Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-559/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əsassız varlanma şəklində iddiaçıdan aldığı 8000 (səkkiz min) ABŞ dolları pulun və illik 5 % hesablanmaqla əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, e-2(060)-3581/2022 saylı qətnaməsi ilə İddiaçı əsassız varlanma şəklində ondan alınmış 8000 (səkkiz min) ABŞ dolları pulun və illik 5 % hesablanmaqla əldən çıxmış faydanın Cavabdeh alınaraq ona verilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). İddiaçı qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3581/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, e-2(060)- 3581/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası haqqında qərardad qəbul edilərək mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3581/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e2(060)- 3581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə xx.xx.2023-ü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-3581/2022 saylı qərardadının ləğv edilməsi və İddiaçı ərizəsinə əsasən buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2(060)-3581/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, e-2(060)-3581/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehə qarşı irəli sürdüyü əsassız tələblər rədd edilmişdir. İddiaçı qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş,Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3581/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, e-2(060)-3581/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)3581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası haqqında qərardad qəbul edilərək mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və bu xahiş məhkəmə tərəfindən təmin olunmuşdur.Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndirilən qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir...Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.Hal-hazırki işdə bütün bu prinsiplər və normalar nəzərə alınmamış,birinci instansiya məhkəmələri tərəfindən işə baxılarkən qanuni tələbləri və dəlilləri diqqətə alınmayaraq konstitusion hüquqlarının aşkar pozuntularına yol verilmişdir.Hesab edir ki, məhkəmənin qərardadı istinad etdiyi səbəblərə görə hüquqi cəhətdən əsassız olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstəriən Qərarının 2.4-cü bəndində qeyd olumuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.Yuxarıda göstərilənlərdən də göründüyü kimi,çıxarılmış məhkəmə qərardadında iş üzrə bütün faktlar əks etdirilməmiş,əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təqdiqlənməmiş, məhkəmənin gəldiyi nəticə iş materialları ilə uyğunsuzluq təşkil etmişdir.Bütün bu sadalananlar birinci instansiya məhkəməsinin qərardadının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarına zidd olduğunu sübuta yetirir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə,məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki,məhkəmənin 09 avqust 2022-ci il tarixli qətnaməsi tərəflərə,o cümlədən İddiaçı göndərilmiş,qətnamə İddiaçı elektron kabinetində 19 avqust 2022-ci il tarixdə yerləşdirilmiş və bununla da onun qətnamədən şikayət vermə müddəti başlamışdır. İddiaçı isə qətnamədən 28 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti vermişdir. Bununla da İddiaçı məhkəmə aktından apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Ancaq məhkəmə sözügedən maddənin tələblərini nəzərə almayaraq apellyasiya şikayətinin vaxtında verilməməsi əsası ilə şikayəti geri qaytarmamışdır. Halbuki, sadalanan maddənin tələblərinə əsasən məhkəmənin mübahisələndirilən qətnaməsi iddiaçının elektron kabinetində yerləşdirilməklə ona çatdırıldığından, aplelyasiya şikayəti verilməsi üçün müddətin bərpası da həyata keçirilməməli idi.Məhkəmə bu kimi hallara hüquqi qiymət verilməsində səhvlərə yol verməklə sadalanan prosessual hüquq normasının pozuntusuna yol açmışdır. Məhkəmə iddiaçının apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə,buraxılmış müddətin bərpasına dair ərizənin verilməsinin əsaslarını araşdırmamışdır.Belə ki,məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən ərizənin verilməsi üçün hüquqi əsasın olmadığını müəyyən edərək həmin ərizə üzrə fərqli nəticəyə gələ bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının prosessual müddətin üzürlü səbəblərdən buraxılması barədə dəlilləri iş materilları ilə hər hansı şəkildə sübuta yetirilməmişdir. Məhkəmə iddiaçının bildirdikləri əsasında qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının üzürlü saylması barədə əsassız bir nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli,e-2(060)-3581/2022 saylı qərardadının ləğv edilməsi və İddiaçı ərizəsinə əsasən buraraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli,e-2(060)-3581/2022 saylı qərardadı ləğv edilməli, İddiaçı buraraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi İddiaçı elektron kabinetinə qətnamə yerləşdirilməsi barədə kabinetdən lazımi qaydada istifadə etməyi bacarmaması barədə izahatına istinad edərək müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən İddiaçı göndərilmiş, qətnamə İddiaçı elektron kabinetinə 19 avqust 2022-ci il tarixdə yerləşdirilmiş, bununla onun şikayət vermə müddəti 20 avqust 2022-ci il tarixdən başlamış və 19 sentyabr 2022-ci il tarixədək davam etmişdir. İddiaçı tərəfindən isə apellyasiya şikayəti 28 sentyabr 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi İddiaçı apellyasiya şikayəti vermə müddəti 19 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 28 sentyabr 2022-ci il tarixdə şikayəti elektron kabinet vasitəsi ilə göndərilmş, bununla da qətnamədən şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. İddiaçının elektron kabinetdən lazımi qaydada istifadə etməyi bacarmaması barədə dəlili müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, iddiaçı qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli,e-2(060)-3581/2022 saylı qərardadı ləğv edilməli, İddiaçı buraraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli,e-2(060)-3581/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-559/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-559/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver