Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-458/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X12 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili F.S.Kərimovun verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı1 Yazəf qızının Cavabdeh MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilib, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə X2 tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan məcburi işburaxma müdəti üçün ödənilməyən əmək haqqı İddiaçı1 Yazəf qızının xeyrinə tutulması və Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması və qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili F.S.Kərimov apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən etibarən Cavabdeh MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmişdir. İşlədiyi zaman ərzində vəzifə səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmiş və heç vaxt nöqsan və pozuntulara yol verməmişdir. Dörd il ərzində tutduğu vəzifənin icrası ərzində Cəmiyyətin hüquq sistemində bir çox islahatlar etmiş və üzərinə qoyulan bütün öhdəlikləri yerinə yetirərək Cəmiyyəti böyük məbləğlərdə cərimələrdən, reputasiya risklərindən, qanun pozuntularından qorunmasını təmin etmişdir. İddia ərizəsində göstərəcəyi qanun və hüquq pozuntuları haqqında dəfələrlə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin və onun Baş ofisi olan “Carlsberg Breweries” A/S-nin rəhbərliyinə xəbərdarlıq etmiş, lakin heç bir nəticəsi olmamışdr. İş o yerə gəlib çatmışdır ki, cəmiyyət tərəfindən qanunsuz üsullarla ona aid xüsusi kateqoriyalı fərdi məlumatlar (məhkəmə qərarı) araşdırılıb toplanmış və həmin məlumatın yayılması ilə onu nüfuzdan salınması ilə hədələnməklə onunla olan əmək müqaviləsinin ləğv olunması ona təklif edilmişdir. Baxmayaraq ki, qanunsuz yollarla əldə edilən məhkəmə qərarı Cavabdeh MMC-yə işə düzəldiyindən 3 il əvvəl verilmişdir və Cəmiyyətə məhkumluğun olmadığına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən arayış təqdim edilmişdir. Cəmiyyət məsələ ilə bağlı artıq qərarını vermişdir və hal-hazırda Hüquq Şöbəsinin rəhbəri olaraq onun bütün səlahiyyətləri qanunsuz olaraq alınaraq, Rusiyanın Saratov şəhərindən gələn Çiçeva Mariyaya verilmişdir. Şirkət rəhbərliyinə onların bu hərəkətlərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduğuna dair məlumat verdiyinə baxmayaraq, onlar qanunazidd hərəkətlərini davam etməkdə israr edirlər. Onun ərizə və məktubları cavablandırılmır, hətta, Cəmiyyətin İnsan Resursları Departamentinin rəhbəri Nərgiz Muradova ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müsabiqədə iştirak etmək üçün tələb olunan və Kollegiyanın rəsmi internet səhifəsində təqdim olunan sənədlərin siyahısında yer alan “X16 Vərəqəsini” təqdim etməkdən imtina etmişdir və bununla da onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsində yer alan sənədlərin surətlərini və arayışların alınması hüququnu pozmuşdur. Cəmiyyət onu ruhdan salmaq üçün, kollektiv qarşısında alçaltmaq, illərlə zəhməti ilə qazandığı təmiz ad və yüksək kvalifikasiyalı hüquqşünas olmasını sual altına qoymaq məqsədi ilə “şirkətin etimadını itirməsi” səbəbini göstərərək onu vəzifəsiylə bağlı yerinə yetirdiyi işlərdən uzaqlaşdırmışdır. Təcili olaraq Rusiyanın Saratov şəhərindən hüquqşünas Çiçeva Mariya Bakıya ezam olunaraq onun bütün səlahiyyətləri ona həvalə olunmuşdur, işçilərdə tələb edilmişdir ki, hüquq məsələləri bağlı yalnız ona müraciət etsinlər. Təbii ki, bu hal onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi deməkdir. Bu hal artıq bir aya yaxındır ki, baş verir. Ona görə də məhkəmədən onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və ExCo (icraçı komitə) iclaslarında elan edilməklə təkzib etmək üçün cavabdehin üzərinə vəzifə olaraq qoyulması, cavabdehdən onun xeyrinə 300.000 (üç yüz min) manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması, vakant hüquqşünas vəzifəsini 3 ay müddətində icrasına görə qanunvericiliyə uyğun olaraq əlavə ödənişin məbləğinin hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması, 132 saylı, xx xxxxxx 2016-ci il tarixli və 02/a saylı, xx xxxxxx 2017-ci il tarixli etibarnamələr əsasında Cavabdeh MMC-nin Baş direkror vəzifəsinin 2016-2017–ci il ərzində icra etdiyi üçün əlavə ödənişin məbləğinin məhkəmə tərəfindən hesablanması və hesablanan məbləğin Cavabdeh MMC tərəfindən ödənilməsinin təmin olunmasını xahiş edir. Ona görə də, onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və Exco (icraçı komitə) iclaslarında elan edilməklə təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 300.000 manat miqdarında mənəvi zərərin tutulması, cavabdehin ona vurduğu maddi ziyanın məbləğinin müəyyən olunması və ona ödənilməsinin təmin olunması, cavabdehin hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, xx.xx.2018-ci il tarixli qanunsuz əmrinin ləğv edilməsi, onun bütün vəzifə səlahiyyətlərinin qaytarılması, elektron ünvanının bərpa edilməsi, cəmiyyətin Lotus, Monolit, Carlsberg Sharepoint, My Carlsberg informasiya sistemlərinə giriş və istifadə hüququnun bərpa edilməsi, qanunsuz olaraq əldə edilən ona aid məhkəmə qərarının ona qaytarılması, cavabdehdə və onun tərəfindən verilən üçüncü şəxslərdə həmin qərarın elektron və kağız üzərində olan bütün surətlərinin məhv edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-də xx.xx.2016-ci ildən xx.xx.2018-ci ilə qədər müddətdə cavabdehin Baş direktoru vəzifə tarif maaşının 12688 (on iki min altı yüz səksən səkkiz min) manat olaraq müəyyən olunması və ona həmin müddət üçün X2 əmək haqqı məbləği və baş direktorun əmək haqqı arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və ona Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, xx.xx.2018-dən xx.xx.2018-ci il tarixədək iddiaçının iş yerinə buraxılmaması və həmin müddət üçün ona ödənilməyən əməkhaqqı məbləğindən və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimə məbləğində 2422.5 manat maddi ziyanın ona Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, onun iş günü olmayan bayram və istirahət günlərində işlədiyi günlərə görə ödənilməyən əlavə əməkhaqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə təmin edilməsi, iddiaçıya iş vaxtından artıq işlədiyi saatlara görə əməkhaqqına əlavənin məbləği və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə təmin edilməsi, xx.xx.2017-ci ildə vəzifə dəyişiklikliyi nəticəsində Hüquq İşlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133 626.5 (yüz otuz üç min altıyüz iyirmi altı manat əlli qəpik) məbləğində əməkhaqqı və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin Cavabdeh MMC tərəfindən onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin olunması, qanun pozuntusu nəticəsində ona Cavabdeh MMC-dən 10000 (on min) manat məbləğində mənəvi ziyanın ödənilməsinin, onun “xxxxxxx” KB ASC-də olan AZ14UBAZ**********1010AZN001 əməkhaqqı hesabına təmin edilməsi, cavabdehin qanunazidd hərəkətləri nəticəsində xx xxxxx 2019-ci il tarixdə Cavabdeh MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilməsi nəzərdə tutulan, lakin ona naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsini tətbiq etməmiş və hesab etmişdir ki. əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa. hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda isə həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam məsuliyyət daşıyır. Cavabdeh MMC-nin hərəkətlərinə görə 9 aydan artıq müddətdə əmək haqqından məhrum olmuş, qanunsuz olaraq iş yerinə buraxılmamış və ona 2018-ci il üçün qanunsuz olaraq mükafat verilməmişdir. O, vəzifə səlahiyyətlərinin icrasından qanunsuz olaraq kənarlaşdırılmış və 2 il ərzində icra etdiyi Baş direktor vəzifəsinə görə əmək haqqı verilməmişdir. Məhkəmə hansı səbəbdən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinin tətbiq edilməməsi səbəbi kimi tərəflər arasındakı mübahisənin fərdi əmək mübahisəsinə çevrilməsi ilə əsaslandırmasını absurd hesab etmişdir. Belə ki, nəyə görə fərdi əmək mübahisəsi olmadıqda əmək haqqı ödənişinin işəgötürənin günahı üzündən gecikdirilməsində hər gecikdirilən gün üçün 1% cərimə ödəməli olduğu halda, fərdi əmək mübahisəsi yarandıqda və cavabdehin təqsiri məhkəmə araşdırması nəticəsində tam sübuta yetirildikdə ödəməməsini düzgün hesab etməmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində Cavabdeh MMC-nin Baş direktoru və X2 tarif (vəzifə) maaşları arasındakı fərq xx xxxxxx 2016-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixinədək ödənilməmişdir və belə olduqda ona ödənilməli olan məbləğ 967 gün gecikdirilmişdir. Bu pozuntu nəticəsində ona külli miqdarda maddi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən ona ödənilməli olan maddi ziyanın məbləği aşağıdakı qaydada hesablanmalıdır. (967 gecikdirilmiş gün) x ( Baş direktorun orta aylıq əmək haqqı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar və X2 tarif (vəzifə) maaşı arasındakı fərqin məbləği= məbləğ x 1% = ödəniləcək məbləğ (manatla) . Məhkəmə tərəfindən eyni qaydada əsassız olaraq xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək onun cavabdeh tərəfindən işə buraxılmamasına görə məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının hesablanması və ödilməsi qət edilməsinə baxmayaraq, yenə də həmin qaydada əsassız olaraq əmək haqqının vaxtında ödənilməyən hissəsinin 1% məbləğinin ödənilməsi aşağıdakı qaydada hesablanmalıdır: (331 gecikdirilmiş gün) x (ödənilməyən əmək haqqı məbləği 1275 manat)= 4220,25x1%= 4220,25 manat. Məhkəmə tərəfindən eyni qaydada cavabdehin ona 2018-ci il üçün müəyyən olunmuş 25% mükafatın ödənilməsi qət edilmiş, lakin yenə də vaxtında ödənilməyən əmək haqqının 1% məbləğində ödəncin ona ödənilməsi və cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin ( 183 gecikdirilmiş gün x ödənilməyən mükafatın məbləği= məbləğ x 1%=ödənilən yekun məbləğ) tam şəkildə ödənilməsi təmin edilməmişdir.Cavabdehin hərəkətlərinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Qeyd olunan halları nəzərə alaraq hesab edir ki, onun mənəvi zərərin əvəzi kimi 10.000 manat tələbi ağlabatan tələbdir və cavabdehdən onun xeyrinə tutulmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili F.S.Kərimov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə cavabdehin iddiaçıya pul vermək öhdəliyi müəyyən edilsə də, həmin pulun məbləğləri qeyd olunmamışdır. Bu hal prosessual qanunvericiliyin normasının pozulmasına gətirib çıxarır və ümumilikdə qətnamənin qeyri- müəyyənliyinə səbəb olur. Qətnamədə istifadə olunan “illik mükafat” ifadəsinin anlayışı, məbləği heç bir normativ aktda qeyd olunmamışdır. Bu səbəbdən 25% (iyirmi beş faizin) hansı məbləğdən hesablanmalı olduğu qeyri-müəyyəndir. Ümumiyyətlə 25% rəqəmini məhkəmənin hansı qaydada hesabladığı, necə müəyyən etdiyi də məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.2-ci (Əlavə qətnamə) maddəsinə əsasən, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin miqdarını göstərməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər.Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh əlavə qətnamənin çıxarılması üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsinə baxmayaraq məhkəmə əsassız olaraq həmin ərizəni təmin etməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Resbublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin 1-ci hissəsinə istinad edilsə də, qətnamənin nəticə hissəsində hazırki münasibətlərə heç bir aidiyyəti olmayan Əmək Məcəlləsinin 163-cü maddəsinin 2-ci hissəsinin mətni yazılmışdır. Məhkəmə düzgün normanın nömrəsinə istinad etsə də səhvən başqa (yanlış) normanın mətnini qətnamədə əks etdirmişdir. Belə ki, iddiaçı ilə cavabdehin arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsi tətbiq edilməlidir. Əmək Məcəlləsini 163-cü maddəsinin bu münasibətlərə heç bir aidiyyəti yoxdur. 162-ci maddə müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsini nəzərdə tutur, 163- cü maddə isə əvəzçilik üzrə əmək haqqının ödənilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 58-ci (Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi) maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Beləliklə əvəzçilik işçinin iş vaxtından sonra başqa iş yerində işləməsinə deyilir. Əmək Məcəlləsinin 163-cü maddəsi də bu hallarda işçiyə verilən ödənişləri sadalayır. İddiaçı2 Baş direktoru əsas iş yeri üzrə iş vaxtından sonra əvəz etməyib, o müəyyən tarixlərdə hər iki vəzifəni eyni iş vaxtında icra etmişdir. Bu fakt işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə istinad etdikdən sonra məhz həmin maddənin mətnini qətnamədə yaza bilərdi. Həmin maddədə isə qeyd edilib ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Beləliklə, iddiaçı yalnız müvəqqəti işə çıxmayan Baş direktoru əvəz etdiyi günlər üçün tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərqin ödənilməsini tələb edə bilər. Qətnamənin əsaslandırıcı hissəsində də məhkəmə məhz Əmək Məcəlləsinin 162-ci maddəsinə istinad etmişdir. Həmin hissədə məhkəmə ümumiyyətlə Əmək Məcəlləsinin 163-cü maddəsinə istinad etməmişdir. Bu fakt da sübut edir ki, qətnamənin nəticə hissəsinə Əmək Məcəlləsinin 163-cü maddəsinin mətninin yazılması yanlış olmuşdur, qətnamənin əsaslandırıcı hissəsinə uyğun deyil.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində Əmək Məcəlləsinin 163-cü maddəsi göstərilməmişdir. Məhkəmənin yol verdiyi digər yanlışlıq ondan ibarətdir ki, hakim qətnamədə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan dövr üçün Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə iddiaçıya əmək haqqının ödənilməsini müəyyən etmişdir. Halbuki, xx.xx.2017-ci il tarixli, 107 nömrəli əmrə əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdehin Baş Direktoru işdə olmadığı halda onu əvəz etməli idi. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi dövrdə cavabdehin Baş direktoru müəyyən günlərdə müvəqqəti işdə olmamışdır və məhz həmin günlərdə iddiaçı onu müvəqqəti əvəz etmişdir. Hakim bu məsələyə də diqqət yetirməmiş və əlavə haqqın məhz Baş direktorun işdə olmadığı günlər üçün hesablanmasını qeyd etməmişdir. Əlavə haqqın xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi hesablanması işin hallarına uyğun deyil. Həmin dövrdə cavabdehin Baş direktoru əksər vaxtlarda özü öz vəzifə funksiyalarını icra etmişdir. Bununla yanaşı iddiaçı Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə əsasən ödənişini almışdır. Bu barədə əmək müqavilələrini, rəsmi arayışları, hesablamaları cavabdeh məhkəməyə təqdim etmişdir. Həmin hesablamalrda hər ay ərzində Baş direktorun işdə olmadığı günlərin sayı və onu əvəz etdiyinə görə iddiaçıya ödənilmiş əlavə haqqlar əks olunmuşdur. Lakin, məhkəmə qətnaməsində bu faktları təhrif edərək qeyd etmişdir ki, cavabdeh həmin məlumatları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci (Qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi) maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Bu əsasla cavabdeh qeyd edilən yanlışlıqları aradan qaldırmaq üçün birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin, məhkəmə əsassız olaraq yol verdiyi açıq-aşkar yanlışlıqları düzəltməkdən imtina etmişdir.Məhkəmə qətnaməsində Baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla iddiaçıya kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsini cavabdehin üzərində qoymuşdur. Məhkəmə özü qətnaməsində təsdiq edir ki, iddiaçı yuxarıda qeyd edilən əmrə əsasən xx.xx.2018-ci il tarixə qədər Baş direktor işdə olmadıqda onu əvəz etmişdir. Belə olan halda 2019-cu ilin əmək haqqısının xx.xx.2018-ci il tarixə qədər davam edən münasibətlərə tətbiq edilməsi tamamilə əsassızdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iki il ərzində həmin ödənişi alırdı və bununla bağlı heç bir şikayət, iddia verməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçının əmək haqqısı onun müəyyən tarixlərdə əvəz etdiyi Baş direktorun əmək haqqısından az olmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsinə əsasən, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. İddiaçıya verilən əlavə haqq yuxarıda qeyd edilən cavabdehin əmri ilə müəyyən olunmuşdur. İddiaçı bu əmrlə razı deyildisə o Baş direktorun vəzifəsini müəyyən tarixlərdə icra etməkdən imtina edə bilərdi. Lakin, iddiaçı bu tapşırığı icra etməyə öz hərəkəti ilə razılıq vermişdir. Cavabdeh tərəfindən iddiaçıya Baş direktorun müvəqqəti işdə olmadığı tarixlərdə onun funksiyalarını icra etmək tapşırığını əmrlə vermişdir və bu tapşırığın icrasına görə iddiaçıya aylıq 100 manat hesabı ilə muzd təyin etmişdir. İddiaçı bu təklifi qəbul etmişdir və iki il ərzində vaxtaşırı həmin qaydada tapşırığı icra etmişdir. Buradan görünür ki, hər iki tərəf tapşırıq müqaviləsinin şərtlərini qəbul etmişdilər. Belə olan halda məhkəmənin müəyyən edilmiş muzdun məbləği ilə razılaşmaması tamamilə əsassızdır və qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən növbəti sübut təhrif edilmişdir. Cavabdehin V.V.Semak ilə bağladığı və məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2016-cı il tarixli 312A saylı əmək müqaviləsində V.V.Semakın əsas iş yerinin Karlsberg Qazaxıstan olması haqqında heç bir müddəa yoxdur. Məhkəmə özündən dəlil uydurmuşdur və həmin uydurulmuş dəlillərə əsaslanaraq yanlış qənaətə gəlmişdir. V.V.Semak cavabdehlə bağladığı əmək müqaviləsində onun əvəzçiliklə işləməsi qeyd olunmamışdır. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Beləliklə, cavabdeh məhkəməyə V.V.Semak ilə qanunvericiliyə əsasən münasibətlərini tənzimləyən rəsmi sənədi təqdim etmişdir. Məhkəmə isə uydurulmuş əsaslarla həmin sübutu qəbul etməkdən imtina etmişdir. Bu yanaşma tamamilə qanunsuzdur. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə araşdırması dövründə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilədək Cavabdeh MMC-nin Baş direktorunun orta aylıq əmək haqqının hansı məbləği təşkil etməsi barədə sənəd təqdim edilməsi dəfələrlə məhkəmə tərəfindən cavabdehdən tələb edilsə də, sonuncu tərəfindən konkret olaraq həmin dövrlərdə baş direktorun orta aylıq əmək haqqı barədə mötəbər sənəd təqdim olunmamışdır. Ona görə də məhkəmə Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə Baş dikertorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə Baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla ödənilməsini ədalətli hesab edir.” Burada yenə də məhkəmə iş materiallarını təhrif etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddia ərizəsinə qarşı etiraza əlavəsini təqdim edərək bildirmişdir ki, “xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdehin Baş direktoru X9muşdur. V.V.Semakla bağlanmış x xxxx 2016-cı il tarixli 312A saylı əmək müqaviləsinin 6.1-ci bəndinə əsasən, aylıq əmək haqqı vergilər daxil 105 AZN təşkil edir. Cavabdehin xx.xx.2017-ci il tarixli 168-T/HR saylı əmrə əsasən, həmin tarixdə V.V.Semak xx.xx.2017-ci il tarixindən Baş direktor vəzifəsinin icrasını dayandırmışdır. Cavabdehin xx.xx.2017-ci tarixli 50-H/HR saylı əmrinə əsasən xx.xx.2017-ci il tarixdən X11 cavabdehin Baş direktoru vəzifəsini icra etməyə başlamışdır. Beləliklə, xx.xx.2017-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilən əlavə əmək haqqının V.O.Maltsevin əmək haqqısına əsasən hesablanması barədə mülahizəsi əsassızdır və qanuna ziddir. 2016-cı ilin dekabr ayından 2017-ci ilin avqust ayına kimi Baş direktorun işdə olmadığı günlər üçün iddiaçıya ödənilməli olan əlavə əmək haqqı 752 manat 66 qəpik təşkil edir. V.O.Maltsevin aylıq əmək haqqısı 5,173 manat təşkil edir. Onun işlədiyi dövr üçün iddiaçıya ödəniləcək əlavə əmək haqqı Baş direktorun aylıq maaşına (oklada) əsasən hesablanmışdır və həmin məbləğ 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına qədər olan dövr üçün 500 manat 11 qəpik təşkil edir. Beləliklə, Baş direktorun işdə olmadığı günlərdə onu əvəz etdiyinə görə iddiaçıya ödənilməli olan əlavə əmək haqqı 1252 manat 11 qəpik (752.66+500.11) təşkil edir. Faktiki olaraq, həmin dövr üçün iddiaçıya 1300 manat əlavə əmək haqqı ödənilmişdir. Buradan görünür ki, iddiaçı Baş direktoru əvəz etdiyi günlər üçün artıqlaması ilə əmək haqqını almışdır. Bu hesablamaları təsdiq edən cədvəllər məhkəməyə təqdim edilir.” Həmin etirazla birlikdə cavabdehin nümayəndəsi məhkəməyə xx.xx.2017-ci il tarixli 168-T/HR saylı əmrin, xx.xx.2016-cı il tarixli 312A saylı əmək müqaviləsinin, xx.xx.2017-ci il tarixli 107 saylı əmrin, xx.xx.2017-ci il tarixli 50-H/HR saylı əmrin, İddiaçı1 2017-ci ilin sentyabr ayından 2018-ci ilin yanvar ayına kimi ödənilən əmək haqqı barədə haqq-hesab vərəqələrinin, V.V.Semakın işdə olmadığı günlər üçün İddiaçı1 hesablanmış əlavə əmək haqqı haqqında cədvəl, V.O.Maltsevin işdə olmadığı günlər üçün İddiaçı1 hesablanmış əlavə əmək haqqı haqqında cədvəl təqdim olunmuşdular. Məhkəmə növbəti dəfə bu sübutları görməzliyə qoyaraq, qətnamədə yalandan yazmışdır ki, guya onun şifahi qaydada tələb etdiyi sübutlar məhkəməyə təqdim edilməmişdir. Birincisi, bu yalandır. İkincisi, əlavə haqqların düzgün və ya səhv ödənilməsini yoxlamaq üçün məhkəmə şübhəsi vardırsa məhkəmə muhasibat ekspertizası təyin etməli idi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi belə bir vəsatət də vermişdir. Lakin, məhkəmə bunu etmək əvəzinə qeyri-müəyyən, icrası mümkün olmayan qətnamə qəbul etməyə üstünlük vermişdir. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə iş üzrə muhasibat ekspertizasının təyin edilməsi barədə vəsatətini də əlavə etmiş və hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi qüsuru aradan qaldırmalıdır və iş üzrə muhasibat ekspertizasını keçirməlidir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, mübahisə üzrə cavabdeh iddiaçının işdə olmadığını iddia edir və iddiaçı isə işdə olmamasına səbəb olaraq mühafizəçi tərəfindən elektron buraxılış nəzarət sisteminə yaxın buraxılmamasını əsas gətirir. Haızrki halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi iddiaçının həmin dövrdə məhkəmə proseslərində olması səbəbindən işə gəlmədiyini iddia etsə də, məhkəmə həmin fikri əsassız hesab edir və qeyd edir ki, həmin dövrdə iddiaçı məhkəməyə iddia ərizəsi belə təqdim etməmişdir. İddiaçının hansı əsasla işə buraxılmamasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.Həmin dövrdə tərəflər arasında gərgin münasibətlər olduğundan məhkəmə iddiaçının qərəzli şəkildə cavabdeh tərəfindən işə buraxılmamasını daha inandırıcı və ağlabatan hesab edir.” Cavabdehin nümayəndəsi iddiaçının həmin dövrdə məhkəmə proseslərində olması səbəbindən işə gəlmədiyini məhkəmədə deməmişdir. Bu məlumat növbəti yalnış əsasdır. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazlarını yazılı formada məhkəməyə təqdim etmişdir və onların heç birində belə bir fikir yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi elektron buraxılış sistemindən çıxarışdan görünür ki, iddiaçı 2018-ci ilin dekabr ayının 3-dən 7-nə kimi işə gəlməmişdir. Həmin tarixlərdə onun buraxılış kartı buraxılış sistemində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xx.xx.2019-cu il tarixli **********6 saylı məktubuna Cavabdehin həmin sorğuya verdiyi xx.xx.2019-cu il tarixli 480 saylı cavab məktubunun 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı1 Cavabdeh MMC-də işlədiyi dövr ərzində işdən kənar edilməmişdir. Həmin məktubun 10cu bəndində isə qeyd edilir ki, İddiaçı1 Cavabdeh MMC-də 03-xx xxxxxx 2018-ci il tarixlərində işdən kənar edilməmişdir və bunu əsaslandıran heç bir sənəd mövcud deyil. Elektron buraxılış sistemindən qabaqda cavabdehin ərazisində ümumiyyətlə heç bir muhafizəçi yoxdur və heç zaman olmamışdır. Cavabdehin giriş qapısının düz qarşısında elektron buraxılış sistemi quraşdırılıb. Bu səbəbdən iddiaçının guya həmin sistemə yaxınlaşmaq üçün ona hansısa muhafizəçinin mane olması barədə dəlili tamamilə uydurmadır. Məhkəmədə belə bir şübhə yaranmışdırsa hakim yerində baxış keçirməli idi və özü əmin olmalı idi ki, elektron buraxılış sisteminin qarşısında heç bir muhafizəçi xidmət daşımır. Bundan əlavə məhkəmə qətnamədə qeyd edir ki, “Göründüyü kimi xx xxxxx 2019-cu il tarixdə verilmiş əmr 2018-ci ilin iş yekunlarına görə illik mükafatı müəyyən edir. xx xxxx 2019-cu il tarixdə, yəni 2018-ci ildən sonra verilmiş intizam tənbehinin qüvvədə olması ilə, ona əvvəlki 2018-ci il üçün ödənilməli olan mükafat məbləğinin verilməməsi əsassızdır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci (Əməyin ödənilməsi sistemi və növləri) maddəsinin 6-cı bəndinə əsasən, mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin məcəllənin 190-cu (İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi) maddəsinin 4-cü bəndinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Cavabdeh MMC-nin Baş direktorunun xx.xx.2017-ci il tarixdə təsdiq etdiyi R- 71-08 nömrəli “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçilərinin mükafatlandırılması barədə Əsasnamə”nin 10.1-ci bəndinə əsasən, “intizamın pozulmasına görə tənbehin qüvvədə olduğu işçilər üçün illik bonus qismən daxil edilə və ya tamamilə daxil edilməyə bilər.” Beləliklə, həm Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndinə əsasən, həm də “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçilərinin mükafatlandırılması barədə Əsasnamənin 10.1-ci bəndinə əsasən,iddiaçının intizam tənbehi olduğuna görə cavabdeh ona bonus (mukafat) verməmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli 01 saylı əmrlə cavabdeh iddiaçıya əmək intizamını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. x xxxxx 2018-ci il tarixli 1 saylı əmrə əsasən cavabdeh 2017-ci ildə şirkətin nəticələrinə görə illik bonus ödənilməsi ilə bağlı əmr vermişdir. Bundan bir il sonra x xxxxx 2019-cu il tarixli 1 saylı əmrlə cavabdeh 2018-ci ilin yekunlarına görə illik mükafatın korporativ hissəsinin müəyyən edilməsi barədə əmr verilmişdir. x xxxxx 2018-ci il tarixli 1 saylı əmrə əsasən iddiaçıya mükafat ödənilmişdir. x xxxxx 2019-cu il tarixli 1 saylı əmrə əsasən iddiaçıya mükafatın ödənilməməsi iddiaçının qüvvədə olduğu intizam tənbehinin olması ilə bağlıdır. Beləliklə, aprel 2018-ci ildən aprel 2019-cu ilə qədər olan iş ili üçün cavabdehin iddiaçıya bonusu (mukafatı) verməməsi tamamilə əsaslıdır. Cavabdeh MMC xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi olan dövrdə hər ay Baş direktoru əvəz etdiyinə görə 100 manat əlavə haqq aldıqda özünün mülahizəsinə görə hüququnun pozulduğunu bilməli idi. Bu səbəbdən məhkəmə qeyd edilən dövrlə bağlı pul tələbinə iddia müddətini tətbiq etməli idi. Lakin, məhkəmə qanunsuz olaraq cavabdehin verdiyi iddia müddətinin tətbiqi haqqında ərizəsini də təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı2 verdiyi apelyasiya şikayətini müdafiə edib, cavabdeh tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X15 MMCnin verdiyi apelyasiya şikayətini müdafiə edib, iddiaçı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin verdiyi apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 398 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı2 şirkətə hüquqi işlər üzrə menecer vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bağlanmışdır. Aylıq əmək haqqı gəlir vergisi tutulmamış 4356 manat məbləğində təyin edilmişdir. Cavabdeh MMC-nin Baş direktoru V.V.Semak tərəfindən verilmiş 107 saylı, xx.xx.2017-ci il tarixli Cavabdeh MMC-nin baş direktoru cəmiyyətdə olmadığı vaxtda onun səlahiyyətlərini müvəqqəti icra edilməsi haqqında əmrdən görünür ki, baş direktorun mütəmadi olaraq ezamiyyətdə olduğunu nəzərə alaraq,Cavabdeh MMC-nin Baş direktoru vəzifəsi üzrə səlahiyyətləri Baş direktor cəmiyyətdə olmadığı təqdirdə xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2018-ci il tarixinədək əsas vəzifəsindən azad edilməmək şərti ilə Hüquq İşlər üzrə menecer İddiaçı1 həvalə edilmişdir. İddiaçı1 öz vəzifəsindən əlavə Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə 100 manat məbləğində əlavə ödəniş təyin olunmuşdur. Cavabdeh MMC tərəfindən verilmiş 489 saylı,xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək İddiaçı2 iş yerində olmamışdır və bu səbəbdən işdə olmadığı müddət üçün ona əmək haqqı hesablanıb ödənilməmişdir.İşçinin işdə olmamasına sübut olaraq müəssisədə quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışı arayışa əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 131 saylı əmrin surətindən görünür ki, “Hüquq departamenti”nin Cavabdeh MMC-nin strukturundan çıxarılması, həmin departamentdə olan vəzifələrin ştat cədvəlindən çıxarılmasının səbəbləri (əsasları) Azərbaycan Respublikası Əmək Məcəlləsinin (“Əmək Məcəlləsi”) 71-ci maddəsinin 3-cü bəndinin tələblərinə əsasən geniş və aydın şəkildə göstərilmişdir. Belə ki, həmin əmrdə, əmrin qəbul edilməsində məqsəd kommersiya fəaliyyətində işlərin optimallaşdırılması və səmərəliyin yüksəldilməsi göstərilmişdir, eləcə də Cavabdeh MMC-yə hüquqi dəstəyin təqdim edilməsi səlahiyyətli kənar hüquq şirkətinə (hüquq şirkətlərinə) həvalə edilmişdir. xx.xx.2018- ci il tarixli, 131 saylı əmrin qəbul edilməsinə əsas kimi isə Əmək Məcəlləsinin 11.1(ə) maddəsi və Cavabdehin nizamnaməsinin 4.27.4-cü maddəsi göstərilmişdir. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 25 saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin “Hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında” 25 saylı, xx.xx.2018-ci tarixli əmrin 1-ci bəndin (i) yarımbəndində ixtisara salınan vəzifə kimi Hüquqi işlər üzrə menecer vəzifəsi qeyd olunmuşdur. Hüquqi işlər üzrə menecer İddiaçı2 xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsinə xx xxxxxx 2019cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (b) maddəsinə ( işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Baş direktorunun xx.xx.2017-ci il tarixdə təsdiq etdiyi R-71-08 nömrəli “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçilərinin mükafatlandırılması barədə Əsasnamə”nin 10.1-ci bəndinə əsasən, “intizamın pozulmasına görə tənbehin qüvvədə olduğu işçilər üçün illik bonus qismən daxil edilə və ya tamamilə daxil edilməyə bilər.” Bundan başqa, iş materiallarında olan Cavabdeh MMC-nin baş direktorunun təsdiq etdiyi R-71-04 nömrəli “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçilərinin əməyinin ödənilməsi barədə Təlimat”ın 8.1.2-ci bəndinə əsasən, mükafatın faktiki məbləği göstəricilərin yerinə yetirilməsi məlumatlarına əsasən hesabat dövründə hesablanan əmək haqqından faiz nisbətində müəyyən edilir.” xx.xx.2019-cu il tarixli 01 saylı əmrlə cavabdeh iddiaçıya əmək intizamını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. x xxxxx 2018-ci il tarixli 1 saylı əmrə əsasən cavabdeh 2017-ci ildə şirkətin nəticələrinə görə illik bonus ödənilməsi ilə bağlı əmr vermişdir. Bundan bir il sonra x xxxxx 2019-cu il tarixli 1 saylı əmrlə cavabdeh 2018-ci ilin yekunlarına görə illik mükafatın korporativ hissəsinin müəyyən edilməsi barədə əmr verilmişdir. Beləliklə, x xxxxx 2018-ci il tarixli 1 saylı əmrə əsasən iddiaçıya mükafat ödənilmməmişdir. x xxxxx 2019-cu il tarixli 1 saylı əmrə əsasən iddiaçıya mükafatın ödənilməməsi iddiaçının qüvvədə olduğu intizam tənbehinin olması ilə və illik fəaliyyətinin aşağı səviyyədə qiymətləndirilməsi ilə əlaqələndirilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin təqdim etdiyi X14 hüquqi məsələlər üzrə Vitse-Prezidentinin Cavabdeh MMC-yə ünvanlandığı məktubun surətindən görünür ki, “Carlsberg” şirkətinin X19 üzrə hüquqi funksiyaların rəhbəri tərəfindən İddiaçı2 2018-ci il üçün gösstəricilərin yerinə yetirilməsi “0” faiz dəyərləndirilmişdir.” Həmin qiymətləndirmə cavabdehin təsisçisi tərəfindən həyata keçirilmişdir və cavabdeh qeyd edilən məsələ ilə bağlı təsisçinin qərarını icra etməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci (Əməyin ödənilməsi sistemi və növləri) maddəsinin 6-cı bəndinə əsasən, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin məcəllənin 190-cu (İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi) maddəsinin 4-cü bəndinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X4 2018-ci il üçün göstəricilərinin yerinə yetirilmə faizi 0% qiymətləndirildiyi üçün və cavabdehin işçilərinin əvvəlki ilin yekunlarına görə mükafatlandırılması haqqında əmr verilərkən iddiaçının ləğv edilməmiş intizam tənbehinin olmasına görə ona 2018-ci il üçün mükafatın verilməməsi əsaslıdır. İş materiallarında olan elektron buraxılış sistemindən çıxarışdan görünür ki, iddiaçı 2018ci ilin dekabr ayının 3-dən 7-nə kimi işə gəlməmişdir. Həmin tarixlərdə onun buraxılış kartı buraxılış sistemində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xx.xx.2019-cu il tarixli **********6 saylı məktubuna Cavabdehin həmin sorğuya verdiyi xx.xx.2019-cu il tarixli 480 saylı cavab məktubunun 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı1 Cavabdeh MMC-də işlədiyi dövr ərzində işdən kənar edilməmişdir. Həmin məktubun 10-cu bəndində isə qeyd edilir ki, İddiaçı1 Cavabdeh MMC-də 03-xx xxxxxx 2018-ci il tarixlərində işdən kənar edilməmişdir və bunu əsaslandıran heç bir sənəd mövcud deyildir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı həmin dövrdə üzürsüz səbəbdən işə gəlmədiyinə görə intizam təhbehi tətbiq etməmişdir. Bu halı nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dövr üçün iddiaçıya əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4708 saylı rəyindən görünür ki, xxxxxxxxxxxxxxxxxxxx” MMC- nin Baş direktorunun 2016-2019-cu illər üçün (hər il ayrı-ayrılıqda olmaqla) orta aylıq tarif vəzifə maaşının məbləği nə qədər olmasını, “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Baş direktorunun tarif vəzifə maaşı, mükafatlandırılması, əmək haqqına əlavələri, artımları və “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X5 vəzifə tarif maaşı arasındakı fərqin nə qədər olmasını, “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan məcburi iş buraxma müddəti üçün İddiaçı2 ödənilməyən əmək haqqının məbləğinin nə qədər olmasını. İddiaçı2 2018-ci il üçün müəyyən edilmiş 25% illik mükafatının məbləği nə qədər olmasını, “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci iXl tarixə olan dövrdə iddiaç: İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə əmək haqqına əlavələrin düzgün hesablanıbhesablanmamasını və “xxxxxxxxxxxxxxxxxxxx MMC-nin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi olan dövr üçün İddiaçı2 Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 borcunun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “X6” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 293 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC-nin Baş direktorunun 2016-2019-cu illər üçün ( hər il ayrı-ayrılıqda olmaqla) tarif ( vəzifə) maaşı 2016-cı il üzrə 735,00 manat, 2017-ci il üzrə 11507,20 manat, 2018-ci il üzrə 62410,80 manat, 2019-cu il üzrə isə 10420,00 manat müəyyən edilmişdir. Cavabdeh MMC-nin Baş direktorunun tarif ( vəzifə) maaşı ilə Cavabdeh MMC-nin X2 ( menecer) vəzifə maaşı arasındakı fərq xx.xx.2017-ci ildən 4240,00 ( 4356,00-116,00) manat az, xx.xx.2017-ci ildən 512,87 ( 5173,60-4660,73) manat çox, xx.xx.2018-ci ildən isə 117,43 (5327,43-5210,00) manat az olduğu müəyyən edilmişdir. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün İddiaçı2 1331,43 manat əmək haqqının ödənilmədiyi müəyyən edilmişdir. Təsisçi “X3” MMC-nin vitse-prezidentinin məktubuna əsasən İddiaçı1 2018-ci il üçün göstəricilərinin yerinə yetirilmə faizi 0% qiymətləndirilmişdir. Bu səbəbdən də ona 2018-ci il üçün mükafat (bonus) hesablanmamışdır. Buna görə də həmin dövr üçün İddiaçı1 ödənilməli olan mükafatın məbləğini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə olan dövrdə İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icr etdiyi dövrlər üzrə əmək haqqına əlavələr düzgün hesabalanmışdır. Cavabdeh MMC-də xx xxxxxx 2017-ci il tarixli 107 saylı əmrin tələbləri nəzərə alınmaqla 2017-ci il tarixdən dekabr 2018-ci il tarixə olan dövrdə Baş direktor əvəzi vəzifəsini icra edən İddiaçı1 əmək haqqına əlavələr 597,19 ( 1797,19-1200,00) manat artıq ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi” nə dair 162-ci maddəsinin 1-ci bəndi ilə özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.Bu baxımdan 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 Cavabdeh MMC-nin borcu 444,32 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 əmək haqqısı onun müəyyən tarixlərdə əvəz etdiyi Baş direktorun əmək haqqısından az olmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsinə əsasən, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. İddiaçıya verilən əlavə haqq yuxarıda qeyd edilən cavabdehin əmri ilə müəyyən olunmuşdur, iddiaçı ilə bu barədə razılaşma olmamışdır. Cavabdehlə iddiaçı arasında müvəqqəti əvəz etməyə görə ödəniləcək əmək haqqına əlavənin məbləği barədə razılaşma olmadığından, Əmək Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilməlidir. “X6” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 374 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövrdə İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə əmək haqqına əlavələr düzgün hesablanmışdır. Cavabdeh MMC-də xx xxxxxx 2017-ci il tarixli 107 saylı əmrin tələbləri nəzərə alınmaqla xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövrdə Baş direktor əvəzi vəzifəsini icra edən İddiaçı1 əmək haqqına əlavələr 441,64 ( 1598,78-1157,14) manat artıq ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, 2017-ci ilin yanvar ayından xx xxxxxx 2017-ci il tarixədək Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 Cavabdeh MMC-nin borcu 268,55 manat müəyyən edilir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ilkin sənədlərə ( əmrlər, əmək müqavilələri, onlara əlavə edilmiş sazişlərə) əsasən İddiaçı1 xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixə kimi olan dövrdə hər ay Baş direktoru əvəz etdiyinə görə 100 manat əlavə haqq alması özünün mülahizəsinə görə hüququnun pozulması barədə məlumatlı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-ci hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.” Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tuutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün- işçiyə müvafiq əmrin (sərəncamın,qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin ( kitabçasının, vərəqəsinin,çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.( Əmək Məcəlləsinin 296-cı maddəsinin 1,2,3-cü hissələri) Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 3 2001-ci il tarixli Qərarında göstərilir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” Bu səbəbdən iddiaçının xx xxxxxx 2017-ci il tarixdən əvvəlki dövrə aid əmlak tələbləri, o cümlədən 2017-ci ilin yanvar ayından xx xxxxxx 2017-ci il tarixədək Baş direktoru əvəz etdiyinə görə 268,55 manat tələb etmək hüququnu, iddia müddəti buraxılmış tələblər (hüquq) kimi qiymətləndirir. İddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının ödnilməsinin gecikdirilmiş hər gün üçün bir faiz ödənc məbləğinin hesablanması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci (Əmək haqqının verilməsi müddətləri) maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırki işdə əmək haqqının gec ödənilməsi mübahisə yaratdığından onun ödənilməsinin gecikdirilməsi üçün faiz hesablanmır. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında 6 Konvensiya»nın müddəaları və X18 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi iddiaçının tələb etdiyi 10.000 manat ağlabatan məbləğ kimi qiymətləndirilmədiyindən və həmin tələbin heç bir əsası olmadığına görə təmin edilməməlidir. Maddi zərərin ödənilməsi tələblərinə dair kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Əmək Məcəlləsinin 191-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin işəgötürən qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulması, zərərlə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması, zərər vuran işəgötürənin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Məhkəmə baxışında İddiaçı1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İddiaçı2 apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi- iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilib, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üçün 1331,43 manat əmək haqqı və 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Baş direktoru əvəz etdiyinə görə ona ödənilməli olan əmək haqqına əlavələr üzrə 444,32 manat tutulmalı və qətnamə- “İddia qalan hissədə təmin edilməsin ” hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi- iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üçün 1331,43 manat əmək haqqı və 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Baş direktoru əvəz etdiyinə görə ona ödənilməli olan əmək haqqına əlavələr üzrə 444,32 manat tutulsun. Qətnamə- “İddia qalan hissədə təmin edilməsin ” hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-458/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-458/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver