Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-498/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı oğlunun, Cavabdeh nümayəndəsi və vəkili X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3, X1, X4 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, xx xxxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx xxxxxxx 2018ci il tarixli, A seriyalı, 317718 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Xaçmaz rayonunun Qaraçaycek kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyət olan cəmi 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 0,385 ha torpaq sahəsinin cənub tərəfdən iddia tələbində göstərilən qaydada 1-2 nöqtələrdə 7,5 metr, 2-3 nöqtələrdə 465,16 metr, 3-4 nöqtələrdə 37,8 metr, 1-4 nöqtələrdə 492,65 metr ölçülər daxilində (bir tərəfdən eni 7,5, digər tərəfdən isə eni 37,8 metr, bir tərəfdən uzunu 456,16 metr, digər tərəfdən uzunu 492,65 metr olmaqla) natura şəklində ayrılaraq iddiaçıya təhkim edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi,Kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ ******************** SWİFT BİK CTREAZ22,hesab «AZ34CTRE 000000000 **********1 nömrəli hesabına keçirilməsi qət edilmişdir (hakim Xıdır Quliyev). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən paylı mülkiyyət kimi onun, atası İddiaçı Həmdulla oğlunun, anası X2, bacısı Nəsrullayeva (Cavadova) Azadə Əhəd qızının, qardaşı X4 və cavabdeh olan bacısı Quliyeva (Cavadova) Zeynab Əhəd qızının adına ********** qeydiyyat nömrəsi, **********58 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində xx xxxxxxx 2018-ci il tarixdə qeydiyyata alınaraq RXseriyalı, ******* nömrəli çıxarışla verilmiş 2,31 ha pay torpaq sahəsinin cənub tərəfdən birinci yerləşən, fındıq bağı əkdiyi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində xx.xx.2018-ci il tarixdə hazırlanmış bölgü planında sarı rənglə rənglənmiş 0,385 hektar hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X10 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddia tələbini qəbul etmir və qətnamə ilə razı deyil. İddiaçı cavabdehin doğma qardaşıdır. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən atası X3, anası X2, bacısı Nəsrullayeva (Cavadova) Azadə Əhəd qızının, cavabdehin və qardaşı X4 ümumi birgə mülkiyyəti kimi Xaçmaz rayonunun Qaraçaycek kəndi ərazisində cəmi 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini 2005-ci ilə kimi ümumi mülkiyyətçilər birgə becərmişlər, torpaq sahəsində tərəvəz məhsulları əkmişlər və otlaq kimi istifadə etmişlər. Cavabdeh ailə qurandan sonra Sumqayıt şəhərinə köçərək orada yaşamışdır. Sonradan atasınn rəhbərliyi ilə ümumi birgə mülkiyyətdə olan 2,31 ha torpaq sahəsində iddiaçı olan qardaşı Rəhman və digər qardaşı Həmdulla meyvə qələmləri, fındıq, gilas, şaftalı, alma və sair əkmişlər. Bağa ümumilikdə qardaşları Rəhman və Həmdulla qulluq göstərmişlər. 2009-cu ildə bağ bəhərə düşdükdən sonra ailənin ümumi razılığı ilə torpaq sahəsi hər bir mülkiyyətçiyə 0.385 ha olmaqla bölünmüşdür. Bölgü zamanı cavabdehə hazırda istifadə etdiyi fındıq əkilmiş ərazi düşmüşdür. Cavabdeh həmin vaxtdan hazırkı günə kimi fındıq ağacları düşən ərazidən istifadə etmişdir, həmin ağaclara öz vəsaiti hesabına qulluq etmiş, ağacları böyütmüş və bağın məhsulunu özü yığıb satmışdır. İddiaçıya isə bölgü zamanı başqa hissədən torpaq sahəsi düşmüşdür. İddiaçı həmin hissədən istifadə etməmişdir. Yaxın vaxtlarda iddiaçı cavabdehə müraciət edərək, fındıq ağaclarını özü əkdiyini bildirməklə cavabdehin istifadəsində olan torpaq sahəsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının bu tələbi ilə razılaşmadı. Belə ki, həmin ağaclara cavabdeh 10 ildən artıq qulluq etmiş və ağacları böyütmüşdür. İddiaçıya ümumi birgə mülkiyyətdən ayrılmış 0,385 ha torpaq sahəsi ayrı istiqamətdə mövcuddur. Lakin iddiaçı bu hissədən istifadə etməyərək, cavabdehin istifadəsində olan yeri tələb edir. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Bütün bunları məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər də təsdiq etmişlər. Məhkəmə öz qətnaməsini ekspert və mütəxəssis rəyi ilə əsaslandırmışdır. Həmin rəylərlə qəti şəkildə razı deyillər. Bildirdiyi kimi hazırda cavabdehin istifadəsində olan 0,385 ha torpaq sahəsi 2009-cu ildən ailənin ümumi razılığı ilə paylar müəyyən olunarkən cavabdehin payına düşüb. İddiaçı özü də ifadəsində qeyd edir ki, ümumi sahəsi 2,31 ha olan bağ sahəsinin başqa hissəsindən ona yer verilmişdir. O, həmin bölgü ilə razı olmamış və bağ sahəsindən uzaqlaşmışdır. Əgər iddiaçının narazılığı olsaydı o, zaman bölgü aparılan zaman öz narazılığını bildirə bilərdi. 2009-cu ildən cavabdeh ona ayrılmış bağ sahəsində istifadə edir. Həmin sahə cavabdehin istifadə və sahibliyindədir. Hazırkı qətnamə iddiaçının hüquqlarımın pozulmasına səbəb olmuşdur. Məhkəmə maddi hüquq normalarını pozmuş və iş üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Ona görə də hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, RX seriyalı, ******* nömrəli, xx xxxxxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, atası X3, anası X2, bacıları Nəsrullayeva (Cavadova) Azadə Əhəd qızı, Quliyeva (Cavadova) Zeynab Əhəd qızı və qardaşı X4 ümumi birgə mülkiyyəti kimi Xaçmaz rayonunun Qaraçaycek kəndi ərazisində cəmi 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adlarına qeydə alınmışdır. Həmin torpaq sahəsini 2005-ci ilə kimi ümumi mülkiyyətçilər birgə becərmişlər. Həmin vaxt torpaq sahəsində bostan əkmiş və otlaq sahəsi kimi istifadə etmişlər. 2005-ci ildə atası Əhəd Cavadovun rəhbərliyi və məsləhəti ilə o və qardaşı Həmdulla torpaq sahəsində meyvə ağacları, yəni fındıq, gilas, şaftalı, alma qələmləri əkmişlər. Bağa qardaşı Həmdulla və o, qulluq etmiş, bağı bütövlükdə onlar becərmişlər. Həmin vaxt bacısı olan Cavabdeh ailəli olmuş və Sumqayıt şəhərində yaşamışdır. O, bağın əkilməsində və becərilməsində iştirak etməmişdir. Əvvəldən ümumi birgə mülkiyyətin digər payçıları ilə aralarında qarşılıqlı razılıq olmuşdur ki, ümumi torpaq sahəsinin fındıq ağacları əkdiyi hissə- cənub tərəfdən birinci 0,385 ha torpaq sahəsi onun olacaqdır. Ona görə ki, ümumilikdə 2,31 ha torpaq sahəsində bağı əsasən o, əkib və becərmişdir. cəmi 2,31 ha torpaq sahəsinə təxminən 4 il qulluq etmiş və artıq ağaclar bar verməyə başlamışdır. 2009-cu ildə bağ bəhərə düşdükdən sonra ailə üzvləri torpaq sahəsində yenidən bölgü işləri aparmışlar, onun əkdiyi və becərdiyi, fındıq ağacları olan cənub tərəfdəki birinci 0,385 ha torpaq sahəsini cavabdehə vermişlər. Ona isə ümumi 2,31 ha bağ sahəsinin başqa hissəsindən yer vermişlər. Həmin bölgü ilə razı olmamış və bağ sahəsindən uzaqlaşmışdır. 2009-cu ildən başlayaraq meyvə-tərəvəz alveri ilə məşğul olmuş və qazancı qənaətbəxş olmuşdur. Bu müddətdə bağın meyvəsindən istifadə etməsə də bağa qulluq göstərmişdir. Həmin vaxt maddi durumu yaxşı olduğu, cavabdeh olan bacısının maddi durumu yaxşı olmadığı üçün bağ sahəsində əkdiyi fındıq ağaclarının məhsulunun cavabdehin yığıb satmasına etiraz etməmiş, həmin dövrdən bacısı bağının məhsulunu yığıb satmışdır. Beləliklə 2009-cu ildən bu günə kimi əkdiyi və ona ayrılmış torpaq sahəsində becərdiyi fındıq ağaclarının məhsulunu bacısı olan cavabdeh və onun ailəsi yığıb istifadə edirlər. 2018-ci ildə cavabdeh olan bacısına demişdir ki, bundan sonra əkdiyi və əvvəldən ona ayrılmış torpaq sahəsindəki fındıq məhsulunu özü yığacaq və bağa da özü baxacaq. Cavabdeh demişdir ki, fındıq bağı onlarındır və ona verməyəcəkdir. 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət edərək ümumi birgə mülkiyyətdən özünün payına düşən 0,385 ha torpaq sahəsinin naturada ayrılmasını və həmin hissəyə dair adına mülkiyyət sənədinin verilməsini xahiş etmişdir. Həmin İdarə tərəfindən torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı bölgü planı tərtib olunmuşdur. Lakin cavabdeh olan bacısı bölgü planını imzalamaqdan imtina etdiyi və əkdiyi fındıq ağacları yerləşən ərazinin ona məxsus olmasını bildirdiyi üçün torpaq sahəsinin naturada ayrılması mümkün olmamışdır. Cavabdeh və digər payçılarla ümumi razılığa gələ bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayətini müdafiə edirək göstərdi ki, onun 6 uşağı var, iddiaçı da onlardan biridir, mübahisəli torpaq sahəsi aralarında olunmuş bölgüyə görə qızı Zeynəbə, yəni cavabdehə məxsusdur. İddiaçı iddia etdiyi kimi həmin ərazidə ağar əkib-becərməmiş, qulluq göstərməmişdir. Ona ayırdıqları hissə gilas bağıdır, onun iddiası tam əsassızdır. Həmin torpaq sahəsini qızı Zeynəb əkib becərmiş, indiyədək istifadə edir.Odur ki, apelyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunmasını və iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv olunmasını və iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv olunmasını və iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv olunmasını və iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izhatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, xx xxxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Qaraçaycek kəndi ərazisində ümumilikdə 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X9, X6, X8, X7 və Cavabdeh ümumi birgə mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan A seriyalı, 317718 nömrəli, xx.xx.2018/-ci il tarixli, torpaq sahəsinin plan və ölçüsünə dair texniki göstəriciləri müəyyən edən sənədin surətindən müəyyən olunur ki, İddiaçı, X9, X6, X8, X7 və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş İddiaçı, X9, X6, X8, X7 və Cavabdeh ümumi birgə mülkiyyətləri bir ərazini əhatə edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli, **********33 nömrəli məktubdan görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizhə ilə müracət edərək ümumi birgə mülkiyyət 2,31 ha torpaq sahəsindən payına düşən hissənin ayrılmasını xahiş etmiş, lakin tərtib edilmiş bölgü sxemi ilə bağlı mübahisə olduğundan ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/1246 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli, 01/232 nömrəli mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, xx xxxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan cəmi 2,31 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,385 ha hissədə torpaq sahəsinin ayrılmasının mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgü variantı mütəxəssis rəyinə əlavə edilmiş cizgidə göstərilmişdir. İş materiallarında olan «xxxx» MMC-nin mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, xx xxxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və həmin İdarə tərəfindən verilmiş A seriyalı, 317718 qeydiyyüat nömrəli, xx xxxxxxx 2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərdə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir (xəritə 1). Qeyd olunanlar nəzərə alınmaqla göstərilən torpaq sahəsinin sənəd üzrə göstəriciləri konfiqurasiyasına uyğun konturlar faktiki elektron xəritə üzərində otuzdurulmuşdur. Torpaq sahəsindən iddiaçının payının ayrılması mümkündür, ölçü və cizgiləri xəritə 1-də göstərilmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin sənəd üzrə koordinatlarından müəyyən olunur ki, Xaçmaz rayonunun Qaraçaycek kəndi ərazisində yerləşən ümumilikdə 2,31 ha torpaq sahəsi natura şəklində 1-2 nöqtədə 509,91 metr, 2-3 nöqtələrdə 12,87 metr, 3-4 nöqtələrdə 33,27 metr, 4-5 nöqtələrdə 456.1 metr, 5-6 nöqtələrdə 22,28 metr, 6-7 nöqtələrdə 13,44 metr, 7-8 nöqtələrdə 11,97 metr ölçülər daxilində yerləşir. Həmin mütəxəssis rəyində olan torpaq sahəsinin xəritədə yerləşməsinə (xəritə-1) dair cizgilərdən və döngə nöqtələri arasındakı məsafələrdən (cədvəl 1) müəyyən olunur ki, İddiaçı payına düşən 0,385 ha torpaq sahəsinin cənub tərəfdən iddia tələbində göstərilən qaydada 1-2 nöqtələrdə 7,5 metr, 2-3 nöqtələrdə 465,16 metr, 34 nöqtələrdə 37,8 metr, 1-4 nöqtələrdə 492,65 metr ölçülər daxilində (bir tərəfdən eni 7,5, digər tərəfdən isə eni 37,8 metr, bir tərəfdən uzunu 456,16 metr, digər tərəfdən uzunu 492,65 metr olmaqla) natura şəklində ayrılması məqsədə müvafiqdir. Birinci instansiya məhkəməsi iş materaiallarına və ekspert rəyinə istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 213, 214, 215, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcələnin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcələnin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcələnin 213.5-si maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və ya bütün mülkiyyətçilərin razılaşması müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşma əsasında onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, xx xxxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Qaraçaycek kəndi ərazisində ümumilikdə 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X9, X6, X8, X7 və Cavabdeh ümumi birgə mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müracət edərək ümumi birgə mülkiyyət 2,31 ha torpaq sahəsindən payına düşən hissənin ayrılmasını xahiş etmiş, lakin tərtib edilmiş bölgü sxemi ilə bağlı mübahisə olduğundan ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi iddiaçının tələb etdiyi torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətindədir, digər payçılar kimi iddiaçının da həmin bağ sahəsində payı mövcuddur. Lakin həmin torpaq sahəsində əkilmiş bağ sahəsinin, yəni iddiaçının tələb etdiyi hissənin ona məxsus olması, bağ sahəsinin həmin hissəsinin ona ayrılması barədə hər hansı razılığın olması iş materialları ilə müəyyən edilmişdir. İddiaçı izahatında həmin torpaq sahəsində olan ağacları özü əkib becərdiyini, ağaclara qulluq etməsini, lakin 2009-cu ildən bağ sahəsinin məhsulunun bacısı tərəfindən satılaraq gəlir götürməsini bildirsə də, həmin bağ sahəsinin ayrılması üçün məhkəməyə 2020-ci ildə müraciət etmişdir. Belə olan halda bağ sahəsinin mübahisələndirilən hissəsinin özünə məxsus olmasını bildirməklə 11 il sonra cavabdehdən tələb etməsi ağlabatan deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ümumi mülkiyyətdə olan 2,31 ha bağ sahəsinin ona düşən 0,385 ha hissəsinin məhs iddia tələbində göstərdiyi, fındıq, gilas, şaftalı, alma ağaclarının əkildiyi hissəsinin ona məxsus olmasını təsdiq edəcək hər hansı sübut, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən təsdiq edilmiş bölgü sxemi mövcud deyildir. Həmçinin bağ sahəsinin mübahisələndirilən hissəsinin öz aralarıdna razılıq əsasında cavabdehə verilməsini məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər, ümumi birgə mülkiyyətdə olan bağ sahəsinin digər payçıları olan iddiaçı və cavabdehin ailə üzvləri də təsdiq etmişlər. Göründüyü kimi, iddiaçı bağ sahəsinin mübahisələndirdiyi hissəsinin ona aid olmasını sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə iddiaçı öz payının ayrılmasını tələb edə bilər. Lakin məhz mübahisəli sahənin ayrılıb ona verilməsinə dair iddia sı digər mülkiyyətçilərin hüquqların və mənafeyinə toxunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda ümumi mülkiyyətdə olan bağ sahəsinin mübahisələndirilən hissəsinin ayrılaraq iddiaçıya təhkim edilməsini müəyyən etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 3851.3cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi yuxarıda göstərilən əsaslar üzrə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh qızının apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni Qətnamə qəbul edilsin. İddiaçı oğlunun Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-498/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-498/2021
23.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver