Məhkəmə qərarları › İş №2(105)-484/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-484/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-484/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq və sonra da iddia tələbinin həcmini artıraraq, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən ona məxsus 0,57 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində həmin torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat və otu yığılmaqla 5820,10 manat əldə edilmiş gəlir olaraq, ümumilikdə ona vurulmuş 343175,10 manat maddi ziyan əvəzinin, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 3000 manatın, ümumilikdə 346175,10 manat (üc yüz qirx alti min yüz yetmiş beş manat on qəpik) məbləğində pulun və ödənilmiş 636,20 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (hakim Sərxan Səmədzadə) xx.xx.2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı (nümayəndəsi Nümayəndə) tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) 25 iyul 2024-cü il tarixli 2(105)-926/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən - cavabdehdən 27960 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat olmaqla, cəmi 27810 (iyirmi yeddi min səkkiz yüz on) manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(105)-926/2024 nömrəli qətnaməsindən hər iki tərəf – İddiaçı (vəkil X17) və Cavabdeh (Vəkil) kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Zaur Əliyev (məruzəçi), Vüsalə Baxışova və Zəki Babayev) xx.xx.2024-cü il tarixli 2(102)- 3824/2024 nömrəli Qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(105)-926/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir... Kassasiya instansiyasının məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün şərh edilən qaydalara uyğun olaraq, digər vərəsələrin də işdə iştirakı məsələsi müzakirə edilməklə nəticəsi barədə müvafiq qərar qəbul olunmalı, iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanunsuz sahibliyinin hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməli, maddi tələblərin (gəlir, əldən çıxmış fayda və ya ziyanın), o cümlədən mənəvi zərərin hansı səbəbdən təmin edilən və ya edilməyən olması ümumi mülahizələrlə deyil, qanunun aidiyyəti normasının dispozisiya şərtlərinə uyğun əsaslandırılmalı, maddi tələblərdəki məbləğlərin düzgün müəyyənləşdirilməsi üçün işdəki sübutlar tərəflərin iştirakı ilə tədqiq edilərək qiymətləndirilməli, zəruri olduqda mütəxəssisin yardımından istifadə olunmalı, xüsusi bilik tələb edən sualların cavablandırılması ehtiyacı yaranarsa müvafiq ekspertizanın keçirilməsi tərəflərlə müzakirə edilməli, eyni qaydada cavabdehin iddiaya etirazlarının nədən ibarət olması dəqiqləşdirilməklə onların irəli sürülmüş tələblərin həllinə təsiri qiymətləndirilməli və işin əhəmiyyət kəsb edən digər halları üzrə araşdırma aparılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Gödəkli kəndində yerləşən ona məxsus 0,57 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində həmin torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış və otu yığılmaqla əldə edilmiş gəlir olaraq ümumilikdə ona vurulmuş 154000 manat məbləğində maddi ziyan əvəzinin, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pulun, eyni zamanda ödənilmiş 447 manat məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X4 ailə üzvləri ilə birlikdə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli, 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN-158 (kod ********) nömrəli Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha hissəsinə dair Cavabdeh saxta sənədlər əsasında JN-389 (kod ********) nömrəli Dövlət aktı almış və oğlunun mülkiyyəti olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Həmin şəxs torpaq sahəsini zəbt etmiş və qanunsuz istifadə edir. Cavabdeh 2006-cı ildən onlara məxsus torpaqdan qanunsuz istifadə etmişdir. Cavabdehin onun torpağından qanunsuz istifadəsi nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, həmin bağ sahəsində gilas ağacları vardır. Cavabdeh həmin bağın ot sahəsini də 16 ildir ki, istifadə edir. Cavabdeh 2012-2022-ci illərdə onlara məxsus bağ sahəsindən ildə 15000 manat olmaqla, son 10 il müddətinə təxminən 150000 manata yaxın gilasdan gəlir götürmüşdür. Həmçinin həmin bağ sahəsindən ildə iki dəfə olmaqla hər il 100 ot presi biçməklə 10 ilə 1000 ot presi biçmiş, hər presin də qiyməti 4 manat olmaqla, cəmi 4000 manat otdan da gəlir əldə etmişdir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdeh daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Torpaq sahəsinə dair cavabdehin adına olan çıxarışın ləğv olunmasına baxmayaraq, həmin şəxs oradan istifadəni davam etdirir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır. Cavabdehin özbaşınalığı davam edir. Halbuki, bütün məhkəmə instansiyalarında bu mübahisələrə 6 ildir ki baxılmış və xeyrinə qərarlar qəbul edilmişdir, lakin bu şəxs dövləti saymayaraq qərarı icra etmir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən onlara məxsus bağ sahəsindən qanunsuz istifadə nəticəsində son on il ərzində dəymiş ziyan onlara ödənilməlidir. Həmçinin 2017-ci ildən indiyədək cavabdeh tərəfindən torpağın qaytarılmaması üçün lüzumsuz və əsassız vermiş olduğu iddialar və ərizələr nəticəsində məhkəmələrin yollarında keçirdiyi mənəvi əzab-əziyyətə görə ona dəymiş mənəvi zərər ödənilməlidir. İddiaçı iddia tələbinin həcmini artıraraq, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən ona məxsus 0,57 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində həmin torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat və otu yığılmaqla 5820,10 manat əldə edilmiş gəlir olaraq, ümumilikdə ona vurulmuş 343175,10 manat maddi ziyan əvəzinin, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 3000 manatın, ümumilikdə 346175,10 manat (üc yüz qirx alti min yüz yetmiş beş manat on qəpik) məbləğində pulun və ödənilmiş 636,20 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı mülkiyyətində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,57 ha gilas bağının olmasını təsdiq edən heç bir sənədin olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 77.1 və 78.1-ci maddələrinə istinad etmişdir. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əsassız olaraq iddia tələbinə baxılması uzadılmış, süründürməçilik edilmiş, sonra tərəflərin iştirakı olmadan icraat təzələnərək məhkəmə hazırlıq iclasına təyin olunub baxılmalı olduğu halda birbaşa baxış iclasına çıxarılmış və yenə də süründürməçilik edilmiş, sonda da qərəzli olaraq ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, oğlu X4 ailə üzvləri ilə birlikdə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN-158 (kod ********) nömrəli Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə dair Cavabdeh saxta sənədlər əsasında JN-389 (kod ********) nömrəli Dövlət aktı almış və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Həmin şəxs torpaq sahəsini zəbt etmiş və qanunsuz istifadə etmişdir. Cavabdeh 2006-ci ildən onlara məxsus torpaqdan qanunsuz istifadə etmişdir. Cavabdehin torpaqdan qanunsuz istifadəsi nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, həmin bağ sahəsində gilas ağacları vardır. Cavabdeh həmin bağın ot sahəsini də 16 ildir istifadə edir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq cavabdeh daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Cavabdehin adına olan torpaq sahəsinə dair cıxarışın ləğv olunmasına baxmayaraq, həmin şəxs torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır, hər dəfə də onu hədəliyir. Halbuki, bütün məhkəmə instansiyalarında bu mübahisələrə 6 ildir ki baxılmış, onun xeyrinə qərarlar qəbul olunmuşdur, lakin bu şəxs dövləti saymayaraq, qərarı icra etməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onlara məxsus bağ sahəsindən qanunsuz istifadə nəticəsində son on il ərzində dəymiş ziyan ödənilməlidir. Həmçinin 2017-ci ildən indiyədək cavabdeh tərəfindən torpağın qaytarılmaması üçün lüzumsuz və əsassız olaraq verilmiş iddialar və ərizələr nəticəsində yaşlı olaraq, məhkəmələrin yollarında kecirdiyi mənəvi əziyyətə, çəkdiyi əzaba görə dəymiş mənəvi zərər ödənilməlidir. Tərəfindən "xxxx" MMC-yə bioloji gəlirin qiymətləndirilməsi barədə müraciət olunaraq, 09 fevral 2023-cü il tarixli mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən 10 il ərzində Cavabdeh tərəfindən 0.57 ha torpaq sahəsindən qanunsuz istifadə nəticəsində əldə olunmuş gəlir həmin torpaq sahəsində əkilmiş gilas ağaclarından 337.355 manat və otu yığılmaqla 5820.10 qəpik müəyyən olunmuşdur. Məhkəmə qanunvericiliyin maddələrini sadalamiş, iddia tələbinin rədd edilməsi üçün heç bir dəlil göstərməmiş və hec bir əsaslandırma aparmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş sübutları (Dövlət aktı, icra vərəqəsi və s.) torpaq sahəsinin onlara məxsus olduğunu təsdiq edən sənədlər hesab etməmişdir. Maraqlıdır, onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi barədə çıxarılmış məhkəmə qərarını da məhkəmə öz mövqeyi ilə şübhə altına almışdır. Halbuki, məhkəmə həmin torpaq sahəsinin qaytarılması ilə bağlı yüzlərlə məhkəmə mübahisələrinə baxmışdır. Həmçinin icra məmuru tərəfindən akt əsasında torpağın koordinatları göstərilməklə verdiyi sənədi də hüquqi sənəd hesab etməmişdir. Məhkəməyə təqdim etdiyi çoxsaylı sübutlarin niyə qəbul edilmədiyi qətnamədə əsaslandırılmamışdır. Cavabdeh saxta sənədlər əsasında Qusar Rayon Məhkəməsinin adından qətnamə hazırladıb onların torpağını mənimsəmişdir. 31 yanvar 2024-cü il tarixdə icra məmuru Vidadi Dadaşov, Faqil Adigözəlov və şahidlərin iştirakı ilə uzun illər icrasız qalan icra vərəqəsi icra olunmuş, mülkiyyət hüququ ilə onlara məxsus olan 0.57 ha torpaq sahəsinin koordinatları göstərilməklə torpaq sahəsi şahidlərin iştirakı ilə aktla təhvil verilmişdir. Bundan sonra borclu tərəf yenə də maneə yaratmaq və həmişəki kimi süni yollarla işi uzatmaq üçün icra məmurunun aktından və hərəkətlərindən məhkəməyə şikayət vermiş və Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə şikayəti təmin olunmamışdır. Borclu şəxs məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat məbləğində cərimə edilməsinə baxmayaraq özbaşına əməllərindən əl çəkməmişdir. Bundan sonra borclu şəxs yenidən maneələr yaratdığı üçün barəsində inzibati protokol tərtib olunmuş və Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərari ilə İXM-in 528.1-2-ci maddəsi ilə təkrar inzibati məsuliyyətə cəlb olunmuşdur. 31 yanvar 2024-cü il tarixdə də borclu şəxs icra məmuru tərəfindən İcra Şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş və borclu şəxs barəsində icra məmuru tərəfindən məcburi gətirilmə qərarı qəbul olunmuşdur. Qeyd edir ki, uzun illər icra olunmayıb qalan icra işi hal-hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin nəzarətindədir. Məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə düzgün qiymət verilməməsi, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin qərarın ədalətli olmasını şübhə altına alır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli qətnaməsinə və icra vərəqəsinə əsasən həmin 0.57 ha torpaq sahəsinin X19 ogluna mulkiyyət hüququ ilə məxsus olması öz təsdiqini tapmışdır. Xaçmaz Rayon Məhkəməsi iddialarını qərəzli olaraq təmin etməmiş və daim Cavabdeh mənafeyinə uyğun qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən isə qanunsuz qərarlar dəfələrlə ləğv edilmişdir. Məhkəməyə uzun illər torpağından qanunsuz istifadə etmiş və onları ziyana salmış şəxsə qarşı əsaslı maddi və mənəvi ziyan tələbi barədə iddia versə də, həmin iddia tələbi prosessual pozuntu ilə 1 ildən çox əsassız uzadılaraq hüququ pozulmuş və sonda da məhkəmə Cavabdeh xeyrinə qanunsuz qərar qəbul edib onun iddia tələbini təmin etməmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi mübahisəli 0,57 ha torpaq sahəsinə dair icra işi üzrə mərhum Rəşid Daşdəmirovun beş nəfər hüquqi varisini tələbkar kimi tanımışdır. Digər hüquqi varislər Cavabdeh həmin torpaq sahəsinə dair istifadə və sərəncam vermək hüququ ilə bağlı etibarnamə vermişdir. Cavabdeh icra sənədinin könüllü icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinin bölgüsü üzrə 2020-ci ildə tərtib olunmuş akta əsasən könüllü olaraq torpaq sahəsini təhvil verməyə razılıq versə də, həmin torpaq sahəsinə dair koordinatlar və coğrafi mövqe müəyyən olunmadığından tələbkarlardan biri - hazırkı iddiaçı torpaq sahəsini təhvil almaqdan imtina etmişdir (həmin aktı əlavə edir). Bundan sonra dəfələrlə icra prosesi təyin olunsa da, mübahisəli torpaq sahəsinin koordinatları müəyyən olunmadığından icra sənədi bir neçə dəfə icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, icra sənədinin icra olunmamasına səbəb Cavabdeh olmamışdır. Yəni Cavabdeh icra sənədini icra edən orqan deyil. Buna görə də baxılan işdə onun cavabdeh olması absurddur. Cavabdeh həmin icra sənədinin icrasında maraqlı olsa da, Xaçmaz rayon icra şöbəsi mübahisəli torpaq sahəsinə dair koordinatları müəyyən edə bilmədiyi üçün icra sənədi icra olunmamışdır. Həmçinin bildirir ki, iddiaçı Xaçmaz rayon polis şöbəsinə torpaq sahəsinin zəbt olunması ilə bağlı şikayət vermiş, lakin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət versə də, həmin qərar qüvvədə qalmış və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, istər araşdırılan mülki işlərdə, istərsə də istintaq orqanlarında araşdırılan materiallarında Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin zəbt olunması ilə bağlı heç bir fakt müəyyən edilməmişdir. İddiaçı özünə tam mülkiyyət hüququ ilə məxsus olmayan torpaq sahəsinə dair dəymiş zərərin əvəzini tələb edir. Göstərilənlərə əsasən müəyyən olunur ki, iddia əsassızdır və təmin edilməməlidir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Ali Məhkəmənin hüquqi mövqeləri nəzərə alınmaqla şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Torpağa mülkiyyət hüququna dair JN-158 (kod 3020428) saylı Dövlət aktına əsasən Daştəmirov Rəşid Balasoltan oğlu və ailə üzvləri olan X5 (arvadı), X12, X18 və X13 Xaçmaz rayonu, Gödəkli kəndində 2,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2000-ci ildə Daştəmirov Rəşid Balasoltan oğlu ilə arvadı Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı arasında nikah pozulmuş, onların birgə nikahından doğulmuş 2 qız uşaqları – X12 və X18 ananın (X6), 1 oğlan uşağı – X21 isə atanın (Daştəmirov Rəşid Balasoltan oğlunun) yanında qalmışdır. Bununla əlaqədar onlara məxsus 2,87 ha torpaq sahəsi də müvafiq nisbətdə 2 hissəyə bölünmüşdür; Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə JN-158 (kod 3020428) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində Daştəmirov Rəşid Balasoltan oğlu və ailə üzvlərinə verilmiş 2,87 ha birgə pay torpağında hər birinin payı 0,57 ha ölçüdə müəyyən olunmaqla, X14 və onun yanında qalan uşaqları X12 və X9 birgə mülkiyyətə 1,71 ha, Daştəmirov Rəşid Balasoltan oğlu və onun yanında qalan uşağı X13 birgə mülkiyyətə 1,16 ha torpaq sahəsi ayrılmışdır; həmin qətnamə payları bərabər torpaq mülkiyyətçiləri kimi X14 və onun yetkinlik yaşına çatmamış uşaqları X12 və X8 adlarına 1,71 ha pay torpaq sahəsinə, həmçinin payları bərabər torpaq mülkiyyətçiləri kimi Daştəmirov Rəşid Balasoltan oğlu və onun yanında qalan yetkinlik yaşına çatmamış uşağı X10 adlarına 1,16 ha pay torpaq sahəsinə mülkiyyət hüququna dair yeni Dövlət aktlarının verilməsi üçün əsas hesab edilmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi faktiki olaraq icra edilməmiş, həmin qətnamə üzrə tərəflər öz paylarına düşən torpaq sahəsini naturada ayırmamış, eləcə də ayrı-ayrılıqda öz torpaq sahələrinə aid hüquq müəyyənedici sənədlər almamışlar. Xatirə Babayeva isə həmin dövrdə (2006-cı ildə) torpaq sahəsini satmaq istəmişdir. Hazırkı iş üzrə Cavabdeh sözügedən 2,87 ha torpaq sahəsini 10000 ABŞ dollarına almaq barədə Xatirə Babayeva ilə razılığa gəlmişlər. Lakin Rəşid Daştəmirov öz payına düşən 0,57 ha torpaq sahəsinin satılmasına razı olmamış, qalan torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Beləliklə də, torpaq sahəsinin 2,30 ha hissəsi Cavabdeh verilmiş, 0,57 ha hissəsi isə Rəşid Daştəmirovda qalmışdır. Tərəflər arasında alqı-satqı əqdi müvafiq qaydada sənədləşdirilməmiş, Xatirə Babayeva şifahi razılaşma ilə satılan 2,30 ha torpaq sahəsi barəsində Cavabdeh sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi üçün etibarnamə və Torpağa mülkiyyət hüququna dair JN-158 (kod 3020428) saylı Dövlət aktını vermişdir. Sonradan Cavabdeh məhkəmə qətnaməsi əsasında həmin 2,30 ha torpaq sahəsi üçün öz adına Torpağa mülkiyyət hüququna dair JN-0389 (kod ********) saylı Dövlət aktı əldə etmişdir. Cavabdeh 2006-2007-ci illərdə sözügedən torpaq sahəsində gilas ağacları əkmiş, onlara qulluq edib becərmişdir. Rəşid Daştəmirova saxlanılan 0,57 ha torpaq sahəsi 21 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə yetkinlik yaşına çatmamış X10 mülkiyyət payı kimi qanuni nümayəndəsi (anası) X14 tərəfindən X1. Cavabdeh həmin torpaq sahəsini də 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 arvadı X7 adına almışdır. Rəşid Daştəmirov 2017-ci ilin ortalarında Cavabdeh özünə məxsus 0,57 ha torpaq sahəsini tələb etməyə başlamış və bununla əlaqədar məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi ilə Rəşid Daştəmirovun iddiası təmin edilmiş, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Rəşid Daştəmirova məxsus olan 0,57 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq özünə verilməsi, Rəşid Daştəmirovun həmin torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə vəfat etmiş, sağlığında 14 sentyabr 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən mülkiyyətində olan bütün əmlakları, o cümlədən mübahisəli 0,57 ha torpaq sahəsini atası İddiaçı (hazırkı iş üzrə iddiaçı) vəsiyyət etmişdir. Rəşid Daştəmirovun ölümü ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinin icrasına dair icra işi üzrə icra məmurunun 04 avqust 2020-ci il tarixli qərarı ilə tələbkar Daştəmirov Rəşid Balasoltan oğlu hüquqi varisləri – anası Mariya Daştəmirova və atası Balasoltan Daşdəmirovla, həmçinin icra məmurunun 21 noyabr 2023-cü il tarixli qərarı ilə övladları X12, X18 və X21 ilə əvəz edilmişdir. 31 yanvar 2024-cü il tarixdə icra məmurları Vidadi Dadaşov, Faqil Adıgözəlov və şahidlərin iştirakı ilə tərtib olunmuş akta əsasən, mülkiyyət hüququ ilə mərhum Rəşid Daştəmirovun vərəsələrinə məxsus olan 0.57 ha torpaq sahəsinin koordinatları yerində göstərilməklə torpaq sahəsi Balasoltan Daşdəmirova təhvil verilmiş, bununla da Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası yekunlaşmışdır. Balasoltan Daşdəmirov mübahisəli 0,57 ha torpaq sahəsindən Cavabdeh uzun illər (2012-2022-ci illər ərzində) qanunsuz istifadə etməsinə və oradan gəlir əldə etməsinə, məhkəmə qətnaməsinin olmasına baxmayaraq yenə də həmin torpağı qaytarmaq istəməməsinə və buna görə müxtəlif maneələr yaratmasına istinad edərək ondan vurulmuş maddi və mənəvi zərər əvəzinin tələbinə dair hazırkı iddianı qaldırmışdır. İddia birinci instansiya məhkəməsi tərəfindən təmin olunmasa da, əvvəlki apellyasiya baxışının nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2(105)-926/2024 nömrəli qətnamə ilə iddia qismən - cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 27960 manat məbləğin alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini hesab edərək, xx.xx.2024-cü il tarixli 2(102)-3824/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-926/2024 nömrəli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 3824/2024 nömrəli qərarında qeyd edilmişdir ki, məlum olduğu kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana məxsus olmuş əmlak aktivindəki ayrı-ayrı dəyərlər (əşyalar, hüquqlar və s.) mirasın bölüşdürülməsi ilə vərəsələrin fərdi mülkiyyətinə keçənədək qanunda miras əmlakın xüsusi bir rejimi nəzərdə tutulur – miras şərikliyi. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu baxımdan mirasın aktivi və passivi miras şərikliyinin predmeti hesab olunur. Belə olan halda, sözügedən iddia tələbləri üzrə adları çəkilən vərəsələrin hər biri Rəşid Daştəmirovun ölməsi ilə açılan miras şərikliyinin iştirakçısı, vahid əmlaka daxil olan maddi tələblərin birgə kreditorları olmuşlar. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi qeyd edir ki, Rəşid Daştəmirovdan miras qalmış əmlakdan, eləcə də onun ölümündən sonra vərəsələrin ümumi birgə mülkiyyəti sayılan əşyadan qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu gəlirlərin, eləcə də zərərin əvəzinin ödənilməsi tələbləri üzrə vərəsələr birgə kreditorlar olduqları halda, İddiaçı savayı digər vərəsələrin işdə birgə iddiaçı və ya üçüncü şəxs kimi iştiraklarının təmin edilməsi müzakirə və həll olunmamış, miras şəriki və ümumi mülkiyyətçi kimi onların irəli sürülmüş tələblərə münasibəti öyrənilməmişdir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-cü maddəsinə görə, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1301-ci maddəsinə əsasən: (1301.1) Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; (1301.2) Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər; (1301.3) Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Ali Məhkəmənin qeyd edilən hüquqi mövqeyinə və göstərişinə müvafiq olaraq işə yenidən baxan apellyasiya kollegiyası tərəfindən mərhum Rəşid Daştəmirovun atası İddiaçı başqa digər vərəsələri – anası Mariya Daştəmirova, övladları Gülnar Daşdəmirova, Sevda Daşdəmirova (Məmmədova) və Camal Daşdəmirov hazırkı apellyasiya icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Onlar apellyasiya baxışında iştirak etməyə lazımi qaydada dəvət olunsalar da, lakin məhkəmə iclasına gəlməmiş və mərhum Rəşid Daştəmirovdan onlar üçün miras qalmış 0,57 ha torpaq sahəsi zəminində vərəsə İddiaçı tərəfindən qaldırılmış iddiaya şəxsən münasibət bildirməmişlər. Bununla belə, məhkəmə kollegiyası digər vərəsələrin İddiaçı tərəfindən qaldırılmış iddiaya mümkün münasibətlərini işin faktiki halları baxımından dəyərləndirmişdir. Belə ki, İddiaçı nümayəndəsi (qızı) Nümayəndə həm də vərəsə (mərhumun anası) Mariya Arsenyevna Daştəmirovanın etibarnamə üzrə nümayəndəsidir. Apellyasiya baxışı iclasında Nümayəndə anası Mariya Daştəmirovanın da iddiaçının tələblərini müdafiə etdiyini və Cavabdeh vurulmuş maddi zərərin əvəzini öz miras payına uyğun nisbətdə tələb etdiyini bildirmişdir. Əvvəlki apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş X16 vəkilinümayəndəsi X24 bildirmişdir ki, təmsil etdiyi şəxs torpaq payı mübahisələndirilən Rəşid Daştəmirovun qızıdır. 2006-cı ildə Rəşid Daştəmirov və onun ailə üzvləri tərəfindən mübahisəli torpaq sahəsində olan payları Cavabdeh alqı-satqı edilərək notariat ofisində olmamaq şərtilə satılmışdır. Bundan sonra Cavabdeh həmin torpaq sahəsində ağaclar əkməyə başlamış, illər ərzində onları becərmiş, qulluq etmişdir. Cavabdeh həmin torpaq sahəsini alana qədər orada heç bir ağac olmamışdır. Rəşid Daştəmirovun 5 vərəsəsi var. Sevda Məmmədovanın vərəsə kimi Cavabdeh qarşı hər hansı tələbi yoxdur. Bu məsələnin İddiaçı aidiyyəti yoxdur. Torpaq sahəsi Cavabdeh satılmışdır. Hesab edir ki, iddia əsassızdır. X2 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi N.Xasayevin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında istinad edilmiş izahatında göstərmişdir ki, anası Xatirə özünün, onun, bacısı Sevdanın və qardaşı Camalın ümumilikdə 2,30 ha olan pay torpaqlarını 2006-cı ildə Cavabdeh satmışdır. O həmçinin şəxsən şahiddir ki, atası Rəşid də özünə aid olan 0,57 ha torpaq sahəsini İmrana satıb pulunu almışdır. Bibisi Sevil və babası Balasoltan uzun müddət çalışmışlar ki, həmin 0,57 ha torpaq sahəsini İmranın əlindən alsınlar. Mərhum atası babasına vəsiyyətnamə vermiş olsa da, lakin o, bacısı Sevda, qardaşı Camal və nənəsi Mariya da atasının vərəsəsidirlər və mübahisəli 0,57 ha torpaq sahəsində onların miras payları var. O öz payına düşən torpaq sahəsini nə edəcəyinə gələcəkdə özü qərar verəcək. Bibisi Sevilin və babası Balasoltanın özlərini atası Rəşidin hüquqi varisi hesab etmələrinə etiraz edirlər. İş materiallarına əlavə edilmiş 2019-cu ilin 26 oktyabr, 2 noyabr və 8 noyabr tarixli etibarnamələrdən görünür ki, həmin etibarnamələr X23, X12, birlikdə X14 və X21 tərəfindən Cavabdeh 5 il müddətinə verilmişdir. Gülnar Daşdəmirova tərəfindən verilmiş etibarnamə ona məxsus pay torpağına, digərləri tərəfindən verilmiş etibarnamələr onlara məxsus bütün əmlaka aiddir. Cavabdeh həmin əmlaklar barəsində müxtəlif əqdlər bağlamağa, sərəncamlar verməyə və sənədləşmələr aparmağa səlahiyyət verilmişdir. İstinad edilən izahatlar və etibarnamələr (onların qüvvədə olma müddəti bitmiş olsa da) belə nəticəyə gəlməyə əsas verir ki, mərhum Rəşid Daştəmirovun övladlarının miras torpaq sahəsi ilə bağlı mövqeləri iddiaçıdan fərqlidir. Onlar həmin torpaq sahəsinin Cavabdeh tələb edilməsinin əleyhinədirlər və torpaqla bağlı sonuncudan heç bir tələbləri yoxdur. Hesab edirlər ki, valideynləri tərəfindən mübahisəli torpaq sahəsi vaxtilə Cavabdeh satılmışdır. Göründüyü kimi, mərhum Rəşid Daştəmirovun vərəsələrindən təkcə atası İddiaçı və anası Mariya Daştəmirovanın miras torpaq sahəsi zəminində yaranmış mübahisə üzrə mənafeləri eynidir. Digər vərəsələr isə İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın təmin olunmasını istəmirlər. Hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 3824/2024 nömrəli qərarının hüquqi mövqeləri və göstərişləri kontekstində işə apellyasiya icraatında yenidən baxan məhkəmə kollegiyasının müəyyən etməli olduğu digər məsələ Cavabdeh mübahisəli 0,57 ha torpaq sahəsinə qanunsuz sahibliyinin vicdanlı olubolmaması və bunun hansı müddətdə olmasıdır. Bununla əlaqədar Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, iddiada yer alan maddi tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci və 1092.1-ci maddələri, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası kimi həmin Məcəllənin 1097.1-ci maddəsi nəzərdən keçirilə bilər. İstinad olunan maddələrə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir... Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir... Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Məhkəmə tərkibi vurğulayır ki, bir şəxsin başqasının əşyasına qanunsuz sahiblik etməsi hüquq pozuntusudur. Ona görə də qanunverici Mülki Məcəllənin 157-ci maddəsində pozuntunun aradan qaldırılması üçün əşyanın geri qaytarılmasını təsbit etməklə yanaşı, qanunsuz sahiblik dövründə hüquq sahibi olan mülkiyyətçinin məhrum olduğu gəlir, bəhər və digər zərərlərin qanunsuz sahib tərəfindən ödənilməsini də nəzərdə tutmuşdur. Lakin bu məsələdə həmin tələblərin həcmi qanunsuz vicdanlı sahiblə qanunsuz vicdansız sahibə münasibətdə fərqli müəyyən edilmişdir. Əgər şəxs əşya üzərindəki hakimiyyətinin qanunsuz olduğunu bilmirsə və bilməli deyilsə, o, vicdanlı sahib hesab edilir. Bununla belə, şəxs əşyaya sahibliyinin qanunsuz olduğunu bildiyi, yaxud bilməli olduğu və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan vicdansız sahib sayılır. Qanunsuz vicdanlı sahib yalnız faktiki hakimiyyəti altında olan əşyanı geri qaytarmağa borcludur. İddia tələbi irəli sürüldüyü məqamda sahibliyində olduğu sübuta yetirilən və əsassız varlanma təşkil edən bəhərlər istisna olmaqla, o, digər gəlirlərin, əldən çıxmış faydanın və ya başqa zərərin əvəzini ödəməyə borclu deyil. Qanunsuz vicdansız sahib isə əşyanı geri qaytarmaqla yanaşı, əmlakın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmalı və ya əvəzini verməli, əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəməlidir. İşin faktiki hallarından görünür ki, Rəşid Daştəmirov özünə məxsus 0,57 ha torpaq sahəsinin qaytarılmasını mübahisələndirdiyi vaxtadək Cavabdeh özünü həmin torpaq sahəsinin qanuni sahibi hesab etmişdir. Belə ki, 2006-cı ildə Xatirə Babayeva ailəyə məxsus 2,87 ha torpaq sahəsinin özünün və uşaqlarının (cəmi 4 nəfərin) payına düşən 2,30 ha hissəsini Cavabdeh satmış, Rəşid Daştəmirovun payı (0,57 ha) öz ixtiyarında qalmış, Cavabdeh 2,30 ha torpaq sahəsi üçün öz adına Dövlət aktı da əldə etmişdir. Rəşid Daştəmirov isə öz torpaq sahəsini ümumi sahədən ayırmamış və faktiki olaraq ona sahiblik etməmişdir. Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi N.Xasayevin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında istinad edilmiş Rəşid Daştəmirovun qardaşı Yaşar Daşdəmirovun və qızı Gülnar Daşdəmirovanın izahatlarından görünür ki, əslində Rəşid Daştəmirov da öz torpaq payını Cavabdeh satmış, lakin alqı-satqını sənədləşdirməkdən boyun qaçırmışdır. Xatirə Babayeva əlavə olaraq 21 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə Məhəd Müslümova 0,57 ha torpaq sahəsi satmışdır ki, bu torpaq sahəsi yetkinlik yaşına çatmamış Camal Daşdəmirovun payı kimi satılsa da, lakin Camal Daşdəmirovun payı daha əvvəllər (2006cı ildə) artıq satılmışdı, satılmayan isə Rəşid Daştəmirova aid 0,57 ha torpaq sahəsi olmuşdur. Ağlabatan nəticə budur ki, Xatirə Babayeva 21 oktyabr 2013-cü il tarixli alqısatqı müqaviləsi ilə Məhəd Müslümova əslində Rəşid Daştəmirovun 0,57 ha torpaq sahəsini satmışdır. Bu torpaq sahəsini də Cavabdeh 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Məhəd Müslümovdan arvadı Səfurə Bahadırovanın adına almışdır. Sonradan Xaçmaz Rayon Məhkəməsinin 3 sentyabr 2018-ci il tarixli, 2(067)-1985/2018 nömrəli qətnaməsi ilə Cavabdeh adına verilmiş JN-0389 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı və həmin akt əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmişdir. Buna baxmayaraq, Xatirə Babayeva, övladları Sevda Məmmədova, Gülnar Daşdəmirova və Camal Daşdəmirov 2019-cu ildə Cavabdeh etibarnamə verməklə özlərinə məxsus 2,30 ha torpaq sahəsini yenə də sonuncunun sahiblik, sərəncam və istifadəsində saxlamışlar. Göründüyü kimi, qeyd edilən vəziyyətdə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi qəbul edilənədək özünü mübahisəli torpaq sahəsinin qanuni və vicdanlı sahibi hesab etməsi əsaslı olmuşdur. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; (1092.1.1) Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Qeyd edildiyi kimi, Rəşid Daştəmirov 2017-ci ilin ortalarında Cavabdeh özünə məxsus 0,57 ha torpaq sahəsini tələb etməyə başlamış və bununla əlaqədar məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)- 4435/2017 nömrəli qətnaməsi ilə Rəşid Daştəmirovun iddiası təmin edilmiş, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Rəşid Daştəmirova məxsus olan 0,57 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq özünə verilməsi, Rəşid Daştəmirovun həmin torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən məlum olur ki, Cavabdeh məhkəmə icraatında iştirak etməmiş və izahatına görə o, həmin icraatdan xəbərsiz olmuş, qətnamə qəbul ediləndən bir müddət sonra bu barədə məlumat əldə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(105)-81/2019 nömrəli qətnaməsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)- 4435/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin 157.5-ci maddəsinin mənasına görə, şəxs əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan vicdansız sahib sayılır. Konkret halda Cavabdeh əmlakın qaytarılmasına dair mülkiyyətçinin (Rəşid Daştəmirovun) iddiası üzrə məhkəmə bildirişlərini almadığına (bunun əksini təsdiqləyən sübutlar olmadığına) görə onun mübahisəli əmlaka (0,57 ha torpaq sahəsinə) vicdansız sahibliyinin vaxtı əmlakın qaytarılması barədə məhkəmə qətnaməsinin qəbul olunduğu və cavabdehin həmin qətnamədən məlumatlı olduğu (onu mübahisələndirməyə başladığı) vaxtdan, yəni 2017-ci ilin noyabrından götürülməlidir. Beləliklə, şərh edilənlərdən və iş materiallarından müəyyən olunur ki, İddiaçı oğlu (xx.xx.2018-ci ildə vəfat etmiş) Rəşid Daştəmirovun mülkiyyətinə aid 0,57 ha torpaq sahəsi 2017-ci ilin noyabrınadək Cavabdeh qanunsuz, lakin vicdanlı sahibliyində olmuş, 2017-ci ilin ortalarından Rəşid Daştəmirov həmin torpaq sahəsinin özünə qaytarılmasını mübahisələndirməyə başlamış və buna görə məhkəmədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mübahisəli torpaq sahəsinin cavabdehdən alınıb mülkiyyətçisinə (iddiaçı Rəşid Daştəmirova) verilməsi (qaytarılması) qət edilmişdir. Cavabdeh həmin torpaq sahəsində 2006-2007-ci illərdə müxtəlif növ gilas ağacları əkmiş, onlara illərlə qulluq edib becərmişdir. Sözügedən torpaq sahəsində 2024-cü ilin may ayınadək, yəni kəsilənədək təxminən 80 ədəd gilas ağacı olmuşdur. Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin onun qanunsuz sahibliyində olduğunun müəyyən edildiyini bildiyi vaxtdan həmin torpaq sahəsini mülkiyyətçisinə (Rəşid Daştəmirova) qaytarıb verməli, bununla da qanunsuz vicdanlı sahib kimi davranmalı idi. Əks təqdirdə, həmin vaxtdan sonra cavabdehin sözügedən torpaq sahəsi üzərində davam edən hakimiyyəti qanunsuz vicdansız sahibliyə çevrilmiş olur. Belə olan halda isə o, torpaq sahəsini geri qaytarmaqla yanaşı, həmin torpaq sahəsinin onda olmasının (qalmasının) davam etdiyi vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini vermək, habelə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəmək öhdəliyi daşıyır. İşdən görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinin icrasından yayınmış və həmin qətnaməyə əsasən qaytarmalı olduğu torpaq sahəsinin yerini əsassız mübahisələndirməklə qətnamənin icrasını süni şəkildə yubandırmış, nəticədə qətnamənin icrası, yəni torpaq sahəsinin ondan alınıb mərhum iddiaçının hüquqi varisinə (İddiaçı) təhvil verilməsi 2024cü ilin yanvarında mümkün olmuşdur. Bu müddətdə Cavabdeh barəsində icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədinin icrasına maneçilik törətdiyinə görə 2 dəfə məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi N.Xasayevin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, mübahisəli torpaq sahəsində olan gilas ağacları 19 may 2024-cü il tarixdə cavabdeh tərəfindən kəsilmişdir ki, iddiaçının şikayəti əsasında polis orqanında bununla bağlı araşdırma aparılmışdır. Cavabdeh polisdə verdiyi izahatında gilas ağacları yaşlandığı, müxtəlif xəstəliklər tutuduğu və daha müasir ağaclar əkilməsi məqsədəuyğun olduğu üçün onları kəsdiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə görünür ki, kəsilmiş ağaclar üzərində yetişməsinə az qalmış meyvəsi olan ağaclar olmuşdur. Bu isə cavabdehin ağacları kəsməsinin məhz həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar olmasına dəlalət edir. Ona görə də Cavabdeh qarşı mübahisəli torpaq sahəsinin onun qanunsuz istifadəsində olması ilə bağlı mülkiyyətçiyə (onun vərəsələrinə) dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair hazırkı iddia irəli sürülmüşdür. İddiaçı 2012-2022-ci ilər ərzində cavabdehin mübahisəli torpaq sahəsində olan əkinlərdən (gilas ağacları və təbii ot) götürdüyü və ya götürməli olduğu məhsula münasibətdə maddi zərəri (itirilmiş gəlirləri) hesaba almışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisəli torpaq sahəsi üzərində qanunsuz vicdansız sahibliyinin vaxtı 2017-ci ilin noyabrından götürülməlidir. Belə olan halda iddiaçıya onun mülkiyyəti sayılan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması (qalması) ilə bağlı dəymiş zərər 2018-2022-ci illəri əhatə edən dövr üçün hesablanmalıdır. Zərərin hesablanması ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC-nin “bioloji aktivlərin gəlirinin qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin mütəxəssis rəyindən görünür ki: - Mübahisəli ərazidə 80 ədəd gilas ağacı olmaqla, həmin ağclardan 65-i “aznevi” sortu, 10-u “krım” sortu, 5-i isə “napoleon” sortu olmaqla ağaclardan əldə olunan məhsulun çəkisi “aznevi” sortu üzrə 65 ağacdan 2012-ci ildə 6500 kq, 2013-cü ildə 6500 kq, 2014-cü ildə 7800 kq, 2015-ci ildə 9750 kq, 2016-cı ildə 11050 kq, 2017-ci ildə 11050 kq, 2018-ci ildə 11700 kq, 2019-cu ildə 11700 kq, 2020-ci ildə 13000 kq, 2021-ci ildə 13000 kq, 2022ci ildə 13000 kq, “napoleon” sortu üzrə 5 ağacdan 2012-ci ildə 250 kq, 2013-cü ildə 250 kq, 2014-cü ildə 250 kq, 2015-ci ildə 300 kq, 2016-cı ildə 300 kq, 2017-ci ildə 350 kq, 2018-ci ildə 350 kq, 2019-cu ildə 400 kq, 2020-ci ildə 400 kq, 2021-ci ildə 400 kq, 2022-ci ildə 450 kq, “krım” sortu üzrə 10 ağacdan 2012-ci ildə 750 kq, 2013-cü ildə 800 kq, 2014cü ildə 900 kq, 2015-ci ildə 1000 kq, 2016-cı ildə 1200 kq, 2017-ci ildə 1500 kq, 2018-ci ildə 1800 kq, 2019-cu ildə 2000 kq, 2020-ci ildə 2000 kq, 2021-ci ildə 2000 kq, 2022-ci ildə 2000 kq məhsul əldə edilmişdir. Ümumilikdə ağaclardan əldə edilmiş gəlirin məbləği 2012ci ildə 12600 manat, 2013-cü ildə 14250 manat, 2014-cü ildə 18045 manat, 2015-ci ildə 22390 manat, 2016-cı ildə 28010 manat, 2017-ci ildə 30085 manat, 2018-ci ildə 31450 manat, 2019-cu ildə 32140 manat, 2020-ci ildə 44000 manat, 2021-ci ildə 44000 manat, 2022-ci ildə 59585 manat müəyyən edilir; - “Aznevi” sortu gilasın 1 kq-nın orta bazar qiyməti – 2018-ci ildə 2,2 manat, 2019cu ildə 2,2 manat, 2020-ci ildə 3 manat, 2021-ci ildə 3 manat, 2022-ci ildə isə 4 manat təşkil etmişdir; - “Krım” sortu gilasın 1 kq-nın orta bazar qiyməti – 2018-ci ildə 2,2 manat, 2019-cu ildə 2,2 manat, 2020-ci ildə 1,5 manat, 2021-ci ildə 2 manat, 2022-ci ildə isə 2,6 manat təşkil etmişdir; - “Napoleon” sortu gilasın 1 kiloqramının orta bazar qiyməti – 2018-ci ildə 5 manat, 2019-cu ildə 5 manat, 2020-ci ildə 5 manat, 2021-ci ildə 4,5 manat, 2022-ci ildə isə 5,3 manat təşkil etmişdir; - Ot biçimindən illik 143 ədəd ot bağlaması əldə edilir və əldə edilmiş gəlir 2012-ci ildə 400,40 manat, 2013-cü ildə 400,40 manat, 2014-cü ildə 414,70 manat, 2015-ci ildə 429 manat, 2016-cı ildə 443,30 manat, 2017-ci ildə 500,50 manat, 2018-ci ildə 572 manat, 2019-cu ildə 586,30 manat, 2020-ci ildə 600,60 manat, 2021-ci ildə 686,40 manat, 2022-ci ildə 786,50 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan və peşəkar fəaliyyəti sertifikatlaşdırılmış qiymətləndirmə təşkilatları müvafiq növ tədqiqatların aparılması, o cümlədən daşınar və daşınmaz əmlakların, mal-materialların, kənd təsərrüfatı məhsullarının və s. bazar qiymətlərinin müəyyən edilməsi, əmtəə dövriyyəsindən əldə edilən gəlirlərin, xərclərin, yaxud zərərin hesablanması və s. sahələrdə mütəxəssis rəyi verməyə səlahiyyətli olan qurumlar sayılır. Qeyd edilən sahələrə aid sualların izah edilməsi və həmin suallar üzrə rəy verilməsi üçün xüsusi bilik tələb olunmadığından Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin sahələr üzrə ekspertiza keçirilmir və ekspert rəyi verilmir. Digər tərəfdən, MPM-in 101-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Eyni qaydada işdə iştirak edən şəxslər qiymətləndirici təşkilata müraciət edib öz tələb və ya etirazlarını əsaslandırmaq üçün mütəxəssis rəyi əldə edə və məhkəməyə təqdim edə bilərlər. Məhkəmə həmin rəyi MPM-in 88-ci maddəsinin tələbinə uyğun qiymətləndirməlidir. "xxxx" MMC Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan hüquqi şəxslər sırasındadır və məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi həmin MMC tərəfindən verilmiş “bioloji aktivlərin gəlirinin qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini sübut kimi qəbul etməməyə əsas yoxdur. Bununla belə, məhkəmə kollegiyası mütəxəssis rəyinin nəzəri cəhətdən mümkün olsa da, lakin konkret halda qeyri-real və qəbulolunmaz görünən bəzi nəticələrinə tənqidi yanaşmış, həmin nəticələri tərəflərlə müzakirə edərək ağlabatan meyarları və məlumatları qəbul və tətbiq etmişdir. Məhkəmə kollegiyası tərəfindən 2019-2023-cü illər üzrə ayrı-ayrı növ gilas ağaclarının məhsuldarlığı və növlər üzrə gilasın bazar qiymətləri barədə məlumat verilməsi üçün sorğu ilə Xaçmaz DAİM-ə müraciət edilsə də, alınan cavabda lazımi məlumatlar təqdim olunmamışdır. "xxxx" MMC-nin “bioloji aktivlərin gəlirinin qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, mübahisəli ərazidə 80 ədəd gilas ağacının olması müəyyən edilmişdir. Cavabdeh də əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında həmin ərazidə 75-dən çox ağacın olmasını təsdiqləmişdir. Bununla da sözügedən 0,57 ha torpaq sahəsində gilas ağaclarının sayının 80 ədəd olması məhkəmə kollegiyası tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Həmçinin, məhkəmə kollegiyası rəydə illər üzrə gilasın orta bazar qiyməti barədə göstərilmiş məlumatları da məqbul hesab etmişdir. Lakin, qeyd olunan rəydə bəzi növ gilas ağaclarının illik 200 kq-dək bar verməsi qeyd olunmuşdur ki, həmin məlumatın reallığı inandırıcı görünməmişdir. Əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəflərlə müzakirədən sonra hər ağacın təmiz gəlir qismində 40 kq gilas məhsulu verməsinin işin mübahisəsiz halı kimi qəbul edilməsi ilə bağlı təklif irəli sürmüş, tərəflər həmin təkliflə razılaşmışlar. Hazırda da iddiaçı hər gilas ağacının il ərzində orta hesabla verdiyi məhsulun qeyd edilən miqdarda götürülməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası mübahisə üzrə hər ağacın gəlir qismində bir il ərzində 40 kq gilas məhsulu verməsi barədə məlumatın mötəbərliyini qəbul etmişdir. Qəbul edilən meyarlar (göstəricilər) üzrə cavabdehin mübahisəli torpaq sahəsindəki gilas ağaclarından 2018-2022-ci illər ərzində götürdüyü və ya götürməli olduğu məhsul və gəlir aşağıdakı kimi müəyyən olunur: 2018-ci il - “Aznevi” sortu - 65 x 40 kq x 2,2 manat = 5720 manat “Krım” sortu - 10 x 40 kq x 2,2 manat = 880 manat “Napoleon” sortu - 5 x 40 kq x 5 manat = 1000 manat; 2019-cu il - “Aznevi” sortu - 65 x 40 kq x 2,2 manat = 5720 manat “Krım” sortu - 10 x 40 kq x 2,2 manat = 880 manat “Napoleon” sortu - 5 x 40 kq x 5 manat = 1000 manat; 2020-ci il - “Aznevi” sortu - 65 x 40 kq x 3 manat = 7800 manat “Krım” sortu - 10 x 40 kq x 1,5 manat = 600 manat “Napoleon” sortu - 5 x 40 kq x 5 manat = 1000 manat; 2021-ci il - “Aznevi” sortu - 65 x 40 kq x 3 manat = 7800 manat “Krım” sortu - 10 x 40 kq x 2 manat = 800 manat “Napoleon” sortu - 5 x 40 kq x 4,5 manat = 900 manat; 2022-ci il - “Aznevi” sortu - 65 x 40 kq x 4 manat = 10400 manat “Krım” sortu - 10 x 40 kq x 2,6 manat = 1040 manat “Napoleon” sortu - 5 x 40 kq x 5,3 manat = 1060 manat. Beləliklə, 2018-2022-ci illər ərizində cavabdehin qanunsuz sahibliyində olmuş 0,57 ha torpaq sahəsindəki 80 ədəd gilas ağacından ümumilikdə 46600 manat gəlir əldə edilməsi gözlənilən olmuşdur. Məhkəmə kollegiyası iddiaçının ot biçimindən əldə edilə biləcək gəlirlə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, mübahisəli torpaq sahəsi otlaq deyil, bağ sahəsi olmuş və orada planlı şəkildə gilas ağacları əkilib becərilmiş, həmin ağacların meyvələrini yığaraq gəlir əldə etmək məqsədi güdülmüşdür. Bağ sahəsində yabanı bitən otların heyvan yemi kimi biçilməsi, preslənərək satılması və bundan gəlir götürülməsi ağlabatan deyildir. Ən yaxşı halda həmin ot biçilib şəxsi təsərrüfatda saxlanılan heyvanlara verilə bilər ki, bu da gəlir kimi hesaba alına bilməz. Ona görə də məhkəmə kollegiyası iddianı ot yığımından götürülmüş və ya götürülməli olan gəlirə görə zərər əvəzinin tələb olunması hissəsində əsassız hesab edir. Mülki Məcəllənin 157.5 və 1092.1-ci maddələrinə müvafiq olaraq Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən iddiaçıya nəinki mübahisəli 0,57 ha torpaq sahəsini, həm də həmin torpaq sahəsinin onda olmasının (qalmasının) davam etdiyi müddətdə götürdüyü və ya götürməli olduğu bütün gəlirləri (zərərin əvəzini) qaytarmaq öhdəliyi daşımışdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin İddiaçı mülkiyyətində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,57 ha gilas bağının olmasını təsdiq edən heç bir sübutun olmaması əsası ilə iddianı rədd etməsi qanunsuz və əsassız olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)69/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. Mərhum Rəşid Daştəmirovun vərəsələrindən atası İddiaçı və anası Mariya Daştəmirovanın miras torpaq sahəsi zəminində yaranmış mübahisə (zərər əvəzinin ödənilməsi tələbi) üzrə mənafeləri eynidir. Digər vərəsələr (mərhumun övladları Gülnar Daşdəmirova, Sevda Məmmədova və Camal Daşdəmirov) isə İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın nəticələrində maraqlı deyillər, onların cavabdehə qarşı heç bir tələbləri yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, miras torpaq sahəsi zəminində yaranmış mübahisə üzrə cavabdehə qarşı irəli sürülmüş maddi zərər əvəzinin ödənilməsi tələbinə dair iddia yalnız İddiaçı və arvadı Mariya Daştəmirovanın miras paylarına uyğun nisbətdə təmin edilə bilər. Digər miras şərikləri həmin iddianın əleyhinə olduqlarından onların xeyrinə cavabdehdən zərər əvəzi tutulmamalıdır. Ona görə də iddianın təmin edilməli olan hissəsinin müəyyənləşdirilməsi üçün vərəsələrə düşən miras payların müəyyən edilməsi zəruridir. Mərhum Rəşid Daştəmirov mülkiyyətində olan bütün əmlakını, o cümlədən mübahisəli 0,57 ha torpaq sahəsini atası İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ləğv və ya etibarsız hesab edilməmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi baxımından İddiaçı başqa digər 4 nəfər vərəsənin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasdan məcburi pay almaq hüquqları var. Belə olduğu təqdirdə miras qalmış 0,57 ha torpaq sahəsi üzərində iddiaçının 6/10 hissədə, digər vərəsələrin hər birinin 1/10 hissədə miras (mülkiyyət) payı müəyyən olunur. Buna uyğun olaraq cavabdehin 2018-2022-ci illərdə gilas ağaclarından əldə etdiyi hesab edilən 46.600 manat məbləğində gəlirdən maddi zərərin əvəzi kimi İddiaçı və arvadı Mariya Daştəmirovanın birgə paylarına 32.620 manat pul düşür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, iddia tələbi maddi zərərin əvəzinin ödənilməsinə aid hissədə qismən əsaslı hesab edilməli və həmin hissədə iddia qismən, yəni 32.620 manat məbləğində təmin edilməlidir. Hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 3824/2024 nömrəli qərarında həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı tələbə münasibətdə nəzərə alınmalıdır ki, miras qoyan sağlığında belə bir tələbi irəli sürməmişdirsə, onun ehtimal olunan mənəvi zərəri vərəsəlik qaydasında keçə bilməz. Odur ki, iddiaçının məhz özünün ümumi mülkiyyətçi kimi məruz qaldığı mülki hüquq pozuntusuna görə mənəvi zərər tələbi Mülki Məcəllənin deliktə aid normaları çərçivəsində müzakirə edilə bilər. İşdən görünür ki, iddiaçı məhkəmə çəkişmələrinə cəlb olunduğu üçün mənəvi zərərə məruz qaldığını iddia etmişdir. İddiaçının fikrincə, 2017-ci ildən indiyədək cavabdeh tərəfindən torpağın qaytarılmaması üçün lüzumsuz və əsassız vermiş olduğu iddialar və ərizələr nəticəsində məhkəmələrin yollarında keçirdiyi mənəvi əzab-əziyyətə görə ona dəymiş mənəvi zərər ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir... Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır... Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində izah olunur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qərarın 10-cu bəndinə əsasən, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli qətnaməsinin icrasından yayınmış və həmin qətnaməyə əsasən qaytarmalı olduğu torpaq sahəsinin yerini əsassız mübahisələndirməklə qətnamənin icrasını süni şəkildə yubandırmış, nəticədə qətnamənin icrası, yəni torpaq sahəsinin ondan alınıb mərhum iddiaçının hüquqi varisinə (İddiaçı) təhvil verilməsi 2024-cü ilin yanvarında mümkün olmuşdur. Bu müddətdə Cavabdeh barəsində icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədinin icrasına maneçilik törətdiyinə görə 2 dəfə məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, İddiaçı 1936-cı il təvəllüdlü olmaqla yaşlı şəxsdir, iştirakçısı olduğu məhkəmə və icra proseslərinin cavabdehin hüquqdan sui-istifadəsi səbəbindən illərlə davam etməsi, təbii ki, ona narahatlıq və psixoloji gərginlik vermişdir. Qeyd edilənlər İddiaçı mənəvi zərər yetirilməsinə səbəb olmuş hallar kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyası iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsinə aid hissədə də qismən – 1000 manat məbləğində təmin etməyi məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə (və ya qərardadda) göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)- 69/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 32.620 manat məbləğində və mənəvi zərərə görə 1000 manat məbləğində, habelə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində (cəmi 33.670 manat məbləğində) pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 32.620 manat məbləğində maddi ziyanın və 1.000 manat məbləğində mənəvi zərərin, habelə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33.670 (otuz üç min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar