Məhkəmə qərarları › İş №2(105)-552/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-552/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-552/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1329/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə qaydada iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh Elman oğlundan maddi ziyana görə 41620,80 manat və mənəvi ziyana görə 5000 manat pulun İddiaçı1 xeyrinə, maddi ziyana görə 2000 manat və mənəvi ziyana görə 2000 manat pulun İddiaçı2 xeyrinə, maddi ziyana görə 8000 manat və mənəvi ziyana görə 5000 manat pulun İddiaçı3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 iddia tələbinin dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edib, “Mercedes Benz G63 minik” markalı, **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 21:48-də Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi "Nissan X Trail minik" markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri "köhnə avtovağzal" dairəsi istiqamətində 50 km/saat surətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun qırmızı işıq qadağanedici siqnalı verildikdə avtomobili işıqfor qarşısında dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək, qanunun qeyd edilən tələbinə əməl etməyib yolayırıcını qırmızı işıqda keçərək, Ə.Nərimanov küçəsi ilə kəsişən Azərbaycan küçəsi ilə "Amsar" istiqamətində hərəkət edən İddiaçı1 baş etibarnamə ilə idarə etdiyi "Mercedes Benz G63 minik" markalı, **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan "Mercedes Benz G63 minik" markalı avtomobildə olan sərnişin İddiaçı3 başın təpə nahiyəsində, sol qaşarası sahədə, burunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır hemotoma, burunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır-hemotoma, burun tənəffüsünün pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, "Mercedes Benz G63 minik" markalı avtomobilin sürücüsü İddiaçı1 başın təpə nahiyyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin arxa tərəfində sağda yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlıqda qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, sərnişin İddiaçı2 sağ saidin yuxarı 1/3-nin bayır səthində əzilmiş yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə və İddiaçı1 avtomobilinin ciddi şəkildə zədələnməsi ilə ona 26620 manat 80 qəpik məbləğində maddi zərər vurmaqla yol hərəkəti qaydalarını ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Quba Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsə qarşı mülki iddia irəli sürülməmiş, həmçinin təqsirləndirilən şəxs nə cinayət işinin ibtidai istintaqı, nə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etməmiş, tərəflər arasında barışıq əldə edilməmişdir. Şəxsin təqsirli bilinməsi və məhkum edilməsi, onun törətdiyi cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsindən azad etmədiyindən və cinayət mühakimə icraatı qaydasında araşdırma zamanı dəymiş ziyan məsələsi həll edilmədiyindən, cinayət işi üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyi qanuni mənafelərinin təmin edilməsi və hüquqlarının müdafiəsi baxımından zəruri hesab edirlər. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, cinayət hadisəsi nəticəsində hər üç zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətlər almaqla sağlamlıqları müəyyən müddətə pozulmuş, mənəvi iztirab keçirmişlər, həmçinin zərərçəkmiş şəxs İddiaçı1 məxsus avtomobil demək olar ki, yararsız hala düşməklə sıradan çıxmışdır. Bu baxımdan cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs qismində tanınmış hər üç şəxs cavabdehə qarşı ayrı-ayrılıqda iddia tələbi sürməkdə haqlıdır. İddiaçı1-hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış və sağlamlığına zərər dəymiş, lakin cavabdeh bununla bağlı çəkilmiş xərcləri qarşılamamışdır. Həmin hissə ilə bağlı iddiaçının tələbi 5000 manatdır. Hadisə nəticəsində iddiaçıya məxsus "Mercedes Benz G63 minik" markalı, **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobil zədələnmiş, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən abvtomobilin bərpası üçün təmir işlərinə 26620,80 manat vəsait tələb olunur - bu həmin avtomobilin təmiri üçün ehtiyyat hissələrinə çəkiləcək xərclərdir, həmçinin təmirin aparılması üçün servis mərkəzinə 15000 manat vəsait ödənilməlidir. Həmin hissə ilə bağlı iddiaçının tələbi 41620.80 manat təşkil edir. Hadisə nəticəsində iddiaçı heç şübhəsizdir ki, mənəvi sarsıntı və iztirab keçirmiş, hadisə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu əsasla iddiaçı cavabdehdən mənəvi ziyana görə 5000 manat tələb edir. İddiaçı2 hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış və sağlamlığına zərər dəymiş, lakin cavabdeh bununla bağlı çəkilmiş xərclər qarşılamamışdır. Həmin hissə ilə bağlı iddiaçının tələbi 2.000 manatdır. Hadisə nəticəsində iddiaçı heç şübhəsizdir ki, mənəvi sarsıntı və iztirab keçirmiş, hadisə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu əsasla iddiaçı cavabdehdən mənəvi ziyana görə 2000 manat tələb edir. İddiaçı3 hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış və sağlamlığına zərər dəymiş, lakin cavabdeh bununla bağlı çəkilmiş xərcləri qarşılamamışdır. Həmin hissə ilə bağlı iddiaçının tələbi 8000 manatdır. Hadisə nəticəsində iddiaçı heç şübhəsizdir ki, mənəvi sarsıntı və iztirab keçirmiş, hadisə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu əsasla iddiaçı cavabdehdən mənəvi ziyana görə 5000 manat tələb edir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 1(027)- 12/2021 nömrəli hökmü ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 21:48-də Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nıssan X-Trail minik” markalı, **- CH-*** qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri “köhnə avtovağzal” dairəsi istiqamətində 50 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun qırmızı işıq qadağanedici siqnalı verildikdə avtomobili işıqfor qarşısında dayandırılmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək, qanunun qeyd olunan tələbinə əməl etməyib yolayırıcını qırmızı işıqda keçərək, Ə.Nərimanov küçəsi ilə kəsişən Azərbaycan küçəsi ilə Amsar kəndi istiqamətində hərəkət edən İddiaçı1 baş etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz G63 minik” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz G63 minik” markalı avtomobildə olan sərnişin İddiaçı3 başın təpə nahiyyəsində, sol qaşarası sahədə, burnunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır-hematoma, burun tənəffüsünün pozulması ilə burun sümüklərinin açıq qəlpəli sınığı kimi sağlamlığına uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, “Mercedes Benz G63 minik” markalı sürücüsü İddiaçı1 başın təpə nahiyyəsində əzilmişcırılmış yara, döş qəfəsinin arxa tərəfində sağda yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlıqda qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, sərnişin İddiaçı2 sağ saidin yuxarı 1/3-nin bayır səthində əzilmiş yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə və İddiaçı1 avtomobilin ciddi şəkildə zədələnməsi ilə ona 26620 manat 80 qəpik məbləğində maddi zərər vurmaqla yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 1(105)-359/2021 nömrəli qərarı ilə Quba Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 1(027)-12/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təyin edilmiş, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddərinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur və xidmət haqqı aktından görünür ki, “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 35152,2 manat məbləğində ziyan dəyməsi göstərilmişdir. Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1329/2021 saylı qətnaməsi ilə (hakim V.M.Seyidov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh maddi ziyana görə 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat alınaraq İddiaçı1, mənəvi ziyana görə 200 (iki yüz) manat alınaraq İddiaçı2 və mənəvi ziyana görə 500 manat alınaraq İddiaçı3 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur və xidmət haqqı aktını maddi sübut kimi qəbul edərək “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 35152,2 manat məbləğində ziyan dəyməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108.1, 1108.2, 1108.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 84.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1329/2021 saylı qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın əsasını təşkil edən yeganə sübut kimi qiymətləndirilən zərər aktıdır ki, bu zərər aktı da subyektiv maraqlara xidmət edir, obyektiv həqiqəti ortaya qoymur. "xxxx" MMC-nin təqdim etdiyi 16 iyul 2020-ci il tarixli qiymətləndirmə aktına əsasən qəza nəticəsində iddiaçının avtomobilinə dəyən zərər 35152 manat təşkil edir. Məhz iddianın yeganə əsasını da bu təşkil etmişdir. Dəfələrlə vəsatət vermişdir ki, real və obyektiv zərərin müəyyən edilməsi üçün qanunla müəyyən edilmiş qaydada ekspertiza təyin edilməsi və nəticədə obyektiv həqiqət müəyyən edilərək real vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Çox təəssüflər olsun ki, məhkəmə ekspertiza təyin etməmiş, zərərin müəyyən edilməsi üçün işi Məhkəmə Ekspertizası Mərkəzinə göndərməmişdir. Mənşəyi bəlli olmayan və qiymətləndirmə, zərər müəyyən etmə funksiyası olmayan MMC-nin verdiyi sənədi əsas götürərək subyektivliyə yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instbsiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı2 və İddiaçı3, Cavabdeh Elman oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1- ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfi, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşin araşdırılmış hallarından müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 1(027)-12/2021 nömrəli hökmü ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 21:48-də Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nıssan X-Trail minik” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobili ilə yolayırıcını qırmızı işıqda keçərək, Ə.Nərimanov küçəsi ilə kəsişən Azərbaycan küçəsi ilə Amsar kəndi istiqamətində hərəkət edən İddiaçı1 baş etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz G63 minik” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdehin hüquqazidd əməli nəticəsində o vurulmuş ziyanı tam ödənilməsi vəzifəsi daşımaqdadır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən ona vurulmuş ziyanın tam əvəzinin ödənilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilb rəy alınmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, 9/2459 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “İdeal Motors” tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 43071 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə vurulmuş ziyan məbləği 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat müəyyən edildiyi halda ekspert rəyi ilə bu məbləğ artaraq 43071 manat həcmində müəyyən edilməkdədir. Məhkəmə kollegiyası rəyin və iddiaçının tələbinin müqayisəli təhlil edib nəzərə alır ki, ekspertin müəyyən etdiyi məbləğ iddiaçıların tələb etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçılar qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün ziyan məbləği dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə müəyyən edilməlidir. Apellyant ziyan məbləğinin qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hal Məhkəmə Ekspertizası Mərkəzinin qeyd olunan rəyi ilə inkar olunmamışdır. İddia tələbinin mənəvi ziyan hissəsinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qanunazidd əməli nəticəsində iddiaçılar uzun müddət mənəvi iztirab çəkmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 9/2459 №-li nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 100 (yüz) manatdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1329/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar