Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4124/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylıı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.Y.Vəliyev) İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılması, İddiaçı əvvəlcə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı vermiş qeydiyyat orqanına, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət etməsinin izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən Qusar şəhəri, Səməd Vurgun küçəsi, ev 35 ona və paylı mülkiyyət hüququ ilə digər şəxslərə məxsusdur. Ona 35 saylı evin 51,8 kv.m ölçüdə 1 otagı məxsusdur. Həmin mənzil üzərində mülkiyyət hüququ 02 noyabr 2020-ci ildə qeydə alınmışdır. 1 otaqlı mənzilin ayrıca çıxışı vardır. Həmin mənzilə görə verilmiş texniki pasportda mənzilin ayrıca çıxışının olması qeyd edilməmişdir. Sözügedən mənzilə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə maneçilik törədən hər hansı bir hal mövcud deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə hesab edir ki, tələbə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid deyildir. Məhkəmə bildirib ki, ilk öncə o, çıxarışı verən orqana müsbət cavab almadıqda müvafiq inzibati məhkəməyə müraciət etməlidir. O, həmin idarəyə müraciət etmiş, müraciəti təmin edilmədiyindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Bunu Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2021 saylı 05 fevral 2021-ci il tarixli iş üzrə qəbul edilmiş sərəncamı təsdiq edir. Sonradan ona ümumi məhkəməyə müraciət edilməsi tövsiyyə edlmişdir. Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(029)-1099/2021 saylı qərardadının ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayət geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il qərardadın surəti 19 noyabr 2021ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət 07 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(029)-1099/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4124/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4124/2021
27.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver