Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-501/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X13 (məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 tərəfindən İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMCnin “Liman Klinikası”ndan və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə tələbi üzrə mülki işin icraatına “cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam verilməsi qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). İddiaçı həmin qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsində 2(060)- 5328/2024 nömrəli cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası”na və X3 qarşı İddiaçı iddia tələbi üzrə mülki işin icraatına cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam verilməsi barəsində 2(060)-5328/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş mülki iş üzrə xx.xx.2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası”na və X7 qarşı “Həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(105)-377/2023 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-671/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixli, 2(060)- 5328/2024 nömrəli qərardadı ilə iddiaçının cərrahiyyə əməliyyatı nəticəsində sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdehlər klinikaya və Cavabdeh2 qarşı “Qüsurlu və keyfiyyətsiz tibbi xidmət nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” iddia tələbinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Beləliklə, hesab edirlər ki, eyni tərəflər arasında, fəqli predmet barəsində və fərqli əsaslar üzrə “İddiaçı”nın cavabdehlər “Klinika”ya və Cavabdeh2 qarşı iddiasına “Klinika”dan “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində xitam verilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında “İddiaçı”nın cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası”na və X7 qarşı “Həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair” iddia ərizəsi üzrə 2(105)-377/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında cavabdeh X6 nümayəndəsi və vəkili X16 verdiyi izahatında aşağıdakıları bildirmişdir: - Əməliyyatdan bir müddət sonra “İddiaçı”nın müraciəti olub, amma o görmə qabiliyyətini itirməmişdi; - Göz müayinəsi zamanı MRT təyinatı mütləq deyil, xəstə əgər beynində nəsə narahatlığın olduğunu desə idi, bu zaman göndəriş verilərdi və MRT müayinəsi olardı. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında cavabdeh X11 verdiyi izahatında aşağıdakıları bildirmişdir: - Əməliyyatdan sonrakı mərhələdə xəstədə baş ağrısı olduğu üçün onu nevropatoloqa yönləndirdik; - Bir müddət sonra təkrar gəldi ki, başında ağrılar var. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”nın nümayəndəsi – baş həkim X8 aşağıdakıları bildirmişdir: - Əməliyyatla bağlı bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. İş üzrə cavabdehlərin yuxarıda göstərilmiş etirafları ilə “İddiaçı”nın işin həqiqi hallarına dair dəlilləri təsdiq olunmuşdur. Lakin “Klinika” tərəfindən həmin həqiqi halları təsdiq edən heç bir yazılı sənəd məhkəmələrə təqdim edilməmiş və icraatda araşdırılmamışdir. Beləliklə, “İddiaçı”nın cərrahiyyə əməliyyatı nəticəsində sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdehlər “Klinika”ya və Cavabdeh2 qarşı “Qüsurlu və keyfiyyətsiz tibbi xidmət nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” iddia tələbi üzrə mülki işin icraatına cavabdeh “Klinika”ya qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam verilməklə Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş “hüquqi həqiqət prinsipi” pozulmuş olur. Azərbaycan Respulikasının Mülki Məcəlləsinin 1112-ci “Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, “təqsirlilik prezumpsiyası”na uyğun olaraq, xx.xx.2017-ci il tarixdə “İddiaçı üzərində icra edilmiş “OD–kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası” cərrahiyyə əməliyyatı zamanı və sonrakı 8 ay müddətindəki müalicəsi zamanı onun sağlamlığına vurulmuş zərərin tibb müəssisəsinin təqsiri üzündən baş vermədiyini “Klinika” sübuta yetirməlidir. Məhkəmə isə “İddiaçı”nın faktiki sağlamlıq vəziyyətini nəzərə almadan, onun iş üzrə məhkəməyə təqdim etdiyi mötəbər sübutları araşdırmadan, yalnız “İddiaçı”nın yanlış diaqnoz nəticəsində sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası”na və X7 qarşı “Həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna əsaslanaraq, “İddiaçı”nın cərrahiyyə əməliyyatı nəticəsində sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdehlər “Klinika”ya və Cavabdeh2 qarşı “Qüsurlu və keyfiyyətsiz tibbi xidmət nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” iddia tələbi üzrə mülki işin icraatına cavabdeh “Klinika”ya qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam vermişdir. Halbuki, “İddiaçı”nın yanlış diaqnoz nəticəsində sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdeh “Klinika”ya qarşı “Həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair” öncəki iddia tələbi üzrə “Klinika”da keçirilmiş diaqnostika tədbirlərinə dair məhkəmələrə təqdim edilmiş sənədləri əsasında məhkəmə icraatı aparılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmişdir. İddiaçının cərrahiyyə əməliyyatı nəticəsində sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdeh klinikaya qarşı “Qüsurlu və keyfiyyətsiz tibbi xidmət nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” hazırki iddia tələbi üzrə klinikada icra edilmiş cərrahiyyə əməliyyatına və sonrakı 8 ay ərzində keçirilmiş tibbi tədbirlər nəticəsində “İddiaçı”nın sağlamlığına vurulmuş zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməsi və buna dair müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunur. 2) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 saylı iş üzrə 2(060)- 5906/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərardadı (əlavə 20) ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Adı çəkilən Qərardadda “Klinika”da keçirilmiş müayinələrə dair suallarla yanaşı digər tibb müəssisələrində keçirilmiş müayinələrə dair göstərilmişdir: Ekspert rəy veriləndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli X1 İbrahimovaya aid xx.xx.2014-cü il tarixli 38079 saylı “Ambulator xəstənin fərdi vərəqəsi”ndə və "xxxx" MMC-nin “Liman Klinikası” İddiaçı aid xx.xx.2017-ci il tarixli 1/5- 1851 saylı kartın məlumatlarında qeyd olunanların nəzərə alınması tapşırılmışdır. Həmin tapşırıqlar ekspertlər tərəfindən yerinə yetirilməmişdir. Həmçinin ekspertiza müddətində ekspert Günay Hacıyevaya təqdim edilmiş, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 2939 saylı ”Şəfəq – 2006” MMC-nin “İOL Göz Klinikası”nda “İddiaçı”nın adına tərtib edilmiş 28435 nömrəli “Ambulator kartdan çıxarış" ekspertlər tərəfindən tədqiq edilməmişdir. Nəticədə xx.xx.2021-ci il tarixli 601 saylı ekspert “Rəy”i tam və hərtərəfli olmamışdır. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsində 2(060)-671/2021 saylı iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan, işdə olan sübutlar qiymətləndirilmədən, yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 5328/2024 nömrəli qərardadı ləğv edilməli, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı bundan əvvəl də cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na və X7 qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin cavabdeh həkim X4 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq ona ödənilməsinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 671/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na və X7 qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na və X5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(105)-377/2023 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 671/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı hazırda eyni əsaslarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na qarşı iddia irəli sürərək, ilk dəfə işə baxılarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası” tərəfindən zəruri ola bütün sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən yenidən həmin klinikaya qarşı iddia qaldırdığını bildirmişdir. Yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də göründüyü kimi iddiaçının eyni əsaslarla həmin klinika tərəfindən ona maddi və mənəvi ziyan dəyməsi ilə bağlı tələbinə bundan əvvəlki məhkəmə icraatında qiymət verilmiş və həmin tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 tərəfindən İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, əvvəlki məhkəmə araşdırmaları üzrə (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-377/2023 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli işlər üzrə icraat) "xxxx" MMC-yə yönələn tələb X11 tərəfindən İddiaçı göstərilən tibbi xidmətlə bağlı olmuşdur. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının "xxxx" MMC-yə qarşı tələbi yeni əsaslarla, yəni Cavabdeh2 tərəfindən İddiaçı göstərilmiş tibbi xidmətlə bağlıdır. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin tutulması hissəsində iş üzrə icraata xitam verilməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMCnin “Liman Klinikası”ndan və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə tələbi üzrə mülki işin icraatına “cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadı ləğv edilsin. Hazırki qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-501/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-501/2025
05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver