Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-542/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi A.E.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3233 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasında göstərmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də o, cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməyi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.N.Qoşqarlı) iş № 2(060)-4883/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər «Lift Servis» Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Xeyrinə olmayan məhkəmə qətnaməsi çıxarıldığından Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-4883/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim etmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)- 3233/2019, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə № 2(060)-4883/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, onun cavabdeh Sumqayıt şəhər «Lift-Servis» Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhər «LiftServis» Birliyinin onun barəsində xx xxxxx 2019-cu il tarixli, 10 saylı əmri və xx xxxxx 2019-cu il tarixli 04 saylı əmri ləğv edilmiş, o «Lift-Servis» Birliyi üzrə 12 mkr sahəsinin lift nəzarətçisi vəzifəsinə bərpa edilmiş və ödənilməmiş aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan cavabdeh Sumqayıt şəhər «Lift- Servis» Birliyi kassasiya şikayəti təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş № 2(102)-533/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə olan xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Qətnamə və qərar qanuni qüvvəsini aldığından Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-3233/2019 saylı icra vərəqəsi icra olunması üçün yenidən Sumqayıt şəhəri üzrə icra İdarəsinə göndərilmiş və icra hərəkətlərinə başlanılmış və Sumqayıt şəhəri Üzrə İcra İdarəsi xx.xx.2020-ci il tarixli 4134/38 №-li məktubla Sumqayıt şəhər «Lift-Servis» Birliyinə icra sənədini dərhal icra edib nəticəsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Bundan sonra o, dəfələrlə icra məmuru Anar Hacıyevlə əlaqə saxlayıb, cavabdehin qəbulunda olsa da, icra hərəkətləri cavabdeh Sumqayıt şəhər «Lift-Servis» Birliyinin rəhbərliyi və icra məmuru Anar Hacıyev tərəfindən yerinə yetirilməmişdir. xx xxxx 2020-ci il tarixədək işə bərpa edilməsə də, ödənilməmiş dövrə əmək haqqı ona tam ödənilmişdir. xx.xx.2020-ci il tarixində aldığı məktubdan məlum olmuşdur ki, icra məmuru X4 Apellyasiya Məhkəməsinin 2(105)-3233 saylı, xx.xx.2019-cu il icra sənədi üzrə çıxarılmış icraata xitam verilməsi barədə qərara əsasən icra işi xx.xx.2020-ci il tarixli, 24 №-li əmr və xx.xx.2020-ci il tarixli 60 saylı məktuba əsasən tam icra olunmuşdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3233 saylı, xx.xx.2019-cu il icra sənədi üzrə icraata xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə aldığı məktubdan isə ona məlum olmuşdur ki, Sumqayıt şəhər «Lift-Servis» Birliyi üzrə 33 №-li, xx xxxx 2020-ci il tarixli əmrlə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən təkrarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Sumqayıt şəhəri Üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən verilmiş qərarı qanunsuz hesab edir və məhkəmənin nəzərinə çatdırır ki, icra məmuru A.Hacıyev və cavabdeh Sumqayıt şəhər «Lift-Servis» Birliyinin rəhbərliyi dəfələrlə müraciət etməyinə baxmayaraq onu işə bərpa olunmağı barədə əmr verdiklərini bildirməmiş, onu əmrlə tanış etməmiş və icra məmuru Sumqayıt Apellyasiya Məhkəməsinə yalan məlumat verərək işin tam icra olunduğunu bildirmişdir. Bundan başqa A.Hacıyev icra sənədi üzrə heç vaxt maraqlanmamış, onunla özü mobil əlaqə saxlamış, qəbulunda olmuş və o, hər dəfə Sumqayıt şəhər «Lift-Servis» Birliyinə xəbərdarlıq göndərdiyini və cavab gözlədiyini bildirmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixində A.Hacıyevlə şəxsən özü əlaqə saxlamış, birlikdə görüşüb cavabdeh Sumqayıt şəhər «Lift-Servis» Birliyinə getmişlər. Anar Hacıyev birliyin rəhbəri İsmiyev Cümşüdün otağında onun iştirakı olmadan olmuş, onu iki saat kənarda saxlamış, onların nə danışıb, nə dediyindən xəbəri olmamışdır. Onların söhbətində iştirak etmək istəsə də, buna rəhbərlik icazə verməmişdir. İdarədən çıxandan sonra icra məmurundan işi ilə bağlı ona məlumat verməsini bildirsə də, o, bir həftə sonra ona məlumat verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra nə icraçıdan, nə də idarədən ona heç bir məlumat verilməmişdir. Buna baxmayaraq onu çağırmasalarda dəfələrlə idarəyə gedib kadrlar şöbəsindən məlumat almaq istəsə də, kadrlar şöbəsinin rəisi Xanım rəhbərlik ilə əlaqə saxlayıb ona bildirmişdir ki, «get özümüz səni idarəyə çağıracayıq». O, bununla bağlı həmin vaxt A.Hacıyevlə də mobil əlaqə saxlamış, lakin o, cavab verməmişdir. xx.xx.2020-ci il tarixində idarə tərəfindən aldığı məktubdan isə şok olmuş, əsəb-stress keçirtmiş, ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində işə çıxmağı ilə bağlı əmr verilib, lakin o, işə çıxmamışdır. Bu məktubu alandan dərhal sonra, Sumqayıt şəhər «Lift-Servis» Birliyinə gedib bildirdi ki, onu işə bərpa olunmağı barədə əmrlə tanış etməmişlər, ona məlumat verməmişlər, onun xəbəri olmadan bu işləri özləri görmüşlər. Halbuki, xx.xx.2020-ci il və xx xxxx 2020-ci il tarixlərində şəxsən özü idarədə olmuş, həmin vaxtlarda ona işə bərpa olunmağı barədə əmr verilməsini bildirməyiblər, həmin gün hətta şəxsiyyət vəsiqəsini vatsap vasitəsi ilə göndərməyimi məndən istəyiblər və o, da şəxsiyyət vəsiqəsini vatsapla onlara göndərmişdir. Həmin vaxt əgər əmr var idisə, bunu ona ən azından vatsapda bildirməli, əmr barədə ona məlumat verməli və əmrlə tanış edib iş yerinə göndərməli idilər. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə işə bərpa olunmağı barədə əmr verilməsinə xəbər tutduqdan sonra idarəyə getmiş, əmrlə tanış olmaq və işinə çıxmaq istədiyini bildirmişdir. Həmin vaxt sahə rəisi Fikrət müəllim onu əmrlə tanış etmədən bildirmişdir ki, onu 6 mikr sahəsinə lift nəzarətçisi vəzifəsinə göndərirlər. O, bununla razı olmadığından kadrla şöbəsinə müraciət edib rəislə görüşmək istədiyini, əmrlə tanış olmaq istədiyini bildirsə də, onu rəhbərlik qəbul etməmişdir. O isə lift nəzarətçisi vəzifəsinə təyin etməklə deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin verdiyi qətnamə əsasında əvvəl-axır öz işinə bərpa olunmalı olduğunu bildirmişdir. Yenə də onu yaxın buraxmamışlar və özləri çağıracaqlarını bildirmişlər. Ona görə də o, izahat yazıb təqdim etmişdir ki, o, gəlmiş, lakin idarə onu işə bərpa etməmişdir. Həmin izahatı qəbul etmədikləri üçün poçt vasitəsi ilə həmin gün idarəyə göndərmiş və bu barədə sübutları vardır. Bundan başqa həmin gün icra məmuru Anar Hacıyevə olanlar barədə məlumat vermiş və idarəyə gəlməsini xahiş etmişdir. Anar Hacıyev gəlmədiyini bildirib, rəhbərliklə danışıb ona məlumat verəcəyini demişdir. Bundan sonra icra məmuru Anar Hacıyevdən heç bir xəbər çıxmamışdır. Özü onunla mobil əlaqə saxlasa da, ona cavab verməmişdir. O, həmin vaxtdan idarə ilə əlaqə saxlayıb demək olar ki, hər gün orada olurdu və işə bərpa olub işləməyini tələb etsə də, bunu rədd edirdilər. O, xx.xx.2020-ci il tarixindən ədliyyə orqanlarına da rəsmi məlumat vermişdir. Sonradan cavab olaraq bildiriblər ki, guya araşdırma aparılıb, ona izah olunub, o, işə çıxmamışdır. Qeyd olunanlardan göründüyü kimi, icra məmuru X7 İsmiyevlə birləşərək qəsdən və qərəzli olaraq işə çıxmağına əngəl yaratmış, onu işə bərpa edilməyi barədə əmrlə tanış etməmiş, icra məmuru A.Hacıyev vəzifəsindən sui-istifadə edərək, onu işə bərpa etmədən qanunsuz qərar verməklə qərəzli olaraq yenidən onun işsiz qalmağına səbəb olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi A.E.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3233/2019 saylı qətnaməsinin icra olunması ilə bağlı xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsi idarəyə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Qərarın surəti tərəflərə göndərilmişdir. İcra ilə bağlı xx xxxx 2020-ci il tarixdə 24 saylı əmr tərtib olunmuşdur. Həmin əmrin birinci bəndində göstərilir ki, Z.B.X2 Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3233/2019 saylı qətnaməsi ilə işə bərpa edilmişdir. xx xxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixənədək əmək haqqı ödənilsin. X8 üzrə əmr müəssisənin rəhbərinin iştirakı ilə elan edilmişdir. Onun əsli və surəti ona təqdim olundu. Həmin gün hal şahidlərinin iştirakı ilə akt tərtib edildi və əmrin surəti İddiaçı təqdim edilmişdir və ona izah edilmişdir ki, xx xxxx 2020-ci il tarixdən işə çıxmalıdır. Lakin İddiaçı bildirdi ki, onun əmək haqqı ödənilməsə işə çıxmayacaq. Bu xüsusatla bağlı bir neçə gün sonra İcra İdarəsinin rəisi F.Nəbiyevin qəbuluna gəlmiş və əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin ona izah edilmişdir ki, əmək haqqı kartının müddəti bitdiyi üçün şəxsiyyət vəsiqəsinin surəti X6 təqdim olunmalı, yeni əmək haqqı kartı aldıqdan sonra əmək haqqı tam ödəniləcək. xx xxxx 2020-ci il tarixdə X5 direktoru C.R.İsmiyevin imzası ilə xx xxxx 2020-ci il tarixdə məktub daxil olmuşdur. İddiaçı əmək haqqı ödənilməzsə işə çıxmayacagını bildirmişdir. Onun tərəfindən bütün İcra ilə bağlı tədbirlər görülmüşdür. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(060)-5121/2020 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, cavabdeh tərəfindən qətnamənin tam icra edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh A.E.Hacıyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabeh Sumqayıt şəhər “Lift Sevis” Birliyinə qarşı əmrinə ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 iyun 209-cu il tarixli 2(060)-4883/2019 saylı qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh Sumqayıt şəhər “Lift Servis” Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiası təmin edilməsi, Sumqayıt şəhər “Lift-Servis” Birliyinin İddiaçı barəsində xx xxxxx 2019-cu il tarixli 10 saylı əmr və xx xxxxx 2019-cu il tarixli 04 saylı əmr ləğv edilməsi, İddiaçı “Lift Servis” Birliyi üzrə 12 mkr sahəsinin lift nəzarətçisi vəzifəsinə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Lift-Servis” Birliyi üzrə 33 №-li, xx xxxx 2020-ci il tarixli əmrə əsasən İddiaçı 12-ci mikrorayon lift nəzarətçisi Sumqayıt Apellyasiya Məhkəməsinin 2 (105)-3233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən işinə bərpa edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixədək işə gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3233 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2020-ci il tarixli, 24 №-li əmr və xx.xx.2020-ci il tarixli 60 saylı məktuba əsasən tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Məhkəmənin qərarı ilə işə bərpa olunmuş və bu günə qədər üzürsüz səbəbdən işə çıxmır və əmək kitabçası kadrlar şöbəsinə təqdim etməmişdir. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyalarını yerinə yetirmədiyinə görə, məsuliyyət dayışır və bununla bağlı ölçü götürüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə öz işinə bərpa olunmuş, lakin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər işə çıxmamaqla bərabər əmək kitabçasını qeydiyyat üçün müəssisəyə təqdim etməmişdir. Bu barədə ona xx.xx.2020-ci il tarixli müraciət olunmasına baxmayaraq, o, müəssisənin daxili nizamintizam qaydalarını pozmaqla yanaşı, əmək qanunvericiliyinin qaydalarını də pozmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qətnaməni tam və ya qismən ləğv edə bilər. Yuxarı instansiya məhkəməsinin göstərişlərindən biri olaraq icra məmuru tərəfindən qəbul edilmiş qərarlara Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılması qaydalarına dair Təlimatın 147-ci bəndinə əsasən hazırki təqdimatın qətnamələrin icra qaydasında icraatın «8» indeksi altında ayrıca qaydada siyahıya alınaraq baxılması zəruriliyi göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin «2» indeksi altında rəsmiləşdirilməklə baxılmışdır. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilərindən aslı olmayaraq birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı verdiyi ərizəyə yenidən icraata Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılması qaydalarına dair Təlimatın 147-ci bəndinə əsasən «8» indeksi altında ayrıca qaydada siyahıya alınaraq şikayətin dəlillərində göstərilən hallar araşdırılmaqla yenidən hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)- 5121/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-542/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-542/2021
25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver