Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-427/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndə və vəkili Vəkil, cavabdeh, eyni zamanda digər Cavabdeh nümayəndəsi İddiaçı2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı subroqasiya qaydasında pul tələbinə dairmülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-1459/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-1459/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 3610 (üç min altı yüz on) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən cavabdehlər Cavabdeh və İddiaçı2 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-1459/2021 saylı tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçıya qarşı dəymiş ziyanın əvəzi kimi vurulan maddi ziyanın, kompensasiyanın əvəzi kimi xeyrinə 3000 (üç min) manat tutulması barədə yeni qətnamə qət edilməsini xahiş etmişlər. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3610 manat məbləğində vurulmuş zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə 20.10.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. 03.04.2018ci il tarixdə “DAEWOO” markalı NEXİA, ** DM *** dövlət qeydiyyat nişanlı avtomaşını almışlar. Həmin avtomaşını 29.12.2018-ci il tarixli, PXA********** №-li icbari sığorta müqaviləsi ilə "xxxx" ASC-də 29.12.2019-cu il tarixə kimi sığortalamışlar. 10.06.2019-cu il tarixdə Bakı şəhəri Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında mərkəz yol ilə hava limanı şosessi istiqamətində hərəkətdə olarkən “Mercedes-Benz” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşma nəticəsində onların maşınında olan sərnişin Şahin Abbasov yüngül xəsarət almış və iddiaçının deməsinə görə ona 750 manat ödənilmiş, kənarda olan İlkin Dadaşzadəyə məxsus evin hasarına 100 manat dəyərində dəymiş ziyan ödənilmiş, “Mersedes-Benz” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 2760 manat ziyan ödənilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, tələb edilən məbləğlə razı olmadığını, ekspertiza təşkil edilib avtomaşına, daş hasara və vətəndaşa həmin məbləğlərdə ziyanın dəqiqləşdirilməsini, ümumiyyətlə həmin məbləğlərin qanunla tərəfindən ödənilməli olubolmamasını xahiş edir. Çox təəssüf ki, məhkəmə onları bu imkandan məhrum etmişdir. Belə ki, məhkəmə qətnaməsi əsassız və mövcud qanunvericilik normalarına ziddir. Məhkəmə bu prosesdə işə baxaraq onların iştirakını təmin etmədən birtərəfli və qərəzli qətnamə çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. Qətnamə qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq məhkəmə baxışlarında iştirak edən iddiaçının- "xxxx" ASC-nin xeyrinə şərh edilmişdir. İddiaçıya borcu yoxdur və iddiaçı bunun üçün düzgün haqq-hesab etməlidir. Birinci instansiya məhkəməsi hərtərəfli, dərin və keyfiyyətli araşdırma aparmamış, bir sıra suallara aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə də həmin avtomaşın onların ümumi mülkiyyətindədir. Yəni onun idarə olunması üçün bir- birinə əlavə etibarnamə verməyə zərurət yoxdur. Sürücülük vəsiqəsinin olması yetərlidir. Məhkəmə isə qanunu pozaraq həyat yoldaşı Cavabdeh həmin avtomaşını etibarnamə hüququ olmadan idarə etməsini əsas götürərək qanunsuz və əsassız olaraq iddianı təmin etmişdir. Bütün bunları, şikayətə əlavə etdiyi sənədlərdən başqa, digər sənədlər də tam sübut edir. Bu hadisə nəticəsində onlara 3000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Avtomaşın tamamilə yararsız hala düşərək metal kimi təhvil verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə çıxarmış olduğu 23.04.2021-cı il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını və onların iddiaçıya qarşı dəymiş ziyanın əvəzi kimi vurulan maddi ziyanın, kompensasiyanın əvəzi kimi xeyrimizə 3000 (üç min) manat tutulması barədə yeni qətnamə qət edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, sığorta şirkəti tərəfə ödədiyi pulu istəməkdə haqlıdır.. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə çıxarmış olduğu 23.04.2021-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-1459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AD seriyalı, 401510 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı2dır. İddiaçı ilə Cavabdeh arasında 29.12.2018-ci il tarixli, PXA********** saylı sığorta müqaviləsi bağlanaraq, **-DM-*** dövlət qeydiyyat nişanlı, “Dawoo Nexia” markalı avtomobil 1 il müddətinə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 3(008)1772/2019 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 9 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərarla müəyyən edilir ki, 10.06.2019-cu il tarixində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhəmməd Əsədovun idarə etdiyi “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və “Daewoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək İlkin Dadaşzadəyə məxsus daş hasara çırpılmışdır. Hadisə nəticəsində “Daewoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Şahin Abbasov və Səma Abbasova bədən xəsarətləri almışlar. PXA48533, PXA49507, PXA49552 saylı sığorta aktlarında göstərilmişdir ki, 10.06.2019-cu il tarixli sığorta hadisəsi nəticəsində “Daewoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və . “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı X2 2760 manat, daş hasara dəymiş ziyanla bağlı X3 100 manat, sağlamlığa dəymiş ziyanla bağlı X5 750 manat sığorta ödənişi edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin 10.06.2019-cu il tarixli qüsur aktına əsasən **-BK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E Klass” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2760 manat məbləğində müəyyən edilmişdir. “Best Service Baku” tərəfindən tərtib edilmiş 01.07.2019-cu il tarixli, 0703/19 saylı qiymətləndirmə aktına əsasən Ənvər Dadaşzadəyə məxsus Sabunçu rayonu, Ramana 450 köçkünlər qəsəbəsi ünvanında yerləşən həyətyanı sahəyə dəymiş ziyanın məbləği 100 manat məbləğində müəyyənləşdirilmişdir. 12.07.2019-cu il tarixli sığorta ödənişləri cədvəlindən və eyni tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Məhəmməd Əsədova 2760 manat, İlkin Dadaşzadəyə 100 manat sığorta ödənişi etmişdir. 17.07.2019-cu il tarixli sığorta ödənişləri cədvəlindən və eyni tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Şahin Abbasova 750 manat sığorta ödənişi etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X9 Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 04.07.2019-cu il tarixli, 804 saylı rəyinə əsasən “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X4 aldığı xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddiaçı tərəfindən sığortalanmış avtomobilin Cavabdeh təqsiri ucbatından sığorta hadisəsinə uğramasını, həmin sığorta hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-BK-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə və X3 məxsus evin daş hasarına ziyan vurulması, “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X1 yüngül zərərvurmaya aid olan xəsarət yetirilməsini, bununla bağlı həmin şəxslərə iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirilməsini, Cavabdeh “Dawoo Nexia” markalı **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməsini, avtomobilin mülkiyyətçisi İddiaçı2 məhkəmə iclasında iştirak etməməsini, avtomobilin Cavabdeh tərəfindən onun məlumatı olmadan idarə edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməməsini, cavabdehlərin birinin sığorta hadisəsinə uğramış avtomobilin mülkiyyətçisi, digərinin isə hadisə baş verən anda sürücüsü olmaqla sığorta hadisəsi ilə bağlı məsuliyyət daşımalı olan şəxslər olmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 886.1, 888.1, 936.6, 936.2,936.5, 936.6-cı maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-ci maddəsinə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər haldır. Həmin Qanunun 14.1.2-ci maddəsinə görə (yüngül xəsarət alma ilə bağlı sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. İş materiallarından görünür ki, mülkiyyətçisi İddiaçı2, hadisə baş verən anda sürücüsü Cavabdeh olan “Daewoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sıortalanmışdır. İş materiallarında olan qanuni qüvvəsini almış Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 3(008)1772/2019 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 9 ay müddətinə məhdudlaşdırılmışdır. Göründüyü kimi hadisəni törətmiş nəqliyyat vasitəsini idarə edən Cavabdeh hadisə zamanı nəqliyyat vasitəsinin hüququ olmadan idarə etməsi qanuni qüvvəsini almış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 3(008)1772/2019 saylı qərarı ilə təsdiqini tapır. İş materiallarından görünür ki, hadisə nəticəsində iddiaçı təşkilat tərəfindən Məhəmməd Əsədova 2760 manat, İlkin Dadaşzadəyə 100 manat, Şahin Abbasova 750 manat sığorta ödənişi etmişdir. Bununla da müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitəsi ilə qəza törədən zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə olan halda da hadisə nəticəsində zərərçəkmiş şəxslərə sığorta şirkəti tərəfindən ödənilmiş ödənişlər nəqliyyat vasitəsinin mülkiyyətçisi və onu idarə edən şəxsdən tutulmalıdır. Bundan əlavə, 30 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, avtomobilin onun mülkiyyətində olması, avtomobili idarə edən şəxsin onun əri olması, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak olması səbəbindən onun avtomobili idarə etmək hüququnun olması, onların iştirakı olmadan işə baxılmasını əsassız sayır. Belə ki, cavadbeh Cavabdeh nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan idarə etməsi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 3(008)1772/2019 saylı qərarı ilə təsdiqini tapmışdır. Eyni zamanda iş materiallarından görünür ki. məhkəmə iclasları barədə cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmişdir (i.v.35,45,50,54, 57). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-1459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(060)-1459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh və İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-427/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-427/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver