Məhkəmə qərarları › İş №2(105)-497/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-497/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-497/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı hüquqi varisləri X4, X5 və X3 işitrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Quba rayon "xxxx" MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi Quba rayon DTİ və MHQİ-ə həvalə edilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və həmin qətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(105)-3033/2020 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)- 406/2005 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(027)-192/20105 oktyabr 2005-ci il tarixli, 2(027)- 406/2005 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli iş üzrə 07 dekabr 2020-ci il tarixli qərardadından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ərzində verilməməsi və şikayətə prosessual müddətin bərpası barədə ərizə əlavə olunmaması səbəbindən geri qaytarılması qərara alınmışdır (hakim Aydın Babayev). Həmin qərardaddan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayət təqdim edilmiş və qərardadın ləğv edilməklə ərizənin icraata qəbul edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilənlərə əks olaraq Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilmiş 30 noyabr 2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı aid Quba rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli 2-406 2005-ci il saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən veilmiş apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. Odur ki, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2-406/2005 saylı icra vərəqəsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi üçün məlumat verilir. Lakin buna baxmayaraq həmin məktuba əsaslanaraq Quba Rayon Məhkəməsi tam əsassız olaraq Quba Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin məktub məlumat xarakterlidir və məktuba Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(027)-987/2020 saylı qərardadın geri qaytarılması barədə deyildir və ümumiyyətlə qərardad məktuba əlavə edilməmişdir. Bundan əlavə, ünvanlamış 30 noyabr 2020-ci il tarixli məktub, onda qeyd olunmuş Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(027)-987/2020 saylı qərardaddan öncəki tarixdə qeydiyyata alınmışdır. Bu da uyğunsuzluq yaradır. Quba Rayon Məhkəməsinin qərardadında göstərilənlərin tam əksinə olaraq bu işdə qərardaddan şikayətinin müddətin buraxılması halı mövcud deyildir-şikayət vaxtında verilmişdir. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(027)- 987/2020 saylı qərardadını ləğv etməklə apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-497/2025 nömrəli qərardadı ilə şikayətin baxılması mümkün hesab edilərək yazılı icraatda baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-497/2025 nömrəli qərardadı ilə şikayət üzrə işə şifahi icraat qaydasında baxılması və işin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş, eyni zamanda X4, X5 və X7 xx.xx.2021-ci il tarixində vəfat etmiş İddiaçı hüquqi varisləri qismində işə cəlb olunmuşlar. İş üzrə cavabdehə, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisləri X4, X5 və X7 hər biri ayrıayrılıqda şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 987/2020 nömrəli qərardadı ləğv edilməli, mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarının 111-ci səhifəsində olan müşayiətedici məktubundan aydın olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı iş üzrə tərəflərə göndərilmişdir. İş materialların 112-ci səhifəsində olan xx.xx.2020-ci il tarixli göndərilən məktubların siyahısından isə aydın olur ki, sözügedən qərardad İddiaçı göndərilmişdir. İş materiallarının 113-cü səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020ci il tarixli məktubda qeyd edilmişdir ki, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(105)-3033/2020 saylı qərardadına Quba Rayon Məhkəməsinə qaytarılmış, Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 saylı 07 dekabr 2020-ci il tarixli qərardadı ilə həmin apelyasiya şikayəti geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 saylı icra vərəqəsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi üçün məlumat verilir (hakim Rahim Həsənov). İş materiallarının 116-cı səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda isə yuxarıda qeyd edilən məktubun qərardaddan öncəki tarixə qeydə alınması uyğunsuzluğu bildirilmiş, həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadının İdarəyə daxil olmadığı göstərilmişdir. İş materiallaırnın 130-cu səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan aydın olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı İdarəyə göndərilmişdir (hakim Aydın Babayev). İş materiallarının 133-cü səhifəsində olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən aydın olur ki, yuxarıda qeyd edilən məktub xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli qərardad xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilmiş və qərardad xəbərnamənin kötüyünə imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qərardaddan şikayətini qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ərzində verməmiş və şikayətə prosessual müddətin bərpası barədə ərizə əlavə olunmamışdır. Lakin kollegiya iş materiallarında olan (iş mat. səh.115) xəbərnaməni nəzərdən keçirərək, qeyd edir ki, həmin xəbərnamə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadın xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilməsi ilə bağlı deyil, xx.xx.2021-ci il tarixdə göndərilmiş Məlumatla, yəni Quba Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli məktubunun qəbul edilməsi ilə bağlı olmuşdur və həmin məktubla qərardad göndərilməmişdir. Odur ki, hazırkı halda iş materialları ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi müəyyən olunmur. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı ləğv olunmalı, şikayətin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin uyğunluğu qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar