Məhkəmə qərarları › İş №2(105)-667/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-667/2025

09.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-667/2025 09.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ücnüçü) şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsində yerləşən qanunsuz tikililərin sökülməsi, özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-185/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ücnüçü) şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsində yerləşən qanunsuz tikililərin sökülməsi, özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Mehdiabad qəsəbəsi Dostluq küçəsi 6/2 saylı evinə birləşik arxa sahədə olan xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, onun torpaq sahəsinə aid olan hissədə qanunsuz özbaşına tikilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi, cavabdehlərin hesabına sözügedən özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətinə qaytararaq, bərpa edilərək ona təhvil verilməsi barədə qətnamə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olduğundan barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2 maddəsi ilə cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********35 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin zəbt olunmuş 352 kv.m hissəsinin cavabdehlər tərəfindən boşaldılması, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, həmin hissədə inşa edilmiş özbaşına tikililərin (hasarın, fərdi yaşayış evinin və yardımçı tikililərin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olduğundan barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2 maddəsi ilə cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, ev 6/2 evin arxa hissədinə onun adına Abşeron rayon Aqrar İslahatı Komissiyasının qərarına əsasən, xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı ilə 0.07 sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı vaxtı ilə atasının adına (xüsusi mülkiyyət) şəhadətnamə verilmişdir. Torpaq sahəsi ailə üzvlərinin istifadəsində olmuş, lakin həmin xüsusi mülkiyyətində olan torpaq sahəsi onun evinə birləşik arxa sahədə olduğundan, qonşusu Cavabdeh2 olğu və atası Cavabdeh1 tərəfindən özbaşına olaraq, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, 6/2 saylı evin arxa hissəsində xüsusi mükiyyətində olan 0,07 ha sahəsində qanunsuz özbaşına fərdi yaşayış evi inşa etmişdir. O, dərhal bu barədə Abşeron rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etsə də, iş mülki xarakterli olduğundan ərizəsinə əhəmiyyət verilməmişdir. Torpaq sahəsinə dair çıxarış almaq üçün rəsmi qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı publik hüquqi şəxsə müraciət etmiş, Abşeron rayonu, Mehdiabad qəbəsində 0,07 ha topraq sahəsi xx.xx.2023-cü il tarixdə **********35 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə adına xüsusi mülkiyyət kimi verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciətindən öncə, o, “X6 və Ekspertiza Mərkəzi˝ MMC-nin xx.xx.2023-cü il tarixli, 174 saylı mütəxəssis rəyinə istinad etdiyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2315 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəy ilə razılaşmayaraq, məhkəmə iclasında vəsatət təqdim edərək əlavə ekspertizasının keçirilməsini tələb xahiş etdikdə, hakim iş materiallarında “X6 və Ekspertiza Mərkəzi˝ MMC-nin xx.xx.2023-cü il tarixli, 174 saylı mütəxəssis rəyinin olmadığını bildirmiş, həmin mütəxəssis rəyini vaxtı ilə, bundan əvvəl Abşeron rayon Məhkəməsinin Elman Məmmədovun icraatında olan zaman iddia ərizəsini əlavə edərkən həmin sözügedən mütəxəssis rəyini də, təqdim etdiyini bildirmişdir. Bunu hətta qarşı tərəfin nümayəndəsi və vəkili Vəkil təsdiq etmişdir. Lakin hakim həmin rəyin iş materiallarında mövcud olmadığını bildirmiş və ona görə də, vəsatətini təmin etməmişdir. Lakin işə baxan hakim öz qətnaməsində “X6 və Ekspertiza Mərkəzi˝ MMC-nin xx.xx.2023cü il tarixli, 174 saylı mütəxəssis rəyi dəfələrlə qeyd etmiş, hətta həmin mütəxəssis rəyinə tənqidi də yanaşmışdır. Bu bir daha onu sübut edir ki, işə baxan hakimi işdə marağı olduğundan bunu məqsədli etmişdir. Göründüyü kimi, işə baxan birinci intansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarını kobudcasına pozmuş, qətnamədə istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bundan başqa, bununla da biri-birinə ziddiyyət təşkil edən hallara qiymət vermişdir. İşə baxan məhkəmə vəsatətini təmin etsəydi, vəsatətində ekspert qarşısında obyektiv və konkret qoyulmuş suallar ekspert tərəfindən gələcəkdə verdiyi rəydə öz əksini tapacaqdır. Göründüyü kimi məhkəmə qeyd olunan prossesual hüquq normalarını kobud sürətdə pozmaqla və düzgün tədbiq etməməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. 11 avqust 2023-cü il tarixli, 10/3658 nömrəli ekspert rəyindən narazı qalaraq, məhkəmə iclasında əlavə ekspertizanın keçirilməsi barədə vəsatət irəli sürmüşdür, işə baxan məhkəmə “X6 və Ekspertiza Mərkəzi˝ MMC-nin xx.xx.2023-cü il tarixli, 174 saylı mütəxəssis rəyinin olmadığını bildirməyini və qətnaməsində həmin mütəxəssis rəyinə tənqidi yanaşması bir daha işdə marağının olması, məqsədli olaraq vəsatətimin təmin etməməsi bir daha bunu sübut edir. Bundan başqa, ilk gündən işə baxan hakimin qarşı tərəfin vəkili ilə yaxın münasibətdə olması bir başa bilinirdi. Birinci instansiya məhkəməsi, işə baxarkən, vəsatətinin təmin edilməməsi, “X6 və Ekspertiza Mərkəzi˝ MMC-nin xx.xx.2023-cü il tarixli, 174 saylı mütəxəssis rəyinin iş materiallarında olmamasının bildirməsidir. Bundan başqa, biribirinə zidd olan əhəmiyyətli olan halları sübuta yetirməmişdir. Bu da Qanunvericiliyin kobudcasına pozulması deməkdir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X5 izahatında verilən mütəxəssis rəyini müdafiə etdiyini bildirdi. Həmçinin qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan-ölçüsünün verilməsi ilə bağlı Ərazi İdarəsinə müraciət etmiş, Ərazi İdarəsi tərəfindən imtina edilərək bildirilmişdir ki, müvafiq tələblə inzibati məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Həmçinin müstəqil ekspert tərəfindən verilmiş rəy tərəflərin təqdim etdiyi sənədlər əsasında tərtib edildiyi halda, Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyi isə elektron baza məlumatları əsasında verilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı İddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində (birgə mülkiyyətində) olan torpaq sahəsi ilə üst-üstə düşməsi halını sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbi pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsində yerləşən qanunsuz tikililərin sökülməsi, özbaşına tikili hissələrində olan hasarın yenidən əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4. maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün əşya özündə olan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyini sübut etməlidir. İşdən görünür ki, aşağı instansiya məhkəməsi tərəfindən keçirilmiş ekpertiza rəyində iddiaçıya çıxarışın verilməsinə baxmayaraq, mülkiyyətində olan torpaq sahəsinin plan ölçü sənədi olmadığından, faktiki sahələrinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşməsi, düşmədiyi halda hansı kordinatlardan kənarda yerləşdiyini barədə sualını cavablandırılması mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə elektron baza məlumatlarına əsasən JN-420A nömrəli şəhadətnamənin sənəd üzrə yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir və həmin sxemə əsasən şəhadətnamə üzrə ona ayrılmış topaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yuxarı hissəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən ədalətli məhkəmə araşdırma hüququnun təmin edilməsi məqsədilə ekspertiza təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 32/2-11833/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı qardaşı tərəfindən göstərilən cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən JN-420A nömrəli şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə rəy vermiş Ərazi İdarəsinin mütəxəssisi Sərxan Əhmədov məhkəmə iclasında dindirilərkən iddiaçının torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan-ölçüsünün verilməsi ilə bağlı Ərazi İdarəsinə müraciət etdiyini, lakin İdarə tərəfindən ona imtina verilərək müraciətində göstərilən məsələ ilə bağlı inzibati məhkəməyə müraciət edilməsi tövsiyə edildiyi bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi müstəqil ekspertin rəyi tərəflərin təqdim etdiyi sənədlər əsasında tərtib edildiyi halda, Ərazi İdarəsi isə öz mütəxəssis rəyini elektron baza məlumatları əsasında vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və mütəxəssis rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçının göstərdiyi hallar öz təsdiqini tapmadığından, iddia tələbi Mülki Məcəllənin 157.4. maddəsinin dizpozisiya şərtlərinə uyğun olmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar