Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-536/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsində yerləşən qanunsuz tikililərin sökülməsi, özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsində yerləşən qanunsuz tikililərin sökülməsi, özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Mehdiabad qəsəbəsi Dostluq küçəsi 6/2 saylı evinə birləşik arxa sahədə olan xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, onun torpaq sahəsinə aid olan hissədə qanunsuz özbaşına tikilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi, cavabdehlərin hesabına sözügedən özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətinə qaytararaq, bərpa edilərək ona təhvil verilməsi barədə qətnamə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olduğundan barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). İddiaçı İddiaçı həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində iddia tələbinin təmin edilməməsini xahiş etdiyinə görə geri qaytarılmışdır İddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 185/2024 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, həmçinin şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə də müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında atası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 nömrəli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, məhkəmə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Hazırda apellyasiya şikayətində “təmin edilməməsi” sözünə olan mexaniki səhvə düzəliş edilərək, “təmin edilməsi” əlavə edilmişdir. Göründüyü kimi, ilk verdiyi apellyasiya şikayətində hər hansı bir müddəti ötürməmişdir və apellyasiya şikayətinə düzəliş edilərək yenidən apellyasiya şikayəti verilmişdir. Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil müddətin bərpasına dair ərizəyə etiraz ünvanlayaraq ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, prosessual müddətin bərpası barədə ərizəyə etiraz edirik və hesab edirik ki, İddiaçı müddətin bərpasına dair ərizəsində göstərilən hal ötürülmüş prosessual müddətin bərpası üçün əsas deyildir. Belə ki, 4X˝ şikayəti ilə əlaqədar˝ 16 avqust 2006-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, dyeQ...˝ olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası ücün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə cıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın˝. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən görünür ki, prosessual müddətin buraxılması o halda üzürlü hesab edilir ki, həmin səbəblərdən şəxsin iradəsindən asılı olmadan baş vermiş olsun. Hazırki halda şəxs apellyasiya şikayətində tələbini düzgün ifadə etməmiş, bununla MPM-nin 361-ci maddəsinin tələbini pozmuşdur. Bu hal onun iradəsindən asılı olan məqamdır. Bundan başqa işin hallarından görünür ki, məhkəmə apellyasiya şikayətinin elektron sisteminə yüklənən gününün səhərisi dərhal ona reaksiya vermiş və apellyasiya şikayətini MPM-nin 361-ci maddəsinin məzmununa zidd olduğu ücün geri qaytarmış və bu barədə qərardad qəbul etməklə, həmin günü – xx.xx.2024-cü il tarixdə qərardadı iddiaçının kabinetində yerləşdirmişdir. Bununla belə İddiaçı özünün iddia etdiyi kimi yol vermiş olduğu texniki xətanı aradan 1 ay 8 gün sonra qaldırması qaldırmış, yenidən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə sistemində aparılmış islahatların nəticəsi olaraq, yaradılmış nortkelE˝ məhkəmə sistemi˝nin əsas səbəblərindən biri məhz işlər üzrə şəffaflığın təmin edilməsi, prosessual müddətlərdən sui-istifadənin qarşısının alınmasıdır. Göründüyü kimi İddiaçı elektron məhkəmə sistemində kabineti daha öncədən açmış və iş üzrə sübutlarını da məhz yaratmış olduğu kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Bu hal şəxsin özünün elektron kabinetindən istifadədə sərbəst olması və hər hansı çətinliyinin mövcud olmamasının göstəricisidir. Eyni zamanda şəxs apellyasiya şikayətini də kabinet vasitəsilə özü təqdim etmişdir. Beləliklə açıq şəkildə əyan olur ki, iddiaçının göstərdiyi kimi texniki xətaya yol verilmişdisə də, həmin apellyasiya şikayətinin ona geri qaytarılmasına dair qərardad barədə istər elektron kabineti, istər emaili, istərsə də mobil nömrəsinə gələn informasiyadan məlumatlanmışdır. Lakin bunun əksinə olaraq, şəxs özünün prosessual hüququnu həyata keçirsə də, prosessual vəzifəsinə laqeyd münasibət bəsləmişdir. Belə halda şəxsi iddia etdiyi kimi yol verilmiş texniki xətanın aradan qaldırılmasının 1 ay 8 gün müddətində həyata kecirilməsi üzürlü hesab edilə bilməz və bu halda apellyasiya şikayətinin verilməsi üçün buraxılması prosessual müddət bərpa edilə bilməz. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 saylı qərardadına əsasən, müddətin bərpasından imtina edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 saylı qətnaməsindən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 185/2024 saylı qərardadından şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-185/2024 nömrəli qərardadının ləğv edilməsi, müddəti bərpa edərək mülki işi apellyasiya şikayəti ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, hazırda apellyasiya şikayətində “təmin edilməməsi” sözünə olan mexaniki səhvə düzəliş edilərək “təmin edilməsi” əlavə edilmişdir. İlk verdiyi apellyasiya şikayətində hər hansı bir müddəti ötürməmiş və apellyasiya şikayətinə düzəliş edilərək yenidən apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-185/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini və etirazı müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 185/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsinə dair yeni qərardad qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-185/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti ilk dəfə xx.xx.2024-cü il tarixdə, prosessual müddət ötürülmədən verilmişdir. Lakin sonradan apellyasiya şikayətində nöqsan aradan qaldırılsa da, buraxılmış müddət birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq bərpa olunmamışdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. İddiaçı da prosessual müddətin ötürüldüyünü zənn edərək, bu müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-185/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, prosessual müddətin bərpa edilməsinə dair iş üzrə yeni qərardad qəbul edilərək İddiaçı tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsi təmin edilməli və mülki iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-185/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-185/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilsin və mülki iş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-185/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-536/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-536/2025
12.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver