Məhkəmə qərarları › İş №2(105)-445/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-445/2023

09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-445/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı xx.xx.2017-ci il tarixli 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı xx.xx.2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən tərtib olunmuş və icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş xx.xx.2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsinin məhkəmə qaydasında təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı xx.xx.2017-ci il tarixli 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim Habil Əhmədov). İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş və həmin şikayəti xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadına əsasən, İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadına əsasən, müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadından 30 avqust 2022-ci il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü hesab edilərək müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)6033/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmiş və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-2184/2022 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04 mart 2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(012)-6033/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)6033/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(012)-6033/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə qərardadını əsassız hesab edir. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadının qəbul edildiyi vaxtı iş materialları arasında iddiaçının vermiş olduğu etibarnamənin və vəkil orderinin olması halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. 15 noyabr 2022-ci il saylı qərardadında apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ərzində verilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi qanunla müəyyən olunmuş müddət ərzində ünvanına göndərilməmişdir. Digər tərəfdən də qərardaddan da göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsinin surəti 20 dekabr 2021 tarixində qəbzə imza edilməklə çox böyük bir çətinliklə əldə olunmuşdur. Bu o deməkdir ki, apellyasiya şikayətinin verilməsnin əvvəli 21 dekabr 2021ci il tarixindən hesablanır. Qərardadadan da göründüyü kimi, 20 dekabr 2021-ci il tarixindən sonra qəbzə imza edilməklə əldə olunmuş Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti 21 yanvar 2022-ci il tarixində poçt vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin dəftərxanasına artıq daxil olubdur. 25 fevral 2022-ci il tarixindən sonra isə , yəni təkrar olaraq 15 mart 2022-ci il tarixli ******* nömrəli orderlə birlikdə 17 mart 2022-ci il ta apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər Abşeron Ryon Məhkəməsinə elektron qaydada göndərilmişdir. Bunu şəxsi kabinetdən çıxarılmış şikayətlər bölməsi bir daha təsdiq edir. xx.xx.2022-ci il tarixdə tərəfindən məhkəməyə elektron qaydada heç bir sənəd göndərilməmişdir. Elektron məhkəmə informasiya sisteminin Çağrı Mərkəzinə müraciət etdikdən sonra ona müddətin bərpasına dair vəsatətlə yenidən apellya kayətimi göndərməyi məsləhət görülüb. Buna görə də yenidən apellyasiya şikayətini nəhayət xx.xx.2022-ci il tarixində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə göndərib. Odur ki, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il saylı qərardadının ləğv edilməsi və Abşeron rayon məhkəməsinin 16 noyabr 2021-ci il t tnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətdə şikayət verən şəxsin adı, soyadı və atasının adı, eyni zamanda, digər zəruri rekvizitlərin qeyd olunmamasını, bununla da, şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsini müəyyən edərək qərardaddan verilmiş şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Hazırki işdən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadından verdiyi şikayətdə yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) qeyd etməmiş, bununla da MPMnin 361.1.2-ci maddəsinən tələbləri pozulmaqla şikayət vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nöqsanlara görə qərardaddan verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından verilmiş şikayətlər məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra iddiaçı şikayətlərin geri qaytarılmasına əsas olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə şikayət verməli olduğu halda, tərtib edilmiş şikayətlərdə qeyd edilmiş nöqsanları aradan qaldırmadan şikayətlərin geri qaytarılması barədə qərardadlardan şikayət etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətlər təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-6033/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar