Məhkəmə qərarları › İş №2(105)-456/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-456/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-456/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi Notariusunun 10 fevral 2022-ci il tarixli reyestrdə 8İ1527 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusunun 10 fevral 2022-ci il tarixli icra qeydinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh ASC-nin xeyrinə ondan DP/20768/50/19 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3099 ABŞ dolları 63 sent pulun tutulması, bundan əlavə 25 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra qeydinin mövcud olmasını Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən ona çağırış olduqdan sonra bilmiş və xx.xx.2022-ci il tarixdə icra qeydinin surətini elə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən əldə etmişdir. Aşağıda göstərilənlərə əsasən icra qeydi ləğv edilməlidir. “Notariat haqqında” Azərbaycan Respubllikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Cavabdeh ASC məhkəməyə ərizə ilə müraciət edərək X1 və ondan 5258,54 ABŞ dolları əsas, 1743,45 ABŞ dolları faiz, cəmi 7001,99 ABŞ dolları məbləğində pulun "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(067)-172/2019 saylı qərardadı ilə Cavabdeh ASC-nin X4 və ona qarşı borc tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli 2(105)- 2065/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-172/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə icraatın dayandırılmasına səbəb əsas borclu X2 vəfat etməsi və ondan miras qalmış əmlaka vərəsələrindən heç birinin qərardad çıxarılan günə notariat orqanına müraciət etməmələri səbəb olmuşdur. İş üzrə icraatın dayandırılması barədə qanuni qüvvəyə malik qərardad mövcud olduğundan iş üzrə notarius tərəfindən icra qeydinin verilməsi qanuni və əsaslı hesab edilə bilməz. xx.xx.2014-cü ildə Xanbala Babayev zəng edərək oğluna ev tikmək üçün ona pul lazım olduğunu dedi. Onunla iş yoldaşı olmuşdur. Kredit götürməsi üçün zamin durmuşdur. O, 3000 manat zaminlik müqaviləsinə imza etmişdir. 2017-ci ildə ona məlum oldu ki, Xanbala Babayev vəfat etmişdir. O, vəfat edəndən sonra ona dedilər ki, banka borcu qalmışdır, maraqlananda o, borcu ödədiyini demişdi. X.Babayevin ailəsi, övladları var onun borcunu o, yox onlar ödəməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə qarşı etiraz dəxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayon 1 saylı Notaruat Ofisinin xüsusi Notariusunun 10 fevral 2022-ci il tarixli reyestrdə 8İ-1527 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2677/2022 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsində buraxılmış yalnışlıqlar düzəldilməsi, qətnamənin giriş və nəticə hissəsində Cavabdeh ASC ilə bilikdə Xaçmaz rayon 1 saylı Notariat ofisinin cavabdeh kimi oxunması, qətnamənin təsviri-əsaslandırıcı hissəsində, qətnamənin ikinci vərəqinin ikinci abzasında üçüncü şəxs sözünün digər cavabdeh kimi oxunması, qətnamənin təsviriəsaslandırıcı hissəsində, qətnamənin ikinci vərəqinin üçüncü abzasının ikinci cümləsində cavabdeh və üçüncü şəxs sözlərinin cavabdehlərin kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən icra qeydi üzrə tələb mülki iş olaraq bir müddət əvvəl məhkəmə icraatına verilib və hazırda məhkəmə baxışının predmetidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad edərək əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə üzrə işin halları hakim tərəfindən hərtərəfli, tam, obyektiv araşdırılmamış, həmçinin, yaranmış mülki mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunan mülki işdə Cavabdeh ASCnin tərəf qismində cavabdeh kimi tanınması məhkəmə aidiyyat qaydasının səbəb olur. Həm iddiaçının tələbi üzrə, həm də ki, məhkəmə aidiyyatı ilə bağlı hakim maddi və prosessual normaları kobud şəkildə pozmuşdur. Qeyd edilir ki, Cavabdeh ASC-nin rəsmi qeydiyyata alındığı ünvan Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 42-dir. Bu halda ərazi aidiyyatına uyğun olaraq banka qarşı iddia tələbi Xaçmaz Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməli və iş üzrə icraata da bu məhkəmədə baxılmalı idi. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Hazırki iddia tələbi üzrə Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi Notariusunun 10 fevral 2022-ci il tarixli reyestrdə 8İ1527 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv olunması qoyulmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq, burada cavabdeh qismində bank deyil Notarius iştirak etməli idi. Əfsuslar olsun ki, məhkəmə mülki işə baxarkən və qətnamə qəbul edərkən bu cür kobud pozuntulara yol vermişdir. Xaçmaz Rayon Məhkəməsində işə baxılarkən həm ərazi aidiyyatı qaydalarına riayət olunmamış, həmçinin, iş üzrə tərəflərin müəyyən olunması hissəsində hüquq normaları pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli reyestrindəki icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə prosessual qanunvericliyin tələbləri pozularaq cavabdeh qismində təmsil etdiyi bank göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, icra qeydi bank tərəfindən verilməyib. Cavabdeh bankdırsa, iddia tələbi bankın hüquqi ünvanı üzrə yerin məhkəməsinə verilməli idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iş üzrə həm icra qeydi, həm də məhkəmə qətnaməsi var. Notarius ona məlumat vermədən barəsində icra qeydi verib. Pensiyasından tutulma olanda məsələni bilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Xaçmaz rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-172/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Cavabdeh ASC-nin X4 və qeyrisinə qarşı borc tələbi üzrə icraat X5 11 may 2017-ci il tarixdə vəfat etdiyin görə dayandırılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli 2(105 )-2065/2019 saylı qərardadına əsasən Cavabdeh ASC-nin şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)172/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən icra qeydi üzrə tələb mülki iş olaraq məhkəmə icraatına verilib və hazırda məhkəmə baxışının predmetidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 172/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Cavabdeh ASC-nin X4 və qeyrisinə qarşı borc tələbi üzrə icraat X5 11 may 2017-ci il tarixdə vəfat etdiyin görə dayandırılmış, həmin qərardaddan iddiaçı təşkilat tərəfindən şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli 2(105 )- 2065/2019 saylı qərardadına əsasən Cavabdeh ASC-nin şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)172/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi, mübahisə üzrə Cavabdeh ASC tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmənin qərardadı ilə icraat dayandırılmışdır. Bununla da müəyyən edilir ki, hazırki mübahisəyə dair məhkəmə mübahisəsi mövcuddur və hazırki gündə həmin mübahisə üzrə yekun qərar qəbul edilməmişdir. Mübahisə üzrə məhkəmə mübahisəsi olduğundan və həmin mübahisə üzrə yekun qərar qəbul edilmədiyindən həmin mübahisə üzrə icra qeydi verilə bilməz. Hazırki gündə isə icra qeydi ilə iddiaçıdan tələb edilən borc məbləğinə dair mübahisə vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, Cavabdeh ASC-nin rəsmi qeydiyyata alındığı ünvan Bakı şəhəri, Nərimanov Rayonu Atatürk prospekti 42 olması, ərizənin məhkəmə aidiyyəti pozulmaqla verilməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən icra qeydi Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, cavabdeh qismində Cavabdeh ASC qoyulsa da, digəır cavabdeh qismində də Xaçmaz rayon 1 saylı Notariat Ofisi qoyulduğundan hazırki işə Xaçmaz Rayon Məhkəməsində baxıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-2677/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar