Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-461/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(060)-5323/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(060)-5323/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 34500 ABŞ dolları məbləğində pulun və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin yanvar ayında qızı Şəbnəmə nişan tədbiri keçirmək üçün yer tutmaq məqsədi ilə “Həyat palas” şadlıq sarayına getmiş, şadlıq sarayının administratoru işləyən Cavabdeh ilə toy tarixini danışanda, cavabdeh öz mobil nömrəsini ona vermiş, o, beh vermək istədikdə isə Cavabdeh Güləddin ona zəng vurmasını təklif etmişdir. İki gündən sonra o, Cavabdeh mobil nömrəsinə zəng vuraraq danışıb 50 manat beh vermişdir. Sonradan isə onların arasında ailəvi münasibət yaranmışdır. Həmin vaxlar o, heç bir yerdə işləmədiyi üçün, maddi imkansızlığı ilə bağlı Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən yaşadığı mənzili sataraq oğlu Nahid üçün iş yeri təşkil etmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh də zəng vurub evi satmaq istədiyini bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh Elvin adlı şəxsi evə gətirmiş və Elvin evi bəyəndiyindən alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gəlmişlər. Həmin vaxt Cavabdeh onu dilə tutub böyük qazanc verəcək alveri olduğunu, evin pulunu həmin işə qoyması üçün ona verməyini, 15 gündən sonra verdiyi puldan əlavə 5000 manat pul verəcəyini deyərək evin pulunu ona verməsini demişdir. O da cavabdehin sözünə inanıb elə notariat kontorunda 34500 ABŞ dollarını Cavabdeh vermişdir. 15 gündən sonra Cavabdeh xəbər çıxmamış, Cavabdeh zəng vurduqda isə biriki gün səbirli olmasını, özünün ona zəng vuracağını demişdir. Təxminən 10 gün sonra o, zəng vuranda Cavabdeh Birləşmiş X4 şəhərindən olan ərəb dostuna bijuteriya sifariş verdiyini, icarəyə də mağaza götürdüyünü, böyük partiya malının gəldiyini bildirmişdir. Cavabdeh hətta 2-ci mikrorayonda yaşayış binasının altında yerləşən boş obyekti ona göstərib, oranı icarəyə götürdüyünü, mebel sifariş verdiyini deyərək, malı gələndə alver edib vəd etdiyi pulu ona verəcəyini bildirmişdir. Bir neçə gün də gözlədikdən sonra Cavabdeh malların gömrükdə ilişib qaldığını bildirmiş, yaxın vaxtlarda mallarını gömrükdən çıxaracağını demişdir. O, hər dəfə Cavabdeh işlə bağlı soruşduqda müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, Cavabdeh verdiyi pulları geri gaytarmasını tələb etməyə başlamışdır. Cavabdeh pulu qaytaracağına söz vermişdir. Sonradan Cavabdeh əmisi Mütəllim onunla əlaqə saxlayaraq Cavabdeh borcundan 15000 manat ödəyəcəyini və pul kartı açdırmasını, imkan düşdükcə hər ay 200 manat ödəyəcəyini bildirmişdir. Mütəllim vəd etdiyi kimi həmin karta iyul və avqust aylarında hər ay 200 manat, ümumilikdə 400 manat pul ödəmişdir. Cavabdeh isə altı aydan sonra ona demişdir ki, ondan aldığı pulu Dubaydan bijuteriya gətirmək məqsədi ilə Ərəbistan vətəndaşına vermiş, həmin şəxs ondan başqa daha 12 nəfərdən də böyük məbləğdə pul almış, özü də həmin ərəbə 12000 manat pul vermiş, lakin ərəb pulu alıb Ərəbistana getmiş və getdikdən sonra ərəblə əlaqəsi kəsilmişdir. Buna görə də verilən pullar batmışdır. Lakin Cavabdeh ondan aldığı pulları hissə-hissə qaytaracağını, qaytara bilməyəcəyi təqdirdə isə Corat qəsəbəsindəki evini satacağını bildirmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirməkə cavabdeh pulu ödəməmişdir. Cavabdeh aldığı pulu vermədiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin 08.02.2021-ci il tarixli qərarı ilə aparılan araşdırma nəticəsində cinayət işi üzrə icraata xitam verilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ilin yanvar ayında qızı Şəbnəmə nişan tədbiri keçirmək üçün yer tutmaq məqsədi ilə “Həyat palas” şadlıq sarayına getmiş, şadlıq sarayının administratoru işləyən Cavabdeh ilə toy tarixini danışanda, cavabdeh öz mobil nömrəsini ona vermiş, o, beh vermək istədikdə isə Cavabdeh Güləddin ona zəng vurmasını təklif etmişdir. İki gündən sonra o, Cavabdeh mobil nömrəsinə zəng vuraraq danışıb 50 manat beh vermişdir. Sonradan isə onların arasında ailəvi münasibət yaranmışdır. Həmin vaxlar o, heç bir yerdə işləmədiyi üçün, maddi imkansızlığı ilə bağlı Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən yaşadığı mənzili sataraq oğlu Nahid üçün iş yeri təşkil etmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh də zəng vurub evi satmaq istədiyini bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh Elvin adlı şəxsi evə gətirmiş və Elvin evi bəyəndiyindən alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gəlmişlər. Həmin vaxt Cavabdeh onu dilə tutub böyük qazanc verəcək alveri olduğunu, evin pulunu həmin işə qoyması üçün ona verməyini, 15 gündən sonra verdiyi puldan əlavə 5000 manat pul verəcəyini deyərək evin pulunu ona verməsini demişdir. O da cavabdehin sözünə inanıb elə notariat kontorunda 34500 ABŞ dollarını Cavabdeh vermişdir. 15 gündən sonra Cavabdeh xəbər çıxmamış, Cavabdeh zəng vurduqda isə bir-iki gün səbirli olmasını, özünün ona zəng vuracağını demişdir. Təxminən 10 gün sonra o, zəng vuranda Cavabdeh Birləşmiş X4 şəhərindən olan ərəb dostuna bijuteriya sifariş verdiyini, icarəyə də mağaza götürdüyünü, böyük partiya malının gəldiyini bildirmişdir. Cavabdeh hətta 2-ci mikrorayonda yaşayış binasının altında yerləşən boş obyekti ona göstərib, oranı icarəyə götürdüyünü, mebel sifariş verdiyini deyərək, malı gələndə alver edib vəd etdiyi pulu ona verəcəyini bildirmişdir. Bir neçə gün də gözlədikdən sonra Cavabdeh malların gömrükdə ilişib qaldığını bildirmiş, yaxın vaxtlarda mallarını gömrükdən çıxaracağını demişdir. O, hər dəfə Cavabdeh işlə bağlı soruşduqda müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, Cavabdeh verdiyi pulları geri gaytarmasını tələb etməyə başlamışdır. Cavabdeh pulu qaytaracağına söz vermişdir. Sonradan Cavabdeh əmisi Mütəllim onunla əlaqə saxlayaraq Cavabdeh borcundan 15000 manat ödəyəcəyini və pul kartı açdırmasını, imkan düşdükcə hər ay 200 manat ödəyəcəyini bildirmişdir. Mütəllim vəd etdiyi kimi həmin karta iyul və avqust aylarında hər ay 200 manat, ümumilikdə 400 manat pul ödəmişdir. Cavabdeh isə altı aydan sonra ona demişdir ki, ondan aldığı pulu Dubaydan bijuteriya gətirmək məqsədi ilə Ərəbistan vətəndaşına vermiş, həmin şəxs ondan başqa daha 12 nəfərdən də böyük məbləğdə pul almış, özü də həmin ərəbə 12000 manat pul vermiş, lakin ərəb pulu alıb Ərəbistana getmiş və getdikdən sonra ərəblə əlaqəsi kəsilmişdir. Buna görə də verilən pullar batmışdır. Lakin Cavabdeh ondan aldığı pulları hissə-hissə qaytaracağını, qaytara bilməyəcəyi təqdirdə isə Corat qəsəbəsindəki evini satacağını bildirmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirməkə cavabdeh pulu ödəməmişdir. Cavabdeh aldığı pulu vermədiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin 08.02.2021-ci il tarixli qərarı ilə aparılan araşdırma nəticəsində cinayət işi üzrə icraata xitam verilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlarla təsdiq edilmədiyinə görə iddianı təmin etməmişdir. Lakin o, Cavabdeh aid olan səs yazısı ilə bağlı audiodisk təqdim etmişdir. Həmçinin Cavabdeh hüquq mühafizə orqanlarında verdiyi ilkin izahatında ondan 34500 ABŞ dolları məbləğində pul aldığını göstərmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqinin 08 fevral 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh və X2 əməllərində cinayət tərkibi olmadığından İddiaçı müraciəti əsasında toplanmış material üzrə fakta görə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. X2 əməlində Azərbycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində İXM-nin həmin maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, İddiaçı iddia tələbini 2015-ci ilin yanvar ayında cavabdehə 34500 ABŞ dolları məbləğində pul verdiyi, cavabdehin həmin pulu hal-hazıradək qaytarmadığı ilə əsaslandırmış və bunun sübutu kimi məhkəməyə yalnız Cavabdeh aid olan səs yazısı ilə bağlı audio-disk təqdim etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh aid olduğu iddia etdiyi səs yazısında deyilir: “Sentyabrın 15-nə qədər, Əfsanə xanım, alacağımı verəcəm, ondan bir saat keçsə, dünyanın ən pis adamı mənəm, bunu qoy hamı bilsin...” İddiaçı müraciəti əsasında toplanmış material üzrə fakta görə başlanmış cinayət işinin istintaqı zamanı keçirilən məhkəmə fonoskopik ekspertizasının 16.03.2020-ci il tarixli, 3027 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə ola mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi-hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K 1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K 1” kimi işarə olunmuş diktorun danışıq anında emosional psixoloji vəziyyətini müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq göstərilən səs yazısını iddiaçı tərəfindən cavabdehə 34500 ABŞ dolları məbləğində pul verildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin səs yazısında Cavabdeh “sentyabrın 15-nə qədər alacağımı verəcəm” dedikdə hansı məbləği nəzərdə tutduğu, “alacağım” dedikdə hazırki iş üzrə İddiaçı tərəfindən tələb edilən 34500 ABŞ dolları məbləğində pulu nəzərdə tutubtutmadığını müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə borc və ya hər hansı başqa məqsədlə pul verildiyi, yəni tərəflər arasında hər hansı öhdəlik münasibətinin olduğunu təsdiq edən yazılı sənəd yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(060)- 5323/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-461/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-461/2022
03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver