Məhkəmə qərarları › İş №2(105)-4121/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4121/2021

27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4121/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(060)-3985/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən 01.11.2009-cu il tarixdən 01.01.2019-cu il tarixədək ödənilməyən əmək haqqı borcu olaraq 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat pulun, 2020-ci və 2021-ci illərin cari ayları üzrə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi, mənəvi ziyan olaraq 2000 (iki min) manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nü Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(060)-3985/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən 01.11.2009-cu il tarixdən 01.01.2019-cu il tarixədək ödənilməyən əmək haqqı borcu olaraq 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat pulun, 2020-ci və 2021-ci ilin cari ayları üzrə ödənilməyən əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Azər İsmayilov). Qətnamədən "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 05.11.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiyaşikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, dövlət rüsumu X1 adından ödənilmişdir. Lakin şikayət "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən verildiyindən ödənilmiş dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilmiş rüsum kimi qəbul edilə bilıməz. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmiş, şikayətə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir.. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(060)-3985/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar