Məhkəmə qərarları › İş №2(105)-45/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-45/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-45/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə3 İsgəndər oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-717/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 04 fevral 2019-cu il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, dindirilmiş Cavabdeh2 Ələkbər oğlu izahatında bildirdi ki, 3 ilə yaxındır ki, N saylı hərbi hissədə MXA baş aşbaz işləyir. 25 yanvar 2019-cu il tarixli etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 07:30 radələrində işə getmək məqsədi ilə Z.Tağıyev-Sahil magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissə ilə üzü Sahil Qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən avtomobildə qabaq sağ oturacaqda Şamil Əhmədov, arxada isə Rəşad İsabalayev və Cabir Məlikzadə oturmuşdur. Onlar hərəkətdə olarkən yolun sağ tərəfindən bir neçə itin qovuşaraq hərəkət yoluna çıxmaq istədiklərini gördükdə qabaq sağ oturacaqda əyləşən Şamil Əhmədov “it yola çıxdı” qışqıraraq gözlənilmədən sükana əl atıb sola burmuşdur. Nəticədə ondan asılı olmayan səbəbdən avtomobil sola istiqamətlənib qarşı yola çıxmış və qarşıdan istiqamətdə hərəkətdə olan X18 markalı, H021705 dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında avtomobillə qabaq sağ hissələri toqquşmuşdur. Bundan sonra onun heç nədən məlumatı olmamışdır. Ayıldıqda görmüşdür ki, iş yoldaşları onu xəstəxanaya aparırlar. Sonra bilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş yoldaşı Ş.Əhmədov aldığı xəsarətdən ölmüşdür. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Spirtli içki və narkotik vasitə qəbul etmir. Həmin itlər yaxın məsafədən onun hərəkət yoluna çıxmış və idarə etdiyi avtomobil itlərə dəyməmişdir. Şamil Əhmədov sükana müdaxilə edərək sola burduqdan sonra avtomobil sola istiqamətlənib 15 metr məsafə qət etdikdən sonra toqquşma baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X14- Təcrübi və Tədris Birliyinin 128 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, vət Cavabdeh2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qamış sümüyünün distal metaepifizinin qapalı, yerdəyişmiş, oynaqdaxili sınığı, alının və sağ dizin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2019-cu il tarixdə sürücüsü olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Dərəclərinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. ƏN-İV seriyalı, 750138 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, VAZ 21074 minik markalı, ******* mühərrik nömrəli, XTA210740A2940218 ban nömrəli, 2010-cu il buraxılışlı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyətçi X11 etibar edilən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. PAA********** nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə 9 il 5 ay 3 gün müddətinə verilmiş və xx.xx.2028-ci il tarixədək qüvvədədir. AD seriyalı, 401692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-HN-*** qeydiyyat nişanlı, VAZ 21074 minik modelli, sedan markalı, 2010-cu il tarixli buraxılışlı nəqliyyat vasitəsinin sahibi X5r. xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, “BP Exploration (Caspian Sea) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, ona məxsus H021705 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi AC 221689 nömrəli sürücülük vəsiqəsinin sahibi X4 etibar etmişdir. Etibarnamənin vaxtı xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. AB seriyalı, 497650 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, H021705 qeydiyyat nişanlı, X19 minik markalı, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin sahibi “BP Exploration (Caspian Sea) Limited” şirkətidir. 28 yanvar 2019-cu il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, dindirilmiş X6 izahatında bildirdi ki, 2012-ci ildən "xxxx" MMC-də sürücü işləyir. 25 yanvar 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi cəmiyyətə məxsus X19 markalı, H021705 dövlət qeydiyyat nişanlı avtomobillə səhər saat 07.30 radələrində Z.Tağıyev Sahil qəsəbə yolu ilə Sumqayıt şəhəri istiqamətində 80-85 km/saat sürətlə hərəkət etmiş, avtomobilində yük və sərnişin olmamışdır. Qarşıdan əks istiqamətdə üzü Sahil qəsəbəsi istiqamətində hərəkət yolunun sağ tərəfində bir-biri ilə boğuşan itlərin hərəkət hissəsinə, yəni yola tərəf qaçdıqlarını görmüşdür. Bu zaman Sahil qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ- 21074 markalı avtomobil ona çatmağına təxminən 10-15 metr qalmış gözlənilmədən sola istiqamətlənərək onun yoluna çıxmışdır. O, bunu görüb sükanı sola buraraq tormoz etmək istəmiş, lakin idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin avtomobilin qabaq sağ hissəsi arasında toqquşma baş vermişdir. Zərbədən onun avtomobili aşaraq sol tərəfə yoldan çıxıb torpaqlıq sahədə dayanmışdır. O, avtomobildən düşüb avtomobili ilə toqquşan VAZ-21074 markalı avtomobilə yaxınlaşmış və yaralı sərnişinlərə kömək edib onları avtomobildən çölə çıxartmışdır. Qabaq sağ oturacaqda əyləşmiş sərnişin isə sıxılıb qalmışdır. Sonra həmin sərnişinin öldüyünü yəqin etmişdir. Daha sonra hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. O da qeyd etmişdir ki, spirtli içki və narkotik vasitə qəbul etmir, hadisə zamanı VAZ-21074 markalı avtomobil təxminən 60 km/saat sürətlə hərəkət etmiş, onun hərəkəti üçün təhlükə VAZ-21074 markalı avtomobilin onun hərəkət zolağına daxil olduğu an yaranmışdır. 01 aprel 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 və X2 əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin icraatına xitam verilməsi, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə X8 əməli CM-nin 263.2-ci maddəsindən CM-nin 267.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi şəxs öldüyündən barəsində cinayət işinin icraatına xitam verilməsi, X19 markalı, H021705 və VAZ-21074 minik markalı, 90-HN079 dövlət qeydiyyat nişanlı avtomobillərin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmalı və sahiblərinə qaytarılmalıdır. Vərəsəlik işi haqqında məlumatdan görünür ki, X12 25 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə əməliyyat aparılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, “BP Exploration (Caspian Sea) Limited” şirkətinə məxsus X19 (H 021 705) avtonəqliyyat vasitəsi 29630.37 manat məbləğində tam sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində sığorta şəhadətnaməsi və predmeti üzrə birinci hadisə baş vermişdir. 26855.30 manat zərər dəymiş, 26755.30 manat sığorta ödənişi olmuşdur. 26755.30 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X9 hesabına köçürülmüşdür. Qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən yuxarıda adı çəkilən sığorta hadisəsi üzrə 26755.30 manatın ödənilmişdir. Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, X19 markalı, 2010-cu il buraxılışlı, H 021 705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 29630.37 manat məbləğində tam sığortalanmışdır. xx.xx.2019-cu il tarixli, 20 nömrəli hesabdan görünür ki, 22/19 nömrəli, xx.xx.2019-cu il tarixli bağlanılmış müqaviləyə və xx.xx.2019-cu il tarixli akta əsasən X19 markalı, H 021 705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ümumillikdə 26855.30 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən Faiq Dadaşova ödənilməlidir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış H 021 705 dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 26855.80 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur və sığortalı və ya onun adından çıxış edən şəxs müqavilə üzrə tətbiq olunmuş azadolmanı və zərərin sığorta ödənişinin həddi ilə əhatə olunmayan hissəsini (tətbiq edildikdə) sığortaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2019-cu il tarixli, AZ-İİ seriyalı, 001532 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 yanvar 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 02-ci ayının 04-cü günündə 257 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2023-cü il tarixli, 262 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna verilmiş cavabdan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış əmlaka dair xx.xx.2019-cu il tarixli 2V-1231 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surəti göndərilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X12 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası, Müdafiə Nazirliyi 109 saylı Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 2294 saylı arayışa əsasən ödəniləcək 3 aylıq əmək haqqının 660.42 manat pul məbləğindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X12 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən mirasəmlak Azərbaycan Respublikası, Müdafiə Nazirliyi 109 saylı Hərbi Hissənin xx.xx.2019- cu il tarixli, 1618 nömrəli məktubuna əsasən 146 manat pul məbləğindən ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 mart 2023-cü il tarixli mərhum X8 vərəsəsi Cavabdeh1 ünvanlanmış daşınmaz əmlakın olması barədə ərizəyə cavabdan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən ünvan 1i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi üzərində 29 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə mərhum X8 7 nəfər ilə ümumbirgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3348 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ********** VÖEN-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “X23” markalı, H-021-7058 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19246 manat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 70 saylı hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki real bazar dəyəri 5000 (beş min) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4162 nömrəli ekspert rəyindən görünür ki, internet saytı məlumatlarında Kürəmir rayonu, Şilyan kəndində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin satışı barədə məlumat olmadığından, sözügedən 1,7524 ha torpaq sahəsinin və həmin əraziyə yaxın ərazidə yerləşən 1 ha torpaq sahəsinin mövcud orta baza qiymətini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi, 170,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərclərinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əri mərhum X8 hüquqa zidd əməli nəticəsində Cavabdeh2 tərəfindən idarə olunan ** HN *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H021705 dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən H021705 dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər müəyyənləşdirilməsi üçün təmir mərkəzinə təqdim olunmuşdur. Avtomobilin təmiri üçün fərdi sahibkar X13 tərəfindən verilmiş zərər aktına əsasən sığortalı H021705 dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 26 855,30 (iyirmi altı min səkkiz yüz əlli beş manat otuz qəpik) manat məbləğində zərər dəyməsi məlum olmuşdur. Verilmiş qiymətləndirmə ilə razı olmayan sığortalının nəqliyyat vasitəsi onlar tərəfindən təmirə yönləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən H021705 dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinə azadolma 100,00 manat çıxılmaqla 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Ş.Əhməovun öldüyünü nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin qərarın təsviri hissəsindən və elektron informasiya sistemindən alınan məlumata əsasən mərhum X8 vərəsəsi xx.xx.1957-ci il təvəllüdlü arvadı Cavabdeh1 olması qeyd olunmuşdur. Beləliklə, "xxxx" ASC tərəfindən ödənilmiş 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat məbləğində sığorta ödənişlərinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-717/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi”nə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 1520.7 (bir min beş yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində sığorta ödənişinin, həmçinin 35.21 (otuz beş manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməməsi, Cavabdeh1 müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 15.8 (on beş manat səksən qəpik) manatın və iddiaçı "xxxx" ASC-dən 184.2 (bir yüz səksən dörd manat iyirmi qəpik) manatın tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 7.9 (yeddi manat doxsan qəpik) manatın və iddiaçı "xxxx" ASC-dən 92.1 (doxsan iki manat on qəpik) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 372, 883.1, 886.1, 888.1, 936.6, 936.1, 936.2, 936.5, 936.6, 1096, 1097.3, 1097.1, 1243.3, 1114.1, 1306.1, 1307, 1308, 1309-cu maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə, G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-717/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsaslı olduğundan iddia ərizəsinin tam təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi, 170,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərclərinin, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 85,40 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsassızdır və qanunamüvafiq şəkildə çıxarılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in tələbinə görə məhkəmələr qətnamə çıxararkən sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu həll etməlidir. Hakim, qanunvericiliyin qeyd olunan normalarından irəli gələn halları düzgün qiymətləndirmək üçün işin faktiki hallarını və sübutları, həmçinin qanunvericiliyin normalarını nəzərə almadan qətnamə çıxarmışdır. Cavabdeh1 əri mərhum X8 hüquqazidd əməli nəticəsində Cavabdeh2 tərəfindən idarə olunan 90- HN-079 dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H021705 dövlət qeydiyyat nişanlı “X19” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən H021705 dövlət qeydiyyat nişanlı “X19” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər müəyyənləşdirilməsi üçün təmir mərkəzinə təqdim olunmuşdur. Avtomobilin təmiri üçün fərdi sahibkar X13 tərəfindən verilmiş zərər aktına əsasən H021705 dövlət qeydiyyat nişanlı “X19” markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 26 855,30 (iyirmi altı min səkkiz yüz əlli beş manat otuz qəpik) manat məbləğində zərər dəyməsi məlum olmuşdur. Verilmiş qiymətləndirmə ilə razı olmayan sığortalının nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən H021705 dövlət qeydiyyat nişanlı “X19” markalı avtonəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinə azadolma məbləği olaraq 100,00 manat çıxılmaqla yekunda 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Ş.Əhmədovun öldüyünü nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-in 267.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin müvafiq qərarın təsviri hissəsindən və elektron informasiya sistemindən alınan məlumatda (təsdiqedici sənəd iş materiallarına əlavə olunmuşdur) mərhum X8 vərəsəsinin xx.xx.1957-ci il təvəllüdlü arvadı Cavabdeh1 olması qeyd olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə görə nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 və sürücü X8 vərəsəsi Cavabdeh1 cavabdeh qismində tərəflərindən məhkəmə işi üzrə cavabdeh olaraq işə cəlb olunmuşdur. İddia ərizəsinə xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarı əlavə edilmişdir. Qərarın təsviri hissəsində iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Ş.Əhmədovun öldüyü nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi göstərilmişdir. Hakim iş üzrə yalnız qeyd olunan hissəyə münasibət sərgiləyərək iddianı yalnız təqsirə münasibətdə qismən təmin etmişdir. Bundan başqa iş materiallarında olan Ş.Əhmədovun miras əmlakda tam pay hissədə vərəsəsi olmuş Cavabdeh1 keçmiş miras əmlak üzrə tutma düzgün hesablanmamışdır. Belə ki, sonuncunun miras pay üzrə əmlakının qiymətləndirilməsinin düzgün aparılmaması və mötəbərliyi ilə bağlı şübhələrin olmasına baxmayaraq qiyətləndirmənin yenidən keçirilməsi barədə verilmiş vəsatət əsassız olaraq rədd edilmişdir. Həmçinin miras əmlak kimi gözləmədə olan hazırda sonuncunun yaşadığı ünvan 2 ünvanı miras əmlak kimi nəzərə alınmamış və tələb olunan məbləğ həmin hissəyə aid edilməmişdir. Qanunvericiliyin digər normalarını iş üzrə tətbiq etmədən iddianı qalan hissədə rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsi öz qətnaməsində iddia tələbini Cavabdeh2 tutulması hissəsinə rədd edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, avabdehin baş vermiş yolnəqliyyat hadisəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən təqsiri müəyyən edilmədiyindən baş vermiş zərərin ondan tutulması hissəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmənin yuxarıda qeyd olunan mövqeyinin əsassız olduğunu hesab edirik. Həmin maddəyə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Sözügedən müddəanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarı mövcuddur. Plenum qərarının təsviri hissəsində Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin (yüksək təhlükə mənbəyinin) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətini qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri olduğunu hesab etmişdir. Plenum qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Qərarın nəticə hissəsində isə yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-cimaddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıdığı müəyyən edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi hallarda yüksək təhlükə mənbəyini sahibinin məsuliyyəti istisna edilmişdir. Bu cür hallarda mülki məsuliyyətin yaranması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmədiyi öz təsdiqini tapmalıdır. Göründüyü kimi, hadisə zamanı səlahiyyətli sürücü yüksək təhlükə mənbəyinin faktiki sahibi olduğu üçün təqsiri olmasa belə məsulliyət daşıyır. Konstitusiya Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Qeyd olunanlara əsasən də, vurulmuş zərərin əvəzi təqsirləndirilən şəxsin vərəsəsi ilə yanaşı hadisə zamanı sükan arxasında olan, nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən, faktiki nəqliyyat vasitəsinə sahiblik edən şəxsədən də tutulmalıdır. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə3 İsgəndər oğlu apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəmsinin e-(060)-717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, iş tam və hərtərəfli araşdırılmış, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə3 İsgəndər oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-717/2023 nömrəli qətnaməsini iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 717/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. İşin hallarından görünür ki, 25 yanvar 2019-cu il tarixdə Cavabdeh2 Ələkbər oğlu etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Tağıyev-Sahil magistral yolunda hərəkətdə olarkən avtomobildə qabaq sağ oturacaqda əyləşən Şamil Əhmədov gözlənilmədən sükana əl atıb sola burmuş, nəticədə avtomobil qarşı yola çıxmış və hərəkətdə olan X19 markalı, H021705 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şamil Əhmədov aldığı xəsarətdən ölmüşdür. X19 markalı, H 021 705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. "xxxx" ASC-nin xx.xx.2019cu il tarixli sığorta aktına əsasən H021705 dövlət qeydiyyat nişanlı X19 markalı avtonəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinə azadolma məbləği olaraq 100,00 manat çıxılmaqla yekunda 26755,30 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X19 markalı, H-021-7058 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19246 manat müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X12 vərəsəsi Cavabdeh1 miras əmlakdan 660,42 manat və 146 manat pul məbləğlərdə miras payı almışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi üzərində mərhum X8 7 nəfər ilə ümumbirgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlakın real bazar dəyəri 5000 manat müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətin dəlillərində göstərmişdir ki, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 Ələkbər oğlu tərəfindən idarə olunduğundan, birinci instansiya məhkəməsi cinayət işi üzrə icraata Cavabdeh2a aid hissədə xitam verilməsini əsas götürərək, həmin cavabdehə münasibətdə iddianı rədd etməklə, yalnız təqsirə münasibətdə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyat şikayətində qeyd etmişdir ki, vurulmuş zərərin əvəzi təqsirləndirilən şəxsin vərəsəsi ilə yanaşı hadisə zamanı sükan arxasında olan, nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən, faktiki nəqliyyat vasitəsinə sahiblik edən şəxsdən də tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan dəlilə münasibət bildirərək qeyd edir ki, birinci instansiya iddianı yalnız Cavabdeh1 aid hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, 01 aprel 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən cinayət işi üzrə Cavabdeh2 və X2 əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin icraatına xitam verilməsi, X8 əməli CM-nin 263.2-ci maddəsindən CM-nin 267.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi şəxs öldüyündən barəsində cinayət işinin icraatına xitam verilməsi qəra alınmışdır. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması Cavabdeh2 qanunazidd təqsirli əməli nəticəsində baş vermədiyindən, qeyd olunan dəlillər hazırkı iddia tələbinin ona aid hissədə təmin olunması üçün əsas kimi çıxış edə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 717/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır, ekspertiza xərci 100 manat iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-717/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar