Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4108/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yazılı icraat qaydasında yoxlayıb MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İşdən görünür ki, Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(067)-16/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(067)- 16/2020 saylı qərardadından şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(067)-16/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(067)-16/2020 saylı qərardadından Cavabdeh1 verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(105)-3358/2021 qərardadı ilə Cavabdeh1 şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli və onunla bağlı 07 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilmiş, şikayətin prosessual müddət daxilində verilibverilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(067)-16/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(105)-3358/2021 qərardadında göstərilən hallar nəzərə alınmaqla cavabdehin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq əvəzinə, Xaçmaz Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini mümkün hesab etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsini yoxlamaq apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(067)-16/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-4108/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4108/2021
28.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver