Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-465/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı /müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 cəlb edilməklə/ mülki iş üzrə (Açar sözlər: məhkəmə aktlarının preyudisiallığı) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 2 saylı Sumqayıt ərazi idarəsinə /müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 cəlb edilməklə/ qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12də yerləşən 101 saylı ev miras qalmışdır. Cavabdeh-qardaşı Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən atalarından qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. O da varisdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə onun mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hesab edir ki, atasından qalmış mirasda onun da vərəsə kimi payı vardır və bu səbəbdən qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisində Cavabdeh1 adına qeydə alınmış 2M-239 reyestr N-li xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və Cavabdeh1 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, Cavabdeh1 və X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsi və X9 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3327/2022 saylı qətnaməsi (həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2092/2022 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-1312/2023 saylı qərarı) ilə iddiaçının sözügedon 101 saylı fərid evə köçürülməsi rədd edilmişdir. Həmçinin bildirir ki, iddiaçıya 1990-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, ev tikmiş və 2002-ci ildə həmin evə köçərək orada yaşamışdır. Sonradan həmin evi iddiaçı qızının adına rəsmiləşdirmişdir. O, vərəsə kimi atasının vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşayır. Həmçinin bildirir ki, iddiaçı vərəsə kimi notariat ofisinə müraciət etməmişdir. Eyni zamanda bildirir ki, o, mərhum atası H.Əliyevlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişdirlər. Belə olan halda MM-nin 1303-cü maddəsinə əsasən o, üstünlük daşıyır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina etdiyindən mərhum atasına məxsus fərdi evi qəbul etmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini vicdanli satıcı kimi satmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən daşınmaz əmlak 101 nömrəli fərdi yaşayı evi kimi qeydiyyata alınmış və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu” və 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 476 nömrəli vərəsəlik məktubu əsasında mərhum Əliyev Həsənbala Ağa oğlunun adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023cü ii tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölünməsi ilə bağlı **********, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizələr idarəyə daxil olmuşdur. Daxil olmuş müraciət əsasında sözügedən əmlak üzərində bölünmə əməliyyatı aparılaraq dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində yerləşən 101 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə xx.xx.2023-cü il tarixində idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-205/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı əsasında sözügedən daşınmaz əmlak və bölünmüş hissəsi üzərinə qadağa qoyulmuşdur.
6. AZ İİ-255069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1298 nömrə ilə qeyd edilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 29 noyabr 2023-cü il tarixli, 1297 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312/2023 saylı qərarı nəzərə alınaraq, Əliyev Həsənbala Ağa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair vərəsəsi Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı, X4, X5 cavabdehlər Cavabdeh1 və X10 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X6, X7 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X8 və X5 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)1312/2023 saylı qərarından görünür ki, həmin qərar ilə Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlunun vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Əliyev Həsənbala Ağa oğluna verilmiş **********11- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli **********DU32102 qeydiyyat nömrəli arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.
12. xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 25000 manata X1.
13. Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Aslan Atakişitev küçəsi, 9A saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
14. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı mərhum xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi qət edilmişdir.
15. Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfındən verilmiş apeliyasiya şikayətı qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023- cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
16. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 3589/2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
17. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 2 saylı Sumqayıt Ərazi İdarəsinə /müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16/ qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, 29-cu maddəsinin İİİ hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
19. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixində vəfat etmiş Əliyev Həsənbala Ağa oğlunun oğlunun varisidir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12 məhəllədə yerləşən 101 saylı ev miras qalmışdır. Ev xx.xx.2023-cü ildə mərhum atasının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh İddiaçı məqsədini anladığından, qabaqlayıcı tədbir kimi xx.xx.2022-ci ildə DƏDKRX-nə, Notariat Baş İdşarəsinə və Sumqayıt “ASAN Xidmət” Mərkəzinə müraciət ünvanlayaraq “notarius tərəfindən miras əmlakın vərəsələr tərəfindən bölünəcəyi zamanı onun miras paya olan hüquqlarının nəzərə alınması və onun adının qardaş və bacıları tərəfindən gizlədilməsinin qarşısının alınmasını” xahiş etmişdir. Həmin evdə pasport qeydiyyatında olmaqla yaşamış, digər varis Cavabdeh1 və ailəsi onun atasının həyətində, atasının razılığı ilə tikdiyi evdə yaşayışına mane olduğundan, o, mənzilə köçmək iddia tələbi, İddiaçı isə onun mənzilə istifadə hüququnun itrilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3327/2022 saylı qətnaməsi ilə onun mənzilə istifadə hüququna xitam verilmişdir. Qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2/102/- 1312/2023 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, məlum olmuşdur ki, notariat ofisinin xx.xx.2023-cü il tarixli 476 nömrəli vərəsəlik məktubu əsasında miras ev xx.xx.2023-cü il tarixli Çıxarışla mərhum atasının adına dövlət qeydiyyatına alınandan sonra, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və bir gün sonra isə onun adına - Sumqayıt şəhəri, Kotec qəsəbəsi,12 məhəllə, ev 101-in dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2023-cü ildə Cavabdeh1 və Rəsul Rzayev arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi onu varis kimi notariat orqanına dəvət etməmişdir. Yenidən notariat orqanına müraciət etdikdə, notarius cavabdeh tərəfindən Ali Məhkəmənin onun mənzilə istifadə hüququnun itirilməsinə dair xx.xx.2023-cü il tarixli 2/102/-1312/2023 saylı Qərarının təqdim edildiyini və bu səbəbdən notariat orqanına çağrılmadığını bildirmiş və atasından miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etməyi ona tövsiyyə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2/060/-4956/2023 saylı qətnaməsi ilə onun-İddiaçı mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilərək müddətin uzadılması bərpa edilmişdir. Notariat orqanı tərəfindən ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmiş, rəsmi qaydada məktub verilərək payların düzgün müəyyən edilməsi üçün cavabdehə verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbi yenidən məhkəməyə müraciət etmək tələb olunmuşdur. Cavabdehin, onun tərəfindən tikilmiş, ona məxsus evin altındakı torpaqla X2 öyrəndikdən dərhal sonra müvəqqəti təminat tədbiri ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 16(060)-205/2023 saylı Qərardadı ilə miras əmlakın üzərinə həbs qoyulmuşdur. Qadağa qoyulmasına baxmayaraq həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Rəsul Rzayevin adına dövlət qeydiyyatına alınaraq ona xx.xx.2023-cü il tarixli dövlət reyestrindən Çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinə Cavabdeh1 qarşı 2 saylı Sumqayıt Regional “ASAN Xidmət”Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. X9 adına Çıxarış verilməsini öyrəndikdən sonra, xx.xx.2023-cü il tarixli iddianın həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X9 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra 2-ci dəfə xx.xx.2024-cü il tarixli iddianın həcminin artırılmsı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək payların müəyyən edilməsini də məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2/060/-4956/2023 saylı qətnaməsinin onun maraqlarına toxunduğunu və qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə şəxsən qətnamənin surətini almışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə, yəni 1 ay 22 gün sonra apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh tərəfindən ötürülmüş prosessual müddəti bərpa etmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-1435/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2/060/-4956/2023 saylı qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsaslanmış, həmin Qərara əsasən iş məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd etdiyi faktiki halları nəzərə almaqla hazırkı qətnamə ilə razı deyil. Məhkəmə qərəzli mövqe tutmuş, qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarını düzgün şərh etməmiş, bununla səhv nəticəyə gəlmişdir. Ümumiyyətlə, qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı təhrif edilmişdir. Belə ki, qətnamədə göstərilir ki, “məhkəmə ilk növbədə qeyd edir ki, müddətin ötürülməsinin üzürlü hesab edilməsi və müddətin uzadılmasına dair qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-1435/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi yeganə əsas aradan qalxmışdır”. Məhkəmə mənzilə istifadə hüququnun itirilməsinə dair qətnamələri sadalamaqla, həmin qətnamələrə əsasən onun vərəsəlik kimi konstision hüququnu itirməyi qənaətinə gəlmiş, hətta AR MPM-nin 82.3-cü maddəsinə və AR Konstitusiya Məhkəməsi Plenumunun “AR MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsaslanmışdır. Bununla da, hesab edir ki, qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının tələbləri pozulmuşdur. Yuxarıda göstərilən faktiki halları təhrif etməklə məhkəmənin gəldiyi nəticəyə görə “daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il qeydiyyat nömrəli **********DU32102 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır”, «Həm mübahisələndirilən sənədlər, həm də həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə aktları xx.xx.2023-cü il tarixədək qəbul edilmişdir». Bununla da məhkəmənin qənaətinə görə xx.xx.2023-cü il tarixdə miras əmlaka dair alqı – satqı müqaviləsi bağlayan cavabdeh X16 vicdanlı alıcıdır. Həm mübahisələndirilən sənədlərin, həm də həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə aktlarının xx.xx.2023-cü il tarixədək qəbul edilməsinin hesab edir ki, əhəmiyyəti yoxdur. Məhkəmə həmin qərarların payların müəyyən edilməsinə təsirini, məhkəmədə işə baxılarkən qəsdən təcili alqı-satqı müqaviləsinin bağlanması və müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadının olmasına baxmayaraq cavabdehə sənəd verilməsinə qiymət verilməli idi. Məhkəmə mülahizələrə əsaslanaraq onun cavabdehlərə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, Çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Lakin məhkəmə onun iddia tələbinin payların müəyyən edilməsi tələbinə dair hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Qabaqlayıcı tədbir kimi xx.xx.2022-ci ildə AR İN yanında ƏMDX-nin DƏDKRX-nin rəisinə, AR ƏN Notariat Baş İdarəsinin rəisi Mehman Sultanova və Sumqayıt “ASAN Xidmət” Mərkəzinin rəhbərinə rəsmi Müraciət ünvanlayaraq “notarius tərəfindən miras əmlakın vərəsələr tərəfindən bölünəcəyi zamanı onun miras paya olan hüquqlarının nəzərə alınması və onun adının qardaş və bacıları tərəfindən gizlədilməsinin qarşısının alınmasını” xahiş etmişdir. Lakin AR ƏN 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi onu varis kimi notariat orqanına dəvət etməmişdir. Məhkəmə onun vərəsə olmağına, mirasdan pay almaq hüququnun olmasına dəlalət etməli olduğu halda, mənzilə istifadə hüququnun itirilməsinə dair qərarlara istinad edərək iddianı təmin etməmiş, bununla da dövlət tərəfindən təminat verilən vərəsəlik hüququ pozulmuşdur. Mənzilə istifadə hüququnun itirilməsinə dair qətnamələrə və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1435/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına düzgün olmadan əsaslanaraq iddianı təmin etməməsi ilə məhkəmə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
22. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə qətnamələri ilə iddia tələbinin əsassız olduğu təsdiqlənmişdir. Mərhum atası xx.xx.2011-ci ildə vəfat etmiş, iddiaçı isə miras əmlakın qəbulu üçün 11 ildən sonra yəni, 2022-ci ildə müraciət etmişdir. Həmin müddət ərzində iddiaçı Sumqayıt şəhərində yaşamış, atasının vəfatını bilmiş və keçirilən yas mərasimlərində iştirak etmişdir. Həmçinin bildirir ki, hələ valideynlərinin sağlığında iddiaçıya Sumqayıt şəhərində digər bir yerdə ev sahəsi alınmış və uzun müddət orada yaşamışdır. Hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 saylı qətnaməsi maddi və prosessual hüquq normaları baxımından düzgün qəbul edilmişdir, verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması və apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
23. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
25. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
26. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi Nümayəndə birdirdi ki, o, aldığı torpaq sahəsi barədə mübahisənin olduğundan xəbərsiz olub. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
31. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh1 adına adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, həmçinin Cavabdeh1 və X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin və X9 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin uzadılmasına dair qəbul edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etdmişdir.
34. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir.
35. Məhkəmə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsas aradan qalxmışdır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir.
36. Digər tərəfindən məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi sənədlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312/2023 saylı qərarı əsasında verilmişdir. Həmin qərarla isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və dolayısı ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin qətnamə ilə məhkəmə hesab etmişdir ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmiş, həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən Cavabdeh1 mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmiş və orada ailə üzləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmişdir. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzili atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən miras əmlak kimi faktiki olaraq qəbul etdiyindən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına elə həmin tarixdən qarşılıqlı iddiaçı Cavabdeh1 gözlənilən hüququ vardır. Qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində halhazıradək qeydə alınmaması isə 20 ildən çox orada yaşayan, miras əmlak kimi həmin evi qəbul edən və fasiləsiz olaraq ona sahiblik edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz.
38. MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığını və mübahisələndirilən sənədlərin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış) həmin məhkəmə aktları əsasında verildiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən sənədlərin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən həmin sənədlərin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.
40. Eyni zamanda məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbinin təmin edilməməsi iddia tələbinin digər hissələrdə də (Cavabdeh1 və X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinin və X9 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi) təmin edilməməsinə səbəb olur.
41. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göründüyü kimi həm mübahisələndirilən sənədlər, həm də həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə aktları xx.xx.2023-cü il tarixədək qəbul edilmişdir.
42. Məhkəmə qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.