Məhkəmə qərarları › İş №2(105)-543/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-543/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-543/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X30 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsini qeyd etməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X4 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 nümayəndəsi X31, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X42 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsini qeyd etməklə,hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-1195/2022 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Zahı̇ də İsbı̇ qızı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası , Müəyyən etdi: İşin halları Seriya MH, ******* №li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın məzmunundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində sahəsi 1,1 ha olan torpaq sahəsi hüquq sahibi X19 adına 67 nğmrəli vərəqində 29060872 qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinin məzmunundan görünür ki,X38 və X47 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü 09 fevral 2021-ci il traixdə qanuni qüvvəsini almışdır, cinayət işi üzrə zərərçəkmiş şəxslər X26 98.620 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 103650 manat; X8 29.500 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 34.500 manat; X51 82.000 manat maddi ziyan 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 87.030 manat; X3 78.850 manat manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 83.880 manat; X33 57.500 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 62.530 manat; X21 68.500 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 73.530 manat; X29 92.000 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 97,030 manat; X43 115.595 manaf maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 120.625 manat; X44 68.500 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 73.530 manat; X34 68.850 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 73.880 manat; X12 45.000 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 50.030 manat; X52 33.900 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 38.930 manat; X27 50.000 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 55.030 manat; X28 60.000 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 65.030 manat; X13 60000 manat maddi ziyan, 5000 manat mənəvi zərər cəmi 65.000 manat ödənilməlidir. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş X1 təyin edildiyi “Orxan-92” kiçik müəssisəsinin nəznində yaradılmış “ünvan 1 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; Şamaxı rayonu Çuxuryurd kəndində 1,50 ha kənd tərəsüfatı təyinatlı torpaq sahəsi; Faktiki olaraq Elmira şirinovanın özünə məxsus olmaqla ,X15 adına Şamaxı şəhəri H.Z.Şirvani küçəsidə 9 saylı fərdi yaşayəş evi; ünvan 2 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; ünvan 3anında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X22 adına Şamaxı rayonu Çuxuryurd kəndində 1,10 ha kənd təsərüfatı torpaq sahəsi; Elmira Şirinovanın adına olan “Nissan Teana” minik markalı, “AZ **-FM-***” dövlət nömrə nişanlı, X15 adına olan “Ford Fiesta” minik markalı, “AZ 1O-RT-155” dövlət nömrə nişanlı, X40 adına olan “Vaz-21093” minik markalı, “AZ-**-BB-***” dövlət nömrə nişanlı, X16 adına olan “Hundai İX- 35” minik markalı, “AZ-99- GO-035” dövlət nömrə nişanlı, X35 adına, olan “Hundai Sonata” minik markalı, “AZ-**-DP-***” dövlət nömrə nişanlı, X6 adına olan “Mercedes C320” minik markalı, “AZ-**-SH-***” dövlət nömrə nişanlı, X17 adına olan “Kia Optima” minik markalı, “AZ-**-FL-***” dövlət nömrə nişanlı, X36 adına olan “Mercedes Benz E240” minik markalı, “AZ-**-LG-***” dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs saxlanılsın,Elmira Şirinovanın üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunsun, üzərinə həbs qoyulmuş əmlaklar zərəçəkmiş şəxslərin mülki iddialarının təmin edilməsinə yönəldilsin. Şamaxı rayonu İcra və Probasiya Şöbəsinin 24 may 2022-ci il tarixli 3178/3 syalı məktubunun məzmunundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqi icraya yönəldilmişdir. 24 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın məzmunundan görünür ki, iş üzrə icraata başlanılması və borclu şəxslərə 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir. Cavabdeh2 MMC-yə ünvanlanmış Cavabdeh1 Hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş X1 təyin edildiyi “Orxan-92” kiçik müəssisəsinin nəzdində yaradılmış “ünvan 1 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; Şamaxı rayonu Çuxuıyurd kəndində 1,50 ha kənd təsərrüüfatı təyinatlı torpaq sahəsi; faktiki-olaraq Elmira Şirinovanın özünə məxsus olmaqla, X7 adına Şamaxı şəhəri H.Z.Şirvani küçəsidə 9 saylı fərdi yaşayış evi, ünvan 2 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi, ünvan 3anında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X18 adına Şamaxı rayonu Çuxuryurd kəndində 1,10 ha kənd təsərüfatı təyinatlı torpaq sahələri açıq hərracda satılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2022-ci il tarixli vərəqəsinə əsasən borclulara məxsus əmlakların açıq hərracda satılması üçün hərracın keçirilməsi xahiş olunmuşdur. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, X24 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 22000 manat təşkil edir. X37 dair 15 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şamaxı rayon İcra şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X9 (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində “E-hərrac.com” yerləşdirilmişdir. X11 Əmlak Hərrac Mərkəzi MMC- nin 28 sentyabr 2022-ci il tarixli hərrac yekunları barədə № 211/22 saylı prtokolundan görünür ki, əmlakın ilkin hərracda alış qiyməti 22.300 manat, hərracın nəticələrinə dair bu protokol Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən dövlət orqanına Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinin X23 adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsasdır. (Əsas: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.2-ci və 415.5-ci maddələri, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.2-ci maddəsi). Hərracın təşkili, keçirilməsi, rəsmiləşdirilməsi və sair prosedur qaydaları barədə hərracın iştirakçılarına müfəssəl məlumatlar verilmişdir. Hərrac xərcləri üzrə xidmət haqqı qalib alıcı X57 tərəfindən hərracın təşkilatçısının hesabına ödənilməlidir. Qalib alıcı, tələbkar X42 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. X11 Əmlak Hərrac Mərkəzi MMC- nin Cavabdeh1nə ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 MMC-nin rəhbərliyi nəzərinizə çatdırır ki, 28 sentyabr 2022-ci il tarixli keçirilən hərracda iştirak edən X57 hərracın qalib alıcısı olmuşdur. Lakin hərracdan sonra X57 protokolu qəbul etməkdən, imzalamaqdan imtina etmişdir. Belə olan halda həmin əmlak Cavabdeh2 MMC tərəfindən hərracda iştirak edən ikinci iştirakçıya təklif olunmuş, ikinci iştirakçı təklifi qəbul etmişdir və ona hərracın qalibi kimi protokol tərtib edilərək verilmişdir. X48 verilmiş xx.xx.2022-ci tarixli, 211/22 saylı protokol ləğv olunmuşdur. X23 X10 Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış 03 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, 28 sentyabr 2022-ci il tarixdə auksiyonun predmeti olan Şamaxı rayonu Çuxuryurd kəndi 1,10 ha torpaq sahəsi üzrə açıq auksionda iştirak etmişdir. X5 qalib gəlmişdir. Sonra isə ona bəlli olmuşdur ki, o auksiondan imtina edib. Hərracın qanuna görə qalib şəxs hərracdan imtina etdikdə auksionun növbəliyinə görə birincilik ikinci şəxsə verilir. Odur ki, auksionda 2-ci olmuşdur. Buna görə də protokolun ona verilməsini xahiş etmişdir. X23 nümayəndəsi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, olan Şamaxı rayonu Çuxuryurd kəndi 1,10 ha torpaq sahəsini hərrac vasitəsilə aldığını, həmin əmlakın dəyəri olan 22250 manat məbləğində pul vəsaitini Şamaxı rayonu İcra və Probasiya Şöbəsinə depozit hesabına ödəniş kimi ödədiyini, həmin məbləği hərracdan əldə olunan əmlakın dəyəri kimi nəzərə almağı xahiş etmişdi. X11 Əmlak Hərrac Mərkəzi MMC- nin 28 sentyabr 2022-ci il tarixli Hərrac yekunları barədə № 211/22 saylı prtokolundan görünür ki, əmlakın ilkin hərracda alış qiyməti 22.250 manat, hərracın nəticələrinə dair bu protokol Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən dövlət orqanına Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinin X23 adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsasdır. (Əsas: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.2-ci və 415.5-ci maddələri, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.2-ci maddəsi). Hərracın təşkili, keçirilməsi, rəsmiləşdirilməsi və sair prosedur qaydaları barədə hərracın iştirakçılarına müfəssəl məlumatlar verilmişdir. Hərrac xərcləri üzrə xidmət haqqı qalib alıcı X42 tərəfindən hərracın təşkilatçısının hesabına ödənilməlidir. Qalib alıcı, tələbkar X42 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh2 MMC-nin hüquqşünası Nümayəndə3, həmin Mərkəzdə hərrac mütəxəssisi vəzifəsində işləyən X32 və hərracın iştirakçısı X42 (etibarnamə üzrə nümayəndə X49), bu aktı tərtib edirik ondan ötəri ki, X42 (etibarnamə üzrə nümayəndə X49) hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 211/22 № li protokolda texniki səhvlik olaraq tələbkar kimi qeyd olunmuşdur. Lakin qalib alıcı X42 (etibarnamə üzrə nümayəndə X49) səhvən tələbkar olaraq ,göstərilsə də bu iş üzrə tələbkar kimi heç bir imtiyazlarından istifadə etməmişdir. Belə ki, X42 (etibarnamə üzrə nümayəndə X49) ərizə ilə müraciət edərək hərracda iştirak etmiş, beh məbləğini, xidmət haqqını, sadələşdirilmiş vergi məbləğini hərraca ödəmiş, qalib alıcı olaraq hərracın yekunları barədə protokolu imzaladıqdan sonra, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən sahəsi 1,1 ha olan torpaq sahəsinin sifarişdə göstərilən alış dəyərini tam olaraq Cavabdeh1 depozit heabına ödəmişdir. Göründüyü kimi X42 (etibarnamə üzrə nümayəndə X49) hərracda adi vətəndaş kimi iştirak etmişdir. Odur ki, bu aktı 2 nüsxədən ibarət olmaqla tərtib edib imzalarımızla təsdiq edirik. Aktın bir nüsxəsi Cavabdeh2 MMC-də saxlanılır, digər nüsxəsi isə X50ma (etibarnamə üzrə nümayəndə X49) təqdim olunur. X11 Əmlak Hərrac Mərkəzi MMC- nin Şamaxı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X42 (etibarnamə üzrə nümayəndə X49) hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 211/22 № li protokolda texniki səhvlik olaraq tələbkar kimi qeyd olunmuşdur. Lakin qalib alıcı X42 (etibarnamə üzrə nümayəndə X49) səhvən tələbkar olaraq göstərilsə də bu iş üzrə tələbkar kimi heç bir imtiyazlarından istifadə etməmişdir. Belə ki, X42 (etibarnamə üzrə nümayəndə X49) ərizə ilə müraciət edərək hərracda iştirak etmiş, beh məbləğini, xidmət haqqım, sadələşdirilmiş vergi məbləğini hərraca ödəmiş, qalib alıcı olaraq hərracın yekunları barədə protokolu imzaladıqdan sonra, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən sahəsi 1,1 ha olan torpaq sahəsinin sifarişdə göstərilən alış dəyərini tam olaraq Cavabdeh1 depozit heabına ödəmişdir. Göründüyü kimi X42 (etibarnamə üzrə nümayəndə X49) hərracda adi vətəndaş kimi iştirak etmişdir. Azərbaycan Respublikasınıq Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni prcdmct barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olması icraata xitam verilmə əsaslarından biridir. Eləcə də, X25 məxsus Bakı Ağır Cinayətlər Məhkəməsinin l(101)-130/2020saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə xüsusi müsadirə tətbiq edilmiş əjnlaklara dair yenidən qaldırılan iddialar müvafiq olaraq eyni predmet iizrə məhkəmədə ikinci dəfə mübahisələndirilməsi qanunla yol verilmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkənməsi, Binəqədi Rayon Məhkəməsi və Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayon İcra şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli hərrac sifarişi üzrə xüsusi mülkiyyətində olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair protokolun etibarsız sayılmasına və həmin torpaq sahəsinə dair qanunvericiliyə uyğun hərracın keçirilməsinə dair yeni sifarişin digər hərrac təşkilatına verilməsi vəzifəsinin Şamaxı rayon İcra şöbəsinə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 1,10 ha kənd təsərrüfatlı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK DƏDRX Şamaxı Əİ-dən xx.xx.2006-cı ildə verilmiş, kitab 3, vərəq 67-də ********* nömrə üzrə qeydə alınmış reyestrdən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 1,10 ha torpaq sahəsi Şamaxı İcra Şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi ilə Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Xüsusi mülkiyyətində olan 1,10 ha torpaq sahəsinin açıq hərracda ilkin satış dəyəri 22000 manat məbləğində müəyyənləşdirilmişdir. Torpaq sahəsinin ilkin satış dəyərinin 22000 manat məbləğində müəyyənləşdirilməsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilməklə, həmin iş hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. İşə hazırlıq iclasında baxılması xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Xüsusi mülkiyyətində olan 1,10 ha torpaq sahəsinə dair açıq hərracın xx.xx.2022-ci il tarixinə təyin edilməsi barədə ona heç bir məlumat verilməmiş, hərracın həmin tarixə təyin edilməsi ilə əlaqədar torpaq sahəsinin mülkiyyətçisi olaraq ünvanına hər hansı bildiriş göndərilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi ilə məhkəməyə müraciət edərkən "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən keçirilən hərracın başlanğıcını, gedişatını və yekunlarını əks etdirən bütün sənədlər tərəfindən əldə edilmədiyindən iddia tələbini yalnız hərracda iştiraka dəvət edilməməsilə əsaslandırmış, daha sonra Cavabdeh2 MMC tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində olan 1,10 ha torpaq sahəsi ilə bağlı 28 sentyabr 2022-ci ildə keçirilmiş açıq hərracın başlanğıcını, gedişatını və yekunlarını əks etdirən bütün sənədlərin surətləri onlara təqdim olunduqdan sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən hərrac kobud qanun pozuntuları ilə keçirilmişdir. Belə ki, İcra Şöbəsinin 6244/3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli, 211/22 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:00-dan 11:30-dək olan müddətdə Şamaxı rayon İcra Şöbəsinin 4457/3 saylı, xx.xx.2022ci il tarixli sifarişi üzrə xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinin qalib alıcısı, fiziki şəxs X57 (ünvan: ünvan 7ə həmin torpaq sahəsi 22.300 manata olmaqla ona satılmışdır. X45 adına Cavabdeh2 MMC tərəfindən tərtib olunmaqla həmin Mərkəzin direktorunun imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 211/22 nömrəli protokola Elşad Musayev tərəfindən əl yazısı ilə aparılmış qeydlərdən görünür ki, o, hərracın predmeti olan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğuna və bu halın ona hərracdan sonra bəlli olduğuna əsaslanmaqla, adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 211/22 nömrəli protokolu imzalamaqdan imtina etmişdir. Eyni gündə, yəni 28 sentyabr 2022-ci il tarixində, eyni saatda, yəni 11:00-dan 11:30-dək keçirildiyi iddia olunan "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən tərtib və təsdiq olunmuş eyni nömrəli, yəni 211/22 saylı hərracın yekunları barədə digər protokoldan isə görünür ki, "Əmlak Hərrac Mərkəzi” MMC saxtakarlıq edərək X23 (etibarnamə üzrə nümayəndəsi X49) adına torpaq sahəsinin dəyəri 22.250 manata olmaqla başqa protokol verilmişdir. Bu protokolda göstərilmişdir ki, qalib alıcı guya tələbkardır və o, tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. Bildirir ki, Z.İ.Məmmədova tələbkar olmadığı üçün o, alış qiymətini İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Alış qiymətinin İcra Şöbəsinin depozit hesabına ödənilməsi də təsdiq edir ki, Z.Məmmədova tələbkar deyildir. Əgər Z.Məmmədovanın tələbi olmuş olsa idi o, alış qiymətini depozit hesabına köçürməli deyildi və protokolda göstərildiyi kimi tələbinin məbləği həcmində alış qiymətini ödəməzdi. İcra Şöbəsinin 6244/3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə ilə göndərilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)- 130/2020 nömrəli icra vərəqəsindən görünür ki, tələbkar kimi təqdim edilmiş Zahidə Məmmədovanın tələbinin ümumi məbləği 65 000 (altmış beş min) manatdır. Əgər onun 65.000 manat tələbi varsa, onun tərəfindən torpaq sahəsinin dəyərinin İcra Şöbəsinin depozit hesabına ödənilməsi ciddi şübhələr doğurur. Güman edir ki, Zahidə Məmmədovanın tələbi ödənilmişdir. Bu halı təsdiq edən sənədlərin əldə edilməsi üçün tərəfindən tədbirlər həyata keçirilir. Zahidə Məmmədova tələbkar olmadığı halda hərracda tələbkar qismində iştirak etməsi də qanunsuzdur. İcra Şöbəsinin 6244/3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə ilə ünvanına göndərilmiş “X37 dair bildirişdən də açıq aşkar görünür ki, hərrac barədə, hərraca çıxarılmış torpaq sahəsinin mülkiyyətçisı olaraq ona heç bir məlumat verilməmişdir. Belə ki, həmin bildirişdə göstərilən şəxslərin arasında adı yoxdur. Göstərilənlərdən açıq-aşkar görünür ki, Cavabdeh2 MMC saxtakarlıq edərək iştirakını təmin etməməklə qanun pozuntularına yol verməklə, həmdə saxtakarlıq edərək, eyni günə, eyni saata iki hərrac protokolu tərtib etmiş və əlavədə göstərdiyi digər qanun pozuntularına da yol vermişdir. Yuxarıda göstərdiyi iddia tələbinə baxılarkən hazırki əlavədə göstərdiyi qanun pozuntularını da nəzərə almağı xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur ki, xx.xx.2022-ci il tarixli “tələbin güzəşti müqaviləsi”ndən görünür ki, tələbkarlardan biri olan X42 65.030 manat məbləğində tələbini həmin icra sənədi üzrə digər tələbkar X39 güzəşt etmişdir. X42 xx.xx.2022-ci il tarixli “tələbin güzəşti müqaviləsi” əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 05 yanavar 2022-ci il tarixli icra sənədi üzrə tələbini X39 güzəşt etdiyindən X42 (etibarnamə üzrə nümayəndəsi X46) 28 sentyabr 2022-ci ildə keçirilmiş hərracda tələbkar statusu ilə iştirak etməsi və bu statusdan sui-istifadə edərək hərracda iştirak etmək üçün beh məbləğini ödəməməsi qanunsuz və əsassız olmuşdur. Z.İ.Məmmədova 65.030 manat məbləğində tələbini X39 tam məbləğdə güzəşt etdiyindən L.N.Abbasova özünün və digər tələbkarların ona güzəşt etdikləri pul vəsaitinin əvəzində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin Cavabdeh2 MMC-yə verdiyi xx.xx.2022-ci il tarixli hərrac sifarişinə əsasən açıq hərraca çıxarılmış Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədə yerləşən 6 nömrəli binanın 7 saylı mənzilini Cavabdeh2 MMC-nin 21 sentyabr 2022-ci il tarixli 207/22 nömrəli yekun protokolu ilə dəyəri 178000 manata olmaqla əldə etmiş və bununla da tələbkar L.N.Abbasova ozünün 73.880 manat məbləğində olan tələbindən artıq qalan hissəsini şifarişçi İcra şöbəsinin depozit hesabına ödəməmişdir. X42 “tələbin güzəşti müqaviləsi” əsasında icra sənədi üzrə tələbini X39 güzəşt etdiyindən, sonuncu Z.Məmmədovanın ona güzəşt etdiyi 65.030 manat məbləğində tələbinin məbləğinin əvəzində dəyəri 178000 manat məbləğində olan mənzili əldə etmiş Z.İ.Məmmədovanın etibarnamə üzrə nümayəndəsinin 28 sentyabr 2022-ci ildə keçirilmiş açıq hərracda iştirak etmək üçün beh məbləğini ödəməməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın qanunsuz və əsassız olduğunu tam təsdiq edir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-1195/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şamaxı rayon İcra şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli hərrac sifarişi üzrə İddiaçı məxsus Şamaxı rayonu, Çuxurdyurd kəndində yerləşən 1,10 hektar torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli Hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan cavabdeh “X11 Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçı məlumat verilməmişdir. Buna görə iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair protokolun etibarsız sayılmalı, iddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 415.4, 415.5 və 416.1-ci maddələrinə istinad etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X42 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü ilə mülki iddiaların təmin edilməsi üçün xüsusi müsadirə tətbiq edilmişdir. Həmin hökmdən iddiaçı tərəfindən əmlakın həbsdən azad edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayət şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddət keçdiyi üçün təmin edilməmişdir. Yəni iddiaçının əmlaka xüsusi müsadirə tətbiq edilməsindən məlumatı olmuş və bunu mübahisələndirmişdir. Xüsusi müsadirə tətbiq edilmiş Şamaxı rayon Çuxuryird kəndində yerləşən 1.10 ha torpaq sahəsinin sahibinin qanuni qüvvəsin almış məhkəmə hökmü ilə X38 olması müəyyən edilmişdir. İddiaçının hərracın keçirilməsi yeri və vaxtı barədə ona məlumatın verilməməsi məsələsində istinad etdiyi hal əhəmiyyətsizdir. Belə ki, qeyd edildiyi kimi hərrac icra məmurunun sifarişi əsasında keçirilmiş, həmin sifarişdə əmlakın sahibinin X54 olması yox məhz məhkəmə hökmünə əsasən X20 olması bildirilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Birinci inistansiya məhkəməsi sadalanan hala düzgün hüquqi qiymət verməmişdir. Əmlakın onun tərəfindən alınmasına münasibətdə isə Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən “Auksionlar və Müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər”. İş materiallarından aydın olur ki, hərracın nəticələrinə əsasən qalib alıcı hərracdan imtina etdiyindən ikinci ən yüksək məbləği təklif etmiş iştirakçı hərracın qalibi elan edilmiş və buna dair müvafiq protokol tərtib edilmişdir. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyət hərracın keçiriməsi zamanı hər hansı qanun pozuntusuna yol verməmişdir. Belə ki, hərrac sifarişi cəmiyyətə daxil olduqdan sonra ilkin hərrac qanunvericilyiin tələblərinə uyğun olaraq təyin edilmiş, eləcə də hərracın keçirilməsinə dair elan kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X9 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısınını rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Həmçinin hərracın keçirilməsinə dair bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Bundan əlavə olaraq iş üzrə hərracın keçirilməsinə dair bildiriş müvafiq olaraq sifariş məktubunda göstərilən ünvan 8 ünvanına poçt vasitəsi ilə 15 sentyabr 2022-ci il tarixli reyestrlə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələbinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda sözügedən maddəni, eləcə də həmin Məcəllənin 416-cı maddəsini tətbiq etməklə iddianı təmin etməməli olduğu halda, həmin maddələri hazırkı mübahisəyə tətbiq edərkən yanlış təsvir etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə hazırkı mübahisəyə tətbiq etdiyi hüquq normasını tətbiq etməməli olduğu halda tətbiq etmiş və beləliklə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar İddiaçının nümayəndəsi tərəfindən apelyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, etiraz onunla əsaslandırılmışdır ki, müvafiq məhkəmə qətnaməsinin qanuni olduğunu, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(074)-1195/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 nümayəndələri məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək, öz izahatlarında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz edərək,apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və üçünücü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səalihhətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə işdə iştirak edən digər şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 414.1. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respubkikası Qanunun: Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlak barəsində qanuni qüvvəyə minmiş müvafiq məhkəmə hökmü ilə xüsusi müsadirə tətbiq edilməklə, üzərinə həbs qoyulmuş və cinayət işi üzrə mülki iddiaların təmin edilməsinə yönəldilmişdir. Həmçinin, həmin məhkəmə hökmünün icrası ilə bağlı müvafiq icra şöbəsi tərəfindən icra vərəqəsi əsasında mülki iddiaların təmin edilməsinə yönəldilməsi məqsədilə həmin əmlakın açıq hərracdan satılması ilə bağlı müvafiq hərrac təşkilatına sifariş edilmişdir. Müvafiq hərrac təşkilatının təşkilatçılığı ilə həmin əmlak barəsində xx.xx.2022-ci il tarixdə hərrac keçirilərək, hərracın yekunu olaraq həmin əmlak alıcı qismində X57 (cinayət işi üzrə zərəçəkmiş və mülki iddiaçı qalib alıcı olmuş, daha sonra onun tərəfindən imtina edilmiş, buna görə də həmin hərracda iştirak edən ikinci qalib şəxs qismində həmin əmlak X42 tərəfindən satın alınmış, bununla bağlı hərracın yekunlarına dair protokol tərtib edilmişdir. İddiaçı həmin hərracın yekunlarına dair müvafiq protokolun etibarsız sayılması barədə iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması, hərracın keçirilməsi barədə müvafiq bildirişin ona göndərilməməsi, alıcının tələbkar olmadığı halda, tələbkar kimi iştirak etməsi, ödənişin müvafiq icra şöbəsinin depozit hesabına ödənilməsinin, onun tələbinin ödənilməsinin güman edilməsinə əsas verməsi, beh məbləğini ödəməməsi, eyni vaxtda iki protokolun tərtib edilməsi kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası hərrac keçirilən müvafiq əmlak barəsində xüsusi müsadirə tətbiq edildiyindən ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan respublikası Cinayət Məcəlləsinin 99-1.1.2. və 99-1.1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi;məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Həmin Məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, əmlak barəsində xüsusi müsadirə tətbiq edilməsi, həmin əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması deməkdir. İndiki halda da barəsində hərrac keçirilmiş əmlakla bağlı qanuni qüvvəyə minmiş hökm əsasında xüsusi müsadirə tətbiq edilmiş, üzərinə həbs qoyulmuş və mülki iddiaların təmin edilməsinə yönəldilmişdir. İddiaçı isə həmin əmlakın mülkiyyətçisi olması halını əsas götürərək, müvafiq hərracın keçirilməsi barədə ona bildirişin göndərilməli olduğu halda, göndərilməməsi, bununla da onun hüququnun pozulması halına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunan normalarının tələbinə əsasən həmin əmlak barəsində xüsusi müsadirə tətbiq edildiyindən, artıq həmin əmlak dövlət nəfinə məcburi qaydada və əvəzssiz olaraq alınmışdır. Deməli, iddiaçının həmin əmlakın mülkiyyətçisi olması halı artıq aradan qalxmışdır. Belə olan halda isə hərrac təşkilatının əmlakın mülkiyyətçisi qismində (hansı ki həmin hal artıq mövcud olmamışdır) iddiaçıya müvafiq hərracın keçirilməsi ilə bağlı bildiriş göndərmək kimi öhdəliyi mövcud olmamışdır. Bununla belə qeyd olunmalıdır ki, müvafiq hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı maraqlı tərəflər, o cümlədən müvafiq sifariş vərəqində qeyd olunmuş şəxslərə, habelə X25 (hansıki müvafiq məhkəmə hökmündə ona məxsus əmlak qismində həmin əmlakın üzərinə həbs qoyulmuş və xüsusi müsadirə tətbiq edilmişdir) qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, rəsmi internet saytında, kütləvi informasiya vasitəsində bununla bağlı elan verilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, barəsində məhkəmə hökmü qəbul edilmiş şəxs iddiaçının anası olmuş, habelə iddiaçı həmin əmlak barəsində qəbul edilmiş məhkəmə qərarlarını mübahisələndirmişdir ki, həmin hallar da öz növbəsində iddiaçının həmin əmlakla bağlı məhkəmə proseslərindən, o cümlədən həmin əmlak barəsində tətbiq edilən tədbirlərdən məlumatlı olmasını qeyd etməyə əsas verir. Eyni zamanda, qeyd olunmalıdır ki, həmin hərrac açıq hərrac formasında təşkil olunmuş,bu barədə elan verilmiş, iddiaçı adi alıcı qismində həmin hərrac prosesində iştirak etmək hüququna malik olmuşdur. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi qeyd olunan hallar həqiqəti əks etdirməməklə, heç bir dəlilə əsaslanmamış, qeyd olunan hissədə iddiaçının hər hansı hüququnun (mülkiyyətçi olması halı aradan qalxdığından) pozulması halı aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin əsası kimi istinad edilmiş digər hallarla bağlı onu qeyd edir ki, həmin tarixdə hərrac keçirilməsinə dair iki protokol tərtib edilmiş, ilk protokol tərtib edilsə də, qalib alıcı həmin əmlakı almaqdan imtina etmiş, ikinci qalib şəxs qismində X42 qalib alıcı qismində əmlakı əldə etmiş, bu səbəbdən də eyni gündə iki protokol tərtib edilmişdir. Qeyd edilən hallar da müvafiq hərrac təşkilatı tərəfindən tərtib edilmiş sənədlərlə rəsmiləşdirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı X23 tələbkar kimi qeyd edilməsi halını da pozuntu kimi qeyd etsə də, həmin halın qeyd edilməsinin də texniki səhv olması və bu barədə hərrac təşkialtı tərəfindən akt tərtib edilməsi halı müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallar formal xarakter daşımaqla, hərrac prosesinin keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması halları kimi qiymətləndirilməsinə əsas vermir. Bunun əksi isə ilk növbədə hüquqdan su-istifadə halının baş verməsinə, nəticə etibarilə hərrac iştirakçılarının, maraqlı tərəflərin hüquq və mənafelərinin pozulmasına gətirib çıxarda bilər. Digər hallar baxımından da hazırki mülki iş üzrə müvafiq əmlak barəsində hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin qeyd olunan normalarının pozulması halı aşkar edilmədiyindən, keçirilmiş hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün əsas olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, işin nəticəsinə təsir edən bütün halları aydınlaşdırmamış, bununla da gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən əxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X42 tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-1195/2022 nömrəli qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın, bu hissədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar