Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-52/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X22, İddiaçı, Cavabdeh Abdulməcid oğlunun nümayəndəsi X8 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-106/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-106/2019 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh Abdulməcid oğluna qarşı vərəsəlik payının və həmin paya mülkiyyət hüququnun müəyyən edilməsi, payın real bölünməsi və həmin paydan istifadənin məhdudlaşdırılmasına son qoyulması tələbinə dair iddiası qismən təmin edilib, X1 miras qalan Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və X36 Komissiyasının qərarı ilə verilmiş 0.64 ha torpaq sahəsinin 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, payına düşən hissəsinin real bölünərək sərhədlərinin müəyyən edilməsi, Cavabdeh Abdulməcid oğlu tərəfindən İddiaçı mülkiyyətində olan 0.24 ha torpaq sahəsi və həmçinin 0.64 ha torpaq sahəsinin 1/2 hissəsindən istifadə edilməsindəki məhdudlaşdırmaya son qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Şabran rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-106/2019 saylı qətnaməsinin ləğv ediməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə o, Şabran rayonu Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və torpaq üzərində olan tikiliyə həmçinin adı çəkilən kənd ərazisində yerləşən 0.65 ha torpaq sahəsi üzrə vərəsə qismində tanınmışdır. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Mərhum anası X2 miras qalmış əmlaklarla bağlı varislərin dairəsi X14, X9, X10, X11, İddiaçı Abdulmecid qızı, X3, X15, Cavabdeh Abdulmecid oğlu, X5 və X16r. Mərhum valideynlərinin 10 övladı olmuş, 2 qardaşı vəfat etmiş, 5 bacı və 2 qardaşı həyatdadırlar. Beş bacı və bir qardaşı miras əmlakla bağlı maraqlı olmamış, varislərdən dördü miras əmlakla bağlı onun xeyrinə notariat qaydada təsdiq edilmiş ərizə ilə imtina etməyə razı olsalar da, qanunla müəyyən edilmiş prosedur qaydaları keçməmiş və prosedur qaydaları keçməklə maraqlı deyildirlər. Ona görə də, Şabran rayonu Daşlıyataq kəndində 0.24 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində yerləşən 42.4 kvm fərdi yaşayış evinin və X36 Komissiyasının qərarı ilə verilmiş 0.64 ha torpaq sahəsi üzrə, mərhumə miras qoyan X4 10 varisdən hazırki iş üzrə onun və cavabdehdən başqa, digər vərəsələr, yəni X14, X9, X10, X11, X3, X15, X6 və X21 qanunla müəyyən edilmiş qaydada və zaman daxilində miras qalmış əmlakın qəbul edilməsi ilə müraciətlərinin olmaması əsas tutulmaqla, həmin hüquqlara xitam verilməsi, həmçinin adı gedən miras əmlak ½ hissə payının müəyyən edilməsi və payına düşən hissəsinin real bölünərək, sərhədlər müəyyən edilməsi və Cavabdeh Abdulməcid oğlu tərəfindən mülkiyyətində olan (0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 42,4 kvm fərdi yaşayış evinin ½ hissəsi, həmçinin 0.64 ha torpaq sahəsinin ½ hissəsinin) istifadə edilməsindəki məhdudlaşdırmaya son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslanıdrmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi B.M.Axundova apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətlərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(031)- 349/2015 saylı qətnaməsi ilə Cavabdeh Abdulməcid oğlunun miras əmlaka olan vərəsəlik şəhadətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idarəsinin xx.xx.2013-cü il tarixli, 0.64.889 ha torpaq sahəsinə dair torpaq sahəsinin Cavabdeh Abdulməcid oğlunun adına rəsmiləşdirilməsi barədə çıxarışı, Cavabdeh Abdulməcid oğlu ilə X29 arasında 0.64.889 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və X7 məxsus olan və Şabran rayonunun Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və X36 komissiyasının qərarı ilə anasına verilmiş 0.65 ha torpaq sahəsinə dair, eləcə də anasının bütün miras əmlakına dair İddiaçı Abdulnəcid qızının qanun üzrə vərəsəlik hüququnun tanınması müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)- 213/2016 saylı qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(031)-349/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şabran Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli arayışdan görünür ki, X12 xx xxxxxx 1982-ci ildə ölmüşdür. AZ-İ seriyalı 159907 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx xxxxxx 2006-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli, 10/2881 nömrəli rəyi ilə müəyyən edilir ki, Şabran rayonunun Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin künc hissəsində yerləşməsini, ölçülərini, texniki parametrlərini nəzərə alaraq, həmin 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən 42,4 kv.m fərdi yaşayış evinə (faktiki olaraq tikintialtı sahəsi 90 kv.m) giriş-çıxış üçün zəruri torpaq sahəsinin olması nəzərə alınmaqla ½ hissədə təcrid şəkildə naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Şabran rayonunun Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi nəzərə alınmadan ½ hissədə naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin cənub-qərb tərəfindəki küncdən şimal-şərq istiqamətində 28,66 metr aralıdan şimal-qərb istiqamətinə (torpaq sahəsinin daxilinə) doğru 38,82 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Bu zaman payların birində fərdi yaşayış evi və yardımçı tikililər, digərində isə yarımçıq tikili qalacaqdır. X36 Komissiyasının qərarı ilə X7 verilmiş 0,64 ha torpaq sahəsinin ½ hissədə naturada ayrılması mümkün olmadığından torpaq sahəsinin sərhədlərini ayrılıqda müəyyən etmək mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1261-cı maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Məhkəmə kollegiyasının araşdırması zamanı İddiaçı ərizə ilə müraciət edib göstərmişdir ki, Şabran rayonunun Daşlıyataq kəndində atasından miras qalan ev söküldüyü üçün həmin evin bölünməsindən imtina edir. Lakin Şabran rayonunun Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin bölünərək onun istifadəsinə verilməsini xahiş etmişdir. Sadalanan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran rayonunun Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi nəzərə alınmadan ½ hissədə naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin cənub-qərb tərəfindəki küncdən şimal-şərq istiqamətində 28,66 metr aralıdan şimal-qərb istiqamətinə (torpaq sahəsinin daxilinə) doğru 38,82 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Bu zaman payların birində fərdi yaşayış evi və yardımçı tikililər, digərində isə yarımçıq tikili qalacaqdır. X36 Komissiyasının qərarı ilə X7 verilmiş 0,64 ha torpaq sahəsinin ½ hissədə naturada ayrılması mümkün olmadığından torpaq sahəsinin sərhədlərini ayrılıqda müəyyən etmək mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli, 10/2881 nömrəli rəyi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsinə əsas verir və həmin rəy qəbul edilərək göstərilən koordinatlar nəzərə alınmaqla iş üzrə yekun məhkəmə aktı qəbul edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-106/2019 saylı qətnaməsi qismən – «X36 Komissiyasının qərarı ilə verilmiş 0.64 ha torpaq sahəsinin 1/2 hissədə real bölünərək sərhədləri müəyyən edilsin» hissəsində ləğv edilsib, iddia həmin hissədə təmin edilməsin, X1 miras qalan Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin ölçüləri 31,87 metr, 37,43 metr və 31,06 metr hissəsi yarımçıq tikili qalmaqla və yeni açılacaq giriş qapısı olmaqla ölçüləri müəyyən edilib İddiaçı və ölçüləri 40,16 metr, 32,19 metr və 28,66 metr hissəsi cavabdehin istifadəsində olan fərdi yaşayış evi, yardımçı tikili qalmaqla və faktiki istifadə olunan giriş qapısı olmaqla Cavabdeh Abdulməcid oğluna ekspert tərəfindən tərtib edilmiş torpaq sahəsinin bölgüsü sxemi əsasında bölünüb verilməli və torpaq sahəsinin cənub-qərb tərəfindəki küncdən şimal-şərq istiqamətində 28,66 metr aralıdan şimal-qərb istiqamətinə (torpaq sahəsinin daxilinə) doğru 38,82 metr uzunluğunda sərhəd hasarı çəkilərək qətnamə – «X1 miras qalan Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və X36 Komissiyasının qərarı ilə verilmiş 0.64 ha torpaq sahəsinin 1/2 hissədə İddiaçı payının müəyyən edilsin və Cavabdeh Abdulməcid oğlu tərəfindən İddiaçı mülkiyyətində olan 0.24 ha torpaq sahəsi və həmçinin 0.64 ha torpaq sahəsinin 1/2 hissəsindən istifadə edilməsindəki məhdudlaşdırmaya son qoyulsun» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyinin alınması üçün nəzərdə tutulmuş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh Abdulməcid oğlundan tutularaq məhkəmə ekspertizası mərkəzinin müvafiq hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-106/2019 saylı qətnaməsi qismən – «X36 Komissiyasının qərarı ilə verilmiş 0.64 ha torpaq sahəsinin 1/2 hissədə real bölünərək sərhədləri müəyyən edilsin» hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. X1 miras qalan Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin ölçüləri 31,87 metr, 37,43 metr və 31,06 metr hissəsi yarımçıq tikili qalmaqla və yeni açılacaq giriş qapısı olmaqla ölçüləri müəyyən edilib İddiaçı və ölçüləri 40,16 metr, 32,19 metr və 28,66 metr hissəsi cavabdehin istifadəsində olan fərdi yaşayış evi, yardımçı tikili qalmaqla və faktiki istifadə olunan giriş qapısı olmaqla Cavabdeh Abdulməcid oğluna ekspert tərəfindən tərtib edilmiş torpaq sahəsinin bölgüsü sxemi əsasında bölünüb verilsin. Torpaq sahəsinin cənub-qərb tərəfindəki küncdən şimal-şərq istiqamətində 28,66 metr aralıdan şimal-qərb istiqamətinə (torpaq sahəsinin daxilinə) doğru 38,82 metr uzunluğunda sərhəd hasarı çəkilsin. Qətnamə – «X1 miras qalan Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və X36 Komissiyasının qərarı ilə verilmiş 0.64 ha torpaq sahəsinin 1/2 hissədə İddiaçı payının müəyyən edilsin və Cavabdeh Abdulməcid oğlu tərəfindən İddiaçı mülkiyyətində olan 0.24 ha torpaq sahəsi və həmçinin 0.64 ha torpaq sahəsinin 1/2 hissəsindən istifadə edilməsindəki məhdudlaşdırmaya son qoyulsun» hissəsində dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh Abdulməcid oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, X18, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-52/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-52/2021
31.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver