Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-406/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(060)-6714/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(060)-6714/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi təmin edilib, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(060)-6714/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmış və iddiaçı"xxxx" KB ASC hərrac vasitəsi ilə həmin mənzili almışdır. Bu barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 11.06.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də RX seriyalı, ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. AR DİN-nin 28.10.2020-ci il tarixli, ******* saylı arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 52 saylı evin 21 nömrəli mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə dib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnamədinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 21 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, 11.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında № Y-177 nömrəli, 07.05.2018-ci il tarixli protokolun surətindən görünür ki, Namazova Adilə Cəfərqulu qızına məxsus mənzil Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 21-in ilkin satış qiyməti 90000 (doxsan min) manat qiymətləndirilmişdir. Əmlakın hərracda satılmış son qiyməti 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manat olmuş və "xxxx" KB ASC tərəfindən alınmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 07.05.2018-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, Namazova Adilə Cəfərqulu qızına məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 21-in qiyməti 90000 (doxsan min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" KB ASC 57375 (əlli yeddi min üç yetmiş beş) manata əldə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(060)14470/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilib, "xxxx" KB ASC və Namazova Adilə Cəfərqulu qızı arasında bağlanmış 04.08.2014-cü il tarixli, 75BKƏ/14 saylı əlavə kredit müqaviləsi və ona əlavə imzalanmış 16.03.2015-ci il tarixli saziş, 04.08.2014-cü il tarixli, 76SKƏ/14 saylı əlavə kredit müqaviləsi və ona imzalanmış 16.03.2015-ci il tarixli saziş və 10.07.2015-ci il tarixli, S4BKƏ/15 saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, 09.08.2012-ci il tarixli, 6SBK/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04.08.2014-cü il tarixli, 7SBKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 5526,31 ABŞ dolları, faiz borcuna görə 326,73 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları olmaqla, cəmi 6213,04 ABŞ dolları, 04.08.2014-cü il tarixli, 75BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 16274,06 ABŞ dolları, faiz borcu üzrə 1844,62 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 13318,68 ABŞ dolları, 10.07.2015-ci il tarixli, 64BKƏ/15 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 31217,80 ABŞ dolları, faiz borcu üzrə 3176,47 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları olmaqla, cəmi 34694,27 ABŞ dolları borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə Namazova Adilə Cəfərqulu qızından iddiaçının xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh Namazova Adilə Cəfərquiu qızından tutularaq "xxxx" KB ASC-yə ödənilməsi borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş Namazova Adilə Cəfərqulu qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, cavabdehiər Namazova Adilə Cəfərqulu qızı, Cavabdeh1, X5, Cavabdeh2 və X1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 saylı mənzilindən açıq hərracda satıldıqdan sonar 1 ay ərzində çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Namazova Adilə Cəfərqulu qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(060)14470/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2017-ci il tarixli, 2(102)-8371/17 saylı qərarı ilə cavabdeh Namazova Adilə Cəfərqulu qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 28.10.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 52, mənzil 21-də qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, "xxxx" KB ASC və Namazova Adilə Cəfərqulu qızı arasında bağlanmış 09.08.2012-ci il tarixli, 6SBK/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04.08.2014-cü il tarixli, 7SBKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 5526,31 ABŞ dolları, faiz borcuna görə 326,73 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları olmaqla, cəmi 6213,04 ABŞ dolları, 04.08.2014-cü il tarixli, 75BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 16274,06 ABŞ dolları, faiz borcu üzrə 1844,62 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 13318,68 ABŞ dolları, 10.07.2015-ci il tarixli, 64BKƏ/15 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 31217,80 ABŞ dolları, faiz borcu üzrə 3176,47 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları olmaqla, cəmi 34694,27 ABŞ dolları borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə Namazova Adilə Cəfərqulu qızından iddiaçının xeyrinə tutulması və tələbin kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Namazova Adilə Cəfərqulu qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 saylı mənzilə yönəldilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Borc ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş, kredit borcu ipoteka predmeti olan əmlaka yönəldilmiş və banka olan kredit borclarının ödənilməsi müəyyən edilmişdir. Sözügedən mənzil hərracın yekunlarına dair çıxarışa əsasən bankın mülkiyyətinə keçmiş, bankın adına müvafiq çıxarış alınmışdır. Bank mülkiyyət hüququnun təmin edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edib, evin boşaldılmasını və orada qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və mənzilin "xxxx" KB ASC-yə təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı bank mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmiş, iddiaçı bank evi açıq hərracdan almış və mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması nəticəsinə gəlmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Buna görə də, onların apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(060)-6714/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-406/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-406/2022
19.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver