Məhkəmə qərarları › İş №2(105)-415/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-415/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-415/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-7013/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-7013/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı Cavabdeh qarşı pul və dəymiş mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 3023 manat məbləğində borc pulun, 2000 manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 2017-ci ildə onun ağır vəziyyətdə yaşadığını bilən qonşusu Fuad ona bildirmişdir ki, qardaşı maşınını sataraq Cavabdeh 1900 manat məbləğində pul vermiş, Cavabdeh həmin pulu dollara çevirərək hansısa kompyuter oyununa yatırmışdır, həmin oyun 70 gün müddətinə bitəcək, birinci ay qardaşının verdiyi pulları qaytaracaq, sonrakı 35 gündə hər həftə 130 ABŞ dolları məbləğində həmin pulun faizlərini gəlir şəklində ödəyəcəkdir. Bu söhbətdən sonra Fuad, demək olar ki, hər gün onu görəndə bu işə qoşulmasını, yaxşı gəlir götürəcəyini, evini təmir, qızını da müalicə etdirəcəyini deyirdi. O, cavabdehlə görüşmüş və cavabdeh onu əmin etmişdir ki, əgər bu işə pul qoysa, qısa bir müddət ərzində yaxşı gəlir götürüb problemlərini həll edəcəkdir. Bu məqsədlə cavabdeh Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən “Zaminbank”ın qarşısında ondan 3032 manat məbləğində pul almış və bu pula görə ona hər həftə 240 ABŞ dolları məbləğində pul verəcəyini, verdiyi pulun 100 ABŞ dollarını isə kompyuter oyununa qoşulduğu üçün rüsum kimi tutulduğunu demişdir. O, həmin şirkətdə qeydiyyatdan keçmək üçün cavabdehə onu da özü ilə aparmasını demiş, lakin cavabdeh ona əziyyət çəkməməsini, şəxsiyyət vəsiqəsini verərsə, hamısını özü həll edəcəyini bildirmişdir. Hətta Cavabdeh hansısa bir nömrəyə zəng vuraraq özünü şirkətin rəhbəri kimi təqdim edən Vüsal Kərimovla onu danışdırmış, həmin şəxs telefonda ona ”3032 manat məbləğində pul dollara çevirdikdə, 1600 ABŞ dolları edir, hər həftəyə 240 ABŞ dolları qazanc götürəcəksən” demişdir. O da bu şəxslərə inanaraq həmin pulu vermiş və 07.05.2017-ci il tarixdə cavabdeh onun şəxsiyyət vəsiqəsini qaytararaq artıq qeydiyyatdan keçdiyini bildirmişdir. Daha sonra isə cavabdeh 12.05.2017-ci il, 17.05.2017ci il və 22.05.2017-ci il tarixlərdə ona hər dəfə 240 ABŞ dolları olmaqla, ümumilikdə 720 ABŞ dolları məbləğində pul vermişdir. 27.05.2017-ci il tarixdə cavabdeh növbəti pulu verməli olduğu gün onu həyətə çağıraraq təcili 1000 manat məbləğində pul lazım olduğunu, verdiyi pulları qaytarmasını, 1 aya üstündə 100 manat verərək qaytaracağını demişdir. O da etiraz etməyərək cavabdehə 1000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu əlavə olaraq oyuna yatırdacağını bildirmişdir. Cavabdeh oyunda ləngimə baş verdiyini və buna görə də 2 həftənin pulunu 1 yerdə gətirib çatdıracağına söz vermiş, lakin 2 həftə keçdikdən sonra 1 manat da olsun pul verməmiş və artıq həmin oyunun bağlandığını və bu oyuna pul qoymuş şəxslərin pullarının batdığını, buna görə də ona pul verilməyəcəyini demişdir. O, pulunu israrla tələb etdikdən sonra cavabdeh bir daha onunla görüşərək kompyuterin donduğunu, sistemin açılmadığını, lakin pulların hesablara yükləndiyini, hamısını bir yerdə alacağını bildirmişdir. Onun təkidli tələbindən sonra cavabdeh ona borclu olması barədə iltizam yazmışdır. O, bu məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, cavabdeh onu aldatmış, özünün kirayədə yaşadığı evə borcu olduğu üçün ondan pullarını almış, kirayə haqqına ödəmişdir. Cavabdehə verdiyi pullar isə onun 1ci qrup yataq xəstəsi olan qızının əməliyyatı üçün toplanmış pul vəsaiti olmuşdur. Bu müddət ərzində cavabdeh yalan vədlər verməklə vaxt qazanmış, lakin heç bir pul ödəməmişdir. Onun dəfələrlə hüquq mühafizə orqanlarına etmiş olduğu şikayətlərə baxılmamışdır. Cavabdehin onu aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onu get-gələ salması nəticəsində ona mənəvi ziyan da dəymişdir ki, həmin ziyanı 2000 manat məbləğində qiymətləndirir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2017-ci ildə onun ağır vəziyyətdə yaşadığını bilən qonşusu Fuad ona bildirmişdir ki, qardaşı maşınını sataraq Cavabdeh 1900 manat məbləğində pul vermiş, Cavabdeh həmin pulu dollara çevirərək hansısa kompyuter oyununa yatırmışdır, həmin oyun 70 gün müddətinə bitəcək, birinci ay qardaşının verdiyi pulları qaytaracaq, sonrakı 35 gündə hər həftə 130 ABŞ dolları məbləğində həmin pulun faizlərini gəlir şəklində ödəyəcəkdir. Bu söhbətdən sonra Fuad, demək olar ki, hər gün onu görəndə bu işə qoşulmasını, yaxşı gəlir götürəcəyini, evini təmir, qızını da müalicə etdirəcəyini deyirdi. O, cavabdehlə görüşmüş və cavabdeh onu əmin etmişdir ki, əgər bu işə pul qoysa, qısa bir müddət ərzində yaxşı gəlir götürüb problemlərini həll edəcəkdir. Bu məqsədlə cavabdeh Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən “Zaminbank”ın qarşısında ondan 3032 manat məbləğində pul almış və bu pula görə ona hər həftə 240 ABŞ dolları məbləğində pul verəcəyini, verdiyi pulun 100 ABŞ dollarını isə kompyuter oyununa qoşulduğu üçün rüsum kimi tutulduğunu demişdir. O, həmin şirkətdə qeydiyyatdan keçmək üçün cavabdehə onu da özü ilə aparmasını demiş, lakin cavabdeh ona əziyyət çəkməməsini, şəxsiyyət vəsiqəsini verərsə, hamısını özü həll edəcəyini bildirmişdir. Hətta Cavabdeh hansısa bir nömrəyə zəng vuraraq özünü şirkətin rəhbəri kimi təqdim edən Vüsal Kərimovla onu danışdırmış, həmin şəxs telefonda ona ”3032 manat məbləğində pul dollara çevirdikdə, 1600 ABŞ dolları edir, hər həftəyə 240 ABŞ dolları qazanc götürəcəksən” demişdir. O da bu şəxslərə inanaraq həmin pulu vermiş və 07.05.2017-ci il tarixdə cavabdeh onun şəxsiyyət vəsiqəsini qaytararaq artıq qeydiyyatdan keçdiyini bildirmişdir. Daha sonra isə cavabdeh 12.05.2017-ci il, 17.05.2017ci il və 22.05.2017-ci il tarixlərdə ona hər dəfə 240 ABŞ dolları olmaqla, ümumilikdə 720 ABŞ dolları məbləğində pul vermişdir. 27.05.2017-ci il tarixdə cavabdeh növbəti pulu verməli olduğu gün onu həyətə çağıraraq təcili 1000 manat məbləğində pul lazım olduğunu, verdiyi pulları qaytarmasını, 1 aya üstündə 100 manat verərək qaytaracağını demişdir. O da etiraz etməyərək cavabdehə 1000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu əlavə olaraq oyuna yatırdacağını bildirmişdir. Cavabdeh oyunda ləngimə baş verdiyini və buna görə də 2 həftənin pulunu 1 yerdə gətirib çatdıracağına söz vermiş, lakin 2 həftə keçdikdən sonra 1 manat da olsun pul verməmiş və artıq həmin oyunun bağlandığını və bu oyuna pul qoymuş şəxslərin pullarının batdığını, buna görə də ona pul verilməyəcəyini demişdir. O, pulunu israrla tələb etdikdən sonra cavabdeh bir daha onunla görüşərək kompyuterin donduğunu, sistemin açılmadığını, lakin pulların hesablara yükləndiyini, hamısını bir yerdə alacağını bildirmişdir. Onun təkidli tələbindən sonra cavabdeh ona borclu olması barədə iltizam yazmışdır. O, bu məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, cavabdeh onu aldatmış, özünün kirayədə yaşadığı evə borcu olduğu üçün ondan pullarını almış, kirayə haqqına ödəmişdir. Cavabdehə verdiyi pullar isə onun 1ci qrup yataq xəstəsi olan qızının əməliyyatı üçün toplanmış pul vəsaiti olmuşdur. Bu müddət ərzində cavabdeh yalan vədlər verməklə vaxt qazanmış, lakin heç bir pul ödəməmişdir. Onun dəfələrlə hüquq mühafizə orqanlarına etmiş olduğu şikayətlərə baxılmamışdır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də araşdırmalar aparılmış, cavabdeh də dəvət edilərək izahatı alınmış, lakin hər dəfə ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə qətnamədə iddianı rədd edərkən cavabdehin ona borcunun olmasını sübuta yetirə bilməməsinə əsaslanmışdır. Halbuki iş materiallarında cavabdehin borcunun olması barədə öz xətti ilə yazdığı iltizam vardır. Bundan başqa, cavabdeh dəfələrlə poliş şöbəsinə dəvət edilmiş, izahatlar vermiş, izahatlarında da ondan pul almasını etiraf etmişdir. Lakin məhkəmə bu hallara qiymət verməyərək onun iddiasını rədd etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan iltizamdan Cavabdeh İddiaçı hər hansı bir borcunun olmasını və onu şəxsən imzalamasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin baş təhqiqatçısının 02.03.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt şəhər Polis idarəsindən tələb edilərək nəzərdən keçirilmiş İddiaçı ərizəsi əsasında toplanmış 120/18 saylı materialdan görünür ki, İddiaçı hazırki iş üzrə olan iddia ərizəsi ilə eyni məzmunlu şikayətlə müraciət etmiş, araşdırma zamanı ancaq onun özünün izahatı alınaraq 02.03.2018-ci il tarixli qərarla cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından, iddia ərizəsindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 2000 manat tələb etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında iddiaçıya maddi ziyanın dəyməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində cavabdehin dəfələrlə poliş şöbəsinə dəvət edildiyini, izahatlar verdiyini, izahatlarında ondan pul almasını etiraf etdiyini göstərmişdir. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt şəhər Polis idarəsindən tələb edilərək nəzərdən keçirilmiş İddiaçı ərizəsi əsasında toplanmış 120/18 saylı materialdan görünür ki, araşdırma zamanı ancaq İddiaçı özünün izahatı alınmışdır, həmin materialda Cavabdeh izahatı yoxdur və araşdırma zamanı o dindirilməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh 3023 manat məbləğində borc pul tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tələb etdiyi 2000 manat mənəvi ziyan borc tələbindən irəli gələn əlavə tələbdir və iddia qiymətləndirilərkən həmin məbləğ nəzərə alınmır. Göründüyü kimi, iddianın qiyməti beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)- 7013/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar