Məhkəmə qərarları › İş №2(105)-4046/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4046/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4046/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Dövlət Sığorta Şirkətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi F.Mustafazadə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 6 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.M.Kazımov) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş ünvan 2ətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və "xxxx" Dövlət Sığorta Şirkətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ünvan 2ətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və "xxxx" Dövlət Sığorta Şirkətindən müştərək qaydada 1268 (min iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1298,40 (min iki yüz doxsan səkkiz manat, qırx qəpik) manat pul vəsaitinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(012)-721/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilmiş, Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada 1268 (bir min iki yüz altmış səkkiz) manat vəsait və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, cəmi 1298,40 (bir min iki yüz doxsan səkkiz manat, qırx qəpik) manat vəsaitin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə rəsmi surətdə şirkətə daxil olduqdan sonra iş üzrə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmədən apellyasiya şikayəti göndərilmiş, lakin texniki səhv səbəbindən şikayətdə Sumqayıt Apellyasiya Məhkəməsi əvəzinə səhvən Bakı Apellyasiya Məhkəməsi qeyd olunmuş, bu səbəbdən Abşeron Rayon Məhkəməsi şikayəti geri qaytarmışdır. Məhkəmə texniki səhvə görə apellyasiya şikayətini geri qaytardığı üçün ötürülmüş prosessual müddəti üzrlü hesab edə bilər. Qeyd olunanları nəzərə alınaraq buraxılmış müddəti üzrlü hesab edib, onun bərpası barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdehin nümayəndəsi F.Mustafazadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qətnamə rəsmi surətdə Şirkətə daxil olduqdan sonra iş üzrə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmədən apellyasiya şikayəti göndərilmiş, lakin texniki səhv səbəbindən şikayətdə səhvən Bakı Apellyasiya Məhkəməsi qeyd olunmuşdur. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(012)-721/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021ci il tarixli, 2(012)-721/2021 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş və həmin qətnamə 29 iyun 2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən apellyasiya şikayəti 28 iyul 2021-ci il tarixdə poçta təqdim edilmiş, 02 avqust 2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş, Abşeron Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(012)-721/2021 saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu yalnış olaraq Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənildiyindən və eyni zamanda apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin adına ünvanlandığından ünvan 2ətnaməsidən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, 20.09.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti 27 oktyabr 2021-ci il tarixdə poçta təqdim edilmiş, 01 noyabr 2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş, eyni zamanda 05 noyabr 2021-ci il tarixdə elektron qaydada göndərilmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür, lakin cavabdeh qətnamədən apellyasiya şikayət verilmə müddətinin üzürlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən buraxılmışdır. Eləcə də cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi üçün ərizədə qeyd etdiyi hal buraxılmış prosessual müddətin bərpası üçün əsas vermədiyindən məhkəmə həmin halı üzrlü hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 16 noyabr 2021-ci il tarixli 2(012)-721/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar