Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-500/2023 12.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı Xanəhməd oğlunun cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh Adıgözəl oğluna və üçüncü şəxs Bank of Baku" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(029)-867/2022 nömrəli qətnaməsindən üçüncü şəxs “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Xanəhməd oğlu cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh və üçüncü şəxs “Bank of Baku" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin xüsusi notariusu D.Tagiyevin apardığı icra qeydi "Notariat haqqında" qanunun 76-cı maddəsinə zidd olaraq mübahisəli iddia edildiyi üçün MPM-nin 149-150, 216-220 maddələrinə əsasən ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(029)-867/2022 nömrəli qətnaməsi ilə Qusar rayon notariat ofisi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, 8İ-897 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. (hakim Əli Cəlilov) Qətnamədən üçüncü şəxs “Bank of Baku" ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. İş materiallarından görünür ki, apellyasiya şikayətinin üçüncü şəxs “Bank of Baku" ASC-nin nümayəndəsi X2 tərəfindən verildiyi göstərilsə də, şikayət bankın digər nümayəndəsi X8 tərəfindən elektron qaydada imzalanaraq elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 046E nömrəli etibarnamədən görünür ki, həmin etibrnamə ilə X5 “Bank of Baku" ASC-ni dövlət və qeyri-dövlət qurumlarında, o cümlədən məhkəmələrdə və icra qurumlarında təmsil etmək səlahiyyətləri etibar edilmişdir. Məhkəmə qərarlarından verilmiş şikayətləri imzalamaq səlahiyyəti isə müstəsna olaraq X1 aid edilmişdir. Belə olan halda X4 apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). AR MPM-in 363.1.1-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da MPM-in apellyasiya şikayətinin forma və məzmunla bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(029)-867/2022 nömrəli qətnaməsindən üçüncü şəxs “Bank of Baku" ASC-nin adından nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin forma və məzmun baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Xanəhməd oğlunun cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh Adıgözəl oğluna və üçüncü şəxs “Bank of Baku" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(029)-867/2022 nömrəli qətnaməsindən üçüncü şəxs “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-500/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-500/2023
12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver