Məhkəmə qərarları › İş №2(105)-437/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-437/2020

19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-437/2020 19.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X4 və X2 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kanalizasiya xəttinin, iki ədəd kondisioner motorlarının və tüstü bacasının cavabdehin öz vəsaiti hesabına çıxarılması, həmçinin də cavabdehə qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı kanalizasiya xəttinin, iki ədəd kondisioner motorlarının və tüstü bacasının cavabdehin öz vəsaiti hesabına çıxarılması, həmçinin də cavabdehə qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı kanalizasiya xəttinin, iki ədəd kondisioner motorlarının və tüstü bacasının cavabdehin öz vəsaiti hesabına çıxarılması, həmçinin də cavabdehə qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus Xırdalan şəhəri 28ci məhəllədə yerləşən ümumi sahəsi 101 kvadrat metr olan bir mərtəbəli qeyri-yaşayış binasının yerləşdiyi və qanuni əsaslarla iddiasının icarəsində olan 197.8 kvadrat metr torpaq sahəsinin ərazisindən keçən kanalizasiya xəttinin, həmin torpaqdan istifadə etməsinə mane olan iki ədəd kondisioner motorlarının və tüstü bacasının cavabdehinöz vəsaiti hesabına çıxarılması, həmçinin də, cavabdeh tərəfindən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 101 kvadrat metr olan bir mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət növü ilə, yəni Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”la ona məxsusdur. Həmin binanın yerləşdiyi torpaq sahəsi 107 kvadrat metr və açıq torpaq sahəsi 90.8 kvadrat metr olmaqla ümumi sahəsi 197.8 kvadrat metr olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla uzun müddətdir ki, onun faktiki istifadəsində olub. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX X6 tərəfindən ona verilmiş daşınmaz əmlakın texniki pasportunun baş planında bu fakt bir daha sübut olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli 1398 saylı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən həmin qeyri-yaşayış binasının yerləşdiyi və uzun müddətdir ki, onun istifadəsində olan 197.8 kv.m torpaq sahəsi icarə şərtləri əsasında onun istifadəsinə verilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında xx xxxxxx 2016-cı il tarixdə 188/1398 nömrəli icarə müqaviləsi bağlanılmış və hal-hazırda qüvvədədir. Qonşuluqda yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinə dair kanalizasiya xətti, iki ədəd kondisioner motoru və tüstü bacası onun mülkiyyətində olan qeyri-yaşayış binasından və onun icarəsində olan torpaq sahəsindən onun istifadə etməsinə mane törədir. Baxmayaraq ki, onun tərəfindən bu barədə cavabdehə dəfələrlə irad bildirilsə də, cavabdeh bu iradı qəbul etməmiş və ona qarşı aqressiv davranmışdır. Hansı ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin binasının digər üç tərəfi heç kimə mane olmur. Cavabdeh istəsə kanalizasiya xəttini, kondisioner motorlarını və tüstü bacasını özünə məxsus qeyri-yaşayış sahəsinin binasının digər üç tərəfindən birinə quraşdıra bilər, lakin bunu etməyərək onunla qərəzçilik edir. Cavabdehin ona qarşı qərəzçiliyinə səbəb isə ondan ibarətdir ki, 2011-ci il tarixdə mübahisəli yerə quraşdırılmış qaz sayğacı və qaz xətlərinin onun iddia tələbi üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə sökülməsi olmuşdur. Cavabdehin qanunsuz əməlləri barədə həm yerli icra hakimiyyəti orqanına, həm də yerli polis idarəsinə dəfələrlə müraciət edilmiş və hər iki orqan tərəfindən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə iddianı rədd edərkən bildirmişdir ki, Xırdalan Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 298 saylı sərəncamına əsasən Bələdiyyə ehtiyyat fondunun predmeti olan torpaq sahəsindən 28-ci məhəllədəki Uşaq poliklinikasının yaxınlığındakı üzərində mağaza tikilmiş 89 kv.m torpaq sahsi X1 uzun müddətli istifadə hüququ ilə ayrılmışdır. Halbuki, 89 kv.m torpaq sahəsinin sahibi cavabdehin atası mərhum Y.Ə.Əsədullayev həmin ərazidə 200 kv.metr bir mərtəbəsi olan, iki mərtəbəli qeyri-yaşayış binasını özbaşına inşa etdirmişdir. Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən həmin qeyri-yaşayış binasının yerləşdiyi və uzun müddətdir ki, istifadəsində olan 197.8 kv.m torpaq sahəsi icarə şərtləri əsasında onun istifadəsinə verilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının ƏMDK ilə onun arasında xx xxxxxx 2016-cı il tarixdə 188/1398 nömrəli icarə müqaviləsi bağlanılmış və hal-hazırda da qüvvədədir. Cavabdehin məhrum atasının mülkiyyətində olan 27,6 kv.m qeyri-yaşayış sahəsi çoxdan sökülüb məhv edilib. Əvəzində isə özbaşına hər mərtəbəsi 200 kv. metr olmaqla iki mərtəbəli bina inşa edilib, həmin binanın isə heç bir sənədi yoxdur. İşə baxan məhkəmə ekspertiza keçirmədən, yerli baxış etmədən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi qənaəti tam əsaslı hesab etmir və göstərilən dəlillər iş materiallarında olan rəsmi sənədlər əsasında mübahisə predmetinə dair iddia tələbləri yenidən araşdırmalı, ekspertiza təyin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(012)-3142/2019 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki,aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya heç bir maneçilik törədilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Abşeron Rayon Xırdalan Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 298 saylı sərəncamına əsasən Bələdiyyə ehtiyat fondunun predmeti olan torpaq sahəsindən 28-ci məhəllədəki Uşaq Poliklinikasının yaxınlığındakı üzərində mağaza tikilmiş 89 kv.m. torpaq sahəsi Y.Ə.Əsədullayevə uzunmüddətli istifadə hüququ ilə ayrılmışdır. İşə əlavə olan Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanan xx xxxx 2011-ci il tarixli, 560 saylı məktubdan görünür ki, Cavabdeh məxsus mağaza ilə H.Q.İsmayılovaya məxsus obyektin arasındakı 2,6 metr məsafə heç kəsin adına sənədləşdirilməmişdir. Həmin sahə Xırdalan Bələdiyyəsinə məxsus torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 Üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilir Y.Ə.Əsədullayevə ona görə ki, o həqiqətən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 17 saylı evin yanında yerləşən 27,6 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəmsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Y.Ə.Əsədullayevin cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi və kanalizasiya xəttinə olan maneənin aradan qaldırılmasına dair iddiası, İddiaçı cavabdeh Y.Ə.Əsədullayevə qarşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İddiaçı Y.Ə.Əsədullayev apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2010-cu il tarixli, 2(105)-670/2010 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən axlanılmışdır. Məhkəmə iddia tələbinin kanalizasiya xəttinin sökülməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh atası Y.Ə.Əsədullayevə məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 17 saylı evin yanında yerləşən miras əmlakı faktiki olaraq qəbul etmiş və hal-hazırda oradan istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurguların qonşu sahədə tikilməsinin və ya istismarının qadagan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurgular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 10/1020 saylı rəydən görünür ki, iş üzrə İddiaçı mülkiyyətində olan Xurdalan şəhəri, 28-ci məhəllədə yerləşən ümumi sahəsi 101 kv.metr olan bir mərtəbəli qeyriyaşayış binasının yerləşdiyi və icarəsində olan 197,8 kv.metr torpaq sahəsinin ərazisindən Cavabdeh məxsus binanın hər hansı kommunikasiya, o cümlədən kanalizasiya xəttinin keçməsi müəyyən olunmamışdır və bununla əlaqədar Cavabdeh məxsus binanın hər hansı kommunikasiya, o cümlədən kanalizasiya xəttləri İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi və icarəsində olan torpaq sahəsinin ərazisindən keçmədiyi üçün bu suallar üzrə tədqiqat aparılmamışdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçıİslamovaHavanisəQulamqızınınapellyasiyaşikayətitəminedilməsin. AbşeronRayonMəhkəməsininbuişüzrə xx xxxxxxxx 2019-cuiltarixli 2(012)-3142/2019 saylıqətnaməsidəyişdirilmədənsaxlanılsın. İddiaçıİslamovaHavanisəQulamqızından 100 (yüz) manat ekspertiza xərci alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədənrəsmiqaydadaverildiyigündən 2 (iki) aymüddətindəAzərbaycanRespublikasıSumqayıtApellyasiyaMəhkəməsivasitəsiiləAzərbay canRespublikasıAliMəhkəməsininmülkikollegiyasınakassasiyaşikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) aykeçdikdənsonraqanuniqüvvəyəminir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar