaraq, məhkəmədə iddia İddiaçı MMC tərəfindən qaldırılmışdır. Bu halda, İddiaçı MMC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ da yoxdur. Bütün bu natamamlıqlara baxmayaraq işə baxan məhkəmə heç bir araşdırma aparmadan əsassız iddia tələbini təmin etmişdir. Ona görə də cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, o, İddiaçı MMC-də 2 il ərzində sürücü işləmişdir, onlar arasında icarə münasibətləri mövcud olmamışdır. O, icarə müqaviləsini də yol-nəqliyyat hadisəsi olandan 4-5 ay sonra görmüşdür. Ona icarə müqaviləsinin şərtləri izah olunmamışdır, habelə o icarə məbləği kimi iddiaçıya heç vaxt ödəniş etməmişdir. Əksinə hər dəfə səfərdən sonra iddiaçı tərəfindən ona müəyyən ödənişlər ödənilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Tərəflər arasında icarə müqaviləsi bağlanmış və ona məxsus avtomaşın cavabdehə icarəyə verilmişdir. Cavabdeh sürücü işləyib, özü üçün gəlir əldə etmiş və əldə etdiyi gəlirin bir hissəsini ona ödəmişdir. İcarə münasibətləri bu formada həyata keçirilib. Cavabdeh yol-nəqliyyat hadisəsi törədib və bunun nəticəsində də avtomobilə külli miqdarda ziyan dəyib. O hazırda avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. İşə baxan məhkəmə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh müəyyən müddətdə qarşılıqlı razılaşma əsasında işləyib, cavabdehin özünün də bildirdiyi kimi ona əmək haqqı ödənilməyib. Tərəflər icarə münasibətlərində olublar. İcarə müqaviləsinin tərəfləri Cavabdeh və İddiaçı MMC olmuşdur. Tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır, icarə müqaviləsi və mülki məsuliyyət haqqında müqavilə var. Mülki məsuliyyət haqqında müqavilə Cavabdehla Nümayəndə arasında bağlanmışdır. Nümayəndə həm MMC-nin direktorudur, həm də avtomobilin sahibidir. Nümayəndə öz avtomobilini MMC-yə verib. Nümayəndə MMC-nin həm təsisçisidir, həm də direktorudur. Cavabdehin təqsiri ucbatından icarə obyekti olan avtomobilə külli miqdarda ziyan dəymişdir. İddiaçı MMC-yə ziyan dəyib, ona görə də iddia həmin MMC-nin adından verilib. Hazırda avtomobil Sumqayıt şəhərində qarajdadır və təmir olunmayıb. İcarə müqaviləsində icarə haqqının müəyyənləşdirilməməsi ilə bağlı cavabdeh tərəfin arqumentləri əsassızdır. Çünki icarə haqqı dövri olaraq görülən işin əsasında ödənilməli idi. Hesab edir ki, işin bütün halları birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmışdır. İş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-3055/2023 nömrəli qətnaməsini tam şəkildə mübahisələndirərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-3055/2023 nömrəli qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir

27. İddia tələbinin mahiyyətindən görünür ki, tələb icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olmuş icarə obyektinə (avtomobilə) icarəçi (cavabdeh) tərəfindən vurulmuş ziyanın ödənilməsi barədədir.

28. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

29. Araşdırılan iş üzrə sözügedən “X11 1844 LS yük” markalı, yəhərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Nümayəndə mülkiyyətində olması, həmin nəqliyyat vasitəsinin Nümayəndə tərəfindən Cavabdeh istifadəsinə verilməsi, həmin avtomobilin cavabdeh tərəfindən idarə olunması, sonuncu tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi və bu hadisə nəticəsində mübahisələndirilən avtomobilin yarasız vəziyyətə düşməsi və avtomobilin mülkiyyətçisinin maddi ziyan çəkməsi işin mübahisəsiz halıdır.

30. İşin digər bir mübahisəsiz halına görə isə Cavabdeh İddiaçı MMC-də müvafiq əmək haqqı müqabilində sürücü kimi fəaliyyət göstərməsidir ( i/m səh.9).

31. Araşdırılan işin faktiki hallarından görünür ki, iddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmış və müvafiq nizamnamə əsasında fəaliyyət göstərir. MMC-nin direktoru Nümayəndədur (i/m 16-19, 26).

32. İşin müəyyən olunan hallarına əsasən MMC-nin direktoru Nümayəndələ Cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən “icarəyə verən” Nümayəndə öz şəxsi mülkiyyətində olan “X11 1844 LS yük” markalı, dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentlifurqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə haqqı ödənişlərinin həyata keçirilməsi müqabilində, Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq 3 il müddətinə “icarəçi” Cavabdeh istifadəsinə vermişdir. Sözügedən müqavilə fiziki şəxs kimi (“İcarədar”) Nümayəndə, “İcarəçi” kimi isə Cavabdeh tərəfindən imzalanmışdır. (i/m səh.20-22)

33. Araşdırılan iş üzrə mübahisələndirilən nəqliyyat vasitəsinin (dartıcı və yarımqoşqunun) ümumilikdə Nümayəndə mülkiyyətində olması da işin mübahisə olunmayan halıdır (İ/m səh.22,27).

34. Öyrənilən işdən həmçinin müyyən edilmişdir ki, “İcarədar” Nümayəndələ “İcarəçi” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “mülki məsuliyyət haqında” müqavilə də bağlanmış, həmin müqavilə, yenə də fiziki şəxs kimi tərəflər arasında imzalanmışdır (i/m səh. 29-31).

35. Lakin, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən qeyd olunan nəqliyyat vasitəsinin iddiaçı MMC-nin mülkiyyətində (o cümlədən, istifadəsində və sahibliyində) və ya balansında olması müəyyən edilməmiş, əksinə tədqiq olunan iş materiallarına əsasən həmin nəqliyyat vasitəsinin Nümayəndə mülkiyyətində olması, bütün müqavilələrin də fiziki şəxs kimi məhz sonuncunun öz adından bağlaması təsdiq olunmuşdur.

36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya tərəfindən qeyd olunan ziddiyyətli hallara aydınlıq gətirilməsinə xüsusi diqqət yetirilmiş və bu məqsədlə iş materiallarında olan sənədlər əlaqəli şəkildə yenidən təhlil edilməklə, hər iki tərəf qarşılıqlı şəkildə bir neçə dəfə dinlənilmişdir.

37. Bu zaman iddiaçı tərəf israrlı şəkildə MMC-nin ona məxsus olduğunu, direktoru özünün olmasını və sözügedən avtomobilin də onun şəxsi mülkü olmasını bəyan etmiş və əlavə olaraq bildirmişdir ki, razılaşmaya əsasən o cavabdehə görülmüş işin müqabilində (hər reysinə görə) pul ödəmişdir. Ona görə də hesab edir ki, iddianın kimin tərəfindən verilməsindən, müqavilənin necə və kimin tərəfindən bağlanmasından asılı olmayaraq cavabdeh dəymiş ziyanı ödəməlidir.

38. Cavabdeh isə deyilənləri qismən qəbul edərək bildirmişdir ki, o həqiqətən də sözügedən avtomobilin sürücüsü olmuş, hər reysə görə də Nümayəndə tərəfindən ona pul ödənilmişdir. Lakin Nümayəndələ onun arasında icarə və maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır.

39. Məhkəmə kollegiyası işin obyektiv həllinə nail olmaq üçün sözügedən müqavilələrdəki imzaların cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 4/310 nömrəli ekspert rəyə əsasən həmin imzaların Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir (i/m 177-181). Göründüyü kimi sözügedən müqavilələrdəki imzaların cavabdehə məxsus olması işin mübahisə olunmayan halına gəlmişdir.

40. Bununla belə, məhkəmə kollegiyası iddia tələbi və əlaqəli olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, cavabdeh tərəfindən hadisənin törədilməsi, nəqliyyat vasitəsinə ciddi ziyan vurulması kimi hallar müəyyən edilsə də, hazırki iş üzrə iddiaçı olan MMC-nin öz adından iddia vermək üçün subyektiv hüquqa malik olub-olmamasına xüsusi diqqət yetirilməlidir.

41. Belə ki, yuxarıda ardıcıllıqla sadalanan hallardan göründüyü kimi, Nümayəndə iddiaçı MMC-nin təsisiçi və direktoru olsa da, mübahisələndirilən nəqliyyat vasitələri onun xüsusi mülkiyyətində olmuş, bütün müqavilələr də məhz onun öz adından bağlanmışdır. Kollegiya tərəfindən də dəfələrlə təklif olunmasına baxmayaraq, iddiaçı MMC-nin həmin nəqliyyat vasitələrinə dair hansı hüquqlarının olmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, iş materialları ilə də bunu ayırd etmək mümkün olmamışdır. İddiaçı tərəf bunu yalnız nəqliyyat vasitəsinin mülkiyyətçisi Nümayəndə direktor və təsisçi olması ilə əlaqələndirməyə çalışmışdır.

42. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi nəqliyyat vasitəsi iddiaçı olan MMC-nin deyil, onun təsisçisinin (direktorunun) mülkiyyətindədir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

45. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

46. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

47. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz.

48. Lakin iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı MMC iddia ərizəsini öz adından verməklə, hüquq münasibətlərində öz adından çıxış etmiş və öz mənafelərini müdafiə etmişdir.

49. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil.

50. Apellyasiya kollegiyası, tərəflərin təqdim etdiyi sübutlar həcmində mübahisənin həllinə ədalətli və obyektiv yanaşma baxımından qeyd edir ki, hazırki halda iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-3055/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia yuxarıda göstərilən səbəblərə görə təmin edilməməlidir.

51. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

52. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri iddiaçıya aid edilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-3055/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “54.460 (əlli dörd min dörd yüz altımış) manatın, 1.000 (min) manat mənəvi zərərin və ödənilmiş 257 (iki yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsinədair” iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri (50 manat və 124 manat) manat İddiaçı MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar