Məhkəmə qərarları › İş №2(105)-4089/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4089/2021

27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4089/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya verilməsi çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya verilməsi, çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya verilməsi, çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh sağlamlığına vurulmuş maddi zərərə görə 18640 (on səkkiz min altı yüz qırx) manat məbləğində pulun alınıb ona ödənilməsi, ona vurduğu mənəvi zərərə görə 6000 (altı min) manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Qərardadda qeyd olunub ki, mülki iş materiallarında olan, onun tərəfindən məhkəməyə təqdim olunmuş 12 fevral 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, onun tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilmiş dövlət rüsumu Abşeron Məhkəməsinin hesabına ödənilməli olduğu halda, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hesabına keçirilmiş, bununla da iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etmədiyindən məhkəmə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərarına gəlir. Bu belə deyil. Qəbzin aşağı hissəsində Abşeron Rayon Məhkəməsinə yazılmış söz zəif halda olsa da görünür. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(012)-4880/2021 saylı qərardadının ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayət geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il qərardadın surəti 25 avqust 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət 05 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(012)-4880/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar