Məhkəmə qərarları › İş №2(105)-415/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-415/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-415/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı CavabdehTofiq oğluna qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X4 (sonuncu məhkəmə iclasına gəlməmişlər) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-53/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Cavabdeh Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv metr torpaq sahəsində yerləşən ticarət obyektini bir il müddətinə icarəyə vermiş, aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir.

2. İddiaçı 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi və cavabdehin icarəyə verilmiş obyektdən çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı Cavabdeh ilə bağlanmış Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv metr torpaq sahəsində ticarət obyektinin icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh həmin obyektdən çıxarılması qət edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar çıxarılmış, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözügedən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixədək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. Nəhayətdə icra sənədi xx.xx.2020-ci il tarixdə icra edilərək cavabdeh obyektdən çıxarılmışdır.

4. xx.xx.2020-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişə əsasən X1 hesabına "xxxx" ASC-nin Sumqayıt filialı ilə 2000 manat məbləğində pul köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1000 manat olmaqla, ümumilikdə 12000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat olmaqla, ümumilikdə 115000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50000 manat - cəmi 177000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrin arasındakı ərazidə 144 kv. metr torpaq sahəsində olan ticarət obyektinin sahibidir. xx.xx.2012-ci ildə icarə müqaviləsinə əsasən Cavabdeh sözügedən ticarət obyektini bir il müddətinə icarəyə vermişdir. Uzun illər həmin qeyri-yaşayış obyekti qeyd olunan icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olmuşdur. Lakin Cavabdeh 2016-cı ildən öz icarə öhdəliklərinin icrasından boyun qaçırmışdır. Cavabdeh ona məxsus obyekti tərk etməkdən imtina etmiş, obyekti ona qaytarmamışdır. Nəticədə, 2017-ci ilin dekabr ayında məhz bu səbəbdən Cavabdeh obyektdən çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6090/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və onun həmin obyektdən çıxarılması qərara alınmışdır. Lakin məhkəmənin qətnaməsinə baxmayaraq, Cavabdeh məhkəmə qətnaməsinin icrasından boyun qaçırmış, ticarət obyektini tərk etməmiş, bütün bu zaman ərzində də obyektdən 2020-ci ilin dekabr ayının 11-nə qədər kommersiya məqsədi ilə istifadə edərək ona məxsus obyektdən külli miqdarda gəlir götürmüşdür. Cavabdeh 2016-cı ilin dekabr ayından xx.xx.2017-ci il tarixinədək toplam 12 ay ərzində aralarında bağlanmış müqavilə dəyəri olan aylıq 1000 manat, ümumilikdə 12000 manat icarə haqqını ödəməmişdir. Bundan əlavə məhkəmə qərarı ilə icarə müqaviləsi ləğv olunduqdan sonra Cavabdeh obyekti tərk etməmiş, nəticədə 3500 manat aylıq icarə haqqı ödəməyə razı olan müştərilərlə müqavilə bağlaya bilməmiş və mənfəəti itirmişdir. Cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, İddiaçı 250140 manat pulun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə həmin qeyriyaşayış sahəsini təmirsiz icarəyə götürərək, öz şəxsi vəsaiti hesabına tam təmir etdirmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin təmirinə 150000 manatdan artıq vəsait xərcləmişdir. Bundan əlavə, qarşı tərəf ona mənəvi ziyan da vurmuşdur. Belə ki, İddiaçı işçilərin gözü qarşısında ona hədə qorxu gəlmiş, ədliyyə işçilərini kafeyə tökərək nümayişkaranə şəkildə kafeni bağlatdırmış, sonra isə öz istəklərini ona qəbul etdirmək üçün onun şərəf və ləyaqətinə, biznes fəaliyyətinə ləkə vuran hərəkətlər etmişdir. O zaman onun təzyiqi qalxmış, ətrafda olan şəxslər ona tibbi yardım göstərmişlər. Beləliklə onun imicinə də ziyan dəymişdir. Ona 100000 manat mənəvi ziyan dəymişdir. O, vəkillə müqavilə bağlayaraq xidmət haqqı kimi kassaya 210 manat və dövlət rüsumu kimi 30 manat pul ödəmişdir. Odur ki, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, Cavabdeh 2017-2020-ci il ərzində İddiaçı 9000 manat nağd, obyektin faktiki sahibi X2 isə bank vasitəsilə 2000 manat icarə haqqı ödəmişdir. Ona görə də iddia dəqiqləşdirilmişdir. Qarşılıqlı iddia isə əsassız olmuşdur. Belə ki, tərəflərin obyektə qoyulmuş xərcin sonradan tələb edilməsi barədə razılıqları olmamış, həmçinin Cavabdeh oranı tərk edərkən təmiri dağıtmışdır.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin tələbin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında məhkəmə qətnaməsindən sonra da icarə münasibətləri davam etdirilmiş, İddiaçı hər ay Cavabdeh icarə haqqını almış və bu barədə müvafiq dəftərdə imza etmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı tələb əsassız olmuşdur. O, eyni zamanda İddiaçı əqdi mübahisələndirilməsi üçün iddia müddətini buraxdığını bildirmiş, hesab etmişdir ki, iddia müddətinin ötürüldüyü açıq-aşkar olmuşdur. Веlə ki, iсаrə müqaviləsi xx.xx.2012-ci ildə bağlanmış, İddiaçı isə 2021-ci ilin уаnvаr ayında iddia ilə məhkəməуə müraciət etmişdir. O, İddiaçı iddia müddətini ötürdüyündən, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, məhkəmə qərarına baxmayaraq, İddiaçı ilə aralarında razılıq əldə olunmuş və 2020-ci ilin dekabr ayınadək sözügedən obyekti işlətməyə və pandemiya vaxtı 2000 manat, qalan dövrdə isə 3500 manat aylıq icarə haqqı ödəməyə davam etmişdir. Həmin ödənişləri əsasən İddiaçı ödəmiş, o, da bu barədə dəftərçədə imza etmiş, bəzən də obyektin faktiki sahibi olan X2 vermişdir. Hətta bir dəfə sonuncu Quba rayonunda olan zaman icarə haqqını ona bank vasitəsilə ödəmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı tələb əsassız olmuşdur. İddiaçı ilə çəkdiyi təmir xərclərinin ödənilməsinə dair razılıqları olmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid X3 ifadə verərək, onun ilkin iddia üzrə iddiaçının bacısının yoldaşı olduğunu, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahibi olduğunu, Cavabdeh tərəfindən ona 2020-ci ilin avqust ayında Quba rayonunda dincəldiyi vaxt bank vasitəsilə 2000 manat icarə haqqı ödənildiyini, Cavabdeh obyektdən çıxarkən təmiri yararsız hala saldığını göstərmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1051 №-li ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, kitabçanın 1-ci səhifəsində olan “aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr” aylarına dair “imza” qrafasındakı imzalar ilə kitabçanın 1-ci səhifəsində olan “noyabr” ayına dair “imza” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəydə ekspert qarşısında qoyulan 2-ci suala (İşə əlavə olunan dəftərdəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?) cavab verilmiş, 1-ci suala (İşə əlavə olunan dəftərdəki imzalar İddiaçı məxsusdurmu?) isə cavab verilməsinin mümkün olmaması qeyd olunmuşdur.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1407 №-li ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş kitabçanın 1-ci səhifəsində “İmza” qrafasında “mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr” aylarına dair imzaların (09 imza) İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-53/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında birinciyə məxsus əmlakın ayda 1000 manat müqabilində icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış və həmin sazişə xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilərək sonuncunun bu obyektdən çıxarılması qət olunmuşdur. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9000 manat ilkin iddia üzrə iddiaçıya, 2000 manat isə Elşən Balakişiyevə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında iddiaçının nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında cavabdeh obyekti təhvil vermişdir.

17. Məhkəmə 2016-cı ilin dekabrından 2017-ci ilin dekabr ayınadək icarə haqqının ödənilib-ödənilməməsi və sonuncu tarixdən 2020-ci ilin dekabrınadək icarə münasibətlərinin mövcud olub-olmaması barədə işin mübahisəli halları ilə bağlı qeyd etmişdir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələrinə görə iddiaçı cavabdehin icarə müddəti başa çatdıqdan sonra ona məxsus obyektdən çıxmamasına görə sözügedən tələblə məhkəməyə müraciət etmişdir. Bu məhkəmə qərarlarında, eləcə də hazırki mübahisə ilə əlaqədar araşdırılan həmin mülki iş materiallarında cavabdehin icarə haqqı ödəməməsi, həmçinin mübahisənin bu səbəbdən yaranmasına dair hər hansı sübuta rast gəlinməmişdir. Buradan aydın olmuşdur ki, mübahisə icarə haqqının ödənilməməsinə görə deyil, müqavilənin müddətinin iddiaçı tərəfindən uzadılmaması, cavabdehin isə obyektdən çıxmaması ilə bağlı yaranmışdır. Əks halda həmin iş üzrə iddiaçı cavabdehə qarşı icarə haqqının ödənilməməsinə dair tələb irəli sürmək imkanını da həyata keçirərdi. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırkı iş üzrə ilkin iddiaçının 2016-2017-ci illər ərzində icarə haqqının ödənilməməsi barədə dəlili əsassız olmuşdur.

18. Məhkəmə həmçinin işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 2017-2020-ci ilin dekabrınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır.

19. Məhkəmə işin faktiki hallarına toplanmış və tədqiq olunmuş sübutlarla məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçının 2017-ci il tarixədək qüvvədə olan icarə müqaviləsindən irəli gələn 2016-2017-ci illər üzrə icarə haqqı tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Belə ki, həmin dövr üzrə icarə haqqı ödənilməsi müqavilə tələblərinə əsasən iddia olunmuş və iddiaçı pozulmuş hüquqları barədə artıq xx.xx.2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edən zaman bilmişdir. Hazırkı tələb isə xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuşdur.

20. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 675, 700.1 və 705-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunvericilik kompensasiyanın icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürdüyü obyekti qaytarmadıqda tələb edilə bilməsini nəzərdə tutur. İşin hallarından isə 2017-2020-ci illər ərzində də icarə hüquq münasibətlərinin davam etməsi aydın olmuşdur ki, bu da İddiaçı həmin dövr üzrə kompensasiya tələb etmək hüququnun yaranmasını istisna etmişdir. Bununla yanaşı, bu norma kompensasiyanın məbləği kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin tələb edilə bilməsini nəzərdə tutmuşdur. Qeyd olunan qanunvericiliyin tələbinə dair ilkin iddia üzrə iddiaçı hər hansı sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə müvafiq dövrdə icarə hüquq münasibətlərinin mövcud olmamasını əsas gətirərək əldən çıxmış fayda tələb etmişdir.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunvericilik əmlakın istismarı zamanı götürülə biləcək hər hansı abstrakt müəyyənləşdirilən faydanı deyil, əmlakın xassəsindən irəli gələn, götürülməməsi mümkün olmayan və ya onun istismar praktikasında formalaşmış və əmlakın istifadəsi barədə artıq bağlanmış müqavilələr şəklində konkret sübutların olması ilə şərtlənən faydanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilkin iddiaçı tərəfindən 2017-2020-ci illər ərzində gəlir (fayda) götürəcəyi ilə əlaqədar müqavilə və ya hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən, hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən konkret dəlil və sübuta söykənməyən, özünün mübahisəli əmlakdan gəlir əldə edə biləcəyi ehtimalı ilə şərtlənən tələbi əsassız olmuşdur.

22. Birinci instansiya məhkəməsi cavabdehin obyektə çəkilmiş xərcin ödənilməsinə dair qarşılıqlı iddiasını onun dəlilləri ilə bağlı hər hansı sübut təqdim olunmadığından əsaslı hesab etməmişdir.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı tərəflərin bir-birinə mənəvi ziyan vurmaları təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassız olmuşdur.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 329.2, 372, 373.2, 375.2, 377.1, 385.1, 386.1, 675, 700.1 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1249/2022 nömrəli mülki iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 373cü maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Mübahisə müqavilə tələbləri üzrə deyil, yerinə yetirilməmiş öhdəliklər və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Mübahisə hərtərəfli araşdırılmamış və düzgün qiymət verilməmişdir.

30. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-6011/2022 nömrəli mülki iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1249/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsinin qismən - iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat olmaqla, ümumilikdə 115000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50000 manat pulun tutularaq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə (2016-2017-ci illər üzrə icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/619 nömrəli ekspert rəyində qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr” aylarının qarşılarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “noyabr” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-648/2023 nömrəli mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(060)-53/2022 nömrəli qətnaməsinin ilk iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat olmaqla, ümumilikdə 115000 manat kompensasiya məbləğinin tutulmasına aid hissədə ləğv edilməsi, bu hissədə yeni qətnamə qəbul edilməklə həmin hissədə ilk iddia tələbinin təmin olunması, ilk iddia tələbi üzrə Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə aylıq icarə haqqının məbləğinə əsasən yaranmış ümumilikdə 115000 manat məbləğində kompensasiya məbləği tutularaq ilk İddiaçı ödənilməsi, qətnamənin qalan mübahisələndirilən ilk iddia tələbinin 50000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

33. Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4110/2023 saylı qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-648/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsinin qismən, ilk iddia tələbi üzrə Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə aylıq icarə haqqının məbləğinə əsasən yaranmış ümumilikdə 115000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ilk İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

35. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlərə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayına qədər olan müddətdə, yəni tərəflər arasındakı icarə müqaviləsinə xitam veriləndən sonrakı dövrdə cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması, cavabdehin həmin əmlakı qaytarmaması barədə düzgün qənaətə gəlsə də, həmin dövr üçün Cavabdeh tərəfindən ödəniləcək kompensasiyanın məbləğini müəyyən edərkən səhvə yol vermişdir. İddiaçı Cavabdeh kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qeyri-yaşayış sahəsinin əsassız olaraq qaytarmamasına görə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə görə müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb etmək hüququna malikdir. Həmin müqaviləyə görə isə aylıq kirayə haqqı 1000 manatdır.

36. Apellyasiya məhkəməsi isə tərəflər arasında faktiki icarə münasibətlərinin davam etdiyi (2017-ci ilin dekabr ayınadək olan dövrdə) icarə obyektinə görə aylıq icarə haqqının məbləğinin 3500, 4000 və ya 5000 manat olması barədə qarşılıqlı razılaşmanın olduğunu, bu halın hər iki tərəfin təsdiq etdiyini əsas gətirərək kompensasiyanın məbləğinin aylıq 3500 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab etmiş, lakin tərəflər arasında bağlanmış yazılı müqavilədə aylıq kirayə haqqının 1000 manat göstərilməsini nəzərə almamış, cavabdeh tərəfindən fərqli rəqəmlərlə (3500, 4000 və 5000 manat) icarə haqqı ödəməsinin səbəblərini, müqavilədə nəzərdə tutulduğundan artıq ödəmələrin məcburiyyət qarşısında edib-etmədiyini, bunun iradəsinə uyğun olub-olmadığını aydınlaşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən xx.xx.2012-ci il tarixli yazılı icarə müqaviləsində göstərilən 1000 manat aylıq kirayə haqqını nəzərə almamasını əsaslandırmamışdır.

37. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş CD disklə bağlı qeyd etmişdir ki, “həmin videogörüntüdə ilk iddiaçıya 6500 manat və 1500 manat pul ödənildiyi əks olunmuşdur, həmçinin ilk iddiaçı həmin videogörüntüdə özünün olduğunu qəbul etmiş, lakin həmin ödənişin nəzərə alındığını, bundan başqa cavabdehin başqa obyektlə bağlı da borcunun olduğunu, dəqiq yadında olmadığını qeyd etmişdir.” Məhkəmə kollegiyası hesab etmişdir ki, bu məsələnin həlli zamanı da məhkəmə səhvə yol vermişdir. Adi riyazi hesablamalar nəticəsində aydın olur ki, SD diskə görə cavabdeh tərəfindən iddiaçıya verilmiş 8000 manat pulun kompensasiyanın məbləğinin müəyyən edilməsində nəzərə alınması öz təsdiqini tapmır. Həmin məbləğin cavabdehin başqa obyektə görə olan borcla əlaqədar olmasına dair isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 2017- 2020-ci ilin dekabr ayınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır. Məhkəmə başqa bir məhkəmə qətnaməsi ilə xitam verilmiş icarə müqaviləsinə öz mülahizələri əsasında şifahi müqavilənin bağlanması barədə don geyindirməyə çalışmaqla bir daha öz qeyri-obyektiv mövqeyini ortaya qoymuşdur. Qətnamənin 3 il ərzində icrasının tələb edilməməsi icarə münasibətinin uzaldılması demək deyildir. Halbuki, həmin qətnamənin icra sənədləri bir dəfə naməlum şəkildə itirilmiş, bununla bağlı tərəfindən həmin dövrdə etdiyi şikayətlər də itirilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

41. Qarşılıqlı iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

45. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

46. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

57. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4110/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-648/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən - ilk iddia tələbi üzrə Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə aylıq icarə haqqının məbləğinə əsasən yaranmış ümumilikdə 115000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ilk İddiaçı ödənilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

61. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-53/2022 nömrəli qətnaməsinin icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə yaranmış kompensasiya məbləğinin tutularaq ilk iddiaçıya ödənilməsi hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üçün yaranmış kompensasiya məbləği tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı və ilk iddia həmin hissədə qismən təmin edilməlidır.

63. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

65. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, ilk iddia üzrə iddiaçının iddia tələbi üzrə hüquq normasını düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

66. Belə ki, Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi İddiaçı Cavabdeh kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qeyri-yaşayış sahəsinin əsassız olaraq qaytarmamasına görə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə görə müəyyənləşdirilmiş hər ay üçün 1000 manat kirayə haqqının verilməsini tələb etmək hüququna malikdir.

67. Göründüyü kimi, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh 2020-ci ilin dekabr ayınadək icarə obyektindən çıxmamış, bu dövr üçün İddiaçı 9000 manat nağd, obyektin faktiki sahibi X2 isə bank vasitəsilə 2000 manat (cəmi 11000 manat) icarə haqqı ödəmişdir.

68. Digər tərəfdən, iş materiallarında olan CD diskdən görünür ki, ilk iddiaçıya 6500 manat və 1500 manat (cəmi 8000 manat) pulun ödənilməsi öz təsdqini tapmışdır. İlk iddiaçı həmin videogörüntüdə özünün olduğunu qəbul etmiş, başqa cavabdehin başqa obyektlə bağlı da borcunun olduğunu bildirsə də, həmin məbləğin başqa obyektə görə olan borcla əlaqədar olmasına dair hər hansı sübut təqdim etməmişdir.

69. Kollegiya belə olan halda hesab edir ki, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üçün (36 ay müddətinə) yaranmış kompensasiya məbləği sadə riyazı hesablamalar aparılmaqla əvvəlki aylıq 1000 manat icarə haqqı nəzərə alınmaqla, Cavabdeh tərəfindən İddiaçı həmin dövr üçün ödənilmiş 19000 manat pul vəsaiti həmin məbləğdən çıxılmaqla (36000-(11000-8000)=17000), 17000 manat məbləğində pul vəsaiti ilk cavabdehdən ilk iddiaçının xeyrinə tutulmalıdır.

70. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.

71. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 53/2022 nömrəli qətnaməsi qismən – 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üçün yaranmış kompensasiya məbləği tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə 17000 manat məbləğində pul vəsaiti tutularaq ilk İddiaçı ödənilməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-53/2022 nömrəli qətnaməsi qismən – icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə yaranmış kompensasiya məbləği tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar